Ulu Öndər Heydər
Əliyevin ikinci dəfə
hakimiyyətə qayıdışı tarixi zərurət
kimi
Ulu Öndər Heydər Əliyevin ikinci hakimiyyəti illərində ideologiya, milli-mənəvi dəyərlər, iqtisadiyyat, siyasət vəhdətdə inkişaf etdirilirdi. Bu barədə "Dünyanı heyran qoyan insan" kitabında belə yazılmışdır: "Əlbəttə, milli dirçəliş ideyalarının, azərbaycançılıq ideologiyasının əməli surətdə həyata keçirilməsini yalnız təsərrüfat və sənaye sahələrində qazanılmış uğurlar fonunda, onların əsasında inkişaf etdirmək olardı. Heydər Əliyevin strateji proqramında diqqəti çəkən cəhət məhz odur ki, burada mənəvi, bədii və estetik təkamül iqtisadiyyatda parlaq nailiyyətlərlə və insanların rifahının keyfiyyətcə yaxşılaşması ilə birləşərək, vahid məcrada reallaşdırılmışdır.
Ulu Öndər Heydər Əliyevin ikinci hakimiyyəti illərində ideologiya, milli-mənəvi dəyərlər, iqtisadiyyat, siyasət vəhdətdə inkişaf etdirilirdi. Bu barədə "Dünyanı heyran qoyan insan" kitabında belə yazılmışdır: "Əlbəttə, milli dirçəliş ideyalarının, azərbaycançılıq ideologiyasının əməli surətdə həyata keçirilməsini yalnız təsərrüfat və sənaye sahələrində qazanılmış uğurlar fonunda, onların əsasında inkişaf etdirmək olardı. Heydər Əliyevin strateji proqramında diqqəti çəkən cəhət məhz odur ki, burada mənəvi, bədii və estetik təkamül iqtisadiyyatda parlaq nailiyyətlərlə və insanların rifahının keyfiyyətcə yaxşılaşması ilə birləşərək, vahid məcrada reallaşdırılmışdır.
Prezident Heydər Əliyev hətta iqtisadiyyatla bağlı məsələlərdə də mənəviyyat problemlərini heç vaxt diqqətdən kənarda qoymur, çünki O, öz ölkəsinin iqtisadi inkişafını hər zaman mənəvi mədəniyyət problemləri ilə sıx bağlılıqda, vahid axarda görür".
Azərbaycanın bir müstəqil dövlət kimi varlığı məhz Ulu Öndərin hakimiyyətə ikinci qayıdışı - 1993-cü ilin iyunu dövründə qorunub saxlandı. Bu barədə Ulu Öndər çıxışlarının birində demişdir: "Hesab edirəm ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında 1993-cü il tarixi əhəmiyyət kəsb edir. Mən tam məsuliyyətlə deyirəm ki, 1993-cü ilin iyun ayında Azərbaycan parçalanmaq və məhv olmaq təhlükəsi altında idi. Bunu hamınız gözünüzlə görmüsünüz. Bizim xalq yazıçımız Anar dünən dedi ki, əgər 1993-cü ilin iyun ayında bu məsələlərin qarşısı alınmasaydı, biz müstəqilliyimizi bəlkə, doğrudan da, yenidən itirə bilərdik. Bu, həqiqətdir. Çünki Azərbaycanın müstəqil dövlət kimi yaşamasını, inkişaf etməsini xaricdəki düşmənlərimiz heç vəchlə istəmirlər. Bir tərəfdən Ermənistan Azərbaycana qarşı ərazi iddiası edir, başqa ölkələrin də bəzi dairələri Azərbaycanı öz tabeliyində saxlamaq istəyirlər. Onların bəziləri üçün müstəqil, bütöv, sərbəst və uğurla inkişaf edən Azərbaycan sərfəli deyildir".
Sona xanım Vəliyeva 1993-cü ildən hakimiyyətdə ikinci dəfə olan Ulu Öndərin azərbaycançılıq ideyasının inkişafındakı müstəsna xidmətlərindən bəhs edərək yazır: "1969-cu ildə Azərbaycanın böyük siyasi xadimi və azərbaycançılıq ideallarının himayədarı Heydər Əliyev ölkəmizə rəhbərlik etməyə başladığı vaxtdan azərbaycançılığın inkişafı üçün yaranmış əlverişli zəmindən tarixçilər, ədəbiyyatçılar, dilçilər, filosoflar geniş istifadə etdilər. Bu illərdə yazılmış çoxsaylı əsərlərdə Azərbaycanın ədəbi-estetik və ictimai-siyasi fikir tarixi milli ideyanın geniş yayılmasına, milli irsin yeni nəslə çatdırılmasına töhfələr vermişdir.
Azərbaycançılıq ideyasının formalaşmasında XX əsrin 80-90-cı illərində, dövlət müstəqilliyimizin bərpası ərəfəsində başlanmış əvvəlcə xalq, 1990-cı ilin yanvar ayından isə milli-azadlıq hərəkatının xüsusi rolu olmuşdur. Bu illərdə həm qabaqcıl düşüncə sahiblərinin əsərləri, məqalə və çıxışları bütövlükdə milli ruhun inkişafına yönəlmiş, həm də yüksələn xətlə inkişaf edən xalq hərəkatı bu ideyanı bütöv insanların kütləvi düşüncə tərzinə çevirmişdir. Düzdür, bu illərdə meydan əhval-ruhiyyəsilə bəzən azərbaycançılıq ideyası ilə ümumtürkçülük ideyası qarışdırılmış və eyniləşdirilmişdir ki, bu da Azərbaycandaxili vətəndaş münasibətlərini bir qədər kəskinləşdirmiş və müəyyən müddətdə bu ideyanı iflasa doğru yönəltmişdir. Lakin bütün Azərbaycan əhalisinin istiqlal arzusu, azərbaycançılığın təbii şəkildə bir müstəqil dövlətin bütün vətəndaşlarının ali ideologiyasına çevrilməsi, bütün ölkə vətəndaşlarının birləşdirilməsi zərurəti tezliklə düşüncə adamlarını bu həssas və taleyüklü məsələyə yenidən baxmağa sövq etmişdir.
Azərbaycançılığın bütöv bir xalqın - bütün dünyada yaşayan azərbaycanlıların, Ana Vətənlə əlaqəsi olan bütün soydaşlarımızın və həmvətənlərimizin milli birlik simvoluna, milli ideologiyasına çevrilməsi və Azərbaycan Respublikasında rəsmi dövlət quruculuğu praktikasında həyata keçirilməsi 1993-cü ildən başlanır. Məhz bu dövrdən başlayaraq azərbaycançılıq etnolinqvistik, etnoqrafik, ədəbi, mədəni-estetik, fəlsəfi və mənəvi dəyərlərlə yanaşı, sosial-siyasi məzmun kəsb edərək, ümumi ideyalar sistemi kimi milli dövlət quruculuğunun ayrılmaz komponentinə çevrilir.
Azərbaycançılıq ideyalarının yayılması və bütün dünyada yaşayan azərbaycanlıların birləşdirici bir amalına çevrilməsi yolunda Heydər Əliyevin təşəbbüsü ilə 9-10 noyabr 2001-ci ildə Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının Birinci Qurultayının xüsusi rolu olmuşdur. Bu qurultayda Azərbaycan Respublikası vətəndaşlarını və dünyanın 36 ölkəsində yaşayan azərbaycanlıları təmsil edən, azərbaycanlıların milli elitasını təşkil edən 702 nümayəndə və 844 qonaq iki gün azərbaycançılığın bütün aspektlərini müzakirə etmiş, dünya azərbaycanlılarının birliyinin nəzəri və praktiki məsələlərini təhlil etmişlər.
Dünya Azərbaycanlılarının I Qurultayı bütün dünya azərbaycanlılarının ana vətəni Azərbaycana, ana dilinə, milli mənsubiyyət hissinə bağlılığını əyani şəkildə sübut etməklə yanaşı, eyni zamanda, onların milli şüurunun, özünüdərkinin güclənməsində mühüm rol oynadı. Xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması və azərbaycançılıq ideyalarının onların düşüncələrinə hakim kəsilməsi işində bu qurultayın rolu, sözün həqiqi mənasında, tarixi idi.
Beləliklə, biz 1993-cü ilin sonlarından etibarən milli ideologiyanın, azərbaycançılıq ideologiyasının müasir elmi-nəzəri standartlar səviyyəsində formalaşmasının şahidləriyik. Azərbaycançılıq təlimi bu gün milli ənənələrin və cərəyanların, dini və praqmatik nəzəriyyələrin keçid dövrünə məxsus müxtəlif iqtisadi prosesləri, cəmiyyətin industrial və postindustrial inkişafının bütün çalarlarını özündə cəmləşdirir.
Mirkazım Kazımov azərbaycançılığı Heydər Əliyevin dövlət quruculuğunun prinsipi hesab edərək yazır: "Azərbaycan xalqının çoxəsrlik tarixinin son yüzilliyində yetirdiyi dahi və ən böyük şəxsiyyətlərindən biri olan Ümummilli Liderimiz Heydər Əliyevin öz xalqı və dövləti qarşısında xidmətləri misilsizdir. XX əsrin siyasi tarixində ən yüksək zirvəyə yüksəlmiş Böyük Öndər özünün 80 illik şanlı həyatının yarım əsrdən çoxunu Azərbaycana, onun sosial-iqtisadi tərəqqisinə, dövlət müstəqilliyinin bərpasına və möhkəmləndirilməsinə, dünya birliyinə qovuşmasına, xalqın rifah halının yaxşılaşdırılmasına həsr etmişdir. Bu dahi şəxsiyyətin ürəyi öz xalqı ilə, öz vətəni ilə birgə döyünürdü. İyirminci yüzilliyin böyük mütəfəkkir-şəxsiyyəti kimi tarixə qovuşmuş Heydər Əliyevin özü bunu belə ifadə edirdi: "Mən bütün həyatımı Azərbaycana, xalqıma həsr etmişəm. Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram".
Heydər Əliyevin ən böyük xidmətlərindən biri ölkədə azərbaycançılıq ideologiyasının yaranmasını və möhkəmlənməsini, onu bütün dünyada yaşayan 50 milyondan artıq azərbaycanlının milli ideyasına, ümummilli ideologiyasına çevirməsi oldu.
Dünya azərbaycanlılarının birinci qurultayındakı geniş nitqində Azərbaycan dövlətinin əsas ideyasından danışan Ümummilli Liderimiz Heydər Əliyev qeyd edirdi ki, "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".
Bu gün Azərbaycan dövlətçiliyinin ideoloji əsasını müəllifi və yaradıcısı Böyük Öndər, Ümummilli Liderimiz Heydər Əliyev olan azərbaycançılıq ideologiyası təşkil edir. Müasir Azərbaycan açıq vətəndaş cəmiyyəti quran bir dövlət kimi bütün dinlərin, təriqətlərin, etiqadların, Şərq və Qərb mədəniyyətlərinin, digər mənəvi və bəşəri dəyərlərin sintezindən ibarət bir dünyadır. Azərbaycan dövləti, Azərbaycan xalqı bütün dünya üçün açıqdır, dünyanın elə bir ölkəsi, elə bir guşəsi yoxdur ki, həmin yerlərlə bizim mədəni, mənəvi bağlılığımız olmasın. Dövlətimiz çox düzgün olaraq özünün xarici siyasətində bu amilə xüsusi diqqət yetirir.
Azərbaycan rəhbərliyi ölkəmizin regionda, bütün dünyada mövqeyini müəyyən edərkən yalnız türk dünyasına, islam birliyinə söykənir, Rusiya, İran, yaxud Qərbə bağlanan siyasəti məqbul saymır. Ölkə rəhbərliyi balanslaşdırılmış siyasətin tərəfdarıdır, belə siyasəti də aparır. Tarixən bu yerlərin sakini və sahibi olan, buranı özləri üçün vətən seçən etnik qrupların maddi, mədəni və mənəvi irsi Azərbaycan adlı keçmiş, bu gün və gələcək deməkdir. Heydər Əliyev çox düzgün olaraq qeyd edirdi ki, "indi hər bir azərbaycanlı qürur hissi keçirə bilər ki, mən azərbaycanlıyam, mənim millətimin dövləti var, mənim millətim, ölkəm vardır".
Akademik Ramiz Mehdiyev Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Bakıya ikinci dəfə hakimiyyətə qayıdışı və hakimiyyəti illərində azərbaycançılığın inkişafı sahəsindəki xidmətlərindən bəhs edərək yazır: "1993-cü ilin ortalarında Heydər Əliyevin Bakıya qayıtması və milli dövlətçilik yaradılmasına yönəldilmiş islahatçılıq tədbirlərinə başlanması gənc nəsil üçün milli tarixdir. Gələcək nəsillər bu barədə tarixə dair oçerklərdən və kitablardan məlumat alacaq, oxuyacaq və öyrənəcəklər. Lakin bu tarixin bir çox şahidləri ölkənin Ermənistanla qanlı müharibə şəraitində olduğu, məmləkəti vətəndaş müharibəsinə cəlb etmiş müxtəlif qruplaşmaların daxili qarşıdurmasının yaxınlaşdığı, iqtisadiyyatın sovet dövründəki durğunluq səviyyəsindən başdan-başa viranəlik vəziyyətinə düşdüyü günləri yaxşı xatırlayırlar. Ölkədə, xüsusən də, paytaxtda qətiyyən idarə olunmayan qeyri-formal silahlı qruplaşmalar azğınlıq edirdilər. "Parçala və hökm sür" prinsipi Azərbaycanın hakim dairələrinin əsas tezisinə çevrilmişdi. Adlarını "demokrat" qoyanlar xalq və gələcək nəsillər qarşısında heç bir məsuliyyət hiss etmədən ölkəni parçalanmağa, dağılmağa, viranəliyə doğru sürükləyirdilər!
O vaxtdan ötən 10 ildən sonra milli siyasətdən danışarkən biz hər yerdə, bütün bölgələrdə sabit inkişafı nəzərdə tuturuq. İndi biz əsası Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideyasından danışırıq. Lakin çoxlarının yadındadır ki, hələ 10 illər öncə "demokratlar"ın yeritdikləri milli siyasətin səhvləri və uğursuzluqları, qəbul etdikləri qərar və qanunlar, etnomillətçiliyə can atmaları Azərbaycanın bölgələri arasında qarşılıqlı münasibətlərin mürəkkəbləşməsinə zəmin yaratmış və nəticə etibarilə buna gətirib çıxarmışdır. Bütün bunlar Azərbaycan xalqının qarşılaşdığı və 1993-cü il iyunun 15-dən sonra Heydər Əliyevin həll etməli olduğu istər daxili, istərsə də xarici siyasət problemlərinin ancaq kiçik bir siyahısıdır.
Səs.- 2012.- 22 dekabr.- S.14.