Mirzə Fətəli Axundzadə -200

 

Azərbaycan ədəbiyyatının böyük mütəfəkkirləri sırasında yaradıcılıq yolu və fəaliyyəti ilə yer qazanan Mirzə Fətəli Axundzadənin bu il 200 illik yubileyi qeyd olunacaq. Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı əsasında həyata keçiriləcək tədbirlər çərçivəsində onun ədəbi-bədii yaradıcılığına, həyat və fəaliyyətinə nəzər salınacaq, tədqiq olunacaq, müasir dövrümüzün prizmasından təqdim ediləcək.

Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində silinməz izlər buraxan, realist dramaturgiyamızın və nəsrimizin banisi Mirzə Fətəli Axundzadənin zəngin və çoxşaxəli irsi əsrlər keçdikcə müasirliyini saxlayır, hər dövrdə yenidən tədqiq olunur, araşdırılır. Bu axtarışların coğrafiyası genişlənib, məzmunu dərinləşdikcə yeni-yeni elmi faktlar, qiymətli məlumatlar aşkara çıxır, dramaturqun həyatının bəzi maraqlı məqamları müəyyənləşir.

Uzun və maraqlı yaradıcılıq yolunu nəsillərin ixtiyarına verən Mirzə Fətəli Axundzadə müxtəlif məzmun və janrda olan əsərləri ilə həyat fəlsəfəsini, zamanın nüanslarına qarşı humanist fikirlərin qoyaraq, xalq həyatının ədib müdafiəçisinə çevrilmişdir. Bu gün yubileyini qeyd etdiyimiz dramaturqun çox da asanhamar olmayan ömür yolundan bizə bəlli olan məqamlarda qeyd olunur ki, 1812-ci ildə Şəkidə dünyaya gələn Mirzə Fətəli Axundzadə məlum səbəblərdən 13 yaşınadək İran Azərbaycanının müxtəlif bölgələrində yaşamışdır, 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə, dahi Azərbaycan şairfilosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir, bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

Dövrünün müasir elmlərilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olurbir il burada təhsil alır. 1834-cü ildə o, Tbilisiyə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuşömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilmişdir.

1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundzadə sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. Axundzadə “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirmişdir. Axundzadə Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli islam dünyasının ictimai, sosialsiyasi sahələrində radikal islahatların lüzumluğu fikrini müdafiə edirdi. “Aldanmış kəvakib”, “Sərgüzəşti-mərdi-xəsis”, “Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadükuni-məşhur”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Hekayəti-xırs-quldurbasan”  komediyaları ilə Azərbaycan milli dramaturgiyasında önəmli rol oynadı və dramaturgiyanın banisi adını qazandı.

Qeyd edim ki, əsərləri müxtəlif ölkələrdə, müxtəlif dillərdə çap olunsa da, ədibin Azərbaycan dilində komediyalarının çapı 1859-cu ildə həyata keçmişdi. M.F.Axundzadənin realizmindən insan psixologiyası, mənəviyyatı, onun inikası əsas cəhətlərdən biridir. Mütəffəkirin yaradıcılığı haqqında hələ öz sağlığında xarici ölkələrdə dəyərli yazılar çap olunmuş, onun komediyaları rus, fars, ingilis, fransız, alman dillərinə tərcümə olunaraq, ona dünya şöhrəti qazandırmışdı. O dövrdə Azərbaycan yazıçılarından Rusiyada və Qərbi Avropada ən çox tanınan, məşhur olan, sevilən məhz Mirzə Fətəli Axundzadə olmuşdur. Azərbaycanda M.F.Axundzadə haqqında istər alimlərimiz, istərsə də, yazıçılarımız çox yazmışlar. Onlar ədibin həyatı, yaradıcılığı, ədəbi-ictimai və fəlsəfi fikirləri haqqında bir çox kitablar, monoqrafiyalarelmi məqalələr yazmış, komediyalarının, “Aldanmış kəvakib” povestinin, “Kəmalüddövlə məktubları” fəlsəfi əsərinin, şeirlərinin, məktublarının tarixi əhəmiyyətini, ideya-bədii xüsusiyyətlərini düzgün qiymətləndirən bir sıra dəyərli fikirlər söyləmişlər.

Onunla bağlı ziyalıların məqalələri mətbuatda dərc edilmişdramaturq barədə dəyərli fikirlər söylənmişdir. Tiflisdə “Zaqafqazye”, “Qafqaz”, “Tifliskiy listok”, “Surxandai” (gürcü dilində); Bakıda “Kaspi”, “Baku”, “Kavkazskaya kopeyka”, “Yeni İrşad”; OrenburqdaŞura” qəzetlərində, “Taraz” jurnalında M. F. Axundzadənin həyat və yaradıcılığına həsr olunmuş məqalələr dərc edilmişdi. Bu məqalələrin içərisində görkəmli Azərbaycan publisistləri və tənqidçilərindən Rəhimbəy Məlikov, Hacı bəy Şirvanski, Süleyman bəy Əbdürrəhmanov, Həmzət bəy Hacınski və Qarabəy Qarabəyovun yazdığı məqalələr xüsusilə diqqəti çəkib. Onlar M.F.Axundzadənin həyatı, bir şair, filosof, tənqidçi, nasirdramaturq kimi fəaliyyəti, komediyalarının rus, farsbir çox Qərbi Avropa dillərinə tərcüməsi, ədibin ərəb əlifbasının islahı uğrundakı mübarizəsi haqda ümumi məlumat verir, yazıçının Azərbaycan ədəbiyyatının inkişafı tarixində xidmətlərini, xüsusilə, qiymətləndirirdilər.

Mənbələrdə göstərilir ki, Hacı bəy Şirvanski “M.F.Axundzadənin yubileyinə dair” məqaləsində M.Fətəlinin tək Zaqafqaziya müsəlmanları arasında deyil, “bütün müsəlman dünyasında teatrın ilk əsaslarını qoyan”, “müsəlman əlifbasının sadələşdirilməsinin ilk təşəbbüskarı” olan yazıçı, mütəfəkkir və ictimai xadim olduğunu fəxrlə qeyd etmişdir. H.Şirvanski məqaləsini bu sözlərlə bitirir:”Bu gün biz mərhum  M.F.Axundzadənin xatirəsi günündə, teatrda, təntənədə iştirak edərkən, tamaşaçıların başı üzərində üz tutaraq deyəcəyik: “Ayıl və öz böyük və ölməz oğlunun xatirəsi qarşısında bir insan kimi ayağa qalx, onun əziz xatirəsini daima yadında saxla və məhəbbət, yeni axtarışlar simvolu kimi onu qaranlıq və nadanlıq damğasından keçirib, gələcək nəsillərə aparıb çıxart”.

Xalqın zəruri tələblərini vaxtında və düzgün başa düşən, onun tərəqqisi, maariflənməsi, istiqbalı, nicat yolu uğrunda fəal mübarizə aparan, lakin öz sağlığında layiqli qiymətini almayan böyük şəxsiyyətlərdən biri də Mirzə Fətəli Axundzadə olmuşdur. Azərbaycan xalqının belə bir şəxsiyyətlə fəxr etməyə haqqı var.

Belə bir ziyalının 200 illik yubileyi ilə bağlı artıq bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 200 illik yubileyi münasibəti ilə böyük ədibin bədii əsərlərinin macar dilində nəşri ilə bağlı layihə həyata keçiriləcək. M. F. Axundovun altı komediyasını və “Aldanmış kəvakib” povestini orijinaldan macar dilinə Azərbaycanşünas alim, Budapeştdəki Etvöş Lorand Universitetinin müəllimi Mariya Keneşi tərcümə edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasında film istehsal olunacaq. Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkiləcək filmə Ramiz Həsənoğlu quruluş verəcək. Axundovun həyat və yaradıcılığını əks etdirəcək filmin əsas personajı da Axundov özü olacaq.

Bütün bunlarla yanaşı, 2012-ci il TÜRKSOY tərəfindən Azərbaycan mütəfəkkiri və yazıçısı Mirzə Fətəli Axundzadənin 200 illiyi münasibətilə “Mirzə Fətəli Axundzadə ilielan olunub. Bu il bütün türkdilli ölkələrdə M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər - elmi konfranslar, dəyirmi masalar, kitab təqdimatları, sərgilər, ədəbi-bədii gecələr keçiriləcək. Azərbaycanın realist dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə bütün türkdilli ölkələrdə yad ediləcək.

 

 

 Zümrüd

 

 Səs.- 2012.- 7 fevral.- S. 12.