Erməni məkrinin
iç üzü -
Xocalı soyqırımı
“Bütövlükdə,
Azərbaycan xalqına qarşı yönəldilmiş
Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı
və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu
soyqırımı, eyni zamanda,
bütün bəşəriyyətə
qarşı tarixi bir
cinayətdir”.
Heydər
Əliyev
Azərbaycan tarixinin ən dəhşətli və faciəli
səhifələrdən biri olan Xocalı soyqırımı insanlıq
tarixinə kütləvi terror
aktlarından biri olaraq
daxil oldu. 200 il ərzində erməni millətçi-şovinistlərinin
davamlı olaraq həyata keçirdiyi
etnik təmizləmə, soyqırım
siyasətinə məruz qalan Azərbaycan
xalqı zaman-zaman tarixi
torpaqlarından qovularaq, qaçqına, məcburi
köçkünə çevrilərək, acınacaqlı
illəri yaşamaq məcburiyyətində
qaldı.
Tarixin təkrarlanması
nəticəsində erməni qəddarlığı son həddə çatdı. Reallıq üzərində
yazılmış tarixdən bizə bəllidir ki, azərbaycanlıların tarixi-etnik
torpaqlarından qovulması sovet
imperiyası dövründə də baş
vermişdir. Tarixi mənbələrdə göstərilir ki, 1948-1953-cü illərdə Ermənistandan
150 min azərbaycanlı deportasiya
olunmuş, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir.
1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan
250 min azərbaycanlı bu
ərazidən qovulmuş, bununla
da, Ermənistan monoetnik
dövlətə çevrilmişdir.
Bütün
beynəlxalq hüquq normalarını pozan və zidd mövqedən
çıxış edən Ermənistanın Dağlıq
Qarabağı özünə birləşdirmək cəhdi
Azərbaycanın Xocalı kimi faciələrin
yaşamasına gətirib çıxardı. XX əsrin faciəsinə
çevrilən Xocalı soyqırımı aqressiv
və cinayətkar erməni siyasətinin məntiqi nəticəsi
olaraq tarixə həkk olundu.
Bu faciə təkcə Azərbaycan
xalqına deyil, bütün
insanlığa, bəşəriyyətə qarşı
yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı
soyqırımı əsrin Xatın, Xirosima,
Naqasaki və Sonqmi kimi dəhşətli faciələrinin
davamı oldu. 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə erməni
silahlı qüvvələri tərəfindən həyata
keçirilən soyqırım aktı zamanı Artsax Milli Azadlıq Ordusunun birləşmələri zirehli texnika - zirehli maşınlar və tanklardan
istifadə edərək, Xocalıya hücum
ediblər. Bu düşünülmüş
planının həyata keçirilməsi Xocalıda dinc sakinlərin amansız qətli ilə başa çatıb, şəhər bombardman
edilib. Bu qanlı aksiyada Müstəqil Dövlətlər Birliyinin qoşunlarının tərkibində
olan 366-cı motoatıcı alayı da iştirak edib. Qeyd etmək
lazımdır ki, Xocalı faciəsində
iştirak edən 366-cı alay o zaman
Xankəndində yerləşirdi. Bu alayın dəfələrlə
Azərbaycan kəndlərinin, Şuşa və Xocalı şəhərlərinin
atəşə tutulmasında rolu
danılmazdır. 366-cı alayın Xankəndidən tələsik
çıxması onun Xocalı hadisələrində
iştirakını açıq-aydın sübuta
yetirən fakt olaraq təsdiqini
tapıb. “Xocalının
işğalına dair istintaq
materialları”nda göstərilir ki, hücumda mayor Oqanyan Seyran Muşeqoviçin komandanlığı
altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin
komandası altında 3-cü batalyonun, 1
saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda
xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak edib: “Ermənilər
sağ qalmış insanlar
üzərində tamamilə təhqiredici hərəkətlər
həyata keçirmişdilər. Onların başının
dərisini soymuş, başlarını və
bədəninin digər orqanlarını kəsmiş,
uşaqların gözlərini çıxarmış, hamilə
qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və
kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə
Konvesiyasının protokollarını pozaraq,
müharibə qaydalarına zidd olaraq dinc sakinlərə
qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir”.
Bəli,
1992-ci il 26 fevral tarixində Ermənistan hərbi birləşmələri
7 min əhalisi olan
Xocalı şəhərində genosid
aktı həyata keçirib. Statistik rəqəmlərə
əsaslanaraq, deyə bilərik ki,
Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər
müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından
əlil olub. 106 nəfər qadın, 63
azyaşlı uşaq, 70 qoca
öldürülüb. 8 ailə
tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən
birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov
götürülüb, onların 150-sinin
taleyi indi də məlum
deyil. Bu faktlar erməni vandalizminin
kökünü ortaya
qoyur, onların nədən
qaynaqlandığı haqqında çox
həqiqətləri üzə çıxarır. Bəşəriyyətin
humanizm priniplərindən
çıxış etdiyi bir zamanda ermənilər tərəfindən
törədilən bu aktın məqsədi
bütövlükdən humanizmə qarşı bir etirazdır. Qanında, iliyində hissi, milliyyətinin kimliyi
bəlli olmayan “xalq” bunu yalnız törədə bilərdi ki, ermənilər də məhz bu işə imza
atdılar. Bütün bunların erməni hərbçiləri tərəfindən
xüsusi amansızlıqla və
ağlasığmaz vəhşiliklə həyata keçirildiyini nəzərə alsaq, onda leksionumuzda
qeyri-insani hissləri ifadə edə biləcək
sözləri işlətsək də, bu,
erməni ünvanının tam xarakterini aça bilməyəcək.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi
həmin dövrdə orada olan
və Azərbaycanla bağlı olan məlumatları
daim diqqətdə saxlayan
dünyanın nüfuzlu mətbu
orqanlarının əsas məqalələrində öz əksini tapırdı. Xocalı faciəsini
dəhşətlərini dünyaya yayan mətbuat
nümayəndələri erməni məkrinin iç
üzünü ortaya
qoyarkən reallıqlara söykənirdilər. Rus, gürcü, ingilis,
fransız, alman, amerikalı və digər
ölkələrin vətəndaşı olan
jurnalist və publisistləri bu hadisədən dəhşətə gəlirdilər.
2 mart 1992-ci il tarixində
“Tayms” qəzetində “Qarabağda
cənazə təpələri” məqaləsində Anatol Liven yazır ki, biz Dağlıq
Qarabağın qarla örtülmüş
dağlarından aşağı düşərkən, səpələnmiş
meyitləri gördük:”Görünür,
qaçqınlar qaçarkən, onlara atəş
açmışdılar. Bu hadisədən
sonra jurnalistlər azərbaycanlı operator tərəfindən çəkilmiş
kadrlara baxdılar. Kadrlarda
bizim keçdiyimiz həmin
dağların müxtəlif hissələrində onlarla insan cənazələri
əks etdirilirdi. Mülki
vertolyot dağlara enməli
və kütləvi qırğınların törədildiyi
yerlərdən meyitləri yığmalı idi.
Mülki vertolyot 4 meyit yığdı. Həmin vaxt
azərbaycanlı operatorun çəkdiyi
filmdə isə həmin təpələrdə onlarla meyit göstərilirdi.
Ağdama qayıdan zaman
mülki vertolyotun
yığdığı cənazələrə baxdıq. İki nəfər yaşlı kişi və kiçik bir qız qanına qəltan edilmiş,
onların əlləri və ayaqları donmuşdu”.
“Vaşinqton
Post”un 2 mart 1992-ci il tarixində
“Erməni basqınları azərilərin ölümü
və qaçqın düşməsi ilə nəticələnir”
məqaləsində Xocalının 10.000 əhalisindən təxminən
1000 nəfəri erməni ordusunun çərşənbə
axşamı həyata keçirdiyi hücum zamanı qətlə yetirildiyi göstərilir. “Nyu-York Tayms” da “Ermənilərin törətdiyi
qırğın” məqaləsində
isə Azərbaycanın ermənilərin üstünlük
təşkil etdiyi Dağlıq Qarabağ bölgəsində erməni hərbçilərinin
mülkü vətəndaşlara
qarşı törətdiyi soyqırım haqqında bu gün yeni
bir sübut əldə
olunduğu öz əksini
tapıb. Qəzet yazır: “Vertolyotla
bölgəyə gedən Azərbaycan jurnalistləri və rəsmiləri
qayıdan zaman özləri ilə üç uşaq meyiti gətirmişlər. Onların
başlarının arxa hissəsi tamamilə
dağıdılmışdı. Onlar dedi ki, ermənilərin atəş
açması onlara meyitləri
yığmağa imkan vermədi”. 3 mart 1992-ci il tarixində
canlı yayımda olan BBS müxbiri
xəbər vermişdir ki,
o, 100-dən çox
azərbaycanlı kişi, qadın, uşaq, hətta körpənin çox qısa məsafədən
başlarından güllə ilə vurulduğunu
görüb. Hadisə yerində çəkilmiş
şəkil dağlardan çoxlu
sayda insan meyitlərinin
yığılmasını təsdiq edir.
Müxbir xəbər verir
ki, operator və Qərbdən
olan jurnalistlər ermənilərin
qırdığı yüzdən çox
kişi, qadın və uşaq
meyitlərini görüblər. Onlar 1
metrdən də az məsafədən
başlarından vurulmuşdu. Şəkildə,
həmçinin, təxminən 10 nəfərin, bunlar əsasən qadınlar və uşaqlar idi,
başından güllə ilə öldürüldüyü
göstərilir. Azərbaycan iddia edir ki, erməni qüvvələri
mindən çox mülki
insanı qətlə yetiriblər.
Beləliklə,
Xocalı şəhərində ermənilər tərəfindən
azərbaycanlılara qarşı törədilmiş etnik təmizlənmə siyasəti beynəlxalq
hüquqi sənədlərə uyğun olaraq
soyqırım kimi təqdim olunur. Bu
soyqırımı beynəlxalq hüququn
prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı
cinayətdir. “Xocalı faciəsi beynəlxalq
cinayət olaraq Ermənistan
Respublikasının Azərbaycan xalqına qarşı məqsədyönlü
siyasətinin tərkib hissəsidir” başlıqlı sənəd
dünyanın bir sıra ölkələrinə,
eləcə də, beynəlxalq təşkilatlara təqdim olunub. Türkiyə, Gürcüstan, Rusiya və
digər dövlətlərin parlamentlərinə, BMT İnsan Haqları üzrə Ali
Komissarlığı, Avropa
Şurasının Parlament
Assambleyasına, ATƏT-in Parlament
Assambleyasına, ATƏT-in Demokratik Təsisatlar
və İnsan Haqları Bürosu
kimi beynəlxalq təşkilatlarına,
eləcə də, insan haqları üzrə
milli və beynəlxalq təşkilatlara,
xarici ölkələrdəki Azərbaycan
diasporu mərkəzlərinə göndərilib.
Ermənistan dövləti beynəlxalq təşkilatların onlara ünvanladıqları qətnamələrə
məhəl qoymayıb, öz siyasətində
çirkin niyyətlərini həyata keçirir. BMT Təhlükəsizlik
Şurasının Azərbaycan ərazilərinin Ermənistan
ordusu tərəfindən
işğalı ilə bağlı bir
neçə qətnamələrinə əməl etməyib.
Erməni
silahlı qüvvələrinin Xocalı şəhərinə
hücum zamanı dinc
sakinlərə qarşı etdikləri hərəkətlər
Cenevrə konvensiyalarını, həmçinin, BMT-nin Baş Məclisinin
qəbul etdiyi İnsan
Hüquqları Bəyannaməsinin maddələrini kobud şəkildə pozur.
Azərbaycan
dövlətinin həyata keçirdiyi
ardıcıl, prinsipial və qətiyyətli
siyasi xətt, konstruktiv
mövqeyi mövcud problemin sülh və
danışıqlar yolu ilə həllini
istiqamətinə yönəlib. Bu məqsədlə
ardıcıl işlər görülməkdədir. Azərbaycan
parlamenti Milli Məclis
fevralın 26-nı “Xocalı Soyqırımı Günü” elan etdi. Hər il fevralın
26-sı axşam saat
5-də Azərbaycan Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla
yad edir. Qaçqına çevrilmiş
və Azərbaycanın 48 rayonunda müvəqqəti
sığınacaq tapan Xocalı sakinləri
Dağlıq Qarabağ münaqişəsinin
ədalətli həllini, Ermənistanın Azərbaycana
qarşı təcavüzünə son
qoyulmasını, respublikamızın ərazi bütövlüyünün
bərpa olunmasını səbirsizliklə gözləyir,
dövlətləri və beynəlxalq təşkilatları haqq və ədaləti qorumağa
çağırırlar. Xocalı faciəsi haqqında həqiqətin,
bu barədə obyektiv
informasiyanın dünya ictimaiyyətinə
çatdırılması və təqsirkarların məsuliyyətə
cəlb edilməsi ilə bağlı bir
sıra tədbirlər görülür.
Xocalı faciəsi və törədilən cinayət
davamlı olaraq dünya
ictimaiyyətinə çatdırılır. Heydər
Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi,
Ümumrusiya Azərbaycanlılar Konqresi, Rusiya Azərbaycanlı
Gənclər Təşkilatı
İslam Konfransı Təşkilatının
Gənclər Forumu ilə birlikdə
“Xocalıya ədalət” beynəlxalq informasiya
kampaniyası çərçivəsində ermənilərin
Azərbaycanın Xocalı şəhərində törətdikləri
faciənin ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilir. “Xocalıya ədalət” beynəlxalq
kampaniyasının məqsədi təkcə Xocalı faciəsinin
deyil, başqa etnik təmizləmələrin də
qurbanları üçün ədalətə
nail olmaqdır. Heydər Əliyev Fondu tərəfindən dünyanın 70
ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirilir.
Fond konfranslar, xatirə
gecələri təşkil edir, kitablar, bukletlər dərc edir,
DVD-disklər buraxır, filmlər çəkir. Avropa Birliyinin üzvü olan dövlətlərin,
demək olar ki,
hamısında, MDB, Asiya, Cənubi və Şimali Amerika ölkələrində
konfranslar, seminarlar,
piketlər keçirilir. Bu
kampaniya sayəsində bir
sıra beynəlxalq forumlar Xocalı faciəsini
tanımışlar. Bununla bərabər, kampaniyanın dövlət və
hökumət başçılarına, ATƏT-in Minsk Qrupuna, AŞPA-ya, BMT Baş
Katibliyinə, dünya parlamentlərinə
və beynəlxalq təşkilatlara ünvanlanmış, bu faciəni soyqırımı aktı və
insanlığa qarşı cinayət kimi
tanımaq tələbi irəli sürülən petisiya və müraciətlər
yayılır.
Bu dəhşətli cinayətə
heç cür haqq qazandırmaq olmaz.
Xocalı faciəsinin təşkilatçıları və
icraçıları layiq olduqları cəzanı
almalıdırlar. Xocalının dinc
sakinlərinə qarşı törədilmiş,
günahsız insanların, o cümlədən,
uşaqların, qadınların və qocaların həyatına
son qoymuş
soyqırımı aktı tarixdə ən dəhşətli
və qanlı faciə kimi yer alıb. Bu faciəyə
kimsə biganə qala bilməz.
ZÜMRÜD BAYRAMOVA
Səs.-
2012.- 16 fevral.- S. 7.