Azərbaycançılıq
ölkəmizin milli təhlükəsizliyinin
əsas ideoloji təminatçısı kimi
Ölkəni
təkcə düşmən təcavüzündən deyil, məsələn,
ekoloji fəlakətdən qorumaq və milli bəlalardan xilas
etməyin özü də milli təhlükəsizliyin təmin
olunmasıdır. Qərb milli
təhlükəsizlik nəzəriyyəçiləri
dövləti ideoloji prinsiplərin
müdafiə funksiyasından azad etmək
fikrini irəli sürürlər və bunu Qərbdə açıq cəmiyyətlərin
mövcudluğu ilə izah
edirlər. Şərqdə isə dövlətin ideoloji müdafiəsi funksiyasına üstünlük verirlər. İdeoloji müdafiə
bir çox dövlətlərin
dövlət təhlükəsizliyinin tərkib hissəsinə
çevrilib. Şərqlə Qərbin sintezi olan Azərbaycanda milli dövlət quruculuğu
gedişində milli təhlükəsizlik
üçün təhlükələri
aradan qaldırmaq üçün
ideoloji müdafiə sistemləri
yaradılmışdır ki, bunlardan biri də azərbaycançılıqdır.
Güclü dövlətlər öz vətəndaşlarının maraqlarını
nəzərə alırlar. Vətəndaşlar da, öz növbələrində,
öz dövlətlərini təhlükəli
ideyalardan müdafiə edirlər.
Dövlət
öz təhlükəsizliyinin milli və beynəlxalq səviyyədə
prioritetlərini müəyyən edərək bunları təmin
edə bilər. Milli təhlükəsizlik
ideoloji aspektdə dörd
səviyyədə - ictimai, fərdi,
dövlət və beynəlxalq səviyyələrdə həyata
keçirilir. Professor
İ.Məmmədzadə birliklərin hüquqları və ictimai maraqlarının Azərbaycan üçün xüsusi
əhəmiyyət kəsb etdiyini göstərir.
Bu problemin fəlsəfi-etik
və siyasi-hüquqi aspektdə az öyrənildiyinə diqqəti cəlb edən
müəllif yazır: “Nəzərə çatdırmaq
lazımdır ki, ictimai
şüur müəyyən bir mərhələdə fərdi biganəliyə
haqq qazandıra bilər. Lakin
dövlətin gücü ondadır ki, ictimai şüura
xas olan səhvləri
və uydurmaları aradan qaldıra bilər.
Unutmayaq ki, hər
şeydən əvvəl, öz vətəndaşlarının
həyatını qoruya bilən dövlət
güclü dövlət hesab
olunur.
Milli təhlükəsizlik
modelində mühüm yeri
həm də Azərbaycanda siyasi stabillik tutur. Stabillik fenomeni xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda davamlı siyasi
sabitlik müstəqilliyin möhkəmləndirilməsi,
beynəlxalq dəstəyin genişləndirilməsi, demokratik ənənələrin və
islahatçılığın gücləndirilməsi fonunda milli təhlükəsizliyə
xidmət edir. Stabillik
olmayan yerdə vətəndaş da, dövlət də öz
xarici və daxili siyasətində
çətinliklərlə üzləşir. Xarici
siyasətdəki stabillik daxildəki
stabilliyə müsbət təsir göstərir. Stabillik ahəngdarlıq üçün
əsas şərait yaradan mühüm amildir. Daxili stabillik dövlət-cəmiyyət
dəyərlərinin, məqsəd və maraqlarının ideoloji-əxlaqi
vəhdəti sayəsində əldə edilir.
Vətəndaşı vətənə, təhlükəni
özü üçün
təhlükə hesab edən stabil cəmiyyətin milli
ideologiyasında bu cür
vətəndaşlıq mövqeyi
dövlətin çiçəklənməyə, təhlükəsizliyə
doğru hərəkətində, ərazi
bütövlüyünü təmin
etməkdə, nəsillərin və milli
ruhun varisliyində əsas amillərdən
biri olur.
Milli təhlükəsizlik
modeli özü də
stabilliyə xidmət edir. Azorbaycan
xalqının sabitliyi, daxili
zənginliyi və dözümlüyünün
sirrini yeni ideya və dəyişikliklərdən bəhrələnməyə
imkan verən Azərbaycan cəmiyyətinin
açıqlığı ilə bağlayanlar
da var.
Milli-dövlət
ideologiyası-azərbaycançılıq millətin
çiçəklənməsinə və milli
təhlükəsizliyinə xidmət edən dövlət üçün vasitə rolunda
çıxış edir. Milli ideologiya
- dövlətçilik, azərbaycançılıq ideologiyası
Azərbaycanın bütün vətəndaşları
tərəfindən qəbul edilən dəyər və məqsədləri
özündə əks etdirən, xalqın düşüncə
tərzinə çevrilən ideologiya oldu. Ulu Öndərin
ikinci dəfə hakimiyyətə gəlişilə
dövlət mənafeləri, ümumxalq
dəyərləri
qruplararası maraqları üstələdi, onların
fövqündə durdu Azərbaycanın milli
maraqları hər şeydən üstün
tutuldu. Ulu Öndər Heydər Əliyevin yaratdığı milli ideologiya-azərbaycançılıq ideologiyası, müstəqil
dövlətçilik, ölkədə və beynəlxalq aləmdə
yeritdiyi sülhsevər siyasət Azərbaycanın
milli təhlükəsizliyini, həmçinin,
ideoloji təhlükəsizliyini təmin etmişdir. Göründüyü
kimi, milli təhlükəsizliyin
əsas mahiyyəti təkcə ölkə ərazisinin və
əhalisinin müdafiə olunması deyil,
həm də ideoloji təhlükəsizliyinin
təmin edilməsidir. Torpağımızın
hər bir qarışının itməsini,
düşmən tapdağı altında qalmasını
ağır dərd, böyük faciə
adlandıran Ulu Öndər Heydər
Əliyev milli ideologiya
və Azərbaycanın milli-ideoloji təhlükəsizliyi
sahəsində ciddi tədbirlər gördü.
Siyasi elmlər doktoru, polkovnik Cəlil Xəlilov
azərbaycançılığı “milli
mənafeyimiz və dövlətçiliyimiz” kimi
səciyyələndirərək yazır: “Bu,
bütün dünya
azərbaycanlılarını tək Vətənləri, tək
güvənc yerləri olan Azərbaycan ətrafında,
onun müqəddəsliyi
işığında birləşməyə səsləyən
ideologiyadır. Azərbaycançılıq qətiyyət və
mərhəmət, ədalət və humanizm
kimi əxlaqi keyfiyyətlərdən
köklənmiş mənəviyyatdır. Müəllif daha sonra qeyd
edir ki, azərbaycançılıq
bir ideoloji sütun kimi ölkəmizin
milli təhlükəsizliyini təmin etmək
potensialına malikdir. Yeni dünya
nizamının qərarlaşması və beynəlxalq təhlükəsizliyin
daha etibarlı şəkildə möhkəmləndirilməsi
dövlətlərin və xalqların yeni
təhlükəsizlik qaydalarına
uyğunlaşmasını tələb edir.
İstər regional, istərsə də geosiyasi ölçülərinə görə
ölkəmiz məhz azərbaycançılıq vasitəsi
ilə həm yüksək xətlə inkişafa
nail ola, təhlükəsizliyimizə
təminat yarada bilər. Milli
mənafelərimizin başlıca tərkib hissəsi olan qüdrətli və güclü
Azərbaycan ideyası milli təhlükəsizlik strategiyasının əsas hədəflərindən
biridir. Azərbaycançılıq
ideologiyası istər Azərbaycanın daxili
siyasi həyatına, istərsə də,
onun beynəlxalq siyasi
imicinə kömək edən əsas ideoloji
sütun kimi
götürülə bilər. Bu ideologiya bir tərəfdən
daxili həyatın inkişafının, sabitliyinin, digər tərəfdən də onun geosiyasi və geostrateji mənafelərinin prioritetini təşkil edir.
Azərbaycanlı vətəndaş olaraq milli mənafeyimiz həm
siyasi-iqtisadi və hüquqi
azadlıqlarımızın qorunmasını, bütün
ölkə əhalisinin bərabərliyini və
rifahını nəzərdə tutur, həm
də sabit cəmiyyətin əxlaqi dəyərlərindən
doğan ehtiyac kimi, bütün bu dəyərlərin qoruyucusu
olan dövlətimzin mənafeyini
formalaşdırır. Biz cəmiyyətə
elə bir təhlükəsizlik
konsepsiyasını təqdim etməliyik ki,
o, azərbaycançılıq
ideologiyasının çalarları ilə eyniyyət təşkil
etsin. Daha doğrusu, biz
azərbaycançılığı elə bir
səviyyəyə qaldırmalıyıq ki,
bu ideoloji potensialdan yaranan əxlaqi
dəyərlərlə yetişmiş
ölkə vətəndaşları dövlət üçün ideoloji, siyasi, iqtisadi, hərbi sahələrdə
üzə çıxan təhlükələrə
qarşı mübarizədə daha aktiv iştirak etsinlər.
Azərbaycançılıq milli
ideyası siyasi ideyanın mahiyyətini təşkil
etdi. Yenidən hər iki
sahəni özündə birləşdirir. Politoloqların əksəriyyəti
bunu təsdiq edirlər.
Azərbaycançılıq
ideyasını biz bu gün istər milli ideya, istərsə də, dövlətin mənafelərindən
irəli gələn və onları əks etdirən siyasi ideya kimi
qəbul edə bilərik. Milli
ideologiyanın təməlini təşkil edən azərbaycançılıq
ideyası daxili və xarici
siyasətimizin, bütün siyasi və dövlət xadimlərinin birmənalı
şəkildə qəbul və əməl etdikləri
prioritetinə çevrilməlidir.
Azərbaycançılıq milli ideyanın nüvəsi kimi
cəmiyyətdə sosial-siyasi dəyişikliklər,
qlobal inteqrasiya prosesləri
baxımından siyasi sistemin
liberallaşması ilə bağlı olduğundan
dövlət quruculuğu prosesində və
idarəetmədə xüsusi əhəmiyyət
kəsb edir.
Milli
inkişaf ideologiyası kimi
azərbaycançılıq Azərbaycan dövlətinin,
onun-vətəndaşlarının, milli
varlığımızın və mövcudluğumuzun
təhlükəsizliyini və sosial
rifahını təmin etməyə qadir olan, dövlət quruculuğu
prosesinə təkan verən güclü sosial qüvvədir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyilə
azərbaycançılıq ideyası və ideologiyası milli birlik və stabillik ideologiyası kimi
reallaşdı. Akademik Ramiz
Mehdiyevin təbirincə desək: “Azərbaycanda
sintetik, yeniliklərə açıq olan, konstruktiv rol oynayan inkişaf
ideologiyası formalaşmağa
başladı”.
C.Xəlilov
göstərir: “Ulu Öndər Heydər
Əliyevin azərbaycançılıq ideyasında dünya azərbaycanlıları ilə əlaqə,
ünsiyyət, birgə fəaliyyət proqramı və
konsepsiyasının səciyyəvi cəhətləri
qabarıq nəzərə çarpır. Azərbaycan
dövləti və xalqı qarşısında onların vəzifələri,
borcları, öhdəlikləri Azərbaycan dövləti və
xalqının öz vətəndaşları,
soydaşları qarşısında məsuliyyəti, öhdəliyi,
borcu vəzifəsidir”.
Azərbaycançılıq
mücərrəd ideya kimi
qəbul edilməməlidir. O, bir tərəfdən
ölkənin etnik-milli birliyinin
təminatıdırsa, digər tərəfdən ümumi müqəddəs məsləkə nail olmaq üçün
dövlətin təhlükəsizliyini ehtiva
edir. Milli həmrəyliyi
vahid məqsəd naminə səfərbəredici
ideoloji gücə çevrilir.
Bu güc milli təhlükəsizliyin təmin
olunması baxımından əsas istiqamətləndirici amil rolunu oynaya
bilər. Təbii ki, bu
ideya istər hərbi gücün,
istərsə də, siyasi, iqtisadi gücün təşkiledici
mayası sayılır. Azərbaycançılıq
ideyası geosiyasi parametrlərimiz
nöqteyi-nəzərindən araşdırıldıqda, labüd olaraq müəyyən
zaman anlamında siyasi
vasitəyə çevrilir.
Ulu
Öndər Heydər Əliyevin rəhbərliyilə Azərbaycanın
mənafeyini milli, demokratik
ideoloji prinsipləri özündə əks
etdirən ölkəmizdə ümummilli ideya və milli ideologiya kimi reallaşan azərbaycançılıq Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham
Əliyev tərəfindən uğurla inkişaf etdirilərək praktikliyi, konkretliyi,
ölkə və xalq qarşısında
duran ümumi vəzifələri
və milli təhlükəsizliyin təminatçısı
olması ilə fərqlənən, idealları təcrübi
şəkildə gerçəkləşdirən bir fenomenə çevrilmişdir.
Azərbaycançılıq milli mənafeyimizə uyğun
gəlməyən, milli təhlükəsizliyimizə
təhlükə yaradan ideoloji
təxribatlara sipər olan bir
ideologiya uğurlu xarici siyasətimizdən, milli-mənəvi dəyərlərimizdən
və azərbaycanlı mentalitetimizdən bəhrələnir. Ulu Öndərin
milli-mənəvi dəyərlərimizə əsaslanaraq qurduğu demokratik hüquqi, dünyəvi dövlət bu gün cənab İlham Əliyevin rəhbərliyilə milli dəyərlərimizə, müasir potensialımıza, milli
təhlükəsizliyimizə, azərbaycançılığımıza
söykənən qüdrətli, güclü davamlı inkişafda
olan bir dövlətə
çevrilməkdədir.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 11 fevral.- S. 10.