Azərbaycançılıq
və milli mənlik şüuru
Azərbaycançılıq
çox geniş,
mürəkkəb və əhatəli anlayışdır. Nəzəri cəhətdən yanaşılsa, azərbaycançılıq
“özündə fundamental prinsipləri
(vətənçilik), kateqoriyaları (milli
şüur və milli
mənlik), mənafeləri (güclü,
qüdrətli Azərbaycan), ümumi
müddəaları (iqtisadi, siyasi inkişaf, hərbi güc) və perspektivli
strategiyanı əhatə edir. Başqa etnosun, xalqın və dövlətin mənafelərindən
törəmə olmayan, öz
daxili milli ənənələrimizdən
doğan ideya kimi azərbaycançılıq məhz vətən
təəssübkeşliyi baxımından dövlətə sevginin və sayqının, vətəndaş
kimi konstitusiyaya
görə daşıdığı məsuliyyəti
bütövlükdə dərkinin əsasında durur.”
Azərbaycanlıların milli mənlik şüurunun
formalaşmasının tarixi ənənəsi
probleminin politoloji təhlili
göstərir ki, xalqımızın milli mənlik şüuru
bir çox ziddiyyətli
mərhələlərdən keçərək
yaşadığı mühitin tarixi-siyasi reallıqlarına uyğun
inkişaf etmiş, öz keçmişinin zəngin
etnomədəni dəyərlərindən bəhrələnmişdir.
Azərbaycanlıların zəngin mifologiyası, qəhrəmanların
vəsf etdiyi vətən və azadlıq
ideyaları onların düşüncə tərzinin
formalaşmasında önəmli yer tutur.
Akademik
Ramiz Mehdiyevin düzgün olaraq qeyd etdiyi kimi,
azərbaycançılıq
ideologiyası istər təhlükəsizlik məsələləri, istərsə
də milli şüurun tarixi ənənəsinə
uyğunluğu baxımından unitar, dünyəvi, hüquqi dövlət quran Azərbaycan
xalqının bütün mənafelərinə
cavab verir.
Azərbaycançılığın
formalaşması və milli mənlik şüurunun yüksəlməsi üçün hələ müstəqilliyə
qədər Ulu Öndər Heydər Əliyevin
böyük xidməti olmuşdur.
Bu yerdə akademik Ramiz Mehdiyevin dediyi fikirlərə istinad
etmək olar: “Görkəmli
dövlət xadimi Heydər Əliyev... imperiya siyasətinin hökm
sürdüyü bir
şəraitdə yalnız böyük
dövlət xidmətlərinə
və mahir siyasətçilərə
məxsus bir uzaqgörənliklə Azərbaycan
xalqının milli mənlik şüurunun
yüksəlməsi üçün əlindən
gələni edir, qüdrətli iqtisadi
zəmin yaradır, bir sözlə, fəhləsindən
tutmuş məmuruna qədər bütün xalqı güclü
və müstəqil Azərbaycan uğrunda
gələcək mübarizəyə hazırlayırıq.”
Dini İşlər
üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov da müstəqilliyə
qədər azərbaycançılıq və milli şüur sahəsində
əsas yaradıldığını qeyd
edir: “Xalqın özünüqoruma instinktini
gücləndirən və fəallaşdıran hər cür əməllər, amillər, faktorlar məhvedilmə təhlükəsindən
uzaqlaşdırılaraq dövrün,
şəraitin imkan verdiyi
dərəcədə maksimum qayğı
ilə əhatə olundu.
2.
Sözün və sənətin bu istiqamətdəki tarixi
ənənəsinin fasiləsiz yaşayaraq
daha da güclənməsinə
xidmət edən neçə-neçə yaradıcı
ziyalı repressiyalardan xilas
edildi.
3.
Milli ruhun
ölgünləşməsinin qarşısını almaq, milli mənlik və qürur hissini hərəkətə
gətirərək gücləndirmək üçün
xalqın varlığını yaşadan
ana dilinin
qorunmasına və inkişafına şərait
yaradıldı.
4.
Ulu tariximizin tədqiqinə
diqqət artırıldı, milli ədəbiyyatımızın
və mədəniyyətimizin dünya
miqyasında tanınmasına və təbliğinə məqsədyönlü
qayğı ön plana
çəkildi. Dahi klassiklərimizin əsərləri
dünya dillərinə tərcümə
edildi, görkəmli bəstəkar və
rəssamlarımızın əsərləri beynəlxalq arenaya çıxdı, ecazkar
səsli müğənnilərimiz ölkəmizdən kənarlarda
məhşurlaşdı və s. Bu da sözə, sənətə
qayğının təcəssümü oldu.
5.
Azərbaycançılıq ruhunu
gücləndirmək üçün
ölkədə yer adları yad ünsürlərdən incəliklə, tədricən
təmizləndi. İlk dəfə məhz
Heydər Əliyev İran Azərbaycanı
kimi məqsədli təhrifi Cənubi Azərbaycan
kimi obyektiv həqiqətlə
əvəz elədi. Nizami, Nəsimi kimi dahilər
xalqın təkcə yaddaşında deyil,
həm də gündəlik həyatında əbədi yaşamaq üçün
rayon adları ilə Bakıya
qayıtdı. Babəkin simasında Naxçıvanın, Əsgəran
məfhumu ilə Yuxarı Qarabağın Azərbaycanın əzəli-əbədi
torpaqları olması bir daha
tarixi sübutlarla rəsmiləşdirildi.
Milli
varlığımızın əsrlərin dərinliklərindən
bəri mənəvi- mədəniyyət beşiklərindən
olan və uzun müddət
öz halal tarixi adından məqsədyönlü şəkildə
məhrum edilən şəhərdə Gəncə rayonu yaradıldı, Yeni
Gəncə massivi salındı və s...
Nəzərə
alınmalıdır ki, bütün
bunlar totalitar, anti-Azərbaycan
sovet rejiminin kəskin
diktatura və amansız qadağaları
şəraitində həyata keçirilirdi.
6.
Respublikamızda yaşayan milli
azlıqlara qayğı ilk dəfə
dövlət səviyyəsinə qaldırıldı və bu sahədə xalqın mentalitetinə uyğun ənənənin bünövrəsi
qoyuldu.
7.
Başqa respublikalarda
fəaliyyət göstərən millətçi ekstremistlərə
və onların ölkə daxilindəki separatçı
qüvvələrinə qarşı sistemli
mübarizə aparıldı”.
Politoloq Cəmil Xəlilov
bu fikri daha da gücləndirərək
yazır: “Ulu Öndər Heydər Əliyev
ilk növbədə milli
tarixi ənənəyə və mentalitetə,
sonra dünya təcrübəsinə,
daha sonra isə bu sahədəki mövcud
.elmi-nəzəri axtarışların nəticələrinə
incəliklə istinad edirdi.
Belə iş prinsipi
isə taleyüklü məsələlərin
uğurlu həllinə zəmin
hazırlayırdı.
Ən
başlıca cəhət bu dövrdə
Azərbaycanın, xalqın varlığını, mövcudluğunu, özünəməxsusluqlarını
qoruyub saxlamaq idi.
Cəmil
Xəlilov milli mənlik şüuru
və azərbaycançılıq tərbiyəsini vəhdətdə
götürür: “Digər əhəmiyyətli
bir məsələ milli
mənlik şüurunun_tərbiyəsi və təbliği işinin elmi əsaslar
üzərində səmərəli təşkil olunmasıdır. Xalqın
etnik-milli
varlığı, milli identikliyi müvafiq elmi
anlayışlarda ifadəsini tapmalı, ailə, məktəb, ordu, kütləvi informasiya vasitələri, ədəbiyyat və
incəsənət vasitəsilə onun yayılması, mənimsənilməsi
təmin edilməlidir. Bu isə artıq milli ideoloji konsepsiyanın işlənib
hazırlanması və tam gücü ilə peşəkar səviyyədə
fəaliyyət göstərməsi ilə bağlı nəzəri,
əməli-siyasi və təşkilati məsələlərin
həllini ön plana
çəkir. Qeyd olunan
sahədə görülən və görülməli olan bu taleyüklü işin özəyini
milli ideya və onun bazasında formalaşdırılan milli ideologiya problemləri
təşkil edir. Milli ideya milli məqsədlərə çatmaq uğrunda qarşıda duran
aktual vəzifələrin həlli işini bütövlükdə xalqın milli varlığının, mənlik şüurunun və mentalitetinin
qəbul edə biləcəyi dünyagörüşü, baxışlar, dəyərlər sistemidir. Bu sistem etnik, dini
mənsubiyyətindən, dilindən, siyasi
əqidəsindən asılı olmayaraq,
bütün vətəndaşların milli birliyinin, milli konsensusun nəzəri-siyasi
ifadəsidir.”
Siyasi palitrası
rəngarəng olan Azərbaycan
reallığında milli ideya
və milli ideologiya funksiyasını azərbaycançılıq
yerinə yetirir.
Yeni Azərbaycan Partiyasının proqram
sənədlərində və cari faliyyətində
əsas kimi görülən “Azərbaycançılıq”
ideyası daha geniş
təsir dairəsinə malikdir və əslində,
ümummilli ideyaya çevrilmişdir. Bu prosesin daha uğurlu
cərəyanı, həmin ideyanın lazımi ideoloji təminatı ilə
bağlıdır.
Politoloqların
fikrincə, Azərbaycanda milli mənlik şüuru tarixi-siyasi
reallıqlarımıza uyğun spesifik inkişaf yolu keçmiş və
özünəməxsus siyasi şəkildə
formalaşmışdır. Təbii ki, bu prosesin gedişini
xalqın milli inikişaf
tarixindən əlahiddə götürmək qeyri-mümkündür.
Azərbaycanda milli mənlik şüurunun ənənəsindən
danışarkən, hər şeydəri əvvəl, etnik və dini ənənələr
nəzərə alınmalıdır:
Məlum
olduğu kimi, etnik şüur etnosun mifologiyası, inanclar
sistemi əsasında formalaşır,
bütövlükdə, spesifik etno-mədəni
sistem yaradır ki, bu da ideologiyanın məzmununa
ciddi təsir faktoru kimi çıxış edir.
Fərd bu sistemdə özünü
kollektivdən ayırmır, əksinə, onunla
sanki eyniləşir. Fərd,
insan etno-mədəni sistemdə, özünü valideynlərindən tutmuş tayfanın mifoloji
qəhrəmanlarınadək əcdadlar nəslinin bir hissəsi hesab edir. İnsan ömrü uzaq
keçmişdə baş vermiş əməllərin sonsuz
təkrarını simvolizə edir. Əcdadların,
qəhrəmanların, allahların təqlidi onlarla
elə identifikasiyalaşır ki, fərd
çox vaxt öz əməllərini onlarınkından fərqləndirə
bilmir.
Azərbaycançılığın
tərbiyəsində ən güclü
amillərdən biri dindir.
Din təkcə etiqad deyil, həm də toplumu
birləşdirən mədəniyyət, əxlaq, həyat
forması, təfəkkür tərzidir. O, ərazi, dil, mədəniyyət, iqtisadiyyat,
dövlətçilik və s. ilə
birlikdə milləti, milli həmrəyliyi,
milli birliyi yaradır
və yaşadır ki, bu
da azərbaycançılığın
tərbiyəsində ən zəruri vasitələrdir. Dünyəvi dövlət olan
müstəqil Azərbaycanda Konstitusiyaya
görə din dövlətdən
ayrılsa da, islami dəyərlər
yüksək qiymətləndirilir, digər dinlər kimi onun da
saflığını qorumaq və azərbaycançılıq
ideyalarından önəmlisinə çevirmək istiqamətində
mühüm tədbirlər həyata
keçirilir.
Milli
varlığımıza ölçüyəgəlməz
keyfiyyət gətirən azərbaycançılığın
reallaşmasında islam dini
dəyərlərinin rolunun artması
ölkəmizin əhalisinin mənəvi inkişafının
mühüm istiqamətlərindəndir. Ulu Öndərin “heç
vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi
mənbələrimizdən istifadə edərək, gələcəyimizi
quracağıq” mülahizəsi bu istiqamətin
strateji səciyyə
daşıdığını göstərir. Ulu Öndər öz
milli-mənəvi sərvətlərimizi qorumaq,
gənc nəsli azərbaycançılıq ruhunda
tərbiyələndirmək işini ən
təxirəsalınmaz, ən aktual vəzifələr
sırasında görürdü.
Gənc
nəslin milli mənlik şüurunun
formalaşmasında, milli tərbiyə sisteminin təşkilində tarixi
öyrənməyin misilsiz rolundan bəhs edərkən Ulu
Öndər Heydər Əliyev deyirdi “...Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz
xalqının, millətinin qədim zamanlardan
indiyə qədər olan tarixini
gərək yaxşı bilsin. Əgər
bunu bilməsə, o,
həqiqi vətəndaş ola bilməz. Əgər
bunu bilməsə, o,
millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə, o, millətinə olan münasibəti ilə istənilən səviyyədə
fəxr edə bilməz”. Ulu Öndər Azərbaycanın həqiqi tarixinin işlənib hazırlanmasına, tarix dərsliklərinin obyektivcəsinə,
müstəqillik dövrünün tələblərinə
uyğun yazılmasına, onun
tədrisinin, təbliğinin təşkilinə ümummilli əhəmiyyətli bir vəzifə kimi
yanaşmağı daim tövsiyə etmişdir.
Əsası Ulu
Öndər Heydər Əliyev tərəfindən qoyulan və Onun layiqli varisi Ölkə Prezidenti cənab İlham Əliyevin
düzgün müdrik
siyasəti nəticəsində milli mənlik
şüurumuzun milli
ideyasının cövhəri kimi daxil olunmuş azərbaycançılıq konsepsiyası inkişaf
edir, təkmilləşir və bu sahədə yeni-yeni
uğurlar qazanılır.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 16 fevral.- S. 10.