Heydər
Əliyev Fondunun Rusiya
nümayəndəliyi sağlam və mənəvi
dəyərlərin təbliğatçısıdır
Ölkənin
ictimai, mədəni, sosial
həyatında önəmli rola malik olan Heydər Əliyev
Fondu fəaliyyətə
başladığı zaman kəsiyində
bir çox yerli və beynəlxalq əhəmiyyətli layihələri
gerçəkləşdirib.
8 illik fəaliyyəti dövründə
həyata keçirdiyi proqram
və layihələr geniş əks-səda
doğurub.
Ölkənin
ictimai, mədəni, sosial
həyatında önəmli rola malik olan Heydər Əliyev
Fondu fəaliyyətə
başladığı zaman kəsiyində
bir çox yerli və beynəlxalq əhəmiyyətli
layihələri gerçəkləşdirib. 8 illik fəaliyyəti
dövründə həyata keçirdiyi proqram və layihələr geniş əks-səda
doğurub.
Ölkənin
ictimai, mədəni, sosial
həyatında önəmli rola malik olan Heydər Əliyev
Fondu fəaliyyətə
başladığı zaman kəsiyində
bir çox yerli və beynəlxalq əhəmiyyətli
layihələri gerçəkləşdirib. 8 illik fəaliyyəti
dövründə həyata keçirdiyi proqram və layihələr geniş əks-səda
doğurub. Azərbaycanın
beynəlxalq arenada tanınmasında, qədim
və zəngin mədəniyyətə malik
xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasında, elm və səhiyyənin inkişafında xidmətləri
olan fond bu gün dünyanın
müxtəlif ölkələrində nümayəndəliklərini
yaratmaqla daha geniş məkanlara inteqrasiya
olunur. Fondun artıq Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə
və ABŞ-da nümayəndəlikləri
fəaliyyət göstərir.
Bu
nümayəndəliklər Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə
bağlı tədbirlərin həyata keçirilməsinə
yardım göstərir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraraq,
mövcud olan vəziyyətlə
qeyri-xalqları tanış edir. Azərbaycan
mədəniyyətinin geniş təbliği,
sağlam mənəvi dəyərlərin
qorunması və s. ilə bağlı
aparılan təbliğat işləri artıq öz nəticəsini verir.
Elm, təhsil, mədəniyyət, səhiyyə,
idman, ekoloji sahələrə
aid proqram və layihələr
əks-səda doğurub. Xaricdə aktual mövzulara dair konfrans və
seminarların təşkili bu və ya digər reallıqların həllində rola malikdir.
Fondun 2007-ci ildən
fəaliyyətdə olan Rusiya
Federasiyasındakı nümayəndəliyi beynəlxalq mahiyyət
kəsb edən layihələrin gerçəkləşməsinə
imza atıb. Belə ki,
nümayəndəlik Heydər Əliyev Fondunun Azərbaycanda
gerçəkləşdirdiyi təhsil, səhiyyə, mədəniyyət,
idman, sosial sahədəki
analoji layihələri Rusiya
Federasiyasında həyata keçirir. “Təhsilin dəstəklənməsi” layihəsi
çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti,
İDEA kampaniyasının təsisçisi, Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının rəhbəri Leyla Əliyeva mütəmadi olaraq
məktəblərə, uşaq evlərinə
səfərlər edir. Xəstə,
yetim uşaqlara daim qayğı göstərir və müxtəlif
xeyriyyəçilik aksiyaları həyata keçirir.
Leyla
xanım Əliyeva Azərbaycan mədəniyyətinin nailiyyətlərinin
nümayiş etdirilməsinə, Azərbaycanın
bugünkü reallıqlarının Rusiya ictimaiyyətinə
çatdırılmasına, Azərbaycan və Rusiya xalqları arasında dostluğun
möhkəmləndirilməsinə də öz
töhfələrini verir.
Rusiyadakı
Azərbaycan diasporu ilə əlaqələrin
genişləndirilməsinə, Rusiyadakı azərbaycanlı
gənclərin sıx birləşməsinə və
onların Rusiya cəmiyyətinə inteqrasiya etməsinə, azərbaycanlı gənclərin
Rusiyanın ictimai-siyasi həyatında rolunun və nüfuzunun
artmasına xüsusi diqqət yetirir. Bu gün Leyla xanım Əliyevanın
rəhbərlik etdiyi RAGT artıq yetkin və çox fəal
təşkilatdır. Təşkilatın coğrafiyası
Rusiyanın 70-dən çox regionunu əhatə edir.
Moskvanın 25-dən çox ali məktəbində azərbaycanlı tələbə
klubları yaradılıb. Təşkilatın
qarşısına qoyduğu əsas vəzifə
Rusiyanın azərbaycanlı gənclərini və onların
dostlarını sıx birləşdirməkdir. RAGT bu missiyanın öhdəsindən uğurla gəlir və bu
gün Rusiyanın azərbaycanlı gənclərinin
hərəkətverici qüvvəsinə çevrilib.
Son illərdə təbabətlə
bağlı aksiyalar keçirib.
Belə ki, “Qanın milləti yoxdur!”, “Sağlam olduğunu yəqin et, xəstəliyə
“yox” de!” pulsuz müayinə aksiyasını gerçəkləşdirib.
Pulsuz qanvermə aksiyasında hər il gənclərin yüzlərlə nümayəndəsi
iştirak edir,
toplanmış vəsait isə onkoloji xəstəliklərdən
əziyyət çəkən uşaqların müalicəsinə
sərf edilir.
Leyla
xanımın layihələri sırasında gənclərin yeni qlobal ekoloji
kampaniyası olan İDEA-nı xüsusilə
qeyd etmək lazımdır. İDEA ətraf
mühit kampaniyası regionda
ətraf mühit məsələləri
ilə məşğul olan ən böyük təşkilatdır. Gənclərlə
əməkdaşlığa xüsusi
önəm verən kampaniyanın ətraf mühitin
qorunması ilə bağlı yaradıcı yanaşması
vardır. Bu kampaniya
çərçivəsində artıq ilk
addımlar atılıb. Belə ki, BMT İnkişaf Proqramı ilə saziş imzalanıb, Qəbələdə gənc
ekoloqlar üçün
beynəlxalq düşərgə keçirilib.
İDEA müasir dövrün
çağırışlarına cavab təşəbbüsüdür.
Müasir dövrümüzdə ekologiya və ətraf mühitin
qorunması vacib məsələrdən olduğundan, ekoloji problemlərin
nəticələri diqqətdədir. Leyla xanım Əliyevanın
müsahibələrinin birində dediyi kimi, biz planetimizə
görə məsuliyyət hiss etməli
və bioloji müxtəlifliyin, həyatımızı
nəinki sağlam, həm də
maraqlı və rəngarəng edən nə varsa,
hamısının qorunub saxlanmasına
birgə töhfə verməliyik. Məhz bu münasibətin məntiqi olaraq,
İDEA qlobal gənclik ekoloji
kampaniyasına start verilib.
Qeyd edək ki,
İDEA kampaniyası artıq bir sıra ekoloji təşkilatlar tərəfindən dəstəklənib.
İDEA xətti ilə həyata keçirilən tədbirlərdə
gənclərin və tələbələrin, demək olar ki, bütün
iri təşkilatları iştirak
edir. Bu, “Bir planet - bir
gələcək” devizini
bir daha təsdiq edir. İDEA Azərbaycanda
“böyük Qafqaz beşliyi” deyilən, yox olmaq təhlükəsi
ilə üzləşən
beş heyvan
növünü müəyyən
edib. Bunlar ayı, qartal,
canavar, ceyran və Qafqaz bəbiridir. Kampaniyanın
rəhbəri problem barəsində Azərbaycan
və dünya ictimaiyyətini maksimum məlumatlandırmaq və
yox olmaq təhlükəsi qarşısında
olan növlərin qorunub saxlanması üçün konkret layihələr həyata keçirməyi qarşıya məqsəd qoyub.
Bu günlərdə Bakıda
Krans Montana Forumu çərçivəsində “Gələcəyin yeni liderləri” mövzusunda keçirilən iclasda Leyla xanım Əliyeva Azərbaycanda ətraf mühitin qorunması sahəsində
çox gözəl proqramlar və kampaniyalar başlandığını
bildirib. Bu kampaniyalara
gənclər və bütün insanlar dəvət olunur. Bu
iş,
əlbəttə ki, dialoq, liderlik və təhsil prinsipləri əsasında
bütün millətə
xidmət etmək üçün həyata
keçirilir. Bu, eyni zamanda, ətraf
mühitin qorunması
və davamlı inkişafın təmin olunması üçün
çox önəmli
məsələdir. Bütün dünyada
bu istiqamətdə əməkdaşlığı təmin etmək, tədbirlər görmək
üçün regional və
beynəlxalq əlaqələr
önəmlidir. Ekologiya ilə
bağlı məsələlərin
vacib olduğunu bildirən Leyla xanım Əliyeva bu məsələləri
hələ sinif otaqlarından tədris etməyin vacibliyini diqqətə çatdırıb.
Bütün bu layihələrlə
yanaşı, nümayəndəlik
Azərbaycan mədəniyyətinin,
incəsənətinin, ədəbiyyatının
təbliği istiqamətində
də çox mühüm işlər görür. Təşkil olunan silsilə
konsertlər, sərgilər,
qədim Azərbaycanın
tarixinə və mədəniyyətinə, Azərbaycan
xalqının müasir
incəsənətinə və
bənzərsizliyinə həsr
edilmiş təqdimat mərasimləri fikirlərimizi
təsdiqləyir. Londonda Heydər
Əliyev Fondunun və “Baku” jurnalının
ingilisdilli versiyasının
dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan
incəsənəti” mövzusunda
sərginin açılışı
Azərbaycanın dünyada
daha yaxından tanıdılması istiqamətində
həyata keçirdiyi
tədbirlər sırasındadır.
Bu sərginin ideyası Leyla Əliyevaya məxsusdur.
Sərginin açılışı
zamanı Leyla xanım bildirmişdir ki, burada sərgilənən
dinamizm və yaradıcılıq bu gün Vətənim Azərbaycanda baş verənlərin böyük
bir hissəsini əks etdirir:”Mənim ölkəm misli görünməmiş
inkişaf dövrü
yaşayır və bu, özünü müasir incəsənət
sahəsində daha da qabarıq göstərir. Lakin müasir Bakı
xalq mədəniyyətini
təkcə musiqi vasitəsilə bayram etmir. Bakını gəzərkən siz küçələr boyu
ətrafınızda sürətli
inkişaf görə
bilərsiniz - Zaha Hadidin şah əsərindən tutmuş
yeni mağazalar, restoranlar və mehmanxanalar düzülmüş
prospektlərədək, Xəzər
dənizinin sahilində
bulvaradək! Bu, gözünüzün önündə
dəyişən şəhərdir.”
Avanqard çalarlarla zəngin
olan bu sərginin
ovqatı, həm də onu nümayiş
etdirdi ki, Azərbaycanda mədəniyyətə,
sənətə və
sənətkarlara böyük
diqqət göstərilir,
ölkəmizdə mədəniyyətin
inkişafı üçün
daha münbit şəraitin yaradılması,
mədəniyyət və
incəsənət nümayəndələrinin
azad yaradıcılıq
imkanlarının təmin
edilməsi yolunda müntəzəm surətdə
tədbirlər həyata
keçirilir. “Phillips de Pury
& Company”nin rəhbəri Simon de Püri
sərginin Londonda təşkilindən məmnun
qalıb. Bu sərgidə
Bakıda, ümumiyyətlə,
Azərbaycanda görülən
işlərin fərqli
aspektləri aydın görünüb. Onun sözlərinə
görə, sərgidə
çox maraqlı rəsmlər, heykəllər,
videosənət nümunələri
təqdim olunub ki, onlar bu
gün Azərbaycanda mövcud olan canlı koloriti əks etdirib. Şübhəsiz, bu sərginin
təşkil olunmasında
Heydər Əliyev Fondunun rolu böyükdür.
Leyla xanım Əliyeva
isə lap əvvəldən
bu layihənin aparıcı qüvvəsi
olub.
Gördüyümüz kimi, layihələrin
sayı günü-gündən
artır. Buna görə fondun nümayəndəliyinin
fəaliyyətinin coğrafiyası
daha da genişlənir.
Məqsəd isə milli
mədəniyyəti və
ənənələri, Azərbaycanı
bütün dünyada
təbliğ etməkdir.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2012.- 4 iyul.- S. 5