Azərbaycana həsr olunmuş sərgi təşkil edilib
Ölkəmizin Cənubi Afrika Respublikasındakı
(CAR) səfirliyi bu ölkənin ən böyük ali məktəblərindən
olan Pretoria Universitetinin mərkəzi kitabxanasında Azərbaycana
həsr olunmuş sərgi təşkil etmişdir. Sərgidə
ölkəmizin və Bakının tarixinə, müasir
dövrünə həsr olunmuş şəkillər
nümayiş etdirilir. Sərgi iştirakçılarına,
həmçinin, 20 Yanvar faciəsi, Ermənistanın Azərbaycana
qarşı təcavüzü və onun acı nəticələrindən
bəhs edən fotoekspozisiya da $2təqdim edilmişdir. Ekspozisiyaya
ingilis dilində nəşr olunmuş Azərbaycanın tarixi,
mə-dəniyyəti, milli və təbii sərvətləri,
Qanlı Yanvar faciəsi, Xocalı soyqırımı, Ermənistan-Azərbaycan,
Dağlıq-Qarabağ münaqişəsi və digər
mövzulara aid kitablar, milli suvenirlər də daxil edilib. Sərgidə
Heydər Əliyev Fondu tərəfindən nəşr
edilmiş və yüksək poliqrafik keyfiyyətə malik
kitablar xüsusi yer almışdır. Bundan başqa, tələbə
və müəllimlər üçün ölkəmizə
həsr edilmiş jurnal, fotoşəkillər, xəritələr,
ölkəmizin tarixi və turizm imkanları ilə
bağlı təbliğat materialları da sərgi
iştirakçılanna təqdim edilir, Kitabxanada yerləşdirilmiş
5 monitorda Azərbaycanla bağlı film müntəzəm
olaraq göstərilməkdədir. Qeyd edək ki, sərgi iki
həftə davam edəcək. Sonra həm sərgidə
nümayiş etdirilən, həm də əlavə materiallar
kitabxanaya hədiyyə olunacaq. CAR-ın Pretoria Universitetində
50 mindən artıq tələbə təhsil alır, 140
departament və 85 elmi mərkəz fəaliyyət göstərir.
Universitetin kitabxanası 40 min 800 bakalavr, 12 min 700 magistr və
doktorluq tələbələrə və 4 min müəllim
heyətinə müxtəlif xidmətlər göstərir.
Zümrüd
Səs.- 2012.-22 fevral.- S. 12.