Beyləqanda 2012-ci il Kitabxanalar İli elan edilib

 

 

Respublikada ilk təcrübə: Beyləqan rayonunda 2012-ci il Kitabxanalar İli elan edilib. Beyləqan rayonunda 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Rayon icra hakimiyyətinin başçısı  İrşad Əliyev hesabat məruzəsində mədəniyyət sahəsinə xüsusi ilə kitabxanaların fəaliyyətinə diqqət qayğının artırılmasının vacibliyini qeyd edib.

Rayon icra hakimiyyətinin başçısı yığıncaq iştirakçılarını imzaladığıBeyləqan rayonunda 2012-ci ilin Kitabxanalar İli elan edilməsi haqqındaSərəncamla tanış edib. İmzalanmış sənəddə qeyd olunur ki, “2007-ci il 20 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindənAzərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqındaSərəncam imzalayıb. Sözügedən Sərəncamda kitabxanaların modernləşdirilməsi, müasir informasiya texnologiyaları ilə təmin edilməsi, onların maddi-texniki bazasının zənginləşdirilməsi barədə müvafiq tapşırıqlar verilib.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı iləAzərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı təsdiq edilmişdir.

2012-ci ilin Beyləqan rayonunda Kitabxanalar İli elan edilməsi ilə əlaqədar rayonda kitabxana-informasiya sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub: kitabxana fondlarının yeni nəşrlərlə zənginləşdirilməsi, multimedia fondlarının yaradılması, kitabxanaların informasiyalaşdırılması, müasir avadanlıq, informasiya texnologiyaları ilə təmin edilməsi, Elektron kataloq Elektron kitabxananın yaradılması, yeni müasir tələblərə cavab verən Uşaq Kitabxanasının inşası planlaşdırılır

 

Zümrüd

 

Səs.- 2012.-21 fevral.- S. 12.