Azərbaycançılıq
və vətənpərvərlik tərbiyəsi
Vətən amalında və azərbaycançılıq
ideologiyasında azərbaycanlıların milli
mədəniyyət, milli mənlik şüuru, milli təfəkkürü
və xarakterinin mental
xüsusiyyətləri öz əksini
tapır. Vətənçilik hissi, vətənçilik
əxlaqi vətənpərvərlik mənəvi-əxlaqi fenomen kimi vətəndə
- azərbaycanlıların məskunlaşdığı
müqəddəs məkanda yaranır və inkişaf
edir. Q.Əliyev yazır ki, insanların öz doğma etnik beşiyinə
üzvi məhəbbəti, öz doğma diyarına
bağlılığı xalqın ənənələrinə
və adət-ənənələrinə dərin ehtiram dönməz sosial fenomen kimi hazırda
müstəqil Azərbaycan vətəndaşlarının
yeni mental keyfiyyətlərinə
çevrilməkdədir.
Vətən amalı və azərbaycançılıq
ideologiyası vətənpərvərlik -anlayışı
ilə əlaqədardır. Q.Əliyevə görə vətənpərvərlik
bir-biri ilə vəhdətdə olan üç komponentdən
ibarətdir: Vətənpərvər münasibət, vətənpərvərlik
şüuru və vətənpərvərlik;
fəaliyyəti. Vətənpərvər münasibət
insanın vətənin faydası üçün
lazım olan fəaliyyəti həyata
keçirmək niyyəti, həmçinin, ölkəsinin
maddi-mənəvi sərvətlərinə daxili
pozitiv münasibətdir. Vətənpərvərlik
şüuru vətənpərvərlik obyekti ilə vətənpərvərin
qarşılıqlı təsirinin bütün
növlərinin mənəvi tənzimləyicisi, onun şüurunun daxili determinantıdır. Vətənpərvərlik
fəaliyyəti isə vətənpərvərliyin real hiss olunan
və görünən tərəfləridir.
Vətən təəssübkeşliyi,
vətənçilik əxlaqı, vətənpərvərlik
milli qürur və milli ləyaqət hissilə vəhdətdə
azərbaycançılığın özəyini təşkil
edir. S.Xəlilov dərk olunmuş
vətənpərvərliyi milli ruhun əsası hesab edir və milli idelogiyaya söykənməyən vətənpərvərliyi faydasız hesab edir: Milli ideologiyaya
söykənməyən, vahid konsepsiyaya əsaslanmayan kortəbii fəaliyyətləri
kimi sevgidən və millətçilik
hissindən doğsa da,
son nəticədə ancaq
ziyan gətirə bilər. Ə.Tağıyevin fikrincə, vətənpərvərlik
problemi özlüyündə bir akademizm tələb edir, yəni
öyrənilməsini, elmi-nəzəri təhlilinin və
şərhinin verilməsini zəruri edir.
Çünki hazırda müstəqillik
şəraitində başa
düşülən vətənpərvərlik SSRİ
vaxtındakı vətənpərvərlikdən köklü surətdə fərqlidir. O zaman vətənpərvərlik
deyəndə, SSRİ-nin vətəndaşı üçün vətənpərvərlik nəzərdə
tutulurdu. İndi isə
Azərbaycan Respublikası üçün,
onun maddi və mənəvi
sərvətləri keşiyində dayanmalı olan insanların
vətənpərvərliyindən söhbət gedir. Bu məsələ hazırda mənəvi borc olmaqla yanaşı, həm
də sırf ideoloji-siyasi bir
problem kimi
qarşıya çıxır. Onu hər
bir vətəndaşın mövqeyindən
və hər bir vətəndaşın mövqeyi naminə anlamaq
tələb olunur. Çünki
o, azərbaycançılıq milli ideyasının tərkib hissəsidir. Alman filosofu Hegel özünün Hüquq fəlsəfəsi əsərində
vətənpərvərlik haqqında yazırdı: Vətənpərvərlik
sözü altında çox
zaman yalnız fövqəladə qurban verməyi və davranışları başa düşürlər. Amma,
əslində, o, elə bir
ovqatdır ki, adi vəziyyətdə
və adi həyat şəraitində
dövləti substansional əsas və məqsəd
kimi başa düşür... Bu ovqat, ümumiyyətlə, etimaddır, mənim
substansional və xususi
marağımın başqasında, yəni dövlətdə
yerləşdiyini başa düşməkdir.
Ulu Öndər
Heydər Əliyev milli vətənpərvərlik
haqqında müdrik sözlər demişdir: Milli vətənpərvərlik
prinsipi gərək körpəlikdən başlayaraq hər
bir vətəndaşın həyat prinsipi, həyat qanunu,
nizamnaməsi olsun.
Ulu Öndər
vətənpərvərliyi, vətəndaşlıq duyğusunu xalqın, vətənin taleyinin tərkib hissəsi hesab
edirdi. Dahi şəxsiyyətin
azərbaycançılıq ideyasının güclənməsində,
onun etnik-milli müstəvidən dövlətçilik və vətənpərvərlik
müstəvisinə keçirilməsində müstəsna rolu oldu.
Heydər Əliyev vətənpərvərliyə
və dövlətçiliyə əsaslanan azərbaycançılığı
qurdu, yaratdı, təşkil etdi, eyni zamanda,
əməli surətdə həyata
keçirdi.
Milli ideologiyadan, azərbaycançılıq
ideologiyasından danışarkən, böyük
insan hər bir azərbaycanlılığın
vətənpərvərlik hissləri ilə
yaşamasını daim önə çəkirdi:
Milli vətənpərvərlik
hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki,
hər bir vətəndaş milli mənafeyi öz
şəxsi mənafeyindən, öz
şəxsi yaşayışından, öz
şəxsi həyatından - hər şeydən üstün tutsun.
Professor
Qoşqar Əliyev yazırdı ki, müasirlik
meyarlarından yanaşılsa, vətənpərvərlik Heydər
Əliyevin ictimai görüşlərində,
hər şeydən əvvəl real
gerçəkliyin fərqli cəhətlərini özündə
ehtiva edən anlayış kimi açılır, vətənpərvərlik
vətən anlayışının mahiyyəti ilə vəhdətdə
götürülür. Vətənpərvərlik
vətənə məhəbbət, əcdadların ənənələrinə
hörmət deməkdir. Bu mənada,
bölünməz vətənpərvərlik hissi
ilə vətənpərvərlik şüuru
bir-birilə dialektik vəhdətdə
çıxış edir. Vətənpərvərlik
şüuru özündə keyfiyyətcə
yeni cəhətləri daşıyan fenomendir, belə ki, onun məzmununda coğrafi,
sosial və mədəni mühitlə bərabər
yeni keyfiyyətli dövlət quruluşunu, idarəetmə formalarını,
demokratiyanın inkişaf səviyyəsini,
real siyasəti ehtiva
edən siyasi mühit
anlayışını daşıyır. Özündə bu komponentləri daşıyan vətənpərvərlik
anlayışı, bütövlükdə, yüksək mənəvi-əxlaqi
dəyər kimi Heydər Əliyevin fəlsəfi
görüşlərində milli
ideyanın tərkib elementi kimi təqdim olunur. Şəxsiyyətin
şüurunda vətən
anlayışı tədricən siyasi çalarlar kəsb etmiş,
vətən haqqında bilikləri, onun tarixi, ovqatı, ənənələri, hissləri,
emosiyaları, vətənpərvərlik davranış
normalarını və mülahizələri əks etdirmişdir. Məhz bu
keyfiyyətlər sayəsində vətənpərvərlik şüuru inteqral mənəvi
fenomen kimi
çıxış edir, vətənin
müdafiəsi kimi anlayışın məzmununu
müəyyənləşdirir. Vətənpərvərlik
şüuru özü
müstəqil siyasi-əxlaqi dəyər olmaqla
vətənin sosial dəyərlərinə
münasibətdə müəyyən meyar
rolunu oynayır, şəxsiyyətin ətraf
hadisələrə dəyər yönümlərini
formalaşdırır.
Heydər Əliyev
vətənpərvərlik
fəaliyyəti deyərkən, onu vətənin, milli varlığın, mütərəqqi inkişafın, xarici və
daxili təkmilləşmə prosesi zamanın uzun sosiomədəni keyfiyyətlərinə məruz qalaraq bu gün
azərbaycanlıların bir millət kimi dünya sivilizasiyasında özünəlayiq yer
tutması barədə
düşüncəsini əsaslandırmağa obyektiv əsas vermişdir.
Vətənpərvərliyə
və dövlətçiliyə söykənən azərbaycançılıq
məhz Ulu Öndər Heydər Əliyevin
Azərbaycanın müstəqilliyinin
bərpası zamanı ölkəyə ikinci
dəfə rəhbərliyə qayıdışından sonra milli bütövlüyümüzün
təcəssümü olan milli ideologiya kimi formalaşdı, gerçəkləşdi
və səfərbəredici fenomenə çevrildi.
Bu yerdə Qoşqar Əliyevin
fikrini xatırlamaq məqsədəuyğundur.
Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi
görüşlərində işlənib
hazırlanmış, ölkə əhalisinin rəğbətlə
qarşıladığı azərbaycançılıq
amalının milli dərki kimi təqdim edilir. Heydər Əliyevin təssəvvüründə müasir sosial inkişaf prosesində azərbaycançılıq
ideologiyası milli-mənəvi
sərvətimiz sistemində ən önəmli yer tutur və mübaliğəsiz demək olar ki, müstəqilliyin möhkəmlənməsi
əqidəsində olan bütün
azərbaycanlıların milli
ideologiyası kimi funksional
əhəmiyyət daşıyır.
Ulu Öndər
yazırdı: Əgər müxalifətdə olan qüvvələr Azərbaycanın
müstəqilliyini qorumaq tərəfdarıdırlarsa,
deməli, burada fikir müxtəlifliyi yoxdur.
Bizim ideologiyamızın əsası budur. Başqa sözlə, Heydər Əliyevin vətənçiliklə
sıx bağlı olan azərbaycançılıq
ideyası müharibə gedən bir
ölkədə iqtidar-müxalifət
qarşıdurmasının qəti pislənməsinə
yönəlmişdir, çünki Heydər
Əliyevin ikinci
qayıdışının ilk günlərindən
Azərbaycanı müharibə vəziyyətindən
çıxarmaq üçün millət
qarşısında bütün qüvvələri
birləşdirmək vəzifəsini qoymuşdu.
Tale onu millətin çox
ağır günlərində Azərbaycana məhz bu müqəddəs vəzifəni yerinə
yetirmək üçün gətirmişdi,
çünki hakimiyyət
sükanının ona etibar
edildiyi həmin dövrdə çətinlik
təkcə Ermənistanın Azərbaycana xain
hücumu nəticəsində
torpaqlarımızı işğal
etməsi ilə deyil, habelə, milli düşüncə baxımından daha ağrılı vəziyyətlə-daxili
müxənnət qüvvələrin Azərbaycan dövlətçiliyinə
qarşı cəhdləri ilə bağlı idi.
Heç bir dövlətçilik
səriştəsi və təcrübəsi olmayan,
marginal dünyagörüşlü
qüvvələr hər vasitə ilə vəzifə
davası edir, zorakılıqla hakimiyyətə
gəlmək istəyirdilər. Məhz belə
dağıdıcı fəaliyyətə respublikada
son qoymaq üçün xalq tarixi müdriklik nümayiş etdirərək, öz
qeyrətli oğlunu müsibətlərə
düçar olmuş
Bakıya dəvət etdi. Ölkədəki
reallıqları dərin analitik təhlil
edən böyük siyasətçi başa düşürdü ki, azərbaycanlının Azərbaycandan
başqa vətəni yoxdur
əqidəsini azərbaycançılıq ideyasının
məhək daşı kimi dərk edilməsi
üçün, hər şeydən əvvəl,
bu ideologiyanın əsas struktur
komponentlərindən olan milli
dövlətçilik düşüncəsini
aşılamaqdır, milli şüurda bu inamı
möhkəmlətməkdir.
Heydər Əliyevin
azərbaycançılıq nəzəriyyəsinin mühüm metodoloji əhəmiyyəti
bundadır ki, o, tarixi varisilik prinsipindən
yaradıcıqla istifadə edir, bunun milli məfkurəmizin,
düşüncə tərzinin, millətin irsində vətənçilik
ideologiyasının
formalaşmasının mənbəyi hesab
edir. Demokratik, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu
yolu ilə gedən Azərbaycan və bütün azərbaycanlılar Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyevin
ətrafında birləşərək, milli
azərbaycançılıq və vətənpərvərliyin
vəhdəti şəraitində müstəqilliyini daha da möhkəmləndirir.
Bu gün cənab İlham Əliyevin rəhbərlik etdiyi suveren Azərbaycan sülhsevər daxili
və xarici siyasət strategiyasını
həyata keçirir. Hazırda bu müdrik siyasət sayəsində
Azərbaycan 137 ölkə ilə diplomatik
əlaqə yaratmışdır. Azərbaycanlıları
artıq dünya miqyasında öz sivilizasiyanı və mədəniyyətini
yaradan xalq kimi tanıyırlar. Sülhsevər
xalqımız öz Prezidenti ətrafında
birləşərək, əzmlə müstəqilliyini
möhkəmlətmək arzusu ilə
yaşayıb-yaradır, çünki
ölkəmizdə demokratik inkişaf üçün
zəruri olan təsisatlar və hüquqi baza yaradılmışdır.
Akademik Ramiz Mehdiyev azərbaycançılığın
birləşdirici fenomeni kimi
vətənpərvərliklə vəhdətinə diqqət
yetirərək yazır: Azərbaycançılıq
xalqımızın çox əzab-əziyyətlərdən
sonra yaratdığı tarixi
dəyərdir, real müstəqilliyə nail olmaq, vahid,
bölünməz, unitar Azərbaycanı
qoruyub saxlamaq vasitəsidir.
Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının
çoxəsrlik ənənəsi, diyarımızda yaşayan bütün millətlərin
və etnik qrupların
qardaşlığı, birgə fəaliyyəti və
qarşılıqlı təsirinin tarixi,
ümumi taleyi, Azərbaycanın
bütövlüyünü qorumaq uğrunda onların birgə mübarizəsinin
tarixi təcrübəsidir.
Ulu Öndər
Heydər Əliyev gənclərin vətənpərvərlik
tərbiyəsinə azərbaycançılığı, qəhrəmanlığı
əxz etmək bütün çətinlikləri
aradan qaldırmaq vasitəsi kimi baxırdı: Siz də
Azərbaycan
xalqına xidmət edərək... Vətənpərvərlik
hissi ilə yaşayaraq
özünüzü qəhrəman, cəsur,
qüdrətli bir insan
kimi formalaşdırmalısınız və
qarşıdan gələ biləcək bütün
çətinliklərə hazır olmalısınız.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.- 8 fevral.-S.10.