Azərbaycanın müstəqillik və demokratiya uğrunda mübarizəsində Ulu Öndər Heydər Əliyevin rolu  

 

70-ci illərin sonları və 80-cı illərin əvvəllərində SSRİ-də baş verən proseslər Azərbaycanda da müstəqil dövlətçilik və demokratikləşmə uğrunda mübarizəyə şərait yaratdı. T.Qaffarov göstərir ki, 80-cı illərin ikinci yarısında Sovet İttifaqı Kommunist Partiyası növbəti dəfə sovet imperiyasını mövcud böhranqabağı vəziyyətdən xilas etmək üçün bir sıra cəhdlər göstərdi. M.S.Qorbaçov 1985-ci ilin martında Sov.İKP MK-nin baş katibi vəzifəsini tutduqdan sonra imperiyanı iflasdan xilas etmək məqsədi ilə Sov.İKP MK-nin həmin il çağırılmış aprel plenumunda iqtisadi və sosial-mədəni tərəqqini "sürətləndirmək konsepsiyası"nı irəli sürdü. Sovet cəmiyyətində elmi-texniki tərəqqini, maddi-texniki-bazanı inkişaf etdirmək, istehsal münasibətlərini təkmilləşdirmək, bütün siyasi, ictimaiideoloji təsisatlar sistemini fəallaşdırmaq "insan amilinin rolunu yüksəltmək" üçün təşəbbüslər edildi.

Tezliklə əməyin təşkili, təsərrüfat hesabın təkmilləşdirmək, çoxukladlı iqtisadiyyatı, eləcə də, icarə sistemini, kooperasiyanı inkişaf etdirmək, müxtəlif mülkiyyət formalarına əsaslanan təsərrüfatlar üçün imkanlar yaratmaq haqqında qanunlar və qərarlar qəbul olundu. Lakin onların tətbiqi üçün münasib şərait yox idi. Əvvəlki direktiv aktlar kimi bu qanun və qərarlar da gözlənilən nəticəni vermədi. Təkpartiyalı siyasi sistem, partiya amirliyi ləğv olunmadan, respublikaların suveren hüquqları özlərinə qaytanrılmadan iqtisadiyyatı dirçəltmək qeyri-mümkün idi. İqtidar bunu dərk edirdi. Lakin partiya elitasının üç qrupu-mühafizəkarlar, yenilikçi partokratlaröz dünyagörüşləri ilə Avropa sosial-demokratlarına yaxın islahatçılar arasında gedən gərgin mübarizə əsaslı islahatları ləngidirdi. Qorbaçov 1987-ci ilin yanvarında Sov.İKP MK plenumunda yeni siyasət-aşkarlıq xəttinin qəbul ediiməsinə nail oldu.

İmperiyada daxili sökülmə prosesləri başlandı. Belə şəraitdə mərkəzdənqaçma qüvvələrinin güclənməsindən qorxuya düşən Moskva müxtəlif pozucu tədbirlərə əl atdı. Pozucu vasitələrdən biri SSRİ-nin türk xalqlarını təkləmək, başqa xalqları onlara qarşı qaldırmaq idi. Birgə işdə Qorbaçovu yaxşı tanımış Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, onun ən böyük xüsusiyyəti müsəlman, türk dünyasına qarşı olan düşmənçiliyi idi. O, müsəlmanlara, türklərə qarşı "Əhalinin köçürülməsi" adlı plan hıazırlanmış və həyata keçirməyə başlamışdı. Bu plan türk respublikalarındaki türklərin və müsəlmanların çoxunun Qərbi Rusiyayabaşqa slavyan respublikalarına köçürülməsini, onların yerinə isə xristian əhalinin yerləşdirilməsini nəzərdə tuturdu.

Digər pozucu vasitə xalqlarda özünü müstəqil idarə etmək, təsərrüfat qurmaq qabiliyyətinə inamsızlıq hissi aşılanması idi. Moskvada yüksək partiya və dövlət vəzifələrində işləyən Heydər Əliyev yenidənqurmanın metodlarına, gələcək milli münaqişələrə səbəb ola biləcək düşünülməmiş dövlət siyasətinə, xüsusən, türk respublikalarına qarşı qərəzli siyasətə açıq və kəskin etirazlarını bildirirdi. Belə bir şəxsiyyətin yüksək vəzifələrdə olması, xalqa dayaq durması imperiyanın planlarını poza bilərdi. Buna görə də, o nəinki idarəçilikdən uzaqlaşdırıldı, hətta xalqın gözündən salınması üçün yalançı təbliğat obyektinə çevrildi.

Mərkəzi və yerli mətbuat Azərbaycan SSR-də Heydər Əliyevin rəhbərlik etdiyi illərdə iqtisadi və mədəni sahələrdə əldə edilmiş mühüm nailiyyətləri qərəzli, məqsədyönlü şəkildə riyakarcasına danır, xalqa qara yaxırdı. Azərbaycanda ikinci "özbək işi" - guya iqtisadi cinayətkarlıq üzrə qərəzli istintaq başlanmışdı. Əsasən, erməni müstəntiqlərdən ibarət istintaq qrupu təşkil edilmişdi. Onun işini SSRİ prokurorluğunun mühüm işlər üzrə müstəntiqi T.Qulyan istiqamətləndiridi. Minlərlə günahsız insan mənəvi-psixoloji və fiziki təzyiqlərə məruz qoyulur, Heydər Əliyevin əleyhinə saxta ifadələr verməyə, donoslar yazmağa təhrik edirdilər. Etiraz edənlərə işgəncə verilirdi. Yüzlərlə adam həbsə alınmışdı. Bunlar Azərbaycan xalqında öz gücünə, idarəçilik bacarığına inamı zəiflətmək məqsədi güdürdü.

Moskva mərkəzdənqaçan qüvvələri zəiflətmək üçün ənənəvi "parçala - hökm et" siyasətindən daha geniş istifadə edir, milli münaqişələri qızışdırır, xalqlar arasında qanlı nifaq salırdı. İmperiyanın 30-dan çox bölgəsində əvvəldən məharətlə hazırlanmış milli münaqişə ocaqları alovlandırıldı.

"Yenidənqurma"nın elan edilən nəcib, cəlbedici məqsədləri Azərbaycan xalqında, xüsusən, ziyalılarda böyük ümidlər doğurmuşdu.   Xalq   arasında   demokratik  ideyalar  sürətlə yayılırdı. Bundan narahat olan mərkəz mühüm geosiyasi ərazi olan Azərbaycanı və deməli, bütün Zaqafqaziyanı əldə saxlamaq üçün yenidən uydurma "Dağlıq Qarabağ problemi"ni qızışdırdı. Sovet imperiyasını dağıtmaq üçün milli münaqişələr törətməyi mühüm vasitə hesab edən Qərb dövlətləri də bu işdə fəal iştirak etdilər. Avropa parlamenti 1987-ci ilin iyununda erməni "genosidi" qurbanlarına xatirə günü təsis etdi. Avantürist erməni jurnalisti Zori Balayanın Azərbaycan xalqını təhqir edən, tarixi saxtalaşdıran "Ocaq" kitabı da Azərbaycan və erməni xalqları arasına yenidən nifaq salmaqda müstəsna  rol oynadı.

Ermənilərin hərəkətləri daha davakar, həyasız xarakter aldı. 1987-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifələrdən uzaqlaşdırılması onlarda niyyətlərinə çatmaq ümidini artırdı. Erməni millətçilərinin tələbi ilə Azərbaycanın Qazax və Gədəbəy rayonlarından min hektarlarla torpaq sahəsi Ermənistana "bağışlandı". Bu, xalqda böyük narazılıq yaratdı. Hətta Qazaxda camaat onları sakitləşdirməyə gələn respublika baş nazirinin müavinini döyüb qovdu. Lakin respublikanın başçısı Kamran Bağırov xalqın narazılıq çıxışlarının hərbçilərin köməyi ilə susdura bildi. Erməni təxribatçıları Bakı OperaBalet Teatrını üç dəfə yandırdılar, şəhər nəqliyyatında partlayışlar törətdilər. Artıq nifaq düşmüşdü. Milli münaqişə getdikcə alovlanırdı. Azərbaycanlılar və ermənilər arasında yaratdığı Dağlıq Qarabağ münaqişə ocağını alovlandırmaq məqsədilə Moskva hələ 40-cı illərdə Ermənistanda təşkil edilmiş "Qarabağ hərəkatı", "Qarabağ komitəsi" fəaliyyətinin genişlənməsinə münasib şərait yaratdı.

Artıq 1986-cı ildən Dağlıq Qarabağ ərazisində milli separatçılığın təbliği geniş və açıq xarakter almışdı. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin vacibliyi ilə əlaqədar dünyanın 30-dan çox dövlətinə   və beynəlxalq təşkilatlara Yerevandan 300-min nəfərin imzası ilə müraciətlər göndərilmişdi. 1987-ci ilin oktyabrında Yerevanın Puşkin adına meydanında "Qarabağ komitəsi"nin ilk açıq mitinqi keçirildi. Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə Qorbaçovun əshabələrindən olan A.Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini, qeyri-rəsmi olsa da, bütün dünyaya bildirməkdən çəkinmədi. A.Aqanbekyan "Humanite" qəzetinin 1987-ci il 18 noyabr tarixli sayında çap olunmuş müsahibəsində Dağlıq Qarabağın Ermənistana verilməsinin məqsədəuyğun olmasını və bu barədə ölkə rəhbərliyinə təklif verildiyini bildirmişdi. Hərəkata yenə də bir qrup millətçi erməni ziyalıları arxasından kommunist-daşnaklar, Ermənistan KP liderləri, DTK agentləri rəhbərlik edirdilər. Moskvada ermənilərin "Milli müqəddaratın müstəqil təyin edilməsi birliyi" və "Siyasi məhbusların müdafiəsi üzrə erməni komitəsi" də bu istiqamətdə fəal aparırdılar.

Sovet imperiyası tənəzzül edərkən fəallaşmış erməni millətçilərinin ilhamçısı təkcə Moskva deyildi. Erməni millətçi-sosialist Daşnaksütün partiyasının 1985-ci ilin dekabrında Afinada keçirilən XXIII qurultayı sərsəm "böyük Ermənistan uğrunda" mübarizəni yenidən genişiəndirmək üçün yaranmış əlverişli şəraitdən səmərəli istifadə etməyə, qüvvələri birləşdirməyə çağırmışdi. "Qarabağ Komitəsi"nin Azərbaycan SSR-də, xüsusən, DQMV-də uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı bu millətçi təşkilatların bilavasitə köməyi ilə "Krunk" ("Durna") adı altında açıq fəal mübarizəyə başlanmışdı. Dağlıq Qarabağ erməniləri arasında Ermənistanla birləşmək uğrunda "Miatsum" (birləşmə) hərəkatı genişlənirdi. Ona "55-lər komitəsi" adlı xüsusi orqan rəhbərlik edirdi.

İki xalq arasında milli ədavətin ilk qurbanları bu dəfə də Ermənistanda yaşayan Azərbaycan türkləri oldular. Öz dədə-baba yurdunda yaşayan Azərbaycan türkləri genasidinin, kütləvi surətdə qovulmasının son-dördüncü mərhələsi başlandı. Bunun üçün əvvəlcədən xüsui silahlı dəstələr hazırlanmışdı, 1988-ci il yanvarın 25-də Ermənistanın Qafan və Mığri rayonlarında bu cinayətkar dəstələrin əməllərindən yaxa qurtaran ilk qaçqınlar Azərbaycana pənah gətirdilər. Fevralın 18 və 23-də qaçqınların yeni dəstələri təqiblərdən yaxa qurtarıb, Azərbaycana gəldi. Onlar, əsasən, Sumqayıt şəhərində və onun ətrafındakı məntəqələrdə məskunlaşdılar. 1988-ci il fevralın 19-da Yerevanda antitürk mitinq keçirildi. "Ermənistanı türklərdən təmizləməli", "Ermənistanda ermənilər yaşamalıdır" və s. millətçi şüarlar irəli sürldü. Erməni vandalları fevralın 21-də Yerevanda qalmış son məscidə hücum edib bu müqəddəs ocağı dağıtdılar.

Respublikanın suveren hüquqlarının tapdalanmasına Moskvanın və Azərbaycanın rəhbərliyinin qəti etiraz etmədiyini görən Azərbaycan xalqı böyük həyəcan içində idi. Kortəbii mitinqlər, etiraz nümayişləri olurdu. Ermənistandan azərbaycanlıların döyülərək, alçaldılıb qovulmasına, Yuxarı Qarabağda isə ermənilərin həyasız separatçı tələblərinə qarşı münaqişə zonasında yaşayan azərbaycanlılar, xüsusən, qəti etiraz edirdilər. Aşağı Qarabağ bölgələrindən toplanaraq, Yuxarı Qarabağdan naşükür, satqın erməniləri birdəfəlik qovmaq, Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlərin Moskvada, habelə, müvəffəqiyyətlə aldadılan dünya ictimaiyyəti tərəfindən soyuqqanlıqla qarşılanması Dağlıq Qarabağ separatçılarının əl-qolunu daha da açdı. Moskva Azərbaycanın qanuni ərazisini ondan qoparıb Ermənistana birləşdirmək istəyən ermənilərlə öz torpaqlarına, konstitutsiya hüquqlarını qorumaq üçün ayağa qalxmağa məcbur olmuş Azərbaycan xalqının mənafelərini qoruyurmuş kimi qeyri-real, riyakar təşəbbüslər göstərirdi. Qorbaçovun 1988-ci il fevralın 23-də hər iki xalqa müraciəti, Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1988-1995-ci illərdə Azərbaycan SSR-in DQMV-ni sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında 1988-ci il 24 mart, habelə, SSRİ Ali Soveti Rəyasat Heyətinin "Dağlıq Qarabağdakı hadisələrlə bağlı müttəfıq respublikaların Azərbaycan və Ermənistana müraciətləri ilə əlaqədar tədbirlər haqqında" 1988-ci il 23 mart, mövcud ixtilafları hər iki xalqın mənafeyinə uyğun şəkildə həll etmək haqqında, 1988-ci il 18 iyul tarixli qərarları vəziyyətdən real çıxış yolları göstərə bilmədi, əksinə, 1988-ci il 23 mart qərarı Dağlıq Qarabağın işlərinə Ermənistanın müdaxilə etməsinə hüququ əsas verdi, Azərbaycanın hüquqlarını kobud surətdə pozdu.

Bu vaxt Ulu Öndər Heydər Əliyev Azərbaycan  Respublikasının  o vaxtkı rəhbərliyinə vəziyyətdən çıxmaq üçün münasib məsləhtlər verməyə çalışırdı. Qorbaçov K.Bağırova Heydər Əliyevlə görüşməmək əmri vermişdi. Heydər Əliyevin qeyd etdiyi kimi, "təəssüf ki, respublika rəhbərləri vəziyyəti düzgün qiymətləndirə bilmədilər. Mən onları işimizin xeyrinə olan istiqamətlərə yönəltməyə çalışarkən, onlar kreslo eşqi, vəzifə ehtiraslarını təmin etmək üçün xəyanət yoluna qədəm qoydular".

Uzun illər əsarətə, var-dövlətinin talanmasına, millidini hisslərinin təhqir olunmasına, hüquqlarının tapdalanmasına     dözmüş     xalqın     səbr     kasası     artıq dolmuşdu. "Yenidənqurma" siyasətinin ziddiyyətliliyi, mühafizəkar partokratların ciddi müqaviməti üzündən mövçud siyasi iqtisadi rəhbərlik metodlarını demokratikləşdirmək tədbirləri baş tutmurdu. Köhnə idarəçilik mexanizminin dağıdılması, yeni mexanizmin isə hələ yaradılmaması ilə əlaqədar imperiyanın düşdüyü ümumi böhran gündən-günə dərinləşirdi. Xalqın güzəranı pisləşirdi. Belə bir şəraitdə SSRİ-nin dağılma prosesi qarşısını almaq üçün hakim dairələr milli münaqişələri antitürk, antiislam siyasətini genişləndiridilər. Mühüm geosiyası məkan, imperiyanın türk xalqları ilə Türkiyə arasında körpü olduğundan əsas zərbə hədəfi Azərbaycan idi. Ermənistanda və Dağlıq Qarabağda Azərbaycan türklərinin soyqırımını törətməklə Azərbaycanı parçalamaqbu yolla bütün regionda ağalığı əldə saxlamaq siyasəti həyata keçirilirdi. Bu siyasət Azərbaycanda xalq hərəkatının yüksəlməsinə güclü təkan verdi.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.-2012.- 15 dekabr.- S.14.