XOCALI
SOYQIRIMINI TANIDAQ”
“Səs” qəzeti ölkəmizin həyatında
mühüm əhəmiyyət kəsb edən, günün
aktual və prioritet mövzuları ətrafında silsilə dəyirmi
masalar təşkil edir. Dünən təşkil olunan dəyirmi
masanın mövzusu Azərbaycan xalqının ən
böyük faciələrindən biri olan Xocalı
soyqırımının 20-ci ildönümünə həsr
olunub. Dəyirmi masada Yeni Azərbaycan Partiyası İdarə
Heyətinin üzvü, YAP Səbail rayon təşkilatının
sədri Zahid Qaralov, Milli Məclisin deputatı Musa Quliyev, Milli
Məclisin deputatı Sahibə Qafarova, YAP Siyasi
Şurasının üzvü,
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət
Babaoğlu, YAP Xocalı rayon təşkilatının sədri
Vahid Əliyev, politoloq Cümşüd Nuriyev, Beynəlxalq
Diaspor Mərkəzinin əməkdaşı Samir
Adıgözəlov, YAP Gənclər Birliyinin sədr
müavini Samirə Quliyeva, YAP Gənclər Birliyinin sədr
müavini Aytac Əliyeva, YAP Gənclər Birliyinin İdarə
Heyətini üzvləri Bəxtiyar Nəbiyev, Mehman İsmayılov, YAP
Sabunçu rayon gənclər birliyinin üzvü Rəşad
Abbasəliyev, YAP Suraxanı rayon gənclər birliyinin sədri
Zəkiyyə Musayeva və başqa tanınmış
ziyalılar, ictimaiyyət nümayəndələri, siyasi
partiya və QHT təmsilçiləri, Xocalı
soyqırımının şahidləri iştirak edirdilər.
(Əvvəli
ötən sayımızda)
Dəyirmi masada giriş
sözü ilə çıxış
edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirdi ki, bugünkü tədbir
Yeni Azərbaycan Partiyası Gənclər
Birliyi və “Səs” qəzetinin birgə
təşkilatçılığı ilə Xocalı
soyqırımının 20-ci ildönümünə həsr
olunub. Tədbiri keçirməkdə
məqsəd Xocalı soyqırımını
xatırlayıb, bunun acı nəticələrini
gələcək nəsillərə ötürməkdir. Beynəlxalq ictimaiyyətə, dünya
xalqlarına Xocalı soyqırımını və həmin gün baş verən
hadisələri çatdırmağın hər birimizin borcu olduğunu vurğulayan B.Quliyev tədbirdə “Səs” qəzeti tərəfindən
hazırlamış filmin nümayiş
etdiriləcəyini bildirdi. Filmin dünyanın bir çox dillərinə tərcümə
olunacağını diqqətə çatdırdı. O,
vurğuladı ki, bu film Xocalı soyqırımını tam şəkildə əks etdirməsə də,
bizi orada baş verən müəyyən məqamlarla
tanış edir: “Bu dəhşətli faciəyə diqqət
etdikdən sonra insanın qəlbində intiqam hissi oyanır.
1992-ci il fevralın 25-dən 26-na keçən
gecə ermənilər tərəfindən Xocalıda
insanlığa və bəşəriyyətə
qarşı soyqırımı həyata keçirilib.
Erməni hərbi birləşmələri Xankəndiyə dislokasiya olunmuş SSRİ-nin 366-cı motoatıcı
alayının ağır hərbi texnikasının dəstəyilə
Xocalıya hücuma keçib.
Beləliklə, erməni hərbi birləşmələri
366-cı alayın köməyilə dinc əhaliyə
xüsusi qəddarlıqla divan
tutub. XX əsrin genosidlər və soyqırımlar
siyahısına Xocalı soyqırımı da
daxil olub”.
Baş redaktor bu gün Ermənistanda
hakimiyyətdə olan əli qana batmış cəlladların və bu cinayətdə günahı olan
şəxslərin qanun
qarşısında cavab verəcəklərini
dilə gətirdi. Sonra filmin
təqdimatı keçirildi. Film sona yetdikdən sonra tədbir iştirakçıları tərəfindən
Xocalı soyqırımında şəhid olanların xatirəsi
bir dəqiqəlik sükutla
yad olundu.
Sonra baş redaktor o dövrün
qanlı olayları və Xocalı soyqırımı ilə
bağlı dəyirmi masa
iştirakçıları arasında müzakirələr aparılmasının vacibliyini vurğuladı.
NƏ QƏDƏR Kİ, BUNA LAZIMİ
ŞƏKİLDƏ QİYMƏT VERİLMƏYİB,
BİZ DÖVLƏT OLARAQ, VƏTƏNDAŞ OLARAQ, GƏNC
OLARAQ RAHAT YAŞAYA BİLMƏRİK
Samirə Quliyeva:
- İlk olaraq, öz adımdan, gənclər
adından belə bir məzmunda tədbirin
keçirilməsində və bu gün bizə təqdim olunan
filmin ərsəyə gəlməsində
əməyi olan “Səs” qəzetinin
kollektivinə minnətdarlığımı bildirirəm. Bu filmin dünyanın bir çox dillərinə
tərcümə edilib beynəlxalq təşkilatlara
yayılması fikri əhəmiyyət
daşıyır. Azərbaycan parlamenti
tərəfindən Xocalı soyqırımı
adlandırılması qərara alınmışdırsa, hər
bir kəs məhz bu terror aktını qeyd olunan şəkildə ifadə etməlidir. Çünki burada deyilənlərdən
də, ümumilikdə, bizə bəllidir ki,
soyqırımı və faciə məfhumlarının leksik mənaları arasında kəskin şəkildə
fərq nəzərə çarpır. Xocalı
soyqırımı baş verdiyi
zamandan ötən məsafədə - 20
ildə bir çox
işlər görülüb. Ən böyük işlər sırasında Heydər
Əliyev Fondunun Rusiya
nümayəndəliyi tərəfindən keçirilən tədbirlər
önəmlidir. Belə ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti,
Rusiya Azərbaycanlı Gənclər Təşkilatının
sədri Leyla xanım Əliyevanın təşəbbüsü
ilə “Xocalıya ədalət” kampaniyası ardıcıl olaraq həyata keçirilir.
Bu kampaniyaya fəal
şəkildə qoşulan gənclər
elə Yeni Azərbaycan Partiyası Gənclər
Birliyinin sıralarında cəmləşən
gənclərdir. Mən düşünürəm ki, bu
soyqırımının tanınmasında gənclərin
üzərinə daha böyük
məsuliyyət düşür. Bu gün dünya
ictimaiyyətinin buna lazımi səviyyədə
qiymət verilməsinə nail
olmalıyıq. Nə qədər ki, haqqa, torpaqlarımıza
qovuşmamışıq, biz dövlət
olaraq, vətəndaş olaraq,
gənc olaraq rahat yaşaya bilmərik. Filmdə gördüyümüz
kadrlar biz gənclərə
məhz baş verən bu
hadisələrdən lazımi şəkildə bəhrələnməyə
imkan verir. Biz dünyaya bu həqiqətləri
çatdırmalıyıq. Bu istiqamətdə
yeni metodlardan istifadə
olunmalıdır. Kütləvi şəkildə beynəlxalq
aləmə soyqırımı haqqında olan
dəlilləri göndərməliyik. Bir
məqamı diqqətinizə çatdırmaq yerinə
düşərdi. Amerikada konqresmenlərin
yaşadıqları binanın qarşısına qeyd olunub ki,
bizim qapılarımız həm öz vətəndaşlarımızın, həm
də xarici vətəndaşların
üzünə açıqdır. Beş
erməni tələbəsi qondarma “erməni
soyqırımı haqda faktları” onlara çatdırmaq məqsədilə məhz
həmin konqresmenlərin qapılarına bu
və ya digər qeydləri asıb. Bizim virtual aləmdə apardığımız təbliğat
işləri yetərincə deyildir. 20 il ərzində Xocalı
soyqırımının dünya ictimaiyyətinə
lazımi şəkildə tanıtmağa nail
ola bilməmişiksə, artıq real və
canlı şəkildə bunu həyata
keçirməyə çalışmalıyıq. Bir neçə gündən sonra
Yeni Azərbaycan Partiyası Gənclər
Birliyinin 20 nəfərdən ibarət qrupu qardaş Türkiyəyə
yola düşəcəklər. Bu səfərin məqsədi
reallıqları, dəlilləri məhz o
dövlətin ictimaiyyətinə çatdırmaqdır. Sözsüz ki, Türkiyə
bizə qardaş və arxa
olan bir dövlətdir.
Buna baxmayaraq, biz öz təbliğatımızı
aparmaqla, soyqırımın dünya ictimaiyyətinə
çatdırılması istiqamətində ardıcıl
işlər görməliyik.
Məlumdur ki,
Xocalı soyqırımının iyirminci
ildönümü haqqında Azərbaycan
Respublikası Prezidenti Sərəncam
imzalayıb. Xocalı soyqırımı
haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılmasında və
soyqırımın dəhşətli nəticələrinin
təbliğində diaspor təşkilatlarının,
hər bir qurumun və
vətəndaşın üzərinə mühüm
vəzifələr düşür.
Belə tədbirlərin Azərbaycan gəncliyinin
xalqımızın başına gələn hadisələri,
faciələri daha dərindən öyrənməsi,
gənclərin daha da
maarifləndirilməsi istiqamətində əhəmiyyəti
danılmazdır. Mən əmin edirəm ki,
müasir dövrümüzdə gənclər
üzərilərinə düşən işin
öhdəsindən gəlmək üçün
bütövlükdə gücünü,
potensialını ortaya qoyacaqlar.
Vahid Əliyev:
- İlk olaraq, belə bir mövzuda tədbirin təşkilinə
görə, təşkilatçılara təşəkkürümü
bildirmək istərdim. Ümummilli məsələlərin diqqətə
çəkilməsində hər kəs maraqlıdır və
bu, böyük bir mahiyyət daşıyır.
Bütün beynəlxalq
hüquq normalarına zidd
olaraq Ermənistan dövlətinin
Dağlıq Qarabağı özünə birləşdirmək
cəhdi, bu yolda bütün cinəyət və vəhşiliyə
hazır olduğunu nümayiş
etdirdi. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar
erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə
Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə
qarşı yönəlmiş ən ağır cinayətlərdən
biridir. Xocalı soyqırımı əsrin
Xatın, Xirosima, Naqasaki
və Sonqmi kimi dəhşətli
faciələri ilə bir sırada
dayanır.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar,
ümumbəşəri qanunlar Xocalı
faciəsi kimi soyqırımları pisləyir,
onların yolverilməz olduğunu bildirirlər.
Dünya bilməlidir ki,
bu cinayət, təkcə Azərbaycan
xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya,
bəşəriyyətə qarşı yönəldilmişdir.
Bu gün Ermənistanda
mühüm dövlət postları tutanlar baş vermiş soyqırımın
günahkarları kimi beynəlxalq məhkəmə
qarşısında cavab verməlidirlər.
Mən Xocalı
soyqırımının başvermə səbəbini, ermənilərin
nəyə nail olmaq
niyyətlərini və nəticələrini diqqətə
çəkmək istərdim. Tarixən bizə
bəllidir ki, ermənilər hər zaman özlərini vassal
sifətində təqdim edib, kiminsə qulu olmaqla öz
ideyalarını gerçəkləşdirmək məqsədinə
xidmət ediblər. İstənilən riyakarlığın
törədilməsi ilə öz ərazilərini
genişləndirmək, məkrli siyasətlərini həyata
keçirməyə çalışırlar. Zaman-zaman onlar üçün münbit
şərait yaradılıb və bunun nəticəsində
Azərbaycan, türk torpaqlarına üz tutublar. Öz ideyalarını ortaya
qoymaqla, hətta soyqırımı
faktını da reallaşdırdılar.
Nəticə isə ondan ibarətdir ki, ərazi iddiası ilə
çıxış edən ermənilər Azərbaycandan
kifayət qədər torpaq qopara biliblər. Azərbaycan isə torpaq itkisinə, soyqırımı
aktına məruz qalıb. Çox şükürlər olsun
ki, bu, ermənilərin
son yaşadıqları qələbədir.
Azərbaycan müstəqil bir dövlətdir.
Qarabağ hadisələrinin
başlanılması ağır fəsadla nəticələnərək,
tarixdə qalmaqla yanaşı, Azərbaycanın
müstəqillik tarixinin yazılmasına
da səbəb oldu.
Müstəqil bir dövlət olaraq, iqtisadi, siyasi və ıhərbi gücümüz
bizə itirmiş olduğumuz
torpaqların geri qaytarılmasına imkan verəcək. Tarixin bütün dönəmlərində Azərbaycanın
coğrafi mövqeyinə - ərazi
bütövlüyünə edilən zərbələr bizə
bəllidir. Bu gün
isə imperiyanın zəncirindən azad olmuş Azərbaycan özü
müstəqil şəkildə varlığını bəyan
edir və istənilən halda
mübarizədə qalib olacağına təməli
vardır. Ermənistan-Azərbaycan münaqişəsi iki dövlətin problemi deyil. Bu mənada ki, erməni
siyasətinin arxasında böyük siyasi qüvvələrin mövcudluğu
artıq bizlərə bəllidir. Bu və
ya digər dövlətlərə arxalanan ermənilər siyasi
meydanda “mövqe” nümayiş etdirməyə
çalışırlar. “Böyük
Ermənistan” xülyası ilə yaşayan
ermənilər zaman-zaman həyata
keçirdikləri siyasətin nəticəsində dövlətlərini
qurmağa nail oldular. Azərbaycanın
yaşadığı ictimai siyasi hadisələrin gedişatından belə
bir məntiq yaranır ki,
biz tarixi dövrlərdən
ermənilər tərəfindən ölkəmizə
qarşı yeridilən siyasətdən dərs alıb
sonrakı proseslərdə onun tətbiqinə
inadkarlıq göstərmədik. Bu baxımdan, bəlalar
yaşanıldı. Xocalı faciəsi yaşanan
zaman həm şəhərdə dəhşətli
bir hadisənin törədiləcəyi zənn
olunduğu halda ətrafda,
xüsusən, Bakı şəhərində sükut
yaşanıldı. Bu da,
ondan irəli gəlirdi ki,
hakimiyyətlə xalq arasında böyük bir uçurum var idi. Xalq
hakimiyyətlə təməsda deyildi. Silah-sursat da əhalidən
lap əvvəlcədən
yığılmışdı. Xocalı sakinləri əliyalın
olsalar belə, ancaq öz qeyrətlərinə, vicdanlarına
güvənərək, doğmalarının müdafiəsi üçün canlarını fəda etdilər.
Bir məsələni də qeyd edim ki,
Xocalı sakinləri həmişə öz
ağrıları ilə, itkiləri ilə, bu
gün olduğu kimi, dövlətimizə və dövlətçiliyimizə
sadiq olublar.
1918-ci ilin mart hadisələri zamanı da
Azərbaycan xalqına qarşı soyqırımı hadisəsi
olduğu halda, ölkəyə
rəhbərlik edən o dövrün
nümayəndələri, prosesləri olduğu
kimi, dəyərləndirməyi belə
bacarmadılar. Bu gün
də Ermənistanda olan şəxslərin
hər biri ayrı-ayrılıqda Azərbaycana
qarşı böyük qətliamlar
törətmiş cinayətkarlardır. Məhz
son əsrin əvvəllərindən başlayaraq, Azərbaycan xalqına
qarşı edilmiş amansız divanlar həyata keçirilmiş
soyqırımı siyasəti nəticədə yanlış
yanaşma və prosesləri düzgün qiymətləndirməməsi predmeti olaraq meydana çıxmışdır. Çünki həmin dövrlərdə Azərbaycan
dövlətinə güclü
liderlər rəhbərlik etməmişdir. 1991-ci ildən
SSRİ dağılan ərəfədə, eləcə də,
1992-ci ilin Xocalı soyqırımı ərəfəsində
ölkəyə rəhbərlik edə bilməyən rəhbərlərin
səriştəsizliyi nəticəsində xalqımız böyük qırğınlara,
ağır sosial-iqtisadi çətinliklərə
məruz qaldılar. Bu da
ondan irəli gəlirdi ki,
hakimiyyətlə xalq arasında böyük bir uçurum var idi. Xalq hakimiyyətlə
təmasda deyildi.
Bu
gün bütün
ölkə vətəndaşları kimi
Xocalı sakinləri də Ulu Öndər
Heydər Əliyev siyasətinin ən layiqli
davamçısı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib.
İnşallah, böyük
ümidlə Qarabağımıza, Xocalımıza
qayıdacağımız günü
gözləyirik. İnanırıq ki,
bütün bu çətinliklərə
və əziyyətlərə baxmayaraq, bu gün xalqımız öz inkişafının ən yüksək
mərhələsini yaşayır.
Zümrüd BAYRAMOVA,
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.-
2012.- 24 fevral.- S. 8-9.