Azərbaycan
estradasının əvəzsiz ifaçısı
Mirzə
Babayevin aktyorluq
istedadı 20-dən artıq filmdə maraqlı obrazlar yaratmasına səbəb olub
Azərbaycan estrada
musiqisinin banilərindən biri Mirzə Babayevin 16 iyul doğum günüdür. 1913-cü ildə dünyaya gələn Mirzə Babayev
ilk təhsilini Sənaye İnstitutunun
memarlıq fakültəsini alıb. Mirzə Babayev
Bakıda və Azərbaycanın digər şəhərlərində
olan bir çox binaların və muzeylərin layihə
müəllifidir. Mirzə Babayev
müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində
müharibədən qayıdan zaman
görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi
caz orkestrində başlayıb. 1948-ci ildə
Azərbaycan Dövlət Konservatoriyasına, məşhur
müğənni Bülbülün sinfinə
daxil olub.
Azərbaycan estrada
musiqisinin banilərindən biri Mirzə Babayevin 16 iyul doğum günüdür. 1913-cü ildə dünyaya gələn Mirzə Babayev
ilk təhsilini Sənaye İnstitutunun
memarlıq fakültəsini alıb. Mirzə Babayev
Bakıda və Azərbaycanın digər şəhərlərində
olan bir çox binaların və muzeylərin layihə
müəllifidir. Mirzə Babayev
müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində
müharibədən qayıdan zaman
görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi
caz orkestrində başlayıb. 1948-ci ildə
Azərbaycan Dövlət Konservatoriyasına, məşhur
müğənni Bülbülün sinfinə
daxil olub. Mirzə
Babayev 30-dan artıq filmdə rol alıb. Uzun illər Azərbaycan
Dövlət Filarmoniyasında çalışıb. Azərbaycan
respublikasının əməkdar artisti, xalq artisti, iki
dəfə "Humay" mükafatı
laureatı olub. Ömrünün
90-cı ilində dünyasını dəyişib. Belə bir tərcümeyi-hala malik
müğənninin fəaliyyəti bu illərin
dönəmində yaddaqalan hadisələrlə
müşayiət olunur.
Yaşı 90-ı haqlasa da, gənclik hərarəti
var idi Mirzə Babayevin qəlbində.
Oxuyurdu, rəqs edirdi,
sifətindəki təbəssüm tamaşaçını
ovsunlayırdı. Mirzə Babayev 2003- ci il yanvarın 13-də, ömrünün 90-cı ilində
dünyasını dəyişdi. Bu
istedadlı sənətkarın ömür
kitabını vərəqlədikcə Azərbaycanımızın
musiqi tarixinin böyük bir dövrü gözlərimiz
qarşısında canlanır. Bu tarixin Mirzə Babayevlə bağlı səhifələri
daha maraqlı, daha zəngindir.
Mirzə Babayevin tərcümeyi-halı bir əsrə yaxın bütöv
bir dövrü əhatə
edir.
Azərbaycan Dövlət
Konservatoriyasında təhsil alarkən müəllimi hələ
o zaman hiss
etmişdi ki, Mirzə
Babayevin həm də aktyorluq
istedadı var. Elə bu istedaddan irəli gəlirdi
ki, o, 20-dən
artıq filmdə obraz
yaratmışdı. Bu gün
onun çəkildiyi filmlərə, televiziya verilişlərinə baxdıqca bu böyük sənətkara
xalq məhəbbətinin, onun
musiqimizin inkişafındakı xidmətlərinin
canlı şahidinə çevrilirsən. Bu mötəbər musiqi
ocağında dünya və milli musiqimizin elmi əsaslarına yiyələnən Mirzə
Babayev tezliklə Azərbaycan
estradasının ulduzlarından birinə çevrilmişdi.
Harda işləməsindən
asılı olmayaraq, Mirzə Babayev milli musiqimizin
təbliğatçısı idi. Onu yaxşı tanıyır və sevirdilər.
Tamaşaçılarla hər görüşü böyük
bir bayram olardı.
Müğənninin oxuduğu elə
mahnılar var idi ki, ancaq onun
adı ilə bağlı idi. "Mirzə
müəllimin mahnıları" ifadəsi xalq
dilində artıq məxsusi deyimə çevrilmişdi.
Mirzə müəllim aktyor-müğənni idi.
O, ifa etdiyi
mahnının bütöv obrazını
yaradırdı. Mahnıları oynaq və
şirin idi.
Tamaşaçı bu nəğmələri
dinləyəndə qəlbini nikbin bir ruh bürüyərdi.
"Limanlar", "Saçlarına gül düzüm",
"Sən uzaq, yaşıl ada" mahnılarını onun
ifasında dinlədikcə insan ruhu, qəlbi təmizlənib, nəğməli
bir dünya yaşanılır.
Doğrusu, bu gün adam Mirzə Babayevin yoxluğuna inana bilmir. Elə hiss edirsən ki, yenə də
hansısa konsertdə səhnəyə çıxıb gənclik
həvəsiylə öz nəğmələrini
oxuyacaq. Yaxşı ki,
bu nəğmələrin
yazıldığı lentlər, kasetlər saxlanılır
və onlar kifayət qədərdir.
Mirzə Babayev
Azərbaycan estrada musiqisini
çox-çox yüksəklərə
qaldırıb, onu sevdirib,
səsi və ifaçılıq məharəti ilə öz orijinal üslubunu yaradıb. Oxuduğu
mahnıların hər birində nikbin, həyatsevər
bir ovqat yaradıb.
Yaşının ahıl dövründə belə qəlbində
gənclik hərarəti var idi. Tofiq Quliyev,
Emin Sabitoğlu kimi bəstəkarların mahnıları onun ifasında ədəbilik
qazanmışdı. Mirzə müəllim Azərbaycan musiqi tarixində nadir
ifaçılardandır ki,
mahnıları uzun illər
repertuarında yaşamışdır.
Mirzə Babayev
müəllim, həm də gözəl kino
aktyoru idi. Azərbaycan
kinosunda onun
yaratdığı rolların özünəməxsus gözəlliyi
var. Bu rolların epizodik və yaxud böyük həcmi olmasının o qədər də fərqi yoxdur.
Mirzə Babayev yaratdığı
obrazı duyur, öz
içindən keçirir və
tamaşaçıya onu bütöv
xarakter kimi təqdim edir. Müsahibələrinin birində demişdi ki, mən 100-dən
artıq filmdə çəkilmişəm. Ancaq
filmlərdə ifa etdiyi
mahnıların sayı, bəlkə də, iki
o qədərdir.
"Dərviş Parisi partladır" filmində Məstəli
şahı oynayır. Kamil Rüstəmbəyovun
bu filmində aktyor çox orijinal bir obraz yaradıb. Hətta bu vaxta
kimi Məstəli şahın teatrdakı
ifaçılarından da çox-çox
irəli gedə bilib. Ümumiyyətlə,
Mirzə Babayevin kino qəhrəmanları,
əsasən, kübar insanlardır.
"26-lar", "Sevil", "Yenilməz
batalyon" və onlarca
digər filmlərdə aktyor yaddaqalan, gözəl obrazlara
ekran həyatı vermişdir.
Mirzə Babayevin artistizminə nikbin bir ruh
hakim idi. O çox vaxt, hətta
yaşlı dövründə də gənclərlə səhnəyə
çıxmağı xoşlayır, şux
zarafatları ilə zaldakı tamaşaçıları ələ
ala bilirdi. Elə bil kinodakı rollarına
da hopmuşdu bu əhval-ruhiyyə. Onunla
işləyən rejissorlar deyirdilər ki, Mirzə Babayev işləyəndə
heç yorulmaq bilmirdik. Çəkiliş
meydançasında elə əhval-ruhiyyə yaradırdı ki, hamı məmnun qalırdı. Ekranda görünməsi ilə tamaşaçının
ovqatına tamam yeni bir ruh gətirirdi. Bir sözlə, o
yaratdığı obrazın əsil memarına çevrilirdi. Hərdən isə
obrazlarına şirin, məlahətli
mahnıları ilə özgə bir ovqat verirdi. Bizim kinoda Mirzə Babayev qədər mahnı ifa
edən ikinci bir
müğənni, demək olar ki, yoxdur. "Onu bağışlamaq olarmı?" filmində
Tərlanın mahnılarını xatırlayın. "O
olmasın, bu olsun"
filmində Məşədi İbadın bütün
mahnılarını o ifa
etmişdir. Mirzə Babayevin
müğənni kimi
ifaçılığı ilə aktyorluğu
ahəngdarlıq təşkil edirdi.
"Dəli Kür" filmində Molla Sadığın qurduğu
kef məclisi onun qeyri-adi səsi ilə yadda
qalıb.
Hamının
tanıdığı və sevdiyi Mirzə
Babayev haqqında danışmaq o qədər də asan deyil. Ona görə ki, Mirzə Babayev hər gün, hər an
tamaşaçıların arasında idi.
Onların alqışları altında mahnıları ifa edərdi. Mirzə müəllim milli musiqimizi xarici ölkələrdə çox
məharətlə təmsil edirdi.
Dünyanın bir çox
ölkələrində yüksək ifaçılıq məharəti
ilə Azərbaycanımızın musiqi
sənətinin təbliğatçısı kimi
çıxış etmişdir.
Mirzə Babayevin yaradıcılığından cild-cild kitablar yazmaq olar. Çünki onun həyat yolu mədəniyyət və incəsənətimizin
zəngin bir dövründən keçir.
Bu gözəl sənətkar
haqqında, yəqin ki, çox dəyərli filmlər çəkiləcək, geniş
həcmli monoqrafiyalar yazılacaq. Onun mahnıları, filmləri
uzun illər bu xalqın mənəvi yaddaşında
ən həzin duyğular kimi yaşayacaq.
Bəli, zaman keçəcək,
nəsillər dəyişəcək,
amma mənəvi dəyərlərimiz arasında
milli musiqimizin əvəzsiz xadimlərindən
biri, "Şöhrət"
ordenli Mirzə Əbdülcabbar oğlu Babayevin yaratdığı
qənirsiz mahnılar,
nəğmələr öz
gözəlliyini itirməyəcək.
Çünki bu mahnılar bu xalq üçün yaranmışdı və
xalq da onların
ifaçısını sonsuz
məhəbbətlə sevirdi.
ZÜMRÜD
Səs .- 2012.- 14 iyul.- S. 12.