Azərbaycançılığın
və dövlətçiliyimizin əsas atributu:
dövlət himnimiz
“Himn”
sözü yunan sözü “humons” sözündən olub qədim
Yunanıstanda allahları və qəhrəmanların şərəfinə
oxunan nəğmə mənasında işlənmişdir. Himn
Avropa ölkələrində XIX əsrə qədər dini
nəğmə və mahnıları səciyyələndirən
söz olmuşdur.
Müasir
dövrdə “himn” sözü beynəlxalq dövlətçilik
terminologiyasında “dövlət tərəfindən qəbul
edilən milli müstəqillik və milli birlik rəmzi olan təntənəli
musiqi əsəri, nəğmə, marş” mənasında
sabitləşmişdir. Həmin termin Azərbaycan dilində də
eyni məna və funksiyanı istifadə etməkdədir. Ulu
Öndər Heydər Əliyev müstəqil Azərbaycanın
dövlət himni haqqında demişdir: “Azərbaycanın
gözəl himni var... Bunun müəllifi bizim böyük bəstəkarımız
Üzeyir Hacıbəyovdur. Himnimizin sözlərini
böyük şairimiz Əhməd Cavad yazıbdır. Onun
musiqisi də çox gözəldir, sözləri də
çox mənalıdır, gözəldir”. Dövlət
himni dövlətçiliyimizin əsas atributu olub, milli
birliyimizin - azərbaycançılığımızın
müqəddəs rəmzidir.
A.Məmmədov
və Ə.Quliyevin qeyd etdikləri kimi, dövlət himni
müstəqilliyin musiqi və sözlə ifadə edilən
müqəddəs simvolu, rəmzi, atributu olaraq milli və
dövlət bayramlarında, tarixi günlərdə, rəsmi
mərasimlərdə, beynəlxalq tədbirlərdə, təhsil
müəssisələrində və mövcud qanunvericiliklə
müəyyən edilən digər hallarda həmişə
ayaqüstə, böyük coşqu ilə, milli qürurla
oxunur və dinlənilir.
Himn həmişə
milli bayraqla-dövlət bayrağı ilə bərabər
tutulur. Məhz bu funksional yaxınlıq, dövlətçilik
baxımından müqəddəslik və önəmliliyinə
görə milli himn-dövlət himnini obrazlı şəkildə
hər bir dövlətin, millətin ölkənin musiqi
bayrağı adlandırırlar. Bu da həqiqətdir ki,
dövlət himni çalınarkən, paralel olaraq mütləq
dövlət bayrağı da qaldırılmalıdır. Digər
tərəfdən, təsadüfi deyildir ki, bir çox dövlətlərdə
əsas dövlətçilik atributları məhz təkcə
bayraq və himndən ibarətdir...
Azərbaycan
dilində “milli himn”, “dövlət himni” terminləri artıq
sabitləşsə də, tarixən “milli marş” terminindən
də istifadə edilmişdir. “Marş” sözü fars mənşəli
olub dilimizdə “əsgərlikdə yürüş
üçün verilən əmr” dövlət tərəfindən
qəbul edilmiş və milləti, dövləti təmsil etmək
üçün hazırlanmış musiqi əsəri, nəğmə”,
yaxud “əsgəri xidmətdə istifadə olunan musiqi əsəri,
nəğmə” anlamlarında işlədilir. Azərbaycan
Respublikasının Dövlət Himninin sözlərini Əhməd
Cavad yazmışdır. Himnin sözlərinin ilkin variantı
1919-cu ildə Azərbaycan Xalq Mətbəəsində nəşr
olunmuş “Milli nəğmələr” kitabında “Vətən
marşı” adı ilə getmişdir. Himnə musiqini dahi bəstəkarımız
Üzeyir Hacıbəyov 1919-cu ildə yazmışdır. Bu
marş 1989-cu ildə bəstəkar Aydın Əzimov tərəfindən
bərpa edildi.
Azərbaycan
Respublikasının Ali Soveti həmin marşı öz
iclasında geniş müzakirə etdi və qəbul etdiyi “Azərbaycan
Respubliknsının Dövlət Himni haqqında” 27.05.1992-ci
il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq
etdi.
Azərbaycan
Respublikasının Dövlət Himnindən istifadə
qaydaları 2 mart 1993-cü il tarixli Azərbaycan
Respublikasının Dövlət Himni haqqında Əsasnamənin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan
Respublikasının Dövlət Himni haqqında Əsasnamə”
ilə tənzimlənir. Adıçəkilən Konstitusiya
Qanunları və Əsasnamə ilə Azərbaycan
Respublıkasının Dövlət Himni Azərbaycan dövlətinin,
onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzi,
dövlət himninə dərin ehtiram bəsləmək isə
onun hər bir vətəndaşının vətənpərvərlik
borcu kimi təsbit olunmuşdur.
M.Mərdanov
və Ə.Quliyev düzgün olaraq dövlət himninin
ideya-məzmun baxımından azərbaycançılıq
ideologiyasını əks etdirdiyini xüsusi qeyd edirlər. Azərbaycan
Respublikasının Dövlət Himni istər ideya-məzmun,
istərsə də, musiqisinin zənginliyi baxımından
milli ideologiyamızın aparıcı amili olan azərbaycançılığı,
Vətənçiliyi, Vətən sevgisini və vətənpərərlik
hisslərini dövlət müstəqilliyini, gənclərdə
Vətənə, millətə, dövlətə, dövlətçiliyə
sədaqət ideyasını parlaq şəkildə əks
etdirir. “Azərbaycan marşlarının melodiyası sadə,
yaddaqalan olmaqla yanaşı, məzmun baxımından
coşqun və mübariz ruhludur. Yuxarıda deyildiyi kimi, bu
marşda - dövlət himnimizdə də əsərin
şeiriyyəti musiqi əzminə tabe edildiyindən, onun
musiqisi səslənən kimi himnin mətni sanki bulaq suyu kimi
çağlayır. Onun əzəməti, coşqunluğu,
mübariz ruhu da məhz musiqi ilə qəlblərə yol
tapır. İnsanların qanını Vətən sevgisi, millət
duyğusu ilə coşdurur, doğma Azərbaycanın birliyi,
bütövlüyü, bölünməzliyi yolunda mübarizəyə
səsləyir. Milli himnimiz səslənəndə insanda milli
ruh yüksəlir, vətənpərvərlik, milli iftixar və
qürur hissi coşub-daşır...”. Heydər Əliyev
dövlət himnimizin məziyyətlərindən
danışarkən, onun azərbaycançılığın
rəmzi olmasını xüsusi diqqətə
çatdırırdı: “Mən bu gün bildirmək istəyirəm
ki, 1918-1920-ci illərdə Azərbaycanda hakimiyyətdə
olmuş Xalq Cümhuriyyətinin bugünkü nəsillərə
qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın
bu gün biz qəbul etdiyimiz qanunla istifadə etdiyimiz dövlət
himnidir və bir də Azərbaycanın dövlət
bayrağıdır.
O vaxt vətənpərvər
insanlar bu sahədə gözəl iş görmüşlər.
Himnimizin sözləri də, - indi o dövrdən 80 il
keçib, - bu gün bizim üçün doğmadır və
həqiqətən Azərbaycanın müstəqilliyini,
müstəqil dövlət olmağını nümayiş
etdirir. Onun musiqisi də Azərbaycan musiqisidir, eyni zamanda,
çox əzəmətli musiqidir. Bizim ölkəmizin vətəndaşlarının
bəlkə də hamısı bunu istənilən səviyyədə
dərk edə bilməyibdir. Ancaq Mən xarici ölkələrdə
ziyarətlərdə olarkən, Azərbaycanın və həmin
dövlətin himni çalınarkən, çox
böyük qürur hissi keçirirəm. Həmin ziyarətlərimdə
məndə bəlkə də ən böyük əhval-ruhiyyə
yaradan Azərbaycanın bayrağı altında Azərbaycanın
himninin çalınmasıdır. Onu da deyə bilərəm
ki, bəzi dövlət başçıları sonrakı
söhbətlərdə etiraf ediblər ki, Sizin himninizin
musiqisi çox gözəldir, bayrağımız da gözəldir.
Bu, həqiqətən belədir... Ona görə də biz
öz himnimizi, bayrağımızı özümüz qədər
sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə,
dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Azərbaycan
Respublikasının Dövlət Himnindən istifadə
qaydaları və mexanizmi Azərbaycan Respublikasının
Konstitusiyası, yuxarıda adları çəkilən
Qanunlar və “Azərbaycan Respublikasının Dövlət
Himni haqqında Əsasnamə” ilə tənzimlənir. “Əsasnaməyə”
görə, Azərbaycan Respublikasının Dövlət
Himni aşağıdakı hallarda və göstərilən
qaydalara uyğun ifa olunur:
Azorbaycan
Respublikasının Dövlət Himnindən istifadə qaydaları
və mexanizmi Azərbaycan Respublikasının
Konstitusiyası, yuxarıda adları çəkilən
Qanunlar və “Azərbaycan Respublikasının Dövlət
Himni haqqında Əsasnamə” ilə tənzimlənir.
“Əsasnaməyə”
görə, Azərbaycan Respublikasının Dövlət
Himni aşağıdakı hallarda və göstərilən
qaydalara uyğun ifa olunur:
Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin (Parlamentin) iclaslarına gələn zaman:
Azərbaycan Respublikası Milli Məclisinin sessiyaları başlananda və qurtaranda;
Dövlət bayramlarına həsr olunmuş təntənəli
yığıncaqların və
iclasların açılışı
və bağlanışı
zamanı;
Hər gün Azərbaycan Respublikası
milli televiziya və radio verilişlərinin
əvvəlində və
axırında;
Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə,
Azərbaycanın görkəmli
siyasi, dövlət hərbi xadimlərinin, milli qəhrəmanların,
elm, ədəbiyyat və
incəsənət xadimlərinin
şərəfinə abidələrin
və lövhələrin
açılışı zamanı:
Dövlət və ictimai
orqanlar, müəssisələr,
idarələr və təşkilatlar tərəfindən
keçirilən mərasimlər
və digər təntənəli tədbirlər
zamanı Azərbaycan
Respublikasının Dövlət
Bayrağı qaldırılarkən:
Azərbaycan Respublikasına rəsmi görüşə
gələn xarici ölkələrin dövlət
və hökumət başçıları qarşılanarkən
və yola salarkən-müvafiq ölkənin
dövlət himni ifa olunduqdan sonra:
Azərbaycan Respublikasının qanunvericiliyində Azərbaycan
Respublikası Dövlət
himni hökmən ifa olunduğu başqa hallar da nəzərdə tutula bilər:
Azərbaycan Respublikasının Dövlət Himni orkestr, xor, orkestr-xor
tərəfindən, yaxud
başqa vokal üsulla və alətlər vasitəsilə
ifa olunur. Bunun üçün səsyazma vasitələrindən
də istifadə edilə bilər.
Bütün hallarda Azərbaycan Respublikasının
Dövlət Himni tam ifa olunur.
Azərbaycan Respublikasının Dövlət Himni “Azərbaycan Respublikasının
Dövlət Himni haqqında” Azərbavcan Respublikasının 1992-ci ii 27 may tarixli Qanunu ilə təsdiq edilmiş mətnə və musiqi redaksiyasına tam müvafiq
surətdə ifa olunmalıdır.
Azərbaycan Respublikasının Dövlət Himni ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya oxumalıdırlar.
Hərbi hissələrdə, hərbi gəmilərdə,
daxili işlər və milli təhlükəsizlik
orqanlarında Azərbaycan
Respublikası Dövlət
Himninin ifa olunması, habelə, himn ifa edilərkən
hərbi qulluqçuların,
daxili işlər və milli təhlükəsizlik
orqanlarının sıravi
və rəis heyətinə aid şəxslərin
əsgəri rəsmi
təzim etməsi hərbi nizamnamələrlə
və Azərbaycan Respublikasının müdafiə
naziri, daxili işlər naziri və milli təhlükəsizlik
naziri tərəfindən
müəyyən edilən
qaydalarla tənzimlənir.
Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni “Əlifba” kitabının birinci səhifəsində (eləcə
də, digər dərsliklərdə) dərc
olunur;
Ümumtəhsil məktəblərində,
texniki peşə, orta ixtisas məktəblərində,
ali məktəblərdə
və başqa tədris müəssisələrində
yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının Dövlət
Himninin öyrənilməsinə
və ifasına həsr edilir.
Respublika və beynəlxalq
idman yarışları
keçirilərkən Azərbaycan
Respublikası Dövlət
Himninin ifa olunması qaydası respublika və beynəlxalq idman təşkilatlarının mövcud
praktikası nəzərə
alınmaqla müəyyən
edilir:
Respublika idarələri və təşkilatları
xarici dövlətlərin
ərazisində təntənəli
tədbirlər keçirərkən
Azərbaycan Respublikasının
Dövlət Himni Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyinin müəyyən
etdiyi qaydalara müvafiq surətdə, onların olduqları ölkənin praktikası
və yerli adətləri nəzərə
alınmaqla ifa edilir;
Azərbaycan Respublikası Dövlət Himninin daxili işlər və milli təhlükəsizlik
orqanlarında, tədris
müəssisələrində, idman yarışları zamanı, habelə, Azərbaycan Respublikasının
idarələri və
təşkilatları tərəfindən
xarici dövlətlərin
ərazisində tədbirlər
keçirilərkən ifa
olunması qaydaları
bu Əsasnamənin tələbləri əsas
götürülməklə müəyyən edilir.
Bu Əsasnamənin
dəqiq yerinə yetirilməsinə nəzarət
etmək dövlət
orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların
siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqlarının
və digər ictimai qurumların rəhbərlərinə həvalə
olunur və s. Azərbaycan Respublikasının
Milli Məclisi özünün 7 mart 2000-ci il
tarixli iclasında “Azərbaycan Respublikasının
Dövlət Himni haqqında Əsasnaməyə
əlavələr edilməsi
barədə”, Azərbaycan
Respublikası Qanunun layihəsini, müzakirə
edərək, mövcud
Əsasnaməyə himnin
mütləq ifa edilməli olduğu iki əlavə qaydanı (Azərbaycan Respublikasının Prezidenti
Milli Məclisin iclasına gəldiyi zaman, eləcə də, Milli Məclisin sessiyaları başlananda və qurtaranda himnin ifa olunması) da təsdiq etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsində,
Ulu Öndər Heydər Əliyev və Onun layiqli
siyasi varisi Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin çıxışında azərbaycançılığın
və dövlətçiliyimizin
əsas atributlarına,
o cümlədən, dövlət
himnimizə hörmət
etmək hər bir azərbaycanlının
müqəddəs borcu
hesab olunur. Hamı bu borcu şərəflə
yerinə yetirməlidir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2012.- 22 fevral.- S. 10.