Qədim Azərbaycan Manna dövləti mənbələrdə

 

Manna dövləti haqqında digər mənbə və mərkəzlərdə də məlumatlar var. Solmaz Qaşqay yazır ki, Həsənlu təpəsi Sulduz vadisinin mərkəzində, Kadar çayının yaxınlığında yerləşir. Vadiyə giriş çətindir, iki hər tərəfdən əhatələnmişdir; o qərbdən Zaqroş dağları, cənubdan Kürdüstan dağları, Urmiya gölündən isə xırda təpələrlə ayrılır. Ora giriş ancaq qərbdən Kəlşin və Rəvanduz aşırımı, şərqdən isə Kadar çayı boyunca mümkündür.

Manna dövləti haqqında digər mənbə və mərkəzlərdə də məlumatlar var. Solmaz Qaşqay yazır ki, Həsənlu təpəsi Sulduz vadisinin mərkəzində, Kadar çayının yaxınlığında yerləşir. Vadiyə giriş çətindir, iki hər tərəfdən əhatələnmişdir; o qərbdən Zaqroş dağları, cənubdan Kürdüstan dağları, Urmiya gölündən isə xırda təpələrlə ayrılır. Ora giriş ancaq qərbdən Kəlşin və Rəvanduz aşırımı, şərqdən isə Kadar çayı boyunca mümkündür. 1956-cı ildən burada R.Daysonun rəhbərliyi altında Amerika arxeoloji idarəsi ilə birlikdə qazıntılar aparmışdır. Həsənlu rayonu (e.ə 859-824) kitabələrində adı çəkilən Manna dövləti yrləşən əraziyə daxil idi. Həsənluda aşkar edilmiş qədim yaşayış məskəni, hələlik, mixi yazılı mənbələrdə adı çəkilən heç bir şəhərlə dəqiq şəkildə eyniləşdirilməmişdir. Tikinti qurğularının qalıqları göstərir ki, o, xeyli böyük və yaxşı möhkəmləndirilmiş yaşayış məntəqəsi olmuşdur. E.ə. minilliyə qədər mədəniyyətin ardıcıl stratiqrafiyanı verən Həsənlu təpəsi 27,5 metr dərinliyədək qazmışdır. Bu stratiqrafiya tarixi məlum olan abidələr paralelli keramika qalıqlarının, həmçinin, radio-karbon təhlilinin nəticələrindən istifadə vasitələri müəyyənləşdirilmişdir.

R.Dayson Həsənluda qazılmış materialları on dövrə ayırır. X-VI  dövr materialları Həsənlu təpəsi yaxınlığında yerləşən təpələrdə də təmsil edilmişdi.

Daha çox zənginliyi və müxtəlifliyi ilə seçilən və X-IV dövrlərdir.

Keramika məmulatı dibinin formasına görə "Beton Base Phase" adlanın V dövr e.ə. 1200-1000-ci illərə aid edilir. Bu dövrdən başlayaraq, Həsənlu təpə kiçik binalarla abadlaşdırılır. E.ə. 1100-800-cü illərə aid IV dövr "Grey Vare Phase" əvvəlki dövrlərə təsadüf edilməyən xarakterik cizgili, əsasən, şüyrəlmiş boz-qara keramika ilə səciyyələnir. Təpənin mərkəzindəki iri tikintilər və kvadrat qülləli qala divarları həmin dövrə aiddir. Bu dövr, öz növbəsində, tikinti qalıqları ilə izlənilən üç mərhələyə bölünür. Dağıntıdan və ya yanğından sonra binalar qalmış daş ağac hissələrindən istifadə edilərək memarlar detalları və əsas plana əlavə tikililər artırmaqla bərpra olunmuşdur.

Bu dövrün binalarından bir neçə yazılı əşyalar aşkar edilmişdir. Daş fraqment üzərində "Kadaşma Enlil"in adı, zədələnmiş toppuz başı üzərində "Aşşuruballitin sarayı" və daş qab üzərində "Uşiş günəş Allahına (həsr edilmiş) İdi ölkəsi (hökmdarının) bauri sarayı" yazılmışdır. Sonuncu kitabənin axırının tərcüməsi şübhə doğursa da, kitabənin özü e.ə. VIII əsrdən sonra yazıla bilməzdi.

R.Daysonun fikrincə, IV dövr mədəniyyətinə urartulular tərəfindən qalanın dağıdılması və onun əhalisi tərəfindən tərk edilməsi ilə son qoyulmuşdur.

III dövr "Triangle Vare Phase" xarabalıqların toxunulmaz halda qaldığı vaxtdan bir müddət keçdikdən sonra meydana gəlmişdir. Bu dövr iki-erkən IIIB (e.ə. 750-600-cü illər) və son IIIA (e.ə. 600-400-cü illər) kəsimə bölünür. Yeni məskunlar təpədəki tikililərdən qismən onları bərpa edərək istifadə etmişlər. Onlar asma üçbucaqlar formasında həndəsi şəkilli səciyyəvi keramika (IIIB dövrü) və açıq sarı rəngli keramika (IIIA dövrü) hazırlamışlar.

Sonra hələlik, dəqiq müəyyənləşdirilməmiş II dövr "Post Triangle Phase" və I İslam dövrü gəlir. Həsənluda qazılmış arxeoloji material Cənubi Azərbaycanın və ümumiyyətlə, İran yaylasının qədim tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Həsənlu qazıntılar özündən əvvəlkilərdən burada təkcə yaşayış məskəninə aid iekronolun aşkar edilməsi ilə yox, həm də yaşayış məskəninin özünün demək olar ki, tamamilə qazılması ilə fərqlənir. Bu yüksək elmi səviyyədə sistematik olaraq aparılmış qazıntılardır və Türkiyədə aşkar edilmiş materiallarla müqayisəyə əsaslanan R.Dayson tərəfindən müəyyənləşdirilmişdir. O.V.Muskarellanın rəhbərliyi altında Həsənludan 25 km qərbdə yerləşən Dinha təpədə də arxeoloji qazıntılar aparılmışdır. Aşkar edilmiş materiallar uzun bir xronolrji dövrü əhatə edir. Həsənlu IV və V dövrlərinə müvafiq gələn tikili qalıqları, həmçinin Dinha III (e.ə. 1350-1000-ci illər) və Dinha II (e.ə. 1000-800-cü illər) nekropolları e.ə. II minilliyin sonu e.ə. I minilliyin əvvəlinə aiddir. Divarları üç tərəfdən çiy kərpicdən tikilmiş, şərq tərəfdən isə açıq qoyulmuş Dinha III dövrü qəbirlərində ölülər quyu qəbirlərdə fərdi qaydada basdırılmışdır. Bu dövrdə boz-qara keramika hazırlanmışdır. Qilisuz, sərbəst növlü "çaydan"lar, birqulplu küplər, iki dəlikli və qövsvari yapması olan kasalar səciyyəvi əşyalardır. Dinha II dövründə dulus kürələri, tikili kompleksləri və qəbiristanlıq aiddir. Ölülər divarları çiy kərpic, ya da daşdan tikilmiş qeyri-düzgün formalı qəbirlərdə basdırılmışdır. Bu qəbirlərin də divarları üç tərəfdən hörülmüş və iri sal daşla üstü örtülmüşdür. Ondan başqa, daxilində ancaq uşaq sümükləri aşkar edilmiş iri təsərrüfat qablarında dən adəti xüsusi əhəmiyyət kəsb edir. Bu dövrdə boz-qara keramikadan istifadə davam edir. Əksər hallarda keçmiş formalar saxlanılsa da, "körpücük" halqası ilə novu birləşdirilmiş "çaydan"lar, heyvan başı şəklində düzəldilmiş qulplu qablar kimi yeni formalar, Həsənlu IV dövrü ilə yaxın paralelləri olan tunc və dəmirdən düzəldilmiş bəzəklər və silahlar meydana çıxır.

O.V.Muskarella öz tədqiqatlarında Dinha təpəsinin hər iki dövrünün həm keramika, həm də metal əşyalarının Cənubi Azərbaycan və İranda aşkar edilmiş sinxron abidələrinin materialları ilə əlaqəsini izləmişdir.

Həsənludan tapılmış sümük qalıqlarının analizi T.A.Ratbunun tədqiqatında aparılmışdır.

Müəllif Həsənluda yeddi dövrdə (I-V, VII-IX) aşkar edilmiş 120 kişi, qadın və uşaq skeletlərini nəzərdən keçirmişdir. Onların böyük əksəriyyəti (83) IV dövrə, 21-i V dövrə aiddir; qalan dövrlər isə iki-üç onlar bu rayonun ardıcıl mədəni inkişafının dolğun lbvhəsini yaradır. Müasir tədqiqat metodları sayəsində buradan əldə edilmiş materialın dənqiq və etibarlı xronoloji şkalasını vermək mümkün olmuşdur.

Həsənlu qazıntıları şəhərsalma, sənətkarlıq istehsalı, incəsənət, təsərrüfat həyatının müxtəlif sahələrinə aid material vermişdir. Onlar yazılı mənbələrin məlumatlarını yeni şəkildə dərk etməyə və bu rayonun tarixini geniş şəkildə işıqlandırmağa imkan yaratmışdır.

Həsənlu materialları qonşuluqdakı qədim  yaşayış məskənləri və nekropollar yerləşən təpələr aşkar edilmiş arxeoloji materiallarla tamamlanır.

Həsənlu təpəsi yaxınlığında bir neçə kiçik təpə də qazılmışdır. Onlar Həsənluda qazılmış dövr etibarı ilə müvafiq erkən təbəqələrə nisbətən daha zəngin material vermişdir. Bu dövrlər qazıntı aparılmış təpələrin adı ilə adlandırılmışdır.

Həsənluda 1,5 km cənubda yerləşən Hacı Firuz təpəsindəki qazıntılar Həsənlu X dövrünə müvafiq gələn daha qədim dövr (e.ə. VI-V minilliklər) əşyaları vermişdir. Keramika hörmə məmulatının izlərini saxlamışdır. Məhz bu hörmə sayəsində gil lazımi formada bərkiyirdi. Sonra hörmə kənar edilirdi. Qablar bərkidikdən sonra onun üzəri yenidən nazik gil qatı ilə örtülərək bişirilirdi. Qablar bəzi həndəsi şəkillərlə bəzədilirdi.

IX və VIII dövrlər müvafiq olaraq Dəlmətəpə və Pişdəlitəpə tapıntıları e.ə. V minilliyin sonuna aid edilən və Yaxın Şərqdə həmin dövr mədəniyyətləri arasında nadir sayılan rəngli keramikanı nümayiş etdirir. Həndəsi rəsmli qablar çəhrayı və ya ətrəngi, habelə, qəhvəyi və ya qara-qəhvəyi rəngdədir. Həndəsi rəsmlərdən olduqca effektli və çoxsaylı kombinasiyalarda yüksək sənətkarlıq zövqü ilə istifadə edilmişdir.

Pişdəlitəpədə VIII dövr və e.ə. IV minilliyin ortalarına aid edilir. Pişdəlitəpə mədəniyyəti ilə Urmiya gölünün şərq sahilindəki Yanıqtəpə mədəniyyəti arasında oxşarlıq tapılır. Buraya qəhvəyi qara rəngli, həndəsi rəsmli sarımtıl rəngli keramika, dəvəgözü və çaxmaqdaşından bıçaqlar, saxsı iy, heyvan heykəlcikləri və s. daxildir.

Bu materialların dövrü və əlaqələri radio-karbon analizinin məlumatlarına, həmçinin, İraq, İran və nümunə ilə təmsil edilmişdir. Bütün ölülər sağ böyrü üstə bükülü vəziyyətdə basdırılmışdır. Müəllif qeyd edir ki, ölülərin 32 faizinin başı şimala, 31 faizinin başı isə Qərbə doğru qoyulmuşdur.

T.A. ratbun şərq samitinin əsas istiqamət sayır. B.A.Ratbunun apardığı ölülər burada əhalinin uzunsov başlı, Aralıq dənizi tipində olduğu göstərilir. Kişilərin orta boyu 168,32 sm, qadınlarınkı isə 159,55 sm oliuşdur.

Həsənlu təpəsinin şimal ətəyindəki nekrol ərazisind 1947-1948-ci illərdə müstəqil qazıntılar aparması M.Rad və A.Hakimi öz tədqiqatlarında səliqəsiz istiqamətləi dəfnləri şərh etmişlər. Olnlara görə Həsənlunun qədim skkinləri dəfn zamanı günəşi səmtə götürmüşlər. Məhz buna görə də, ilin və günün vaxtından asılı olaraq dəfn olunanların başlarının istiqaməti dəyişmişdir.

İran alimlərindən A.Hakimi və M.Radın "İran arxeoloji hesabatları" məcmuəsinin 1 cildində (Tehran, 1950) çap edilmiş "Həsənlu (Sulduz) qazıntılarının təsviri və nəticələri" tədqiqatı və Həsənlu qazıntılarına həsr olunmuşdur. Qazıntı aparılmış qəbirlərdə əsaslanan müəlliflər belə nəticəyə gəlmişlər ki, Həsənlu dəfn adətləri həmin dövrdə Qərbi Asiyanın digər vilayətlərində mövcud olmuş dəfn adətlərindən fərqlənmir. Sol və ya sağ böyrü üstə bükülü vəziyyətdə olan skeletlərin səmti günəşə doğrudur. Müəlliflər Kalardəşt, Ziviyə və s. tapıntıları ilə də paralellər gətirib material və sümükdən düzəldilmiş əşyaları, keramika məmulatını təhlil etmiş, Əhəmənilər dövrü incəsənətinin mannalıların və midiyalıların incəsənəti ilə əlaqəsini qeyd etmişlər.

Yazılı mənbələrdə öz əksini tapmış Urartu təcavüzünün son illərdə Urmiyanın hövzənin qərbində qazıntı zamanı aşkar edilmiş maddi mədəniyyətlərində urartuluların dövlətin mərkəzində yerləşən öz yaşayış məskənləri dövlətin mərkəzində yerləşən öz yaşayış məskənləri üçün səciyyəvi olan yekrənglilik yoxdur, Krartu mədəniyyəti ilə yanaşı, yerli ənənələr mühüm yer tutur.

Cənubi Azərbaycanın qərb hissəsindəki qədim maddi mədəniyyət abidələrinin icmalı V.Klayssın rəhbərliyi ilə aparılmışdır.

Burada Urartu memarlıq cizgiləri ilə səciyyələnən qara vulkan daşından tikilmiş düzbucaqlı tikili olan "Siyahtəpə" qalası aşkar edilmişdir. Yaxınlıqda isə "Oğluqala" adlı qala yerləşir. Urmiya gölünün sağ sahilində Kazımbaşı təpəsindəki xarabalıqda qala divarlarının qalıqları aşkar edilmişdir. Mərənddən 19 km şimali-qərbdə, Livar təpəsində qala izləri qalmış evlər tədqiq ediomişdir. Güclü yanğın izləri qalmış evlər yonulmamış daşlardan tikilmişdir. Küncləri bürclü və iri meydançalı qala divarlarının bir hissəsi saxlanılmışdır. Qazıntılar nəticəsində çoxlu Urartu keramikası (e.ə. VIII əsrədək) üzə çıxarılmışdır. Müəllif güman edir ki, Livar qalasının mövcudluğu Urartu dövründə mərənd düzənliyinin sıx məskunlaşdığını göstərir və çox güman ki, II Sarqonun yürüş yolu bu vadidən keçmişdir.

Araz çayı vadisində, Türkiyə-Azərbaycan-İran sərhədlərinin qovşağında Qala Sərənc adlanan qala aşkar edilmişdir. Müdafiə divarları qərb tərəfdə yaxın, şərqdə isə seyrək yerləşdirilmiş bürclərə malikdir. Uşpu-Nəgadehdən 8 km şimali-şərqdə keramika tapıntılarına görə Urartu dövrünə aid edilən istehkamın xarabalığı yerləşir. İstehkamın divarları yonulmamış sal qaya daşlarından hörülmüşdür. İndi bürc çıxıntıları gözə dəymir. Bu tikili çox güman ki, Uşnu vadisindən Urmiya düzənliyinə gedən yol üzərində keçişki istehkamı olmuşdur.

Uşundan 15 km şərqdə çox böyük bir dik bir təpədə Qalagah xarabalığı yerləşir. Bəzi yerdərdə yaxşı yonulmuş sal daşlardan tikilmiş müdafiə divarları qalmışdır. Təpənin ən yüksək nöqtəsindən bütün Uşnu vadisi və Sulduz vadisinin bir hissəsi görünür. Qalatgah tapıntıları Həsənlu III dövrünə müvafiq gəlir. Keramika Həsənlu və Ziviyə tapıntılarında olduğu kimi sadə və üçbucaqlarla cızılıb haşiyələrlə bəzədilmiş oyma oturacaqlı qırmızı və boz mioxrom gil məmulatı ilə təmsil olunur. Bundan əlavə, bir neçə zərif, diqqətlə şüyürlənmiş Urartu tipli qırmızı keramika qırıqları da aşkar edilmişdir. Buradan ağ daşdan hazırlanmış qaçan heyvan təsvirini stilizə edən Urartu tipli çökük slindirvari möhür də tapılmışdır. Silindirdən asmaq üçün ilgəciyi vardır. Qalatgahda tğapılan nümunə Şimali-Qərbi İranda ilk tapıntıdır. Buradan sındırılmış daş bldok üzərində Urartu kitabəsi də aşkar edilmişdir. Mətndə Krartu hökmdarları İşpuini və Minuanın adı çəkilir.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə, fəlsəfə doktoru

 

 Səs.- 2012.- 14 iyul.-  S. 14.