Azərbaycan ədəbiyyatına
dəyərli töhfələr vermiş
böyük şair
Xalqımızın müstəqillik
ideallarına bütün həyatı boyu sadiq qalan,
Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini
qoyan Əhməd Cavad
klassik ədəbiyyatımızda müstəsna
rola malikdir. Ədəbi
irsimizin səhifələrini vərəqləyərkən
zəngin
yaradıcılığı, milli azadlıq və istiqlal
uğrunda mübarizə motivlərinin
şahidinə çevrilirik. Onun aparıcı mövqeyi
dövrün ictimai-siyasi
mənzərəsini dolğun əks etdirir.
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən biri, böyük şair və maarifçi,
tanınmış ictimai xadim,
Azərbaycanın Dövlət Himninin
sözlərinin müəllifi Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu
Axundzadənin) bu il anadan olmasının 120 illiyi tamam olur.
Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev
Sərəncam imzalayıb. Yubiley tədbirləri
Əhməd Cavad şəxsiyyəti və
irsi ilə bizləri bir
daha tanış edəcək, onun keçdiyi yol təqdim olunacaq.
Xatırladım
ki, Azərbaycan ədəbiyyatına dəyərli
töhfələr vermiş Əhməd Cavad 1892-ci il mayın 5-də
Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli
kəndində anadan olmuşdur.
Gəncə ruhani seminariyasında, Azərbaycan ali
pedaqoji institutunun tarix və filologiya
fakültəsində təhsil
almışdır.
Əhməd Cavad
əvvəllər Quba Xalq
Maarif şöbəsinin müdiri,
Gəncədə Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri, Azərbaycan Dövlət Nəşriyyatının
tərcümə şöbəsində redaktor,
sonralar isə “Azərbaycanfilm”
studiyasında
sənədli filmlər şöbəsinin müdiri
vəzifələrində çalışmışdır.
Əhməd
Cavadın şeirləri 1913-cü ildən çap
edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan
şairin 1916-cı ildə “Qoşma”, 1919-cu ildə isə “Dalğa” adlı kitabı nəşr olunmuşdur. Onun məşhur
“İstiqlal uğrunda
şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda
işıq üzü görmüşdür.
Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət
bir türk
övladı kimi Əhməd Cavadı ciddi narahat etmişdir.
O, klassik ədib,
şair və pedaqoq
Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi
İstanbulda qurulan “Qafqaz könüllü
hissəsi” sıralarına qatılır. Trakiya
cəbhəsində Türkiyənin müstəqilliyi uğrunda türk qardaşları
ilə çiyin-çiyinə vuruşmuşdur.
1914-cü
il Birinci Dünya müharibəsi zamanı Türkiyənin
şərq cəbhəsindəki döyüşləri
“Sarıqamış” uğursuzluğu ilə
nəticələnmişdi. Türkiyənin
şərq hissəsi rus ordusunun
işğalına, Qars və Ərzurum əhalisi
rus və ermənilərin
qırğınına məruz qalmışdı. Bakıda
yerləşən “Azərbaycan xeyriyyə cəmiyyəti”
Türkiyənin şərq vilayətlərindəki əhaliyə
yardım etməkdə idi. Bu işdə
Əhməd Cavad da
yaxından iştirak edir,
Bakı ilə Qars arasında rusların
törətdikləri maneələrə baxmayaraq
gedib-gəlir, yardım işlərində yorulmadan
çalışırdı. Qardaş
xalqın bu bədbəxt günündə
Qarsda qarşılaşdığı
ürək parçalayan mənzərəni
bədii şəkildə “Nə gördümsə”
şerində dilə gətirir:
Armağanım
yaslı nəğmə,
Bir quş
oldum, çıxdım yola.
Getdim gördüm dost elində
Nə bir səs
var, nə bir layla.
Vicdan mənə əmr edər ki:
“Belə gündə bayram etmə”.
Quran mənə
yol göstərir:
“Yoxsulları məyus etmə”.
Son bənddə Əhməd Cavad bayramdan söz açır. Şeiri 1915-ci il martın
22-də “Novruz” bayramı
günü qələmə
almışdı. Əhməd Cavad
xalqımızın əziz
bayramı olan “Novruz” bayramını etmir. Qarsdakı qardaşlarının yasını saxlayır.
Çünki Qars rus orduları tərəfindən
işğal edildiyi zaman oradakı türk soydaşları ruslar və ermənilər tərəfindən
qılıncdan keçirilmiş,
Qars xarabazarlığa
çevrilmişdi. Yaradılışından şair doğulan Əhməd Cavadın bu hadisədən həyəcanlanmaması mümkün
deyildi. Çünki
1914-cü ildə Osmanlı
dövlətinin müharibədə
iştirak etməsindən
həyəcanlanan Əhməd
Cavad illərdən bəri adı-sanı anılmadan Türkiyə radiolarında mahnı kimi oxunan “Qara
dəniz” şeirini yazmışdı və böyük ümidlərlə
yaşamışdı. “Qara
dəniz” şeirinin
son bəndi belə bitir:
Dost elindən
əsən yellər
Mənə şeir... salam söylər.
Olsun bizim bütün
ellər
Qurban Türkün bayrağına.
Birinci Dünya müharibəsi zamanı,
1915-ci ildə Türkiyədə
rus və erməni istilasına, özbaşınalığına qarşı çıxaraq
“Azərbaycan xeyriyyə
cəmiyyəti” vasitəsilə
vaxtaşırı türk
xalqına kömək
göstərmişdir. Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə
qarşılayan Ə.Cavad
gecə-gündüz çalışmış,
əməli işi, bədii yaradıcılığı
ilə xalqının
xoşbəxtliyi, azadlığı
üçün əlindən
gələni əsirgəməmişdir.
Birinci Dünya müharibəsinin
axırlarında Qafqaz
cəbhəsində türk
ordusu müvəffəqiyyət
qazanır. Türk ordusu
qardaş Azərbaycan
birlikləri ilə Bakıya qədər gəlir. Əhməd Cavad yenə
“Müqəddəs Məhmədcik”
və azəri əsgər yoldaşları
ilə Bakının Yasamal dağındakı səngərlərdə düşmənlə
vuruşur. Beləliklə,
bu döyüş meydanında Əhməd Cavadın yazdığı
“Bismillah” şeiri milli həyəcana malik olan dəyərli
lirik əsərlərindən
biridir:
Atıldı dağlardan zəfər topları,
Yürüdü irəli əsgər, bismillah.
O, Xan
sarayında çiçəkli
bir qız,
Bəkliyor bizləri zəfər, bismillah.
Ey hərbin taleyi bizə yol ver, yol.
Sən ey coşan
dəniz gəl Türkə ram ol,
Sən ey sağa
- sola qılınc vuran
qol
Qollarına qüvvət gəlir, bismillah.
Azərbaycan hökuməti Bakıda döyüş zamanı şəhid olan “məhmədciklərə”
şəhidlər abidəsi
qoydurur. Abidənin təməl
qoyma mərasimində
Əhməd Cavad “Qalx” adlı şeirini oxuyur:
Qalx, qalx sarmaşıqlı
məzar altından
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi,
yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər.
Əhməd Cavadın həbs edilməsindən sonra mətbuatda onun əleyhinə verilmiş yazıların
mahiyyətini başa düşmək üçün
bəzi materialların
yalnız sərlövhələrini
burada xatırlatmaq kifayətdir: “Sonadək ifşa etməli” (Abdulla Faruq), “Sıralarımızda
düşmənlərə yer yoxdur” (Ağahüseyn
Rəsulzadə), “Sıralarımızı
təmizləyəlim!” (Cəfər Xəndan), “Təmizliyə başlanmalıdır!”
(Məmməd Səid Ordubadi), “Amansız olmalı!”
(Mir Cəlal), “Səhvlərimiz haqqında”
(Səməd Vurğun),
“Sayıqlığın kütləşdiyi
yerdə” (Seyfulla Şamilov) və i.a.
Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə
qarşılayan Əhməd
Cavad gecə-gündüz
çalışmış, əməli işi, bədii yaradıcılığı
ilə xalqının
xoşbəxtliyi, azadlığı
üçün əlindən
gələni əsirgəməmişdir.
Azərbaycanı müstəqil, doğma
xalqını xoşbəxt
görmək istəyən
Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə
məruz qalmış,
1937-ci ildə pantürkist
damğası vurularaq,
sovet repressiya rejiminin qurbanı olmuşdur.
Qeyd edim ki,
Əhməd Cavad “Şeirlər”, “Sən ağlama, mən ağlaram” kitablarının
müəllifi olmuş,
Fransua Rablenin “Qarqantua və Pantaqruel”, Vilyam Şekspirin “Otello”, “Romeo və Cülyetta”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərlərini Azərbaycan
dilinə tərcümə
etmişdir.
Zümrüd
Səs.- 2012.- 11 fevral.- S. 12.