Ulu Öndər Heydər Əliyevin SSRİ səviyyəsində dövlətçilik təcrübəsi

 

Ulu Öndərin sovet dövrü fəaliyyətində SSRİ səviyyəsində dövlətçilik təcrübəsi əsas yer tutur. M.Qasımlı yazır ki, 70-ci illərin ortalarından etibarən, ölkənin siyasi hakimiyyət olimpində möhkəm yer tutan Heydər Əliyev Azərbaycan xalqını düşündürən problemlərin həllinə daha inadla nail olmağa çalışırdı. Xarici ölkə tarixçilərində V.Solovyev və E.Klerikovanın qeyd etdiyi kimi, Azərbaycanda hakimiyyətə gəldikdən yeddi il sonra, 1976-cı ildə Sov. İKP MK Siyasi Büro üzvlüyünə namizəd, 1982-ci ildə isə Siyasi Büronun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi ilə Heydər Əliyevin həm xalq içərisində, həm də ölkənin siyasi rəhbərliyində mövqeləri xeyli möhkəmləndi, qətiyyəti artdı, sözü daha da kəsərli oldu. ABŞ-da nəşr olunan kitabda deyilir ki, Heydər Əliyev özünə inamı, siyasi məsələləri həll etmək bacarığı, praktikliyi, fizikiintellektual imkanları, zahiri görünüşü ilə Kremlə kişilik potensialı gətirdi. Hündür, enlikürək, ağıllı, gözəl hərbi karyerası olan, ingilis tipli kostyum geyinən, ipək qalstuk taxan, cazibəli gözləri olan Heydər Əliyev biliyi, işgüzarlığı, yorulmazlığı ilə özünü Siyasi Büronun boss kardinallarına qarşı uğurla qoya bildi. O, rəqiblərinə qarşı mübarizədə incə siyasətçi, amansız və fəndcil idi.

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi ilə əlaqədar olaraq 1982-ci il dekabr ayının 2-də Azərbaycan KP MK-nın plenumunda, O, birinci katib və MK bürosunun üzvlüyündən azad edildi. Bu addım, heç şübhəsiz, sovet sistemi şəraitində türk, müsəlman siyasi və dövlət xadimi üçün nadir bir hadisə idi. Heydər Əliyevin Moskvaya daimi işləməyə aparılması da səbəbsiz olmayıb, əsasən, aşağıdakı amillərlə bağlı idi. Birincisi, ölkədə güclənən rus millətçiliyi imicini zəiflətməyə zahiri görüntü yaratmağa çalışan DTK sədri Y.Andropov özünə yaxın bildiyi Heydər Əliyevin Siyasi Büroya üzv olmasına səylər edirdi. Lakin ölkə rəhbəri L.İ.Brejnevonun ətrafında olan Dnepropetrovsk mafiyası bunun əleyhinə çıxırdılar. Onlar Heydər Əliyevi "yaxın vuran top" kimi deyil, "uzaq vuran top" kimi görürdülər. Brejnevin ölümündən sonra Andropovun ölkə rəhbəri seçilməsi ilə Heydər Əliyevin Moskvaya işləməyə aparılması reallaşdırıldı. İkincisi, Heydər Əliyevin Azərbaycanda nüfuzunun yüksək olması və xalq tərəfindən hərarətlə sevilməsi 70-ci illərin sonundan etibarən Moskvanı açıq şəkildə olmasa da, gizlincə narahat edirdi. Kremldə belə hesab edirdilər ki, Azərbaycan Moskvadan daha çox Heydər Əliyevin nəzarəti altındadır və bu nəzarəti zəiflətmək lazımdır. ABŞ-da nəşr edilən kitabında yazılır ki, Azərbaycanın Heydər Əliyevin gizli siyasətinin təsiri altında olması Moskva üçün arzuedilən deyildi. Belə hal Moskva üçün xoşagəlməz nəticələrə gətirə bilərdi. Moskva onu bu vəzifədən hər hansı vasitə ilə uzaqlaşdırmaq istəsə də, atacağı addımların mənfi reaksiya doğuracağından çəkinirdi. Sovet rəhbərliyi üçün belə bir əlverişli imkan yalnız 70-ci illərin sonu-80-ci illərin əvvəllərində yarandı. Üçüncüsü, 1978-ci ildə İran inqilabı baş verdikdən və Əfqanıstana 100 minlik ordu ilə hərbi müdaxilə etdikdən sonra Kreml müsəlman dünyasında nüfuzunu sürətlə itirməyə başlamışdı. Moskva yaranmış ağır vəziyyəti aradan qaldırmalı idi. Belə bir fakt maraqlıdır ki, Sov. İKP MK Siyasi Bürosunun 1979-cu il mart ayının 18-də keçirilən iclasında verilən tapşırığa əsasən A.A.Qromıko, Y.V.Andropov, D.F.UstinovB.N.Ponomaryov həmin il aprelin 1-də "Əfqanıstanda vəziyyətlə əlaqədar olaraq bizim gələcək xəttimiz haqqında" tam məxfı qeydlərini Siyasi büroya təqdim etdilər. Bu qeydlər Siyasi Büronun 12 aprel tarixli iclasında (protokol N149) müzakirə edilərək bəyənildi. Qeydlərdə Əfqanıstandakı vəziyyət geniş təhlil edilir və göstərilirdi ki, irtica antikommunizm şüarları ilə çıxış edirislam respublikası yaratmaq istəyir. Yeni hökumət hələ zəifdir, yerlərdə dayaqlarını qurmayıb. Vəziyyət bütün müsəlman Şərqinə təsir edə bilər. Təkliflərdə deyilirdi ki, Əfqanıstana nümunə kimi Orta Asiya respublikalarının sovet hakimiyyəti illərində qazandıqları nailiyyətləri, müsəlman əhalinin öz dinini qoruduğunu təbliğ etmək vacibdir.

Həmin şəxslər 1980-ci il yanvar ayının 27-də də təkrarən, öz mülahizələrini Siyasi büroya yazdılar. Siyasi Büro 28 yanvar tarixli iclasında (protokol N181) bu qeydlərlə razılaşdı. Qeydlərdə ABŞ-ın müsəlman ölkələrindəki xəttinə mane olmaq, islam fundamentalizminin antisovet axına keçməsinə yol verməmək, eyni zamanda, əfqan cəmiyyətində, müsəlmanlarda sovet dövlətinə olan nifrəti aşağı salmaq tövsiyə edilirdi.

Belə bir şəraitdə Kreml islam dünyasında tanınan, sevilən bir nüfuzlu müsəlman şəxsin mərkəzdə işləməsinə ehtiyac duyurdu. SSRİ-nin itirilmiş mövqelərini müsəlman dünyasında özünün mükəmməl biliyi, güclü məntiqi ilə tanınmış, Şərqin və Qərbin problemlərini, müsəlman xalqlarının tarixini, mədəniyyətini, məişətini, mentalitetini dərindən bilən yalnız Heydər Əliyev bərpa edə bilərdi. 0, gənc olmasına baxmayaraq, müsəlman Şərqi məsələlərində Orta Asiyanın türk və müsəlman respublikalarının rəhbərlərini xeyli geridə qoymuşdu. Hələ Azərbaycanda işləyə-işləyə sovet rəhbərliyi müsəlman dünyası məsələlərinin həllində onunla məsləhətləşirdi. Qeyd etmək lazımdır ki, sovet rəhbərliyi Heydər Əliyevi təkcə Azərbaycanın rəhbəri kimi deyil, bütün türk, müsəlman dünyasının bilicisi kimi qəbul edir, onun fikirlərini dinləyir və tövsiyələrini yerinə yetirirdi. ABŞ tarixçisi A.D.Aqostino yazır ki, Heydər Əliyev nəinki Moskvada, hətta hələ Azərbaycanda işləyərkən, SSRİ-nin Əfqanıstan, Livan, Cənubi Afrika, Mərkəzi Amerikab. yerlərdə yeritdiyi siyasətdə mühüm rol oynayırdı. Onun yazdığına görə, Heydər Əliyev Brejnevin yanında özünün müsəlman dünyasının liderimahir bilicisi olması obrazını yarada, SSRİ-nin digər türk və müsəlman respublikalarının rəhbərlərini çox məharətlə geridə qoya bilmişdi. Xarici ölkə tarixçilərinin yazdığı kimi, o, Y.Andropovun Yaxın və Orta Şərq problemləri üzrə gizli məsləhətçisi idi.

ABŞ-da nəşr olunan başqa bir kitabda da etiraf edilir ki, Heydər Əliyevin Moskvada hakimiyyətə gətirilməsi ilə sovetlər müsəlman dünyasında itirilmiş mövqelərini qaytarmaqda zahiri görüntü üçün yeni təşəbbüs əldə etdi. Çünki Heydər Əliyev Orta Şərqin kommunist qrupları arasında xeyli məşhurnüfuzlu idi. Müəllif daha sonra yazır ki, Heydər Əliyev sovet rəhbərliyində SSRİ müsəlmanları arasında təsirli fiqur, yaxşı inzibatçı, dərin bilikli, şəxsən təmiz, doğru, inadcıl, dözümlü adam olaraq qəbul edilirdi. Bu keyfiyyətlər karyerada irəliləməsində onun dinimilli mənsubiyyətini arxa plana keçirmişdi. Moskva üçün O, sovet sistemi şəraitində dünyaya göz açmış, formalaşmış Heydər Əliyev, müsəlman dünyası üçün isə müsəlman, Heydər, Əli, Əlizadə idi. Məlum olduğu kimi, bütün müsəlmanlar arasında ədalətli, bilikli, güclü tarixi şəxsiyyət olaraq nüfuz qazanmış İmam Həzrəti Əlinin adlarından biri məhz Heydər olmuşdu. Siyasi-ideoloji yönümündən, SSRİ-yə necə münasibət bəsləməsindən asılı olmayaraq, müsəlman dünyası Heydər Əliyevlə fəxr edirdi.

Deməli, Heydər Əliyevin Moskvada Kremldə işə irəli çəkilməsində məqsəd bir tərəfdən, Azərbaycanı Heydər Əliyevin nəzarətindən çıxarmaq idisə, digər tərəfdən, yaranmış beynəlxalq amillərlə şərtlənmişdi.

Beləliklə, Heydər Əliyev artıq SSRİ hüdudlarını aşaraq dünya siyasətçiləri və dövlət adamları sırasına möhkəm daxil olmuşdu. ABŞ-da nəşr olunan digər bir kitabda deyilir ki, Heydər Əliyevin Moskvaya işə çağırılmasında Onun müsəlman, türk olması arxa planda qaldı. SSRİ rəhbəri olan Y.Andropov Onu SSRİ Nazirlər Sovetinin birinci müavini təyin etməklə xəstə, iclaslarda iştirak edə bilməyən 77 yaşlı baş nazir N.A.Tixonovun boşalacaq yerinə məntiqi olaraq hazırlayırdı. Nazirlər Soveti sədrinin birinci müavinləri çox olsa da, Heydər Əliyev hakimiyyətdə təsirli fiqur idi, həlledici qərarlar Onun fikrindən sonra qəbul edilirdi. Moskvada belə hesab edirdilər ki, Heydər Əliyev türk və müsəlman olmasına baxmayaraq, sovet rejiminin beynəlmiləlçilik ideologiyasında yaşadığından başqa hisslərdən, millətsevərlik baxışlarından uzaqdır.

Heydər Əliyevin Moskvadakı fəaliyyəti daha geniş, ümumittifaqümumdünya miqyasında əhatə edirdi. Belə bir fakt maraqlıdır ki, ABŞ-da nəşr olunan bəzi kitablarda Heydər Əliyev, Yuri AndropovDmitri Ustinov sovet siyasətinin həyata keçirilməsində "triumvirat" da adlandırılır. Beləliklə, Heydər Əliyev dünyanın fövqəl dövlətlərindən birini idarə edən şəxslərdən idi.

Andropov vəfat etdikdən sonra, Heydər Əliyevin Sov. İKP MK-nin Baş katibi seçilməsinə Tixonovdan sonra baş nazir təyin edilməsinə ABŞ-da nəşr olunan kitablarda deyildiyi kimi yalnız qafqazlı müsəlman olması mane oldu. Andropovun ölümündən bir gün əvvəl Heydər Əliyevin sovet nümayəndə heyətinin rəhbəri olaraq Suriyaya səfərə göndərilməsi , əsasən, bununla bağlı idi.

Geniş səlahiyyətlərə sahib olan Heydər Əliyevin imzaladığı SSRİ Nazirlər Sovetinin qərarları ilə onlarla şəxs məsul vəzifələrə təyin edilirya azad olunurdular. Bu qərarlar elm, təhsil, mədəniyyət, səhiyyədən tutmuş atom energetikası və xarici ölkələrdə ticarət nümayəndəliklərinə qədər geniş bir sahəni əhatə edirdi. Minlərlə insanın taleyi onun qərarlarından asılı idi. Heydər Əliyev ciddi dövlət xadimi, hakimiyyət ustası idi. İdarəetmə mexanizmini əla bilirdi.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev 1982-1987-ci illərdə Moskvada işləyə-işləyə Azərbaycanı diqqətdə saxlayır, problemlərini həll edir, respublikanın maddi-texniki inkişafına, mədəni tərəqqisinə daim qayğı göstərirdi. O, Moskvaya işləməyə gedərkən, çiçəklənən Azərbaycan qoyub getmişdi. Sonralar Heydər Əliyev deyirdi: "...Moskvada 5 ildən artıq işləyərkən, yenə də ümumiyyətlə, Azərbaycana... himayədarlıq etmişəm". Bununla bağlı yüzlərlə misal gətirmək olar. Məsələn, Azərbaycanda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasından ötrü SSRİ Nazirlər Sovetinin 1986-cı il 7 aprel tarixli 420N-li qərarı verilmişdi. Qərara uyğun olaraq Azərbaycana 15,4 mln. manat, o cümlədən, tikinti işlərinə 11,4 mln. manat ayrılmışdı. Bütün bu vəsait SSRİ Nazirlər Sovetinin ehtiyat fondundan verilmişdi. Göründüyü kimi, Heydər Əliyev Moskvada işlərkən də Azərbaycanın maraqlarını təmin etməyə çalışırdı. Heç əbəs deyil ki, o sonralar deyirdi: "Mən on il Moskvada yaşadım, özü də ən yüksək vəzifədə işlədim. Azərbaycan xalqının, müsəlman aləminin tarixində nə keçmiş rus imperiyası dövründə, nə də Sovet İttifaqının hakimiyyəti zamanı o cür zirvəyə çatan azərbaycanlı, müsəlman olmamışdır. Bu, da tarixdir. Bəziləri deyirlər ki, Heydər Əliyev Siyasi Büronun üzvü olubdur və sairə. Bəli, olmuşam. Mən bununla fəxr edirəm. Çünki Azərbaycan xalqını tanıtmışam, Azərbaycan xalqını Kremlin sarayında qaldırmışam. Bununla fəxr edirəm. Mən orada on il yaşadım, ancaq mənim ürəyim də, gecəm də, gündüzüm də Azərbaycanla oldu. Çünki Azərbaycan mənim doğma Vətənim, torpağımdır".

 

 

Vahid Ömərov.

 

SES.-2012.-8 dekabr.- S.- 14.