Qədim
Azərbaycan Manna dövlətinin meydana gəlməsi və
süqutu
Qədim Azərbaycan dövlətçilik
tarixində Manna ilk mərkəzləşmiş dövlət
idi. Q.Qeybullayev "Azərbaycançılığın
etnik tarixinə dair" əsərində yazır ki,
"Manna Azərbaycan ərazisində türk xalqlarının
tarixində məlum olan ilk dövlət qurumudur".
Qədim Azərbaycan dövlətçilik
tarixində Manna ilk mərkəzləşmiş dövlət
idi. Q.Qeybullayev "Azərbaycançılığın
etnik tarixinə dair" əsərində yazır ki,
"Manna Azərbaycan ərazisində türk
xalqlarının tarixində məlum olan ilk dövlət
qurumudur".
Akademik Z.Bünyadov və
Y.Yusifov Mannanın meydana gəlməsi, tarixi əhəmiyyəti
haqqında göstərirlər ki, Assuriyada III
Tiqlatpalasarın (e.ə. 744-727-ci illər) hakimiyyətə gəlməsilə
Ön Asiyada siyasi vəziyyət dəyişildi. O, geniş
işğalçılıq müharibələri aparır,
Assuriyanın beynəlxalq nüfuzunu qaldırırdı.
Mannada və başqa ölkələrdə o, Assuriyanın
siyasi təsirini artırmaq məqsədilə Urartu ilə
toqquşmalı oldu. III Tiqlatpalasar Manna istiqamətində
Mazamua (Krmiya gölünün cənubu və cənub-qərb
vadi hissələri) vilayətini tutaraq orada yeni məskunlar
yerləşdirdi və Mazamuanı Assuriyaya birləşdirdi.
Mazamua Zamuanın şimal hissəsini təşkil edirdi. Urartu
da bu torpaq uğrunda uzun-uzadı müharibələr
aparmışdı. Bununla urartlar Mannanın bu ərazisindən
sıxışdırılıb çıxarıldılar.
III Tiqlatpalasar işğal olunmuş ölkələrin əhalisinin
bir yerdən başqa yerə köçürmə siyasəti
yürüdürdü. O, Urmiya gölü hövzəsində
(əsasən qərb və cənub-qərbində) yaşayan
kutiləri, sanqibutiləri, sanqilləri, budiləri, nakkabiləri
və s. başqa əraziyə köçürdü və məskunlaşırdı.
Lakin III Tiqlatpalasar Mannanın digər vilayətlərinə
toxunmadı. Tiqlatpalasarın işğal etdiyi ölkələr
içərisində Manna yad edilmir, o ancaq, Mannanın
qoşunları Urartu və Midiya ilə müharibələr
aparırdı. Manna hökmdarı III III Tiqlatpalasarın
şəxsində özünün müttəfiqini
görürdü.
Bu dövrdə Manna ikimeylli
xarici siyasət mövcud idi. Bir qrup Assuriya ilə ittifaqa meyl
göstərir, bununla da Manna torpaqlarının
bütövlüyünü saxlayır və Urartunun
işğalçılıq niyyətlərinə sədd
çəkirdi. İranzu Assuriya ilə müttəfiq kimi
davranır və onun siyasi üstünlüyünü
tanıyırdı. Uzun müddət Urartu müdaxiləsinə
qarşı mübarizə aparan Mannaya əmin-amanlıq
lazım idi. digər qrup Urartu ilə ittifaqa meyl göstərir
və Assuriya əleyhinə qüvvələri birləşdirməyə
çağırırdı. Ola bilsin ki, III Tiqlatpalasar Urmiya
gölünün cənub və cənub-qərb
torpaqlarının Urartuya meyl göstərən əhalisini
siyasi mövqeyinə görə
köçürmüşdü. Hər halda ikinci qrupun siyasəti
Mannanın ərazi bütbvlüyünü parçalaya bilərdi,
eyni zamanda, daxili qüvvələrin və vilayətlərin mərkəzi
dövlət ətrafında birləşməsinə əngəl
törədirdi. Keçmişin təcrübəsi Manna
hökmdarının xarici siyasətinin istiqaməğini
müəyyənləşdirdi. Onun assur meylli siyasəti
Ön Asiyanın bu qüdrətili dövlətini Mannanın
havadarına çevirmişdi. Belə hal, ilk növbədə,
Urartunu narahat edirdi, çünki Urartu hökmdarları Manna
torpaqlarını işğal etməe niyyətindən əl
çəkməmişdilər.
Assur meylli-xarici siyasət Manna
dövlətini Urartu işğalçılarından xilas
etmiş və ölkənin vahid mərkəzdə birləşməsi
üçün şərait yaratmışdı. Lakin
İranzunun dövləti mərkəzləşdirmə siyasəti
Mannanın müəyyən canişinlərinin mənafeyinə
uyğun gəlmirdi, canişinlərin bəzisi mərkəzdən
ayrılma fitvasına gedirdilər. Eyni zamanda, Urartu mananın
daxili işlərinə qarışır. Canişinləri mərkəzi
hakimiyyətə qarşı üsyana təhrik edirdi.
Urartu hökmdarı I Rusa (e.ə.
730-714-cü illər) işğalçılıq niyyətinin
həyata keçirmək məqsədilə Mannanın Zigiru
vilayətinin canişini və başqa şəhərlər
ilə sazişə girdi. Mannanın Zikirtu vilayətinin
canişinin Mettati əhali arasında İranzuya qarşı
üsyan meylləri yaradırdı. E.ə. 719-cu ildə
Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi
Mettatiyə arxanalaraq İranzuya qarşı üsyana
qalxdı. Assur hökmdarı II Sarqonun (e.ə. 722-705-ci illər)
kitabəsində bu barədə deyilir: "Hakimiyyətimin
üçüncü ilində Şuandahul və Durdukka qala
şəhərləri öz ağalarına, mənimboyunduruğumu
çəkən Manna hökmdarı İranzuya qarşı
üsyan fikrinə düşdülər və
döyüşçü və suvarilərini verməklə
yardım göstərdi. (Allah) Aşşurun çoxlu
qoşununu mən silahlandırdım və bu şəhərləri
tutmağa getdim". II Sarqon sələflərinin Manna ilə
ittifaqına sadiq qalaraq üsyançıların üzərinə
qoşun yeritdi. Yürüşün gedişində üsyana
meyl edən və I Rusa ilə sövdələşən bir
sıra şəhər əhalisini Suriyaya
köçürdü. II Sarqon məlumat verir ki, "Sukka
şəhər əhalisini, bala şəhər əhalisini.
Abitikna şəhər əhalisini onların kökünü
kəsə biləcək pis məsləhət verdiyi və
Urartu hökmdarı ilə sazişə girdiyi
üçün günah işlətdikləri
üçün mən öz yerlərində qərbə, Suriyaya
köçürdüm". II sarqon üsyançı şəhərləri
dağıdaraq yandırdı. Beləliklə, canişin
Metatta və I Rusa tərəfindən Manna hökmdarı
İranzuya qarşı hazırlanmış üsyan
Assuriyanın köməyilə yatırıldı. Lakin
özgə torpağında ara qızışdıran Rusiya
uyan Mettati vahid Manna dövlətini parçalamaq
üçün fürsət axtarırdı. İranzu vəfat
etdikdən sonra onlar yeni müttəfiqlər tapıb Manna
hökmdarına qarşı fitnə-fəsada
başladılar.
S.Qoşqay və Q.Melixşvili
Mannanın dövlət qurumundan bəhs etmişlər.
Hökmdar Udakidən sonra e.ə. 737-ci il yürüşləri
ilə əlaqədar III Tiqlatpalasarın və II Sarqonun e.ə.
718-ci ilə aid kitabələrində Manna hökmdarı
İranzunun adı çəkilir (əgər hər iki kitabədə
adı çəkilən İranzunun eyni şəxsiyyət
olduğunu nəzərə alsaq deməli, o 20 ildən
çox Mannada hökmdarlıq etmişdir). Belə məlumatlardan
görünür ki, elə həmin vaxtdan mannada
hökmdarlıq təsilatı irsi imiş. Bir-birinin
ardınca hökmdarlıq edən Azpa və Ullusunu
İranzunun oğulları idilər. Aşşur
hökmdarı Asarxaddonun müasiri Ahşeridən sonra
Mannanın onun oğlu Ualli idarə edirdi.
Materiallar bizdə Manna
hökmranlığının dövlət quruluşu haqda
aşağıdakı şəkildə təsəvvür
yaradır. Dövlətin başında irsi haikmiyyətə
malik hökmdar dururdu. Dövlətin ərazisi hökmdarın
təyin etdiyi canişinlər tərəfindən idarə
olunan əyalətlərə bölünürdü.
Q.A.Melikişvilinin göstərdiyi
kimi bu canişinlərin bəziləri hətta irsi hakimiyyətə
malik olmuşlar.
Mannada hökmdar hakimiyyəti,
görünür, qeyri məhdudluğa doğru gedirdi; hər
halda onlar sərbəst hakimiyyətə can atmışlar. Məhz
bu, hökmdarın və onun yürütdüyü siyasətin
tərəfdarları və əleyhdarları arasında daimi
mübarizəyə gətirib çıxarmışlar.
Manna siyasət kursunu dəyişmək
üçün sui-qəsdlər edilir, mövcud hökmdarlar
hakimiyyətdən salınır və özlərinə
yarayanlar hakimiyyətə gətirilirdi. Sui-qəsdlərin başında
çox zaman hökmdarın oğlu və ya qardaşı
dururdu. Məsələn, Aşşur tərəfdarı olan
Azanı Urartu ilə müttəfiqlikdə olan qardaşlı
Ullusunu hakimiyyətdən salmışdı. Eyni zamanda. II
Sarqonun məlumatından görünür ki, Ullusunu
"özünün böyükləri, canişinləri
ölkəsini idarə edən zadəganları" yəni
hökmdar hakimiyyəti məhdudlaşdıran ağsaqallar
şurası sayılanlarla birlikdə II Sarqonu
qarşılamağa çıxmışdılar. Bizə
belə gəlir ki, artıq həmin dövrdə ağsaqallar
şurasının tabeliyindən azad olmağa
çalışan, "onun ölkəssini idarə edən
canişinlərin və başçıların" sərbəstlik
cəhdləri sıxışdırılır və məhdudlaşdırılırdı,
onlar artıq özlərinə tabe ərazilərdə elə
bir müstəqil hakimiyyətə malik deyildilər.
Yuxarıda göstərilən məlumatla II Sarqon qeyd etmək
istəyir ki, Ullusunun özünün bütün qohum-əqrəbası
və Manna zadəganları ilə onu qarşılaması ona
öz hörmət dostluğunu göstərmək idi. mətnin
adından məlumdur ki, Ullusunu özünün təhlükəsizliyini
təmin etmək üçün hətta girov da
götürmür, əksinə II sarqon üçün
özünün böyük oğluna hədiyyələr
verməyi tapşırır. O, öz
hökmdarlığını möhkəmləndirmək
üçün Aşşur hökmdarına stella həsr
edir. T.A.Melimkişvilinin fikrincə, Manna hökmdar
oğullarının aşşurlara girov verilməsi faktı
Manna hökmdarlarının da suveren hakimlər olduğunu
göstərirlər. Manna dövləti özünün
bütün sahələri boyunca müdafiəyə məcbur
olmuş və bəzi dövrlərdə bu mübarizələr
çox güman ki, onu çox zəiflətmişdir. Lakin elə
dövrlər də olmuşdur ki, Manna güclü qonşu
dövlətlər arasında gedən çəkişmələrdən
və onların daxili vəziyyətlərinin
ağırlaşmasından faydalanaraq öz ərazisini bərpa
edə və genişləndirə bilmişdir.
Manna özünün ən
parlaq çiçəklənmə dövrünə,
görünür hökmdar İranzunun sələfləpi və
onun öz hakimiyyətinin əvvəllərində
çatır. İranzunun sələflərinin adları bizə
məlum deyildir. Belə ki, həmin dövrdə Manna ilə
daha çox toqquşan Urartu hökmdarı öz kitabələrində
Manna hökmdarlarının adlarını çəkmirlər.
Onlar ümumiyyətlər nadir hallarda öz rəqiblərinin
adlarını çəkirlər. Lakin həmin ıdövrdə
Mannanın Krartu əleyhinə hücuma keçməsi faktının
özü Mannanın gücləndiyini göstərir. Buna
AşşurunMannada hərbi əməliyyatlar aparması da
şərait yaradırdı. Aşşur hökmdarı III
Tiqlatpalasar artıq Aşşuru xeyli dərəcədə
narahat edən midiyalılarla mübarizə ilə məşğul
idi. III Tiqlatpalasarın e.ə. 744 və e.ə. 737-ci illərdə
midiyalılar əleyhinə apardığı hərbi
yürüş marşrutlarının İ.M.Dyaknov tərəfindən
aparılmış təhlili göstərir ki, bu
yürüşlərin yolları Mannanın şərq sərhədləri
boyunca keçmiş, lakin onun ərazisinə
toxunmamışdır.
Bu mannanın bir hərbi qüvvə
kimi varlığını, eləcə də, onun
Aşşur ilə dostluq münasibətlərini göstərir.
III Tiqlatpalasar həmin dövrdə Urartu ilə də
mübarizə aparırdı və bu mübariədə
sonuncunun zəifləməi nəticəsində Mannanın vəziyəti
yüngülləşirdi.
Manna dövlətinin
böyüklüyü barədə biz II Marqonun nəzarətindən
azad olmağa çalışan asılı əyalətlər
və onun tabeçiliyində qalan əyalətlər
haqqındakı müfəssəl məlumatına əsasən
təsəvvür yarada bilərik. Urartu görünür
öz qüvvələri ilə Manna ilə bacara bilməmişdir
və ona görə də Mannaya tabe olub müstəqilliyə
cəhd göstərən əyalətlər arasında
özünə dayaq axtarmışdır.
Naxçıvan və Manna ərazilərində
aşkar edilmiş arxeoloji materiallarda izlənilən sıx mədəni
əlaqələr belə deməyə imkan verir ki,
görünür müəyyən dövrlərdə
Mannanın sərhədləri Araz çayından şimala
uzanmış və Manna dövləti özünün
gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə
etmişdir.
İranzunun hakimiyyətinin
sonunda Manna hökmdarının mövqeyi bir qədər zəifləyir.
Zikertu əyaləti ilə birlikdə Şuandaxul və
Durdukka şəhərləri də onun əleyhinə
çıxır. II Sarqonun köməkliyilə onlar yenidən
mannaya tabe edildilər.
İranzunun ölümündən
(təqribən e.ə. 719 və 716-cı illər arasında)
sonra onun oğulları arasında hakimiyyət uğrunda
mübarizə başlanldı. Atası İranzunun siyasətini
davam etdirən və Aşşur tərəfdarı olan
böyük oğlu Aza hakimiyyətə keçdi. Manna
dövlətinin süqutu ilə əlaqədar İqrar Əliyev
yazır ki, Manna öz dövrünün ən qüdrətli
dövlətlərindən birinə çevrildi. Tezliklə
güclənmiş Manna artıq Assuriya ərazilərinə
hücum etməyə cürət etdi.
Manna ərazisi çar
Axşerinin dövründə (o, ölkəni e.ə. VII əsrin
50-ci illərinə qədər idarə etmişdi) xeyli
genişləndi. Bu dövrdə urartulular və
assuriyalılar Manna hökmdarı ilə hesablaşdılar.
Lakin Mannanın çəçəklənməsi prosesi uzun
çəkmədi.
Mannanın gücü və
qüdrəti müəyyən dərəcədə kimmerlərlə,
skiflərlə və madalılarla (midiyalılarla) ittifaqdan
asılı idi. Lakin bu ittifaq 70-ci illərin sonuna doğru
skiflərin bir hissəsinin xəyanəti nəticəsində
iflasa uğradı. Assurilər
tərəfinə keçmiş Partatunun
başçılıq etdiyi skiflərin bir hissəsi Assarxaddona mannalılara və
(başda İşpaka olmaqla onlarla dostluğu davam etdirən)
skiflərin başqa bir hissəsinə zərbə vurmağa
kömək etdi.
Artıq Aşşurbanipalın
hakimiyyəti dövründə (668-627) təxminən
660-cı illərə yaxın assurilər Mannaya ağır zərbə
endirdilər və onu əvvəlki şöhrətindən
tamamilə məhrum etdilər. Bundan sonra Manna böyük
dövlət kimi öz mövqeyini itirdi. Manna Ninəva
hökmdarlarının vassalı səviyyəsinə endirildi
və süqutuna qədər assurilərə sadiq qaldı.
Bu, keçmiş müttəfiq olmuş madalalıların
mannalılara düşmənçilik münasibəti əsasını
qoydu.
Uğursuz müharibə ölkədə
gərginləşmiş vəziyyəti daha da kəskinləşdirirdi.
Məşhur "Qedd salnaməsi"nd
mannalıları adı sonuncu dəfə e.ə. 616-cı il
hadisələri ilə əlaqədar olaraq çəkilir.
Lakin bəzi məlumatlara əsasən Manna
çarlığının süqutunu e.ə. 593-cü ildən
sonraya aid etmək olar.
Vahid
Ömərov,
fəlsəfə
üzrə, fəlsəfə doktoru
Səs.- 2012.- 19 iyul.- S.14.