“Eurovision - 2012” bütün AvropanıOdlar yurdu”nun tonqalına toplayacaq

 

Əsrlər boyu qəlbimizdə məhəbbətlə yoğurduğumuz atəş nəsillərdən-nəsillərə ötürülərək bugünkü günümüzdə orijinal şəkildə təqdim olunur. Azərbaycan könlümüzə hərarət verən odu, şəffaflıq, əmin-amanlıq sülhsevərliyi təcəssüm etdirən Günəş ulduzları sehrli naxışlara köçürərək, mədəniyyət incilərimizdə əks etdirir. Çoxsaylı arxeoloji memarlıq abidələri, qədim daş kitabələr, qayaüstü rəsmlər, əlyazmalar, bənzərsiz zəngin musiqi parçaları, o cümlədən, ecazkar muğam, əsrlərin dərinliklərindən bizə miras qalmış xalça naxışları, dünya muzeylərində öz layiqli yerini tutmuş yüzlərlə maddi mənəvi nümunələrimiz qədimOdlar Yurdu”nun dünya mədəniyyətinə verdiyi əvəzsiz töhfələrdir.

Bu töhfələri qeyd edərkən, müsəlman Şərqində ilk dünyəvi teatr, ilk opera ilk balet, ilk Elmlər Akademiyasının məhz Azərbaycanda yaradıldığını da diqqətə çatdırmalıyıq. Qəlbimizi isidən bu hissləri, dəyərləri, maddi mənəvi nemətləri insanlarla paylaşmaq üçün bu gün geniş imkanlar açılıb. Elə paytaxtımızda keçiriləcək “Eurovision - 2012” Mahnı Müsabiqəsi bunun üçün danılmaz bir körpüdür. Qəlbimizi isidən bu hissləri müxtəlif dillərdə danışan, müxtəlif dinlərə, fərqli mədəniyyət ənənələrə mənsub olan insanlarla paylaşmaq üçün yaradılan imkanlardan istifadə məqsədi ilə ardıcıl olaraq işlər görülməkdədir.

Dünyanın maraqla izlədiyi “Eurovision - 2012” Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycanın daha da tanıdılmasında mahiyyət daşıyır. Mahnı müsabiqəsinin keçiriləcək tarixi günə get-gedə yaxınlaşırıq. Ölkə daxilində artan həyəcan məhz yuxarıda vurğuladıqlarımızın layiqli bir şəkildə təqdimində məsuliyyəti üzərimizə qoyur. Sözsüz ki, bu müsabiqədə iştirak edəcək ölkələrin həyatında bu anlar yaşanılır. Seçim turlarına start verilib. Hər bir ölkə öz namizədini irəli sürmək üçün müxtəlif yolları əsas götürüb. Qələbə sevincini yaşamaq məqsədi ilə ciddi işlər görülür. Necə ki, Azərbaycan “Eurovision - 2011” Mahnı Müsabiqəsində qalibiyyətini yaşamaq, Avropa məkanını fəth etmək iddiası ilə çıxış edirdi. Azərbaycan xalqının qələbəyə doğru irəliləməsi, birliyi, qələbə sevincini bölüşmək bacarığı onun bu qələbə sevincini yaşamasına gətirib çıxardı. İndi bu sevincin daha da möhtəşəmi yaşanılır. Belə bir müsabiqə paytaxtımızda keçiriləcək. Buna hazırlıq işləri demək olar ki, “Eurovision - 2012” Mahnı Müsabiqəsinə qələbəyə imza atdığımız zamandan başlanılıb.

Möhtəşəm şounun başlanması səbirsizliklə gözlənilir. Bir çox dövlətlər bunun Azərbaycanda təşkilindən məmnundurlar.      Avropanın maraqla izlədiyi “Eurovision -2012  Mahnı Müsabiqəsinə ev sahibliyi etmək ölkənin özünü tanıtması üçün əlamətdar hadisədir.  Bu baxımdan Azərbaycan diqqət mərkəzindədir. Azərbaycanda görülən işlərdən tutmuş, onun təbiəti, iqlimi belə diqqətdə saxlanılır. Bu günlərdə Eurovision.tv saytındaHəftəlik Bakılayihəsi çərçivəsində Bakının qarlı qışından fotosessiya təqdim olunmaqla bahəm, Azərbaycan Dövlət Filarmoniyasındakı simfonik orkestrin konsertindən, Gənc Tamaşaçılar Teatrında nümayiş etdirilənƏlibaba qırx quldurtamaşasından fotolar təqdim edilib.

Dünyanın diqqətinin Azərbaycanda olduğu zamanda ölkəmiz öz dəyərləri ilə dünyaya, gələn qonaqlara qapısını açacaq. Qeyd edək ki, bu işlərin təqdimində “eurovision.az” saytı Azərbaycan mətbuatı auditoriyası üçün çox gözəl, yerli bir platformadır: “Çox yaxşı haldır ki, bu sayt vasitəsi ilə Azərbaycanla bağlı məlumatlar müntəzəm olaraq Avropaya çatdırılır. Azərbaycan Bakıya dair məlumatlar, otellər, turizm imkanları digər zəruri bilgilər yer alır”. Bu sözləri “Eurovision” Mahnı Müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri  Sietse Bekker bildirib. Onun sözlərinə görə, Azərbaycanın müsabiqə ilə bağlı rəsmi milli saytı olan “eurovision.az” çox gözəl təbliğat vasitəsidir. Rəsmi nümayəndə onu da bildirib ki, biz sizinlə əməkdaşlıq etməkdən məmnunuq. Avropalıların Azərbaycanla bağlı mümkün qədər çox məlumatlandılmasını dəstəkləyirik.

Dünyaya ölkələrini təmsil edən ifaçılar da elə Azərbaycanı görmək həvəsindədirlər. Özünü Şərqlə Qərbin sintezi adlandıran Fransanın “Eurovision” təmsilçisi Anqunun sözlərinə görəBakı, həqiqətən , bizi təəccübləndirməyə hazırlaşır!” Fransanı “Eurovision -2012” Mahnı Müsabiqəsində kifayət qədər tanınan bir sima-Anqun təmsil edəcək. Müğənnin eurovision.az saytına ekslüziv müsahibəsinə istinadən qeyd edək ki, o, “Eurovision-2012”nin keçiriləcəyiBakı Kristal Zalı”n fotolarına baxıb super bir məkanda çıxış edəcəyindən çox sevinib: “Azərbaycan özünün kökləri, xüsusi ornamentləri, adət-ənənələri, qədim tarixi, mədəniyyəti olan ölkələrdəndir. Mən İndoneziyada doğulmuşam müsəlmanam, amma Fransada yaşayıram, bu ölkənin vətəndaşıyam. Belə deyək, Şərqlə Qərbin qarışığıyam. Azərbaycan da Şərqlə Qərbin qovşağı olan ölkədir.  Bizi birləşdirən bu cür çox oxşar cəhətlər var. “Eurovision” Mahnı Müsabiqəsinin məhz Azərbaycanda keçirilməsi məni çox sevindirir. Keçən ilki qaliblər - Eldar Nigarın çalışdığı isveçli prodüserlə mən işləmişəm bu da bizi birləşdirən digər bir məqamdır. Azərbaycan çox maraqlı ölkədir. Sevinirəm ki, 10 gündən çox müddətdə Azərbaycanla tanış olmaq imkanım olacaq bu 10 gün ərzində ölkəni, paytaxt Bakını yaxından tanıyacağam”.

Azərbaycanda əsrlər boyu müxtəlif dillərdə danışan, müxtəlif dinlərə, fərqli mədəniyyət ənənələrə mənsub olan insanlar yaşayıb. əlbəttə, bu torpağa qədəm qoyan hər kəs tarixin nəfəsini, mədəniyyətlərin sivilizasiyaların özəlliyini, ötən əsrlərin varlığını burada hiss edir.

Əsrlər boyu formalaşan, nəsildən-nəslə keçərək yaşayan,  bədii kamillik zəngin janr növlərinə malik ecazkar Azərbaycan musiqisinin çoxəsrlik inkişaf tarixi var. Azərbaycan milli musiqi sənətində rəqslər, xalq mahnıları, aşıq yaradıcılığı özünəməxsus yer tutur. 2007-ci ildə YUNESKO tərəfindən Dünya mədəni irs siyahısına daxil edilən Qobustan Dövlət Tarixi-Bədii Qoruğundakı qayaüstü rəsmlərdə rəqs səhnələrinin təsvir edilməsi musiqi mədəniyyətinin burada qədim zamanlardan formalaşdığını sübut edir. 2003-cü ildə Azərbaycan milli musiqisinin bünövrəsi hesab olunan  muğam, 2009-cu ildə isə aşıq sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu musiqi Azərbaycan xalqının ürəyində yaşayan sevginin gücü ilə alovlanır  bu gün bizim dostluq tonqalımız bütün musiqisevərləriOdlar Yurdu”na toplayır.

Dünyada mövcud olan problemlərin, münaqişələrin həll edilməsində, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmətin təşviqində dialoq ən vacib vasitədir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına daim öz töhfəsini verib. Xalqların yaxınlaşmasında, bir-birini daha yaxşı tanımasında, ortaq dəyərlərin formalaşmasında musiqi əvəzsiz vasitədir. Ölkəmiz artıq neçə illərdir ki, beynəlxalq musiqi festivallarının keçirildiyi məkan kimi tanınır.  Keçirilən hər bir tədbir, ilk növbədə, müxtəlif millətlərin mədəniyyətinin qarşılıqlı zənginləşməsinə səbəb olur xalqlar arasındakı birliyi daha da gücləndirir. Əsrlərlə formalaşan musiqi sənətinin hərarəti bu gün bizi bir araya - “Eurovision - 2012” Mahnı Müsabiqəsinə toplayır.

ZÜMRÜD

 

Səs.- 2012.- 11 fevral.- S. 5.