İnsanların xoşbəxtlik yolunu işıqlandıran memar

 

 

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin rektoru, akademik, Milli Məclisin deputatı Abel Məhərrəmovdur  

- Abel müəllim, ulu öndər Heydər Əliyev ilk dəfə siyasi hakimiyyətə gələndə Siz tələbə idiniz. O dövrü yaxşı xatırlayırsınızmı?

- 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən ulu öndər Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqın milli özünüdərki üçün zəruri tədbirlər həyata keçirməyə başlamış, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmış, xalqda milli heysiyyatı gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq naminə bir sıra tədbirlər görmüşdür. Bugünkü müstəqil Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının formalaşması, respublikada strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin açılması da məhz ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Böyük strateqin təkidi ilə keçmiş ittifaq rəhbərliyi respublikamızda bir sıra iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, toxuculuq, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etdirilmişdir. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir. Bütün bunlar bir daha təsdiqləyir ki, Heydər Əliyev o dövrün ağır şərtləri, məhdudiyyətləri çərçivəsində də xalqımızın gələcək rifahı üçün əlindən gələni əsirgəməmiş, bəzən mümkün görünməyəni reallığa çevirmişdir. Çox sonralar nitqlərinin birində "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı " - deyən Heydər Əliyev həmin dövrü Azərbaycanın inkişafında mühüm mərhələ kimi səciyyələndirmişdir.

Həmin dövrdə cəmiyyətin ən müxtəlif sahələrində nizam-intizamın, haqq-ədalətin təminatına çalışan, bunu məmurluğun formuluna çevirən ulu öndər bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasihüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağa çalışmışdır. Ümummilli lider qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, xalqın hüquqlarının əzmkar və cəfakeş müdafiəçisinə çevrilməklə, milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmlənməsinə nail olmuşdur.

Ötən əsrin 70-80-ci illərində o vaxta qədər təcrübədən çıxmamış yeni üsullar tətbiq edən, küçə və meydanlara, dövlət idarələrinə, dükan-mağazalara sərbəst baş çəkərək xalqı narahat edən, qayğılandıran problemləri yaxından öyrənən və bunun nəticəsi kimi yüksək vəzifəli məmurlara münasibətini müəyyənləşdirən ulu öndər hər zaman xalqa yaxın olmağa çalışmışdır. Heydər Əliyev insanların üzləşdiyi çətinlikləri yerindəcə öyrənməyi və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirməyi idarəçilikdə mötədil ənənə kimi formalaşdırmış, hakimiyyət məmurlarının sadə xalq kütlələri ilə münasibətlərdəki hər cür psixoloji baryerə, bürokratik əngəllərə qarşı çıxmışdır. Ulu öndər idarəçilikdə özünütənqid ruhunu vacib saymış, hələ o zamandan mətbuatın açıq tənqidi materiallar dərc etməsinə lazımi siyasi mühit yaratmış, demokratik meyillərin rüşeym halında cücərməsini təmin etmişdir. Bir sözlə, milliləşmənin, milli özünüdərkin əsasını qoymuşdur.

- Ümummilli liderin həmin illərdə Bakı Dövlət Universitetinə qayğısı haqqında nə deyə bilərsiniz?

- Əlbəttə ki, ulu öndər milli kadrların yetişdirilməsi işinə də xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini önə çəkmişdir. O dövrdə milli-mütərəqqi fikrinictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi də daim Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Heydər Əliyev yaxşı bilirdi ki, universitet auditoriyalarında, kafedralarında işləyən, dərs deyən müəllimlər Azərbaycan xalqının mənliyinin, milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi prosesində müstəsna rol oynayırlar. 1969-cu il 1 noyabr tarixdə universitetin 50 illik yubileyinin keçirilməsinə qərar verməsi və həmin toplantıda Azərbaycan dilində dərin məzmunlu nitq söyləməsi də onun bu elm məbədinə verdiyi yüksək qiymətin təzahürü kimi bu gün də rəğbətlə xatırlanır. Heydər Əliyev həmin dövrdən Azərbaycanın inkişafını və intibahını məhz bu ali təhsil ocağında axtarmış, Bakı Dövlət Universitetində layiqli kadrların yetişdirilməsi üçün əlindən gələni əsirgəməmişdir. Universitetə hər zaman müqəddəs məbəd kimi yanaşmış, bu müqəddəsliyə xələl gətirə biləcək mənfi təzahürlərin aradan qaldırılması üçün yeri gələndə hətta sərt addımlardan belə çəkinməmişdir. Eyni zamanda ali məktəblərə qəbul prosesində özünü göstərən neqativ halların qarşısını almaq, ölkənin hüquq sistemini saflaşdırmaq üçün vəzifəli şəxslərin övladlarının o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmasını yasaqlayan qərar qəbul etmişdir. O dövrə qədər yalnız vəzifə sahiblərinin övladlarının təhsil aldığı hüquq fakültəsinə fəhlə-kəndli balaları da qəbul olunaraq gələcəyin peşəkar hüquqşünasları kimi yetişmək, hüquqi dövlət quruculuğu prosesinə öz töhfələrini vermək imkanı qazanmışlar. Ulu öndər ADU-nun 60 illik yubileyinin təşkilinin də əsas təşəbbüskarı olmuş, 1980-ci ildə keçirilmiş həmin mərasimdə iştirak edərək təbrik nitqi söyləmişdir. Sovetlər birliyi dövründə universitetin beynəlxalq əlaqələrinin genişlənməsi də məhz Heydər Əliyevin respublikada rəhbərliyə gəlişindən sonra mümkün olmuşdur. Universitet bir sıra dövlətlərin analoji ali təhsil müəssisələri ilə əməkdaşlığa başlamış, beynəlxalq əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

- Ulu öndərimiz 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra da vaxtilə məzunu olduğu Bakı Dövlət Universitetinə xüsusi həssaslıq nümayiş etdirdi

- Bəli. Ulu öndərimiz Bakı Dövlət Universitetinin üzləşdiyi problemlərin həllini hər zaman diqqətdə saxlamışdır. Heydər Əliyevin elə həmin il 1993-cü ildə universitetə gəlişi bu böyük təhsil müəssisəsinə sanki yeni həyat vermiş, çətinliklərə rəğmən onu yeni dövrün tələbləri səviyyəsində kadr hazırlığına sövq etmişdir. Böyük rəhbərin dəfələrlə qeyd etdiyi kimi, universitetin başlıca məqsədi gələcəyin vətəndaşını, yüksək səviyyəli mütəxəssini yetişdirməkdən ibarətdir. "Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam ", - deyən ulu öndər Heydər Əliyev BDU-ya olan rəğbətini daim büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr müəyyənləşdirmişdir. BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Bir faktı xüsusi vurğulamaq lazımdır ki, universitetin 1994-cü ildə 75 illik, 1999-cu ildə isə 80 illik yubiley mərasimlərinin keçirilməsi bilavasitə ümummilli liderin adı ilə bağlıdır. Ümumiyyətlə, BDU-nun indiyədək keçirilmiş 5 yubiley mərasiminin 4-ü məhz Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Bu mənada Heydər Əliyevlə Bakı Dövlət Universitetini bir-birindən ayrı təsəvvür etmək qətiyyən mümkün deyildir. Ən azı bu səbəbdən ki, universitet təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi, yeni ixtisasların açılması sahəsində də ən möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanmışdır. Təsadüfi deyildir ki, universitetin Böyük Elmi Şurası elmin və təhsilin inkişafında göstərdiyi qayğıya, bu təhsil ocağının şöhrətini yüksəkliklərə qaldırdığına görə Bakı Dövlət Universitetinin 80 illik yubileyi ərəfəsində ulu öndər Heydər Əliyevə BDU-nun Fəxri Doktoru diplomunu təqdim etmişdir. Böyük strateq Heydər Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı ən mühümunudulmaz addımlarından biri də 13 iyun 2000-ci ildə bu ali təhsil ocağına özünüidarəetmə - muxtariyyət statusunun verilməsidir. Müəyyən prinsiplər əsasında ali məktəbə belə bir statusun verilməsi onun inkişafında yeni bir mərhələnin əsasını qoymuş, təhsilin məzmun və formaca təkmilləşdirilməsini, dünya təhsil sisteminə sürətli inteqrasiyasını, eyni zamanda, beynəlxalq əlaqələrinin genişlənməsini təmin etmişdir. Xarici ölkələrin mütərəqqi təcrübəsinin universitetdə tətbiqi, tədris-tərbiyə prosesinin müasir standartlara uyğun qurulması üçün məqsədyönlü addımlar atılmışdır.

- Ulu öndər təhsil sahəsində böyük uğurlar əldə edən tələbələrin keçmiş SSRİ-nin bir sıra qabaqcıl universitetlərinə oxumağa göndərilməsi ənənəsini də qoymuşdur

- Tamamilə doğrudur. Bakı Dövlət Universietindən pərvazlanan, təhsil sahəsində böyük uğurlar əldə edən tələbələrin keçmiş SSRİ-nin bir sıra qabaqcıl universitetlərinə oxumağa göndərilməsi ənənəsi də ulu öndərin respublikada milli kadr potensialının formalaşdırılması istiqamətində atdığı mühüm addımlardan biri kimi xatırlanır. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə əsasını qoyduğu bu ənənə elmi potensialımızın yüksəlməsinə, ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsinə hesablanmışdır. Ümummilli liderin dövlətçilik fəlsəfəsinə görə elmə, təhsilə göstərilən qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir. Ötən əsrin 60-cı illərində SSRİ-nin müxtəlif yerlərində oxumaq istəyənlər üçün yalnız 50 yer ayrıldığı halda, 80-ci illərin əvvəllərində bu göstərici 1000 nəfəri ötmüşdü. Bu illərdə ulu öndərin qayğı və diqqəti ilə 14 minədək azərbaycanlı gənc respublikamızdan kənarda - keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilmişdir. Məhz həmin dövrdə prioritet istiqamətli ixtisaslara yiyələnmiş yüksək səviyyəli kadrlar bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edirlər. Xüsusi vurğulamaq lazımdır ki, elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət məsələləri müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini təşkil etmişdir.

1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən Heydər Əliyev bir çox məqamlara toxunaraq demişdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum". Ümummilli lider 1982-ci ildən sonra da milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq göstərmiş, yüksək siyasi iradə ortaya qoymuş, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini söyləmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində yüksək vəzifə tutan zamanlar da doğma vətənini, xalqını unutmamış, hər zaman Azərbaycanın mənafeyini müdafiə etmişdir. Ulu öndərin parlaq şəxsiyyəti, tükənməz yaradıcılıq qabiliyyəti, müxtəlif səmərəli ideyaları həyata keçirmək cəhdi dağılmaqda olan imperiya çərçivəsinə sığmırdı. Buna görə də böyük öndərin fəaliyyəti siyasi və mənəvi tənəzzülə uğrayan imperiya rəhbərlərinin qısqanclığı ilə qarşılanırdı. Ulu öndər ötən əsrin 80-ci illərinin sonlarına doğru ermənilərin Azərbaycana qarşı yeni ərazi iddiasını reallaşdırmaq yolunda böyük maneə idi. Bütün bunlar göstərir ki, hələ ötən əsrin 70-ci illərindən Azərbaycan xalqı və dövləti üçün qurub-yaratmaq, onun gələcək müstəqilliyi naminə etibarlı zəmin formalaşdırmaq ulu öndərin başlıca amalı olmuşdur.

- Sevindirici haldır ki, ulu öndərin bu siyasəti prezident İlham Əliyev tərəfindən davam etdirilir

- Prezident İlham Əliyevin fəaliyyəti onun ulu öndərin əsasını qoyduğu siyasətin, o cümlədən proqressiv elm və təhsil ənənələrini uğurla davam etdirdiyiniyeni dövrün tələblərinə uyğun zənginləşdirdiyini göstərir. Ötən müddətdə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan cənab İlham Əliyev elm və təhsilin problemlərini də diqqət mərkəzində saxlamış, ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Milli təhsilin inkişafı məsələsi öz məzmununu dəyişərək artıq həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilmiş, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı başlanmışdır. Azərbaycanın hərtərəfli inkişafını elm və təhsildə, güclü insan kapitalının formalaşdırılmasında görən dövlət başçısı İlham Əliyev BDU-nun cəmiyyətdəki yerirolunu, ictimai əhəmiyyətini daim yüksək dəyərləndirmiş, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. Universitetin 90 illik yubileyinin respublika miqyasında geniş qeyd olunması, bu prosesin ümumən təhsil sistemində son illərin ən əlamətdar hadisələrindən birinə çevrilməsi də məhz dövlət başçısı İlham Əliyevin xidmətləri ilə bağlıdır. Azərbaycan Prezidentinin 30 oktyabr 2009-cu il tarixli sərəncamları ilə Bakı Dövlət Universitetinin ümumilikdə 107 nəfər professor-müəlliminə müxtəlif fəxri adlar, mükafatlar, fərdi təqaüdlər verilmişdir. Bu gün Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən inkişaf modelinin formalaşması faktı tam təsdiqini tapmışdır. 70 il inzibati-amirlik sistemində yaşamış, iqtisadiyyatı dövrün tələblərinə cavab verməyən, köhnə texnologiyainfrastruktur üzərində qurulmuş bir respublikanın qısa müddətdə qazandığı nailiyyətlərin miqyası Azərbaycanla genişmiqyaslı əməkdaşlığa maraq göstərən beynəlxalq təşkilatlarda, habelə aparıcı Qərb dövlətlərində də heyrət doğurur. Son illərdə ictimai fikir tarixinin ayrı-ayrı tədqiqatçıları, tarixçilər, sosioloqlarfilosoflar Azərbaycanın unikallığı ilə fərqlənən milli inkişaf modelini konkret elmi postulatlar üzərində əsaslandırmağa, respublikamızda modernləşmə və demokratikləşmə xəttinin spesifik cəhətlərini, habelə növbəti inkişaf mərhələləri üçün qarşıda duran strateji vəzifələri müəyyənləşdirməyə çalışırlar. Respublikamız qlobal böhranı inamla geridə qoyaraq sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir. Əminliklə demək olar ki, müstəqil Azərbaycan bu gün beynəlxalq miqyasda cərəyan edən proseslərə də fəal təsir imkanlarına malikdir. Bir müddət əvvəl sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına Azərbaycanın üzv seçilməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. Ümumilikdə, indi müstəqil Azərbaycanda milli dövlətçilik dəyərlərinin əsasını sağlam cəmiyyət təşkil edir. Cəmiyyətin sağlamlığı əsasən bir göstəricidə - iqtisadi və mənəvi tərəqqi amilində özünü daha qabarıq büruzə verir. Hazırda biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyikbu sürət dünyanı heyran qoymuşdur. Gələcək uğurlarımıza yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artirmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən aşılamaqdır. Bütün bunlar göstərir ki, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır. Bəli, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir! Bu siyasəti inamla davam etdirən dövlət başçısı İlham Əliyev isə ulu öndərin yaratdığı şanlı tarixi yaşatmaqla bahəm, həm də artıq yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoymuşdur!

- İstərdim ki, ulu öndərin ideallarını yaşadan Heydər Əliyev Fondu ilə bağlı fikirlərinizi də bölüşəsiniz…

- Heydər Əliyev Fondunun fəaliyyəti elmə və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu da təbiidir - müasir dövrdə elmi-intellektual potensial hər bir xalqın mütərəqqi inkişafının vacib şərti kimi çıxış edir. Müasir gerçəkliklər fonunda dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsi, cəmiyyətdə hamı üçün bərabər təhsil imkanlarının yaradılması, yeni məktəblərin, təhsil ocaqlarının inşası, gənc nəslin kompyuterinformasiya texnologiyalarına dərindən yiyələnməsi, elmi-texniki inkişafın təmini məsələləri fondun daim diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bu günün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü tədbirlər həyata keçirməsi, ilk növbədə, həqiqi vətənpərvərlikdən irəli gəlir. Azərbaycanın birinci xanımı bununla həm də ulu öndərin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə layiqincə davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə sanballı töhfələrini verir. Fondun milli maarifçilik xəttinin həyata keçirilməsi sahəsindəki əzmkar fəaliyyəti hansısa konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş, UNESCO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək - geniş spektri əhatə edir. Təhsillə bağlı qarşıya qoyulmuş strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulması, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texnikiintellektual zəmin formalaşdırılmasıdır. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə böyük rezonansa səbəb olmaqla böyük rəğbət və etimadla qarşılanmışdır. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb binalarının tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmiri və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər xüsusilə təqdirəlayiqdir. Müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlamış, bir sıra uğurlu nəticələr əldə etmişdir. Məsələ burasındadır ki, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan həmin məqsədlərə nail olmaq qeyri-mümkündür. Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən, müvafiq hakimiyyət qurumlarının, vətəndaş cəmiyyətinin bəzi strukturlarının, imkanlı adamlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur. Layihə çərçivəsində yalnız 2005-ci ildə Azərbaycanın ən müxtəlif bölgələrində rekord sayda - 132, 2006-cı ildə isə daha 100 yeni məktəb binasının tikilərək istifadəyə verilməsi və lazımi avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfədir. Ötən illərdə fondun xətti ilə inşa edilmiş 300-dən çox məktəb müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana və kompyuterlə təchiz olunmuşdur. Heydər Əliyev Fondu hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir - xeyriyyəçilikdən tutmuş, ölkənin təhsil və səhiyyə sisteminin, mədəniyyət və incəsənətinin inkişafı, insan hüquqlarının qorunması, Azərbaycanın beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş etdirir. Xüsusi vurğulamaq istərdim ki, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva indiyədək bir neçə dəfə universitetdə olmuş, müxtəlif səviyyəli tədbirlərdə iştirak etmişdir. Azərbaycanın birinci xanımının BDU-nun 90 illik yubileyində iştirakı da universitetin professor-müəllim heyətində, tələbələrində ruh yüksəkliyi doğurmuşdur. Hesab edirik ki, Azərbaycanın birinci xanımının çoxşaxəli vətənpərvər fəaliyyəti BDU-nun tələbə gəncləri üçün layiqli örnək və nümunədir. Fondun ölkənin elminə, təhsilinə qayğı siyasətini Bakı Dövlət Universitetinin çoxsaylı professor-müəllim, tələbə kontingentihiss edir, Azərbaycanın intellektual yüksəlişinə xidmət kimi bu xeyirxah missiyanı ürəkdən dəstəkləyir. Əsl insan üçün ən dəyərli xəzinə məhz çalışmaq və başqalarına yaxşılıq etmək bacarığıdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da dəyərli vaxtını, enerjisini məhz insanların nicatına, rifahına, firavanlığına xidmət edən layihələrə yönəldir. Çünki insan amilinin yüksəlişinə hesablanmış bu layihələr, ilk növbədə, Heydər Əliyev ideyalarına sədaqətin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin təzahürüdür. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin elmin və təhsilin inkişafı üçün ölkədə yaratdığı münbit şərait, onuniqtisadi potensialı insan kapitalına çevirmək” çağırışı biz alimləri daha yaxşı işləməyə və yeni uğurlar qazanmağa sövq edir. Bu baxımdan Bakı Dövlət Universitetində yeni elm sahələrinin yaradılması və inkişafı, onun dünya miqyasında tanınması üçün əlimizdən gələn hər şeyi etməyə çalışırıq. Belə ki, nanomateriallarnanotexnologiyalar sahəsindəki uğurlarımız beynəlxalq səviyyədə diqqət cəlb etmiş, Mehriban xanım Əliyevanın xoşməramlı səfir olduğu İSESCO tərəfindən ElmTexnologiya sahəsində 2012-ci ilin mükafatına layiq görülmüşəm. Mükafat işçi qrupun rəhbəri kimi mənə 20-21 noyabr 2012 tarixlərində Sudanın Xartum şəhərində keçirilən “Ali Təhsil və Elmi Tədqiqatlar Nazirlərinin altıncı İslam Konfransı” çərçivəsində təqdim edilmişdir. Qürur duyuram ki, iqtisadi əhəmiyyətli elmi-texniki problemlərin həll olunması uğrunda görülən mühüm işləri mükafatlandırmaq və innovativ istedadlı insanları təşviq etmək məqsədilə təsis edilmiş həmin mükafat 56 ölkə arasında azərbaycanlı alimə verilmişdir. Bu - ümummilli lider Heydər Əliyevin ideyalarının ölkəmizdə uğurla həyata keçirilməsinin, alimlərə göstərilən diqqət və qayğının, həmçinin Mehriban xanım Əliyevanın İSESCO-dakı yüksək nüfuzunun təzahürüdür.

Hər bir Azərbaycan vətəndaşı kimi, BDU-nun professor-müəllim heyəti də ulu öndərin xatirəsini əziz tutur. İllər keçdikcə Heydər Əliyevin Azərbaycan tarixində necə böyük rol oynayan şəxsiyyət olduğunu hamı daha aydın dərk edir, böyük strateqin müəyyənləşdirdiyi siyasi kursun alternativsizliyini başa düşür. Ulu öndər Heydər Əliyevin mənəvi irsinin, zəngin dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə çatdırılması mühüm vəzifə kimi qarşımızda durur.

yap.org.az

 

Səs.- 2012.- 11 dekabr.- S.6-7.