Xocalı
soyqırımı-20
İlham Əliyev: “Xocalı
soyqırımı haqqında həqiqətlər dünya
ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə
çatdırılmalı, Azərbaycan xalqının və
ümumən insanlığın əleyhinə yönəldilmiş
bu son dərəcə ağır hərbi cinayət beynəlxalq
miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”
Bildiyimiz
kimi, Prezident İlham Əliyev Xocalı
soyqırımının 20-ci ildönümünün
qeyd olunması haqqında Sərəncam
imzalayıb. Ölkəmiz və bəşəriyyət üçün əhəmiyyət kəsb edən
hə min Sərəncamda vurğulanır
ki, azərbaycanlılara qarşı erməni
şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata
keçirdiyi etnik təmizləmə
siyasətinin tərkib hissəsi olan
Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici
ölkələrin parlamentlərinə
çatdırılmalı, Azərbaycan xalqının və
ümumən insanlığın əleyhinə yönəldilmiş
bu son dərəcə
ağır hərbi cinayət beynəlxalq miqyasda
öz hüquqi-siyasi
qiymətini almalıdır.
Qeyd
edək ki, Xocalı
soyqırımının tanınması istiqamətində
istər diaspora, istərsə də, Azərbaycanda
və xarici ölkələrdə fəaliyyət
göstərən ayrı-ayrı təşkilatlar tərəfindən
davamlı işlər aparılmış və bu mühüm işlərin
nəticəsi olaraq, bir çox dövlətlərdə
Xocalı faciəsinə rəsmi münasibətlər bildirilmişdir.
Xocalı soyqırımı Belçika parlamentində
Azərbaycan-Belçika parlamentlərarası
əlaqələr üzrə işçi
qrupu Xocalı soyqırımı məsələsinin
Belçika parlamentində müzakirə
olunması ilə bağlı müəyyən iş aparıb. Azərbaycan-Belçika
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun səyi
nəticəsində, artıq bu il sözügedən məsələ Belçika parlamentində müzakirə olunacaq. Bundan əlavə,
işçi qrupunun
planına Azərbaycan haqqında məlumatların Belçika televiziyasında yayılması, iki ölkənin universitetləri arasında tələbə
mübadiləsinin aparılması və digər məsələlər
də daxildir.
Meksika
Senatı Xocalı soyqırımını
tanıyır
Meksika Senatı isə
artıq Xocalı soyqırımını rəsmən
tanıdığını bəyan edib.
Senatın qərarının əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq
Xocalı soyqırımı xarici ölkənin
parlamenti tərəfindən
tanınıb. Bundan əlavə, bu qərar ən böyük
və aparıcı Mərkəzi Amerika
dövlətlərindən birinin parlamenti tərəfindən qəbul olunub.
Türkiyə
Böyük Millət Məclisində qanun layihəsi
Türkiyə Böyük
Millət Məclisində də Xocalı qətliamının
ildönümü ərəfəsində
XX əsrin ən ağır cinayətlərindən biri olan bu
soyqırımının tanınması üçün
parlamentə qanun layihəsi təqdim
olunacaqdır.
Bundan başqa, Ankarada Xocalı
soyqırımı qurbanlarının xatirəsinə abidə
ucaldılması və Türkiyə paytaxtının mərkəzi
küçələrindən birinin
“Xocalı” adlandırılması təklifləri müzakirə
olunacaqdır.
İslam Əməkdaşlıq
Təşkilatına üzv dövlətlərin
Parlament İttifaqının Xocalı
soyqırımı ilə bağlı əhəmiyyətli qərarı
İslam Əməkdaşlıq
Təşkilatına üzv dövlətlərin
Parlament İttifaqının (İƏT
Pİ) İndoneziyanın Palembanq şəhərində
keçirilən 7-ci sessiyası öz işini başa
çatdırıb. Belə ki, sessiyada “Azərbaycan Respublikasına
qarşı Ermənistan Respublikasının təcavüzü”
adlı ənənəvi olaraq qəbul
edilən qətnaməyə İKGF-nin təşəbbüsü
ilə xüsusi bir bənd
əlavə edilib.
Xocalı faciəsinə
həsr edilən paraqrafda qeyd
edilir ki, konfrans üzv ölkələrin
parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 26 fevral 1992-ci ildə
Ermənistan silahlı qüvvələri tərəfindən
dinc azərbaycanlı əhaliyə
qarşı həyata keçirilən və soyqırım xarakteri daşıyan kütləvi
qırğını müvafiq şəkildə
tanımağa çağırır və Xocalı
qırğınını törədənləri məsuliyyətə
cəlb etməyi tələb edir.
Xüsusilə, qeyd
etmək yerinə düşərdi ki, bütün bu önəmli
qərarlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
tərəfindən irəli sürülən “Xocalıya ədalət”
kampaniyasının fəaliyyətinin nəticəsi olub. İƏT Pİ-nin
faciəyə verdiyi qiymət İKGF və
bu qurum arasında əməkdaşlıq
haqqında müvafiq qətnamələrin
tələblərindən irəli gəlir. Belə
ki, İKGF-nin irəli
sürdüyü əlavələrdən
sonra konfrans yekun hesabatda qurumun katibliyinə üzv
ölkələrin parlamentlərinin “Xocalıya ədalət”
kampaniyasına milli və beynəlxalq səviyyədə
dəstək göstərilməsinə
çağıran qətnamənin
həyata keçməsini diqqət mərkəzində saxlamağı
tapşıran müvafiq qərar qəbul
edib.
RÖVŞƏN
RƏSULOV
Səs.- 2012.- 4 fevral.-S.7.