Azərbaycançılığın tədqiqi

 

Akademik Ramiz Mehdiyev azərbaycançılıq ideyasının tədqiqi sahəsində ciddi tədqiqat aparan görkəmli ideoloq və tədqiqatçıdır. Hələ 1993-cü ildə o, “Xalq” qəzetində, “Bakinski raboçi” qəzetlərində azərbaycançılıq ideyasını milli ideya ilə birlikdə nəzərdən keçirdi. Akademik Ramiz Mehdiyev özünün “Azərbaycan: qloballaşma dövrünün tələbləri”, “XXI əsrdə milli dövlətçilik” əsərlərində bu ideyanı daha da inkişaf etdirdi. Akademik Ramiz Mehdiyev “Azərbaycançılıq” termininin Vətənin siyasi həyatında yaxın illərdən başlayaraq, istifadə olunduğunu ölkədə yaşayan bütün etnik qrupları və xalqları ümumdövlət mənafeləri əsasında real surətdə birləşdirmək ideyası, xüsusilə, 1992-1993-cü illərdə geniş yayılmağa başlayan şovinist-millətçilik və separatçılıq əhval-ruhiyyələri ilə mübarizəyə yönəldilmiş ideya kimi  irəli sürüldüyünü göstərmişdir.

R.Mehdiyev “Azərbaycançılıq” ideyasının bir neçə nisbətən müstəqil cəhətini də qeyd etmişdir: əsasən, antropologiya (etnologiya), etnoqrafiya, sosial psixologiya, linqvistika çərçivəsində nəzərdən keçirilən etnomədəni cəhət; sosiologiya, politologiya, cəmiyyətin sosial quruluşu haqqında digər elmlərin köməyi ilə açılan sosial-siyasi cəhət; beynəlxalq hüquq sahəsində kompleks elmi fənlər vasitəsilə işlənib hazırlanan coğrafi-siyasi cəhət və s. Başlıcası odur ki, nəzərdən keçirilən problemin təkcə bir cəhəti çərçivəsində qapanıb qalmaq olmaz, çünki bu zaman biz “azərbaycançılıq” ideyasını, tarixən sabit və özünəməxsus hadisə kimi, ölkədə yaşayan bütün əhali qruplarının həmrəyliyini, onların qarşılıqlı əlaqəsini, sadəcə, əhatə edə bilmərik.

O, məruz qaldığı bütün sınaqlara baxmayaraq, milli-dövlət ideologiyası kimi “azərbaycançılıq” bu gün bizim qarşımızda dəqiq ifadə edilmiş ideya kimi durur. Bu ideyanın tarixlə və onlarca xalqın qədimdən bəri bir ərazidə yaşaması, onların ümumi mentalitetə və tələbat strukturuna söykənən ümumi psixologiya ilə şərtlənən öz  bölgüsü  olduğunu da diqqətə çatdırmışdır. R.Mehdiyevin əsərində azərbaycançılıq ideologiyası mühüm funksional elementlərlə zəngindir. Bunların mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya unitar, hüquqidemokratik dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə və inkişafına yönəldilmişdir. “Azərbaycançılıq” müstəqil və bənzərsiz Azərbaycanı sivil dövlətlər sırasına çıxaracaq bir yoldur.

“Azərbaycançılıq” xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün “azərbaycançılıq” milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir.

O, Azərbaycan xalqının dövlətyaradıcı mənafelərinin ümumiliyi və demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədidir. İdeologiya kimi “azərbaycançılıq” müstəqil Azərbaycanın fəlsəfi-sosioloji doktrinasının sosial-mədəni və etnocoğrafi-siyasi cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərlik prinsipidir. İdeya-nəzəri və siyasi baxımdan “azərbaycançılıq” və neokonservatizm  bir-biri ilə sıx  bağlıdır. “Azərbaycançılıq” coğrafi məkan baxımından, sanki neokonservatizmin bir hissəsi, milli şəraitdə bu ideologiyanın əlavəsidir. Çünki biz başlıca, mühüm prinsiplərin və elementlərin təhlilini əsas kimi götürdükdə, bunların daxilən vəhdətdə olduğunu görürük. Metodoloji baxımdan bu, ümumininxüsusinin nisbətidir. Onlar bir-birinə zidd deyillər. Əksinə, bir-birini tamamlayaraq, vahid tam kimi çıxış edirlər. Ona görə də, bu iki ideologiyanın sintezi Azərbaycanı sivil dövlətlər cərgəsinə çıxarmaq üçün möhkəm zəmin yaradır. R.Mehdiyev “azərbaycançılığ”ın mahiyyətinin müxtəlif xalqların mədəniyyətlərin, ənənələrin, konfessiyalarının vəhdətində olduğunu, ənənəvi mifləri və rəmzləri özündə birləşdirmiş, lakin bunlardan milli dövlətin simasında yeni fenomenlərin qorunması və əsaslandırılması üçün istifadə edir. “Azərbaycançılığ”ın gücünün o xalqın milli-mədəni eyniyyətini həm müdafiə etməyi və həm də qoruyub saxlamağı bacaran dövlətlə insanların fərdi sosial-mədəni meyillərini üzvi şəkildə birləşdirməyə qadir olmadığında görür. Şübhəsiz ki, öz birliyinə mənsubiyyət hissi həyatın özünə də məna və əhəmiyyət verir, qarşılıqlı məsuliyyət və qarşılıqlı əlaqə hissini möhkəmləndirir və beləliklə, tənhalıq və qəriblik hissini azaldır. Bu ideologiya Azərbaycanda vahid birlik, vahid sosium formalaşdırır.

“Azərbaycançılıq” ideyasının dərk olunmasının əsasında Azərbaycan xalqının tarixi, mənşəyi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durduğunun, nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcəyini və müstəqillik, milli eyniyyət tezliklə həmin nəsillər üçün həyatı, azadlığı dərk etməyin ayrılmaz atributlarına çevriləcəyini də göstərir: “Bu gün biz Azərbaycanda milli ideologiyanın formalaşmasının şahidiyik. Millətin potensialının və ölkəni tərəqqiyə, firavanlığa doğru aparmağa qadir siyasi elitanın olması onu göstərir ki, neokonservatizmin milli forması kimi “azərbaycançılıq” milli ideologiyanın əsasıdır və Azərbaycan dövlətinin bütün tarixi boyu da əsası olaraq  qalacaqdır. Beləliklə, qısaca olaraq, R.Mehdiyevin azərbaycançılıq ideyasının tədqiqinə verdiyi töhfəni belə ifadə etmək olar. Birincisi, “Azərbaycançılıq” ideyasının bir neçə müstəqil cəhəti göstərilir. Həmin cəhətlər bunlardır: əsasən, antropoloji (etnologiya), etnoqrafik, sosial psixologiya, linqvistika çərçivəsində nəzərdən keçirilən etnomədəni cəhət; sosiologiya, politologiya, cəmiyyətin sosial quruluşu haqqında digər elmlərin köməyi ilə açılan coğrafi-siyasi cəhət və s.

İkincisi, Azərbaycançılıq bu gün bizim qarşımızda dəqiq ifadə edilmiş ideya kimi durur. Bu ideyanın tarixlə və onlarca xalqın qədimdən bəri bir ərazidə yaşaması, onların ümumi mentalitetə və tələbat strukturuna söykənən ümumi psixologiya ilə şərtlənən öz bölgüsü var.

Üçüncüsü, Azərbaycançılıq ideologiyası mühüm funksional elementlərlə zəngindir. Bunların mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya unitar, hüquqidemokratik dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə və inkişafına yönəldilmişdir.

Dördüncüsü, “Azərbaycançılıq” müstəqil və bənzərsiz Azərbaycanı sivil dövlətlər sırasına çıxaracaq bir yoldur.

Beşincisi, Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyə mane olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir.

Altıncısı, Azərbaycançılıq xalqın dövlətyaradıcı mənafelərinin, ümumiliyi və demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğurla mübarizəsinin məqsədidir.

Yeddincisi, Azərbaycançılığın mahiyyəti müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların vəhdətidir.

Səkkizincisi, Azərbaycançılığın gücü ondadır ki, xalqın milli-mədəni eyniyyətini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran dövlət insanların fərdi sosial-mədəni meyillərini üzvi şəkildə birləşdirməyə qadirdir. Ramiz Mehdiyev milli ideologiyanın təməli olan azərbaycançılıq ideologiyasının, bütövlükdə və bir vəhdətdə şərh edir, milli ideologiyanın xalqın həyatına yaradıcılıq, quruculuq və fəaliyyət amili olduğu aşağıdakı kimi göstərilir: “Millətin gücünü təkcə onun birliyimonolitliyi ilə deyil, həm də milli özünüdərki və mentallığı yenidən yaratmaqqorumaq səyləri müəyyən edir. Azərbaycan Prezidenti Heydər Əliyev bizə məhz bu həqiqəti çatdırır”.

Azərbaycançılıq və onun fəlsəfi, sosial, tarixi, psixoloji, milli, mədəni və digər tərəfləri barədə mətbuatda müxtəlif cür rəylər vardır. Bütün bu rəylərdə, fikir və mülahizələrdə bir cəhət əsasdır ki, azərbaycançılıq milli mənafelərimizə xidmət nümunəsidir. Azərbaycançılıq milli  varlığımız,  mövcudluğumuz, dilimiz, mədəniyyətimiz, mənəviyyatımız, vətənpərvərlik keyfiyyətlərimizdir. Azərbaycançılığı bilmək, öyrənmək, duymaq, mənimsəmək və həyata, milli ideologiyamıza tətbiq və şamil etmək üçün Heydər Əliyev təlimini öyrənmək lazımdır. M.Yusifov yazır: “Biz artıq müstəqil dövlətçiliyimizin ikinci onilliyini yaşayırıq. Müstəqil yaşamaq, milli dövlətçiliyi inkişaf etdirmək, milli adət və ənənələri qoruyub saxlamaq və zənginləşdirmək, onu gələcək nəsillərə çatdırmaq hər zaman xalqımızın tarixi idealı olmuşdur. Bu ideal uzun müddət şirin bir arzu kimi ürəklərdə yaşaya-yaşaya yalnız XX əsrin sonuncu onilliyində həqiqətə çevrildi. Artıq biz elə bir tarixi mərhələyə yetişmişik ki, xalqımıza məxsus ümumbəşəri ideyaların bir tərəfdən dünya sivilizasiyasına inteqrasiya olunmasını, digər tərəfdən, dünya sivilizasiyasının ən yaxşı ənənələrinin milli zəmində mənimsənilməsini təmin etmək gərəkdir”.

Məqaləni R.Mehdiyevin özünün aşağıdakı dəyərli fikirlərilə bitirmək istərdim: “Milli ideologiyanın üstünlüyünün sosiumun mədəni irsindən və sosial-mədəni məkanından ayrılması baş verir. Belə vəziyyətdə formalaşan hər hansı ideologiya özündə həm cəmiyyətin modernləşməsini, həm də “vahid” ümumbəşəri dəyərlərin və əxlaq prinsiplərinin yayılmasından doğan qərbləşməni təcəssüm etdirir.

Ona görə də indi yeni minilliyin milli ideologiyası Avropanın “yeni sağları” və “yeni solları”nın modernləşdirilmiş doktrinalarını süzgəcdən keçirmədən formalaşdırıla bilməz. Keçid, transformasiya dövründə bu proses ictimai şüurda gizli şəkildə gedir. Mövcud olmuş bütün sivilizasiyaların, dövlətlərin siyasi rejimlərin tarixi sübut edir ki, aydın şəkildə ifadə edilmiş məqsədli yollar göstərilmədən, eykumendə (coğrafi-siyasi ərazi vahidi) öz yerini müəyyənləşdirmədən, özününMən-sivilizasiya”sını saxlamağın təminatı sayılan dəyərlər əxlaq sistemi olmadan sabit, inkişaf edən birliklər olmur. Bunlar dini baxışlarda, dövlət aktlarında, ictimai şüurda, təlim tərbiyəyə dair məqsədli göstərişlərdə əks olunmuşdur. Məhz bunların sayəsində insan öz dünyasını, öz sivilizasiyasının özünəməxsus əsaslarını tamamilə adekvat qavrayır, fiziki sosial məkanda şüurlu şəkildə hərəkət edir”.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

 Səs.- 2012.-24 fevral.- S.10.