Odlar Yurdu beynəlxalq şou ərəfəsində
Ölkənin artan iqtisadi gücü, potensialı onun
görkəminin dəyişməsinə səbəb olur, bu
dövlətini dünya dövlətləri arasında yerini
mövqeyini ortaya qoyur. Qısa bir vaxt ərzində ölkə
ərazisində aparılan abadlıq-quruculuq işləri,
yeni binaların tikintisi, mədəniyyət ocaqlarının
təmir və bərpası ölkənin zahiri görkəmini
tamamilə dəyişmiş, onun inkişaf etmiş Avropa
ölkələri ilə müqayisəsinə zəmin
yaratmışdır. Belə bir yüksəlişə nail
olan Azərbaycanın bütün sahələrdəki nəzərəçarpacaq
irəliləyişləri ölkəmizin qonağı olan
insanların da diqqətindən kənarda qalmır. Ölkəmizlə
bağlı zəngin təəssüratı özündə
ehtiva edən Azərbaycan qapısını
açdığı hər bir ölkəyə rəmzlərini,
Odlar Yurdu olduğunu göstəriciləri ilə təqdim
edir.
Bu nailiyyətlər bizi müşayiət etdiyi bir
zamanda “Eurovizion-2012” Mahnı Müsabiqəsinin Azərbaycanda
keçirilməsi onun möhtəşəmliyini dünya
xalqlarına nümayiş etdirməkdə əhəmiyyətlidir.
Uzun illər sovet imperiyasının tərkibində olan bir
dövlətin qısa zaman fasiləsindəki uğurları
şəhərimizin qonağı olan hər kəsin təəccübünə
səbəb olur. Elə beynəlxalq səviyyəli müsabiqənin
də ölkəmizdə keçirilməsi mövcud olan dəyərlərimizə
yüksək səviyyədə yetirilən diqqət səbəbdir.
Müsabiqəni Azərbaycana gətirən cütlük musiqi
sənəti tariximizdə yeni bir səhifəni yazdılar. Bu
sətirlərin yazılmasına səbəb uzun illər mədəniyyət
və incəsənətimizə, milli- mənəvi dəyərlərimizə
dövlət tərəfindən yetirilən diqqət
olmuşdur. Azərbaycanın müsabiqədə 4 illik
iştirakı dövründəki bu qalibiyyət Azərbaycan
musiqisinin hansı səviyyədə olduğunu göstərir.
Birinci iştirakdan başlayaraq, son dövrə qədər Azərbaycan
təmsilçiləri iştirakçıları təəccübləndirib.
“Eurovision” Mahnı Müsabiqəsinin icraedici rəhbəri Yan
Ola Sandın sözlərinə görə, Azərbaycanın
müsabiqədə olduğu hər
çıxışı yaddaqalan olub: “Azərbaycan
müsabiqəyə qatıldığı ildən mən bu
ölkənin qalib gələcəyinə əmin idim. Əslində,
Azərbaycanın iştirakının 4-cü ilində qalib gəlməsi
bizə qəribə gəlmədi və bizi şoka
salmadı. Çünki Azərbaycan bu qalibiyyətə ilk
ildən layiq idi. Düşünürəm ki, bu il də Azərbaycanın
şansları yüksək olacaq və qalib gəlmək
imkanı olacaq”.
Avropanın
möhtəşəm televiziya şousu Azərbaycan auditoriyasında
Xatırladım ki,
Azərbaycanın “Eurovision” Mahnı
Müsabiqəsi layihəsində iştirakının ilk mərhələsi bu
yarışmanı yayımlamaqla başlayıb. “Eurovision” Mahnı Müsabiqəsi Azərbaycanda
ilk dəfə 2006-cı ildə
yayımlanıb. Həmin ilin may ayında İctimai Televiziya Yunanıstanda keçirilən 51-ci “Eurovision” Mahnı Müsabiqəsini Azərbaycan
izləyicilərinə təqdim edib. Bu ənənə 2007-ci ildə də davam edib və
Finlandiyanın paytaxtı Helsinkidə təşkil olunan Avropanın möhtəşəm televiziya şousu - “Eurovision” Mahnı Müsabiqəsi ikinci dəfə Azərbaycan auditoriyasına
yayımlanıb.
Artıq Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsində fəal
iştirakı üçün sosial tələbat var idi. 2007-ci ilin iyul ayında Azərbaycan İctimai
Televiziya və Radio
Yayımları Şirkətinin
timsalında Avropa Yayımları Birliyinə
(EBU) üzv qəbul olundu.
Elə həmin ildən də ölkəmiz “Eurovision”
Mahnı Müsabiqəsi layihəsinə iştirakçı
kimi qoşulub. Həmin
ildən başlayaraq müsabiqədə
Azərbaycanın adı ön
sıralarda çəkildi. Bu, Azərbaycan
musiqisini əzəmətini, onun tarixi köklərinin
möhtəşəmliyini əsaslandıran amildir.
Paytaxt
Bakı xarici qonaqların gözü
ilə...
Bakı 2012-ci ildə
keçiriləcək yarışmaya hazır vəziyyətdədir.
“”Eurovision”-2012” Mahnı Müsabiqəsi
ilə bağlı həyata keçirilən bütün
tədbirlər bu məqsədə xidmət
edir. Azərbaycanın simasının dəyişməsi
paytaxtımızın qonağı olan hər
kəsin diqqətini çəkir. Sözsüz
ki, məsuliyyət və diqqət
möhtəşəm musiqi bayramı ilə
bağlı təəssüratları zənginləşdirir.
Bakının küçələri, onun
möhtəşəm otelləri, insanların mehriban
və gülərüzlüyü hər kəsdə xoş izlər buraxır.
Abadlıq-quruculuq işləri
ilə yanaşı, Azərbaycanda olan qonaqpərvərlik
qeyri-millətləri valeh edir.
Bunu yüksək dəyərləndirən
“Eurovision” Mahnı Müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand 2012-ci ilin mayında bu qonaqpərvərlikdən
çoxsaylı insanların bəhrələnəcəyinə
əminliyini bildirib: “Hər gəlişimdə
Bakını daha çox
sevirəm. Azərbaycan barədə düşüncələrim
çox yaxşıdır. Xüsusi ilə Azərbaycan mətbəxindən
doymaq olmur”. “”Eurovision”-2004”-ün qalibi Ruslana Bakıdakı
hər çıxışından məmnunluq hissi keçirdiyini bildirib: “Buradakı insanları sevirəm. İl ərzində bura çox tez-tez gəlirəm”.
“”Eurovision”-2009”-un qalibi Aleksandr Rıbak
Bakının indi daha
da gözəlləşdiyini bildirib: “Burada çoxlu sayda yeni binalar gördüm.
Bakıda iki il bundan əvvəl olmuşam.
Şəhər tamamilə fərqli idi.
Bakı sürətlə dəyişir. Mən Bakını onda da sevirdim.
İndi isə o, daha da gözəldir.”
Bütün Avropaya
bacarığını təqdim edən Azərbaycanın milli seçiminin qalibləri
Dünya ölkələrində
olduğu kimi, Azərbaycanda
da “Eurovision” Mahnı
Müsabiqəsində iştiraka
hazırlaşır. “Eurovision” Mahnı
Müsabiqəsi 2012-ci il Azərbaycan təmsilçisinin
müəyyənləşməsi üçün
keçirilən milli seçimlərin sonuncu həftəsinin qalibi
müəyyən olundu. Xatırladaq ki, milli seçimlərin
canlı efir həftəsinə ötən
il noyabrın 28-də start
verilib. Seçimlərdə səkkiz həftə
ərzində 72 iştirakçı növbəti mərhələyə
çıxmaq uğrunda mübarizə
aparıb. Bütün Avropaya
öz bacarığını təqdim edən
Azərbaycanın milli seçimlərin
yarımfinalının 8 iştirakçısı məlum olub. Bunlar Orxan
Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan
Səfərov, Elton İbrahimov,
Adil Baxışlı, Səbinə Babayeva və Arzu
İsmayılovadır. Qeyd olunan ifaçılar milli
seçimlərin final mərhələsi
uğrunda mübarizə aparacaq.
Yeni mətbuat
mərkəzi inşa olunur
Azərbaycanda keçiriləcək
belə bir qələbəni izləmək
üçün 1600 nəfər xarici jurnalist ölkəmizə
səfər edəcək. Bunun müqabilində Azərbaycan həm də
öz mədəniyyətini yüksək
səviyyədə əks etdirmək imkanını əldə
etmiş olacaq. Bu tərkibdə olan
jurnalistlər üçün mətbuat
konfranslarını keçirilməsi məqsədi ilə “Baku Kristall Nall”ın
yaxınlığında mətbuat mərkəzinin tikintisinə
başlanılıb. Bu mətbuat mərkəzində jurnalistlərin
peşə fəaliyyətini həyata keçirmək üçün hər bir
şərait yaradılacaq. İnşa olunacaq bu məkan digər ölkələrdə
indiyədək olan mətbuat mərkəzlərindən
fərqlənəcək. Bütün
jurnalistlərin işlərini mükəmməl şəkildə
həyata keçirmələri üçün
hər bir şəraitin yaradılması
nəzərdə tutulub.
Azərbaycanın təşkil
edəcəyi bu beynəlxalq musiqi yarışması uzun
illər yaddaşlarda qalacaq.
Bu fikri söyləməyə
əsas verən amillər günümüzə qədər
görülən işlər və layihələrin
reallaşmasıdır.
Zümrüd BAYRAMOVA
Səs.- 2012.- 1 fevral.- S. 5.