İqtisadi potensial turizmin inkişafına böyük təkandır

 

    Azərbaycanın bənzərsiz gözəlliklərə malik bölgələri onu turizm ölkəsi olaraq dünyada tanıdıb. Ölkənin artan iqtisadi potensialı turizmin inkişafına böyük təkan olub. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn qonaqlar yüksək səviyyədə qurulmuş turizm obyektlərində istirahət edərək, buranın təbiətinə valeh olurlar. Azərbaycanın belə məkanları sırasında Qəbələnin öz yeri var. Son dövrlər aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən sosial-iqtisadi layihələr Qəbələ rayonunu daha da füsunkar etməklə yanaşı, insanların güzəranlarını da xeyli yaxşılaşdırıb.

     Azərbaycanın bənzərsiz gözəlliklərə malik bölgələri onu turizm ölkəsi olaraq dünyada tanıdıb. Ölkənin artan iqtisadi potensialı turizmin inkişafına böyük təkan olub. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn qonaqlar yüksək səviyyədə qurulmuş turizm obyektlərində istirahət edərək, buranın təbiətinə valeh olurlar. Azərbaycanın belə məkanları sırasında Qəbələnin öz yeri var. Son dövrlər aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən sosial-iqtisadi layihələr Qəbələ rayonunu daha da füsunkar etməklə yanaşı, insanların güzəranlarını da xeyli yaxşılaşdırıb.

     Qəbələdə turizm obyektlərinin sayı xeyli artıb. Turizm-istirahət mərkəzləri dağ, çay, meşə zolaqları ilə əhatə olunur. Hər bir obyektdə istirahət üçün gözəl şərait yaradılıb. Geniş ərazilərdə atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti, üzgüçülük hovuzları, buz üstdə konki meydançası, alpinizm məşğələləri hər bir turisti maraqlandırır. Ötən il Qəbələnin turizm-istirahət obyektlərində 30 mindən artıq turist istirahət edib. Hər il respublika paytaxtında keçirilən turizm sərgilərində rayona aid çoxsaylı eksponatların nümayişi, dünya səviyyəli ixtisaslaşdırılmış yarmarkalarda iştirak etməsi, turizm mərkəzlərinin nailiyyətləri barədə dolğun məlumatların yayımlanması Qəbələnin turizm obyektlərinə olan marağını daha da artırır.

     Bu gün turizm məkanı olaraq şöhrətlənən Qəbələ çox qədim tarixə malik məkandır. Tarixi mənbələrdə göstərilir ki, hələ neolit dövründə burada insanlar yaşamış, bir müddət Qafqaz Albaniyasının mərkəzi kimi tanınmışdır. Sonlarlar isə Şirvanşahlar dövlətinin Şəki xanlığının tərkibinə daxil olmuşdur. Rayonun ərazisindən Dəmiraparan çayı, Vəndam çayı, Bum çayı, Tikanlı çayı başqa çaylar axır. Rayonun ərazisində tarix, mədəniyyət memarlıq abidələri çoxdur. Bum kəndindəki məscid, Əmili kəndindəki Alban məbədi, Bayramkoxa kəndindəki Ustacan qülləsi, Həzrə kəndindəki Şeyx Bədrəddin Şeyx Mənsur türbələri onlarla belə abidələr turistlərin marağına səbəb olur. Eramızın birinci əsrinə aid yunan Roma yazılı mənbələrində adı çəkilən qədim Kabala şəhəri təqribən 2000 il bundan əvvəl salınmış 600 ildən çox bir müddətdə Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Şəhərdə kiçik bir tarix-diyarşünaslıq muzeyi var. Bu muzeydə rayon ərazisində aşkar edilmiş çoxsaylı arxeoloji tapıntılar toplanmışdır. Bütün bunlar şəhərə səfər edən turistlərdə ölkəmiz haqqında olan təsəvvürlərin genişləndirilməsinə müsbət təsirini göstərməkdədir.

    

     Oğuz turizm sahəsində perspektivi olan məkandır

    

     Oğuz rayonu bu gün turizm məkanı olaraq məşhurlaşmışdır. Son illər Oğuz rayonunda turizmin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Rayonun turizm mərkəzinə çevrilməsi üçün lazımi infrastruktur yaradılıb. Rayonun siması tamamilə dəyişib, yenidənqurma işləri uğurla davam etdirilir.

     Şimaldan Rusiya ilə həmsərhəd olan rayon gözəlliyinə görə, "Azərbaycanın İsveçrəsi" adlandırırlar. Rayon ərazisinin yarısından bir qədər azı meşələrlə örtülüdür. Burada çoxlu şəlalə, kükürdlü termal su bulaqları var. Rayonun faunası dovşan, ayı, dağ keçisi, qaban, qırqovul, kəklik, qaz, həmçinin, som forel balıqları ilə təmsil olunmuşdur. Rayon ərazisində müxtəlif meyvələr giləmeyvələr - qoz, fındıq, alma, armud, zoğal, yemişan, gilas, alça, qarağat moruq yetişir.

     Ənənəvi xalq sənətlərindən xalçaçılıq, metal ağac üzərində oyma davam etdirilir. Rayon ərazisində qədim tarix memarlıq abidələri çoxdur. Oğuz şəhərinin ərazisində qədim Sinaqoqalı  yəhudi qəsəbəsi, hazırda yerli diyarşünaslıq muzeyinin yerləşdiyi alban məbədi, Azərbaycan ərazisində hazırda fəaliyyətdə olan ən qədim məktəblərdən biri - on doqquzuncu yüzillikdə tikilmişdir.

     Oğuzun tarixini əks etdirən bu nümunələrlə yanaşı, müasir həyatı da diqqəti cəlb edəndir. Şəhərində inşa olunan tikililəri, abad küçə yolları  diqqəti cəlb edir. Oğuz rayonunun sosial-iqtisadi mədəni həyatında bir çox nailiyyətlərlə əldə olunub. Nəzərdə tutulan sosial infrastruktur layihələrinin icrası istiqamətində mühüm addımlar atılıb, bir sıra yeni obyektlər istifadəyə verilib. Oğuz turizm sahəsində perspektivi olan rayondur. Azərbaycan Prezidenti İlham Əliyev Oğuza səfəri zamanı rayonun turizm mərkəzlərindən birinə çevrilməsinin vacibliyini qeyd etmişdir. Bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir. Lazımi turizm infrastrukturunun yaradılması üçün adamları özəl qurumlar tərəfindən investisiyaların cəlb edilməsi üzrə işlər davam etdirilir. Rayonda görülən işlər deməyə əsas verir ki, Oğuz xarici ölkə turistlərinin müntəzəm şəkildə üz tutduqları turizm mərkəzlərindən birinə çevrilib.

       

 

        Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.- 2012.-12 iyul.- S.7.