Azərbaycançılığın
və dövlətçiliyimizin əsas atributları -
dövlət gerbimiz
Dövlət
gerbi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin,
dövlətçiliyin və azərbaycançılığın
müqəddəs rəmzlərindən, atributlarından
biridir. “Xarici sözlər lüğəti”ndə gerb polyakca
“herb”, almanca ecvi sözündən olub “vərəsəlik” mənasında
işlənir. Gerb sözü dövlətçilikdə bir
dövlətin, şəhərin, nəslin fərqləndirici rəmzi
nişanı kimi, əsas etibarı isə bayraqda,
möhürdə, puhidində və s. təsvir edilir.
Ulu Öndər Heydər Əliyev
dövlət gerbini mühüm
atributlardan biri hesab edirdi. “Azərbaycan gerbini təbliğ etmək lazımdır. Azərbaycanın
gerbi, bayrağı ilə bərabər, bizim dövlət müstəqilliyimizi təmsil
edən atributdur”. Dövlət
bayrağından fərqli olaraq, Azərbaycan
Xalq Cümhuriyyəti dövründə
digər rəmzlər rəsmi şəkildə qəbul
olunmamış, yalnız onların qəbul ediləcəyi
barədə 1920-ci il yanvar
ayının 30-da hökumət tərəfindən müsabiqə
elan edilmişdir.
Müsabiqənin müddəti 1920-ci il
mayın 1-də qurtarmalı idi.
Müsabiqə
Xalq Cümhuriyyətinin rəmzlərinin,
orden və medallarının ilk nümunələrinin meydana
çıxmasını sürətləndirdi. Həmin rəmzlərin
bədii həllində zamanın nəfəsi əsrin əvvəllərində
yaşayıb-yaratmış “Molla Nəsrəddin”çi
rəssamlardan Ə.Əzimzadənin, O.Şmerlinqin,
İ.Rotterin, R.Telinqalerin
yaradıcılığına xas üslub xüsusiyyətləri diqqəti cəlb
edir.
1991-ci
ildə Azərbaycan Respublikasının yeni
milli gerbinin yaradılması üçün müsabiqə elan olundu. Lakin təqdim olunan gerb esgizləri Milli Məclis
üzvlərini qane etmədiyi üçün vaxtilə mövcud
olmuş gerb layihəsini
bərpa etmək məqsədəuyğun hesab
edildi.
Qəbul
olunmuş Azərbaycan
Respublikasının gerbi Xalq
Cümhuriyyəti dövrünün
1921-ci ildə yaradılmış gerbinin
təkrarıdır. Onun
kompozisiyası ilk
orijinalda olduğu kimi saxlanılmış, yalnız bəzi detallar-alovun, palıd yarpaqları və
sünbüllərin təsviri rəssam R.Məmmədov tərəfindən
bir qədər təkmilləşdirilmişdir.
Dövlət
gerbində verilmiş rəmzi elementlər
milli və bəşəri dəyərlərə
əsaslanır. Səkkizguşəli ulduz
Azərbaycanın memarlıq, şəbəkə sənətində
geniş istifadə olunan
ornament növlərindəndir. Memar Əcəminin yaratdığı abidələrdə,
Bakı Şirvanşahlar
sarayındakı divanxananın plan quruluşu və ornamentlərində, Pirsaat çayı üzərindəki Xanəgahın
mayolika naxışlarında ulduz təsvirləri vardır.
Qalxan dünya heraldika sənətində
ölkənin hərbi qüdrətini, xalqın qəhrəmanlıq
əzmini ifadə edir. Palıd
yarpaqları və sünbüllər şöhrət çələngini,
qüvvəti, bolluğu ifadə edən ənənənin
simvollanndandır.
M.Mərdanov və Ə.Quliyevin qeyd etdikləri kimi, Azərbaycanın Dövlət Gerbinin hazırlanması və təsdiqi məsələsinə
bir də 70 il sonra 1990-cı il
noyabrın 17-də Naxçıvan Muxtar
Respublikasının Ali Məclisində
möhtərəm Heydər Əliyevin təşəbbüsü
ilə baxıldı, üçrəngli milli bayrağımızın bərpası və qəbulu
ilə yanaşı, dövlət gerbi və
himnimizin də qəbul edilməsi üçün müsabiqə elan olunması qərara alındı. Bu məsələləri kompleks
halda həll etmək üçün
Azərbaycan Respublikasının keçmiş
Ali Sovetinə müraciət olundu. Azərbaycan
Respublikası Ali Soveti
1991-ci il 5 fevral tarixli qərarı ilə üçrəngli
dövlət bayrağını bərpa və qəbul etməklə
yanaşı, “Azarbaycan
Respublikasının Dövlət Gerbinin ən
yaxşı təsviri üçün
müsabiqə elan olunması haqqında” xüsusi qərar da qəbul
etdi. Qərara görə,
Azərbaycan Respublikasının Dövlət Gerbinin
ən yaxşı təsviri üçün
5 min manat mükafat təsis edilmiş,
müsabiqəyə yekun vurulması isə
Respublika Ali Soveti Rəyasət Heyətinə həvalə
edilmişdi. 1991-1992-ci illərdə
müxtəlif mətbuat orqanlarında çoxlu
yeni gerb layihələri
çap olundu və
1993-cü ilin əvvəllərində Azərbaycan
Respublikasının Milli Məclisində
həmin layihələrin, eləcə də, 1919-20-ci illərdə
hazırlanmış gerb layihəsi
müzakirə edildi. Gərgin
müzakirələrdən sonra Azərbaycan
Respublikasının Milli Məclisi
1919-1920-ci illərdə hazırlanmış gerb
layihəsini (anonimdir, deyilənə görə
onun müəllifi Azərbaycanda
yaşamış yəhudi rəssamdır) müəyyən
düzəliş və təkmilləşdirmələrlə
Azərbaycan Respublikasının Dövlət Gerbi kimi təsdiq etdi. Beləliklə, bugünkü
Dövlət gerbimizin rəngli və ağ-qara təsviri “Azərbaycan
Respublikasının Dövlət Gerbi
haqqında” Azərbaycan Respublikasının 19 yanvar
1993-cü il tarixli 460
saylı Konstitusiya Qanunu
ilə təsdiq edilmişdir. Dövlət gerbindən istifadə qaydaları isə
“Azərbaycan Respublikasının Dövlət gerbi
haqqında Əsasnamənin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikasının 23 fevral
1993-cü il tarixli,
516 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Dövlət Gerbi haqqında Əsasnamə”
ilə tənzimlənir. Həmin “Əsasnamə”də
Dövlət rəngli təsviri haqqında deyilir:
“Azərbaycan
Respublikasının Dölət Gerbi
palıd budaqlarından və sünbüllərdən ibarət
qövsün üzərində yerləşərək
qalxanının təsvirindən ibarətdir. Qalxanın
üstündə Azərbaycan Respublikası dövlət
bayrağının rəngləri fonunda
səkkizguşəli ulduz. ulduzun mərkəzində alov
təsviri vardır.
Azərbaycan
Respublikası Dövlət Gerbinin rəngli
təsvirində ulduz ağ,
alov qırmızı palıd budaqları
yaşıl, sünbüllər sarı rəngdədir.
Qalxanın və ulduzun sağanaqlar,
habelə, qalxanın düymələri və palıd
qozaları qızılıdır”. (2-ci maddə)
Azərbaycan
Respublikasının Dövlət Gerbindən istifadə mexanizmi Azərbaycan Respublikasının
Konstitusiyası yuxarıda adı çəkilən Qanunlar və Əsasnamə ilə tənzimlənir.
“Azərbaycan Respublikasının Dövlət Gerbi
haqqında Əsasnamə”yə görə gerbin
rəngli və ağ-qara təsvirindən
iki formada - a) gerbin qabarıq təsviri
və b) gerbin adi təsviri-istifadə edilməlidir.
“Əsasnamə”yə
görə, Azərbaycan Respublikasının Dövlət Gerbinin QABARIQ TƏSVİRİ
aşağıdakı yerlərə vurulur:
Azərbaycan
Respublikası Prezidentinin iqamətgahına
və xidməti otağına,
Azərbaycan
Respublikası Parlamentinin binasına, iclas salonuna və Milli Məclis Sədrinin xidməti
otağına,
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
binasına, iclas salonuna
və Baş nazirin
xidməti kabinetinə,
Azərbaycan
Respublikasının bütün məhkəmələrinin,
hərbi tribunaların binalarına, məhkəmə
iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali
Məhkəməsi və Ali İqtisad Məhkəməsi sədrlərinin
xidməti kabinetlərinə;
Yerli nümayəndəli
dövlət orqanlarının binalarına və iclas salonlarına,
Azərbaycan
Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət
orqanlarının binalarına,
Azərbaycan
Respublikasının diplomatik və ticarət
nümayəndəliklərinin, konsulluq
idarələrinin binalarına,
Azərbaycan
Respublikası Dövlət GERBİNİN TƏSVİRİNDƏN
aşağıdakı hallarda istifadə olunur:
Azərbaycan
Respublikası Dövlət möhüründə, bütün dövlət orqanlarının
möhürlərində,
Azərbaycan
Respublikası Qanunlarının, Parlamentin
qərarlarının, Prezidentin Fərman
və Sərəncamlarının blanklarında;
Azərbaycan Respublikası Prezidenti Aparatının, Azərbaycan
Respublikası Milli Məclisinin, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin,
Ali Məhkəmənin, Ali
İqtisad Məhkəməsinin, yerli icra və seçkili dövlət orqanlarının, məhkəmə
və prokurorluq orqanlarının, bütün digər dövlət təşkilatlarının
sənədlərinin blanklarında (binaların lövhələrində),
Azərbaycan
Respublikası Milli Bankının biletlərində
və metal pul vahidlərində,
Azərbaycan Respublikası qiymətli kağızlarında,
dövlət istiqraz vərəqələrində
və lotereya biletlərində,
Azərbaycan
Respublikası vətəndaşının pasportunda
Azərbaycan Respublikası vətəndaşına verilən diplomatik başqa xarici pasportlarda,
Azərbaycan Respublikası Parlamentinin rəsmi nəşrlərində:
Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən
edilmiş hallarda dövlət sərhəd
nişanlarında,
Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası
Dövlət Gerbinin təsvirinin mütləq vurulmalı olduğu başqa hallar da nəzərdə tutula bilər.
Bu göstərilən hallardan
başqa, Azərbaycan
Respublikasının Dövlət
Gerbinin təsvirindən
istifadə hüququ Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən verilə
bilər və s.
Azərbaycançılığın əsas atributu olan dövlət
gerbi üzərindəki
təsvirlər azərbaycanlıların
Şərq xalqlarından
biri olmasını, Azərbaycanın Şərq
dövləti olmasını,
milli dövlət bayrağımızın simvollarını
əbədiyaşarlıq rəmzi,
günəşi, odlar
yurdu Azərbaycanı,
milli hərbi qüdrətimizi, bolluğu,
sülhsevərliyimizi göstərir. Dövlət gerbimiz azərbaycançılığımızın
özünəməxsusluğumuz simvolu olduğundan Azərbaycanın bütün
vətəndaşlarında, gənc nəsildə ona hörmət hissi aşılanmalıdır.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2012.- 21 fevral.- S. 10.