DAVOS FORUMU VƏ AZƏRBAYCANIN İNKİŞAF PERSPEKTİVLƏRİ

 

Məlum olduğu kimi, yanvarın 25-dən 29-dək İsveçrənin Davos şəhərində keçirilən illik Dünya İqtisadi Forumu bu dəfə “Böyük transformasiya: yeni modellərin formalaşması” devizi altında keçirildi. Budəfəki forumda əsasən maliyyə və borc böhranı, həmin böhrandan çıxış yolları diqqət mərkəzində saxlanılan mövzulardan oldu. 2600-dən çox nümayəndənin qatıldığı forumun sessiyasında 40-dək dövlət və hökumət başçısı iştirak edərək, sözügedən mövzu ətrafında maraqlı çıxışları ilə yadda qaldılar.

Eyni zamanda, vurğulamaq yerinə düşərdi ki, budəfəki forum çərçivəsində Azərbaycana olan diqqət, ölkəmizə verilən əhəmiyyət, xüsusilə, seçilib. Çünki iqtisadi prosesləri daha dərindən qiymətləndirmək baxımından, bu forum özündə bir çox mühüm məqamları əks etdirir.

 

İNTERAKTİV SESSİYADA AZƏRBAYCANIN UĞUR TENDENSİYALARI ÇOXTƏRƏFLİ MARAQ DOĞURUB

 

Hər bir iqtisadi proseslərin arxasında siyasət dayanır. Azərbaycanın isə Davos Forumunda dünya dövlətləri üçün mahiyyəti başqa məsələdir. Daha dəqiq desək, neft məsələsində Avropa dövlətləri Rusiyanın asılılığından qurtulmaq istəyirlər. Bu şəraitdə onlar alternativ yollar axtarmalı olur ki, bu yollardan biri , təbii ki, Azərbaycanla münasibətlər qurmaqdır.

Elə Azərbaycana həsr olunan interaktiv sessiyanın keçirilməsi sözügedən əhəmiyyətin bariz nümunəsidir. Yanvarın 27-də Davosda Azərbaycana həsr olunan  interaktiv sessiyanın keçirilməsi ölkə Prezidenti İlham Əliyevin bu tədbirdəki iştirakı çıxışı interaktiv sessiya iştirakçıları tərəfindən maraqla izlənilmişdir.

İlk olaraq interaktiv sessiyanın aparıcısı, Davos Forumunun icraçı direktoru Börge Brend iştirakçılara Azərbaycana həsr edilmiş interaktiv sessiyada ölkəmizin davamlı inkişaf yolunda olduğunu bildirmiş vurğulamışdır ki, Azərbaycan coğrafi baxımdan strateji mövqedə yerləşir dünyada maliyyə böhranının mövcud olduğu bir dövrdə Azərbaycanın qeyri-neft sektorunda 9 faiz iqtisadi artıma nail olması çox  əhəmiyyətli məqamlardandır. Məhz bu səbəbdən , interaktiv sessiyada Azərbaycan iqtisadiyyatında çoxşaxəliliyin müzakirəsi öyrənilməsi istiqamətində  aparılan mövzu maraq kəsb edib.

Həmçinin, Davos Forumunun icraçı direktoru Azərbaycanın perspektivləri, regiondakı rolu, ölkəyə qoyulan investisiyalarla bağlı dövlətimizin başçısı İlham Əliyevin fikirlərinin böyük maraq doğurduğunu da, xüsusilə, vurğulayıb.

 

“SON BİR NEÇƏ İLDƏ İQTİSADİ İNKİŞAF GÖSTƏRİCİLƏRİ, DOĞRUDAN DA, HEYRANEDİCİDİR”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında Davos Forumunun əhəmiyyəti barədə vurğulayarkən, qeyd edib ki, Azərbaycana həsr olunmuş xüsusi tədbirin keçirilməsi ölkəmizə ayrılan diqqətin nəticəsidir. Belə ki, artıq Azərbaycan Davosda daha da geniş şəkildə təqdim olunur: “Burada bizim ənənəvi xalçalarımız milli mətbəximiz sərgilənir. Əlbəttə ki, biz Bakıdan gəlmişik. Burada da özümüzü Bakıdakı kimi hiss etdik. Ölkə uğurla inkişaf edir. Son bir neçə ildə iqtisadi inkişaf göstəriciləri, doğrudan da, heyranedicidir: 2004-cü ildən etibarən, bu, 300 faiz təşkil edib. Əlbəttə, biz anlayırıq ki, bu artımın ən böyük  hissəsi neft qaz sektorunun payına düşür. Bu da 20 ildir müstəqil yaşayan bir ölkə üçün təbii haldır”.

Prezident İlham Əliyev iqtisadiyyatın inkişafı baxımından labüd olan bir sıra mərhələləri tədbir iştirakçılarının nəzərinə çatdıraraq, bir daha sərgiləyib ki, həqiqətən , Azərbaycandan öyrəniləsi bir çox əhəmiyyətli məqamlar mövcuddur: “Hər bir ölkə, xüsusən , keçid dövrünü yaşayan ölkə bütün resurslarından, təbii sərvətlərindən istifadə etməlidir ki, güclü iqtisadiyyat qursun. Bu, bizim məqsədimiz siyasətimiz idi. Çoxmilyardlı iri sərmayələrin neft qaz sektoruna cəlb edilməsi bizə iqtisadiyyatımızı şaxələndirməyə kömək edir. İndi biz qarşımızda yeni məqsəd qoymuşuq. Məqsəd artıq üç dəfə artmış ümumi daxili məhsulu yenidən ikiqat artırmaqdır. Lakin iqtisadiyyatı əsasən qeyri-enerji sektorunun inkişaf etdirilməsi hesabına ikiqat artırmaq istəyirik”.

Dövlət başçısı onu da vurğulayıb ki, neft qazı hasil edən ölkə kimi Azərbaycanda həmişə ümumi daxili məhsula qeyri-enerji enerji ümumi daxili məhsulu nöqteyi-nəzərindən baxılıb. Nəticədə ötən il qeyri-neft sənayesi 11 faiz, qeyri-neft sektoru isə 9 faiz artıb. Bu gün qarşıda duran məqsəd isə ölkənin müasirləşdirilməsi, şaxələndirilməsi növbəti 10-12 il ərzində sürətli inkişafıdır: “Çünki ölkənin regionlarının inkişafı ilə bağlı ilk proqram 2004-cü ildə qəbul olunmuşdur. Bununla da, 2014-  ildə biz 10 illik inkişafın yeni mərhələsinə başlayacağıq. Biz çox sayda xarici sərmayələrdən bəhrələnirik. Son 15 il ərzində qoyulan sərmayələrin ümumi həcmi təqribən 110 milyard dollar təşkil edib. Təkcə keçən il ölkəyə 20 milyard dollar məbləğində sərmayə yatırılıb ki, bunun da 7 milyardı xarici sərmayələrin payına düşür. Bu da, onu göstərir ki, AZƏRBAYCAN XARİCİ ŞİRKƏTLƏR ÜÇÜN CƏLBEDİCİ ÖLKƏDİR VƏ BU, TƏKCƏ NEFT VƏ QAZ İLƏ BAĞLI DEYİLDİR”.

 

“İNKİŞAF ETMİŞ ÖLKƏLƏRİN TƏCRÜBƏSİ GÖSTƏRİR Kİ, YALNIZ YÜKSƏK SƏVİYYƏLİ TEXNOLOJİ TƏRƏQQİYƏ, YÜKSƏK SƏVİYYƏLİ TƏHSİLƏ NAİL OLMAQLA İNKİŞAF ETMİŞ ÖLKƏYƏ ÇEVRİLMƏK MÜMKÜNDÜR”

 

Prezident İlham Əliyev Davosda Azərbaycana həsr olunmuş interaktiv sessiyada bir daha bəyan etdi ki, nəzərdə tutulmuş bütün əsas layihələrin icrası başa çatıb. Lakin sənaye, turizm digər sahələrə yatırılan sərmayələr artmaqda davam edir: “İndi neft qaz sahəsində sərmayələrin həcmi düşməkdədir, çünki bütün əsas layihələrin icrası başa çatıb. Sənaye, turizm xidmət sahələrinə qoyulan sərmayələr artmaqdadır. Neft qaz satışından əldə etdiyimiz maliyyə resurslarını iqtisadiyyatın real sektorlarına - informasiya texnologiyaları təhsil sahələrinə yönəltmişik. Bir neçə il əvvəl mən bəyan etdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik. Çünki inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yalnız yüksək səviyyəli texnoloji tərəqqiyə, yüksək səviyyəli təhsilə nail olmaqla inkişaf etmiş ölkəyə çevrilmək mümkündür. Buna görə , biz gənclərimizi dünyanın aparıcı universitetlərində təhsil almağa göndəririk yaxşı nəticələr görürük”.

Məhz Prezident İlham Əliyevin çıxışından da məlum olur ki, Azərbaycan, həqiqətən ,  çox gözəl sərmayə mühiti olan ölkə kimi tanınır. Belə ki, Azərbaycana birbaşa xarici sərmayə axını hər hansı MDB ölkəsindən daha yüksəkdir. Habelə, iqtisadiyyatın rəqabətədavamlılığı da müntəzəmliklə artmaqdadır. Davos İqtisadi Forumunun reytinqinə əsasən, Azərbaycan iqtisadiyyatın rəqabətədavamlılığına görə 55-ci, MDB- isə birinci yerdə qərarlaşır. Bu, Azərbaycan üçün çox mühüm nailiyyətdir. Çünki bu faktor Azərbaycan dövlətinin şaxələndirmə siyasətinin uğurudur. Artıq başa çatmış Davos Forumunun nəticələri ölkəmizin inkişaf perspektivlərinin digər ölkələr tərəfindən öyrənilməsi kimi dəyərləndirilməkdədir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2012.- 1 fevral.- S. 3.