Azərbaycan-NATO
əlaqələri uğurla
inkişaf edir
Azərbaycan dövlət müstəqilliyi əldə
etdikdən sonra bir sıra aparıcı
beynəlxalq təşkilatlarla
yanaşı, NATO ilə
əməkdaşlığa da xüsusi önəm verib. 1994-cü ildən
təşkilatın “Sülh
naminə tərəfdaşlıq”
proqramına qoşulan
Azərbaycan bunun sayəsində NATO hərbi
strukturları ilə əməkdaşlıq etmək,
birgə təlimlər
keçirmək, hərbi
kadrlar hazırlanmasında
blokun təcrübəsindən
bəhrələnmək imkanları
qazanmışdır. Bu
əməkdaşlıq strateji
məzmun kəsb etməklə regionun mühüm enerji layihələrinin təhlükəsiz
gerçəkləşdirilməsinə də əsaslı təminat yaratmışdır.
Antiterror
koalisiyasının üzvü
olan Azərbaycanın
hərbi bölmələri
NATO qoşunlarının tərkibində
Əfqanıstan, İraq
və Kosovoda sülhyaratma missiyasında
yaxından iştirak etmişdir. Bu, o deməkdir ki, təşkilat münaqişə
ocaqlarının söndürülməsində,
mübahisələrin çözülməsində,
bir sözlə, qlobal planda sülh
və sabitliyin təminatında Azərbaycanın
potensialını yüksək
qiymətləndirir.
Brüsseldə NATO-nun baş katibi
Anders Foq Rasmussenlə
görüşdən sonra
mətbuat üçün
bəyanatında Azərbaycan
Prezidenti İlham Əliyev vurğulayıb ki, 1990-cı illərin əvvəllərindən Azərbaycan
Avratlantik strukturlara inteqrasiya olmaqda çox fəal idi və bu
baxımdan nəzərəçarpan
irəliləyiş əldə
edilib: “Biz Silahlı Qüvvələrimiz daxilində
islahatlar aparırıq
və mən çalışıram onları
NATO standartlarına uyğunlaşdırım.
Buna görə də əməkdaşlığımızın
bu hissəsinin Silahlı Qüvvələrimizə
çox böyük təsiri vardır”.
Dövlət başçısı qeyd edib ki,
eyni zamanda, NATO-nun dünyanın müxtəlif
yerlərində aparılan
əməliyyatlarındakı iştirak hərbi qulluqçularımıza öz
bacarıqlarını artırmaqda
yardımçı olmuş
və onlar NATO-dakı həmkarlarından
bir çox məsələləri öyrəniblər:
“Biz Əfqanıstanda ilk vaxtlardan
olmuşuq. Biz hava məkanından və ərazimizdən keçmək imkanını
yaradırıq. Çox şadam
ki, Əfqanıstana daşınan yüklər
baxımından Azərbaycanın
tranzit ölkə kimi əhəmiyyəti artır. Bu gün
biz bu sahədə gələcək əməkdaşlığımızı
müzakirə etdik”.
Xarici siyasətdə Avratlantik məkana inteqrasiya kursunu əsas götürən Azərbaycanın
NATO ilə uğurlu əməkdaşlığı hərbi quruculuq məsələlərində də
az əhəmiyyət
daşımadığını nümayiş etdirmiş olur. Azərbaycan ordusunda həyata
keçirilən islahatlarda,
hərbi hissələrin
komplektləşdirilməsində NATO standartları əsas götürülür.
NATO rəsmiləri keçirdikləri
görüşlərdə Azərbaycan Ordusunda aparılan islahatlardan razılıqlarını dəfələrlə
bəyan edirlər
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri
səviyyəsində inamla
davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu məqsədlə bütün zəruri tədbirlərin həyata
keçirilməsini təmin
etmişdir. Ötən il iyunun 26-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın
müstəqilliyinin 20-ci və
Silahlı Qüvvələrin
93-cü ildönümləri münasibətilə Bakıda
keçirilən təntənəli
hərbi paradda bildirmişdi: “Azərbaycanın
ərazi bütövlüyü
bərpa edilməlidir.
Azərbaycanın ərazi bütövlüyü
danışıqlar mövzusu
deyil, olmayıbdır
və olmayacaqdır.
Biz çalışırıq
ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan
ərazi bütövlüyü
bərpa edilsin. Bunun üçün biz diplomatik
səylərimizi davam
etdirəcəyik. Bizim işimiz
haqq işidir”.
Ölkəmiz işğalçı
Ermənistanla müharibə
vəziyyətindədir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Belə bir
vəziyyət isə
müdafiə məsələlərinə
diqqətin artırılmasını
tələb edir.
Prezident İlham Əliyevin dediyi kimi, bu
siyasət davam etdiriləcək və ölkənin gəlirləri
çoxaldıqca, iqtisadi
qüdrəti artdıqca
bunun miqyası da genişlənəcəkdir.
Ölkəmizə səfər edən NATO rəsmiləri
də keçirdikləri
görüşlərdə Azərbaycan Ordusunda aparılan islahatlardan razılıqlarını dəfələrlə
bəyan edirlər. Bu, həm
də Azərbaycan-NATO
əməkdaşlığının perspektivləri barədə
daha nikbin düşünməyə əsas
verir.
RƏFİQƏ
KAMALQIZI
Səs.-
2012.- 24 fevral.- S.3.