Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi sağlam və mənəvi dəyərlərin təbliğatçısıdır

 

Ölkənin ictimai, mədəni, sosial həyatında önəmli rola malik olan Heydər Əliyev Fondu fəaliyyətə başladığı zaman kəsiyində bir çox yerli və beynəlxalq əhəmiyyətli layihələri gerçəkləşdirib.    8 illik fəaliyyəti dövründə həyata keçirdiyi proqram və layihələr geniş əks-səda doğurub.

Ölkənin ictimai, mədəni, sosial həyatında önəmli rola malik olan Heydər Əliyev Fondu fəaliyyətə başladığı zaman kəsiyində bir çox yerli və beynəlxalq əhəmiyyətli layihələri gerçəkləşdirib.    8 illik fəaliyyəti dövründə həyata keçirdiyi proqram və layihələr geniş əks-səda doğurub.

Ölkənin ictimai, mədəni, sosial həyatında önəmli rola malik olan Heydər Əliyev Fondu fəaliyyətə başladığı zaman kəsiyində bir çox yerli və beynəlxalq əhəmiyyətli layihələri gerçəkləşdirib.    8 illik fəaliyyəti dövründə həyata keçirdiyi proqram və layihələr geniş əks-səda doğurub. Azərbaycanın beynəlxalq arenada tanınmasında, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasında, elm və səhiyyənin inkişafında xidmətləri olan fond bu gün dünyanın müxtəlif ölkələrində nümayəndəliklərini yaratmaqla daha geniş məkanlara inteqrasiya olunur. Fondun artıq Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəlikləri fəaliyyət göstərir.

Bu nümayəndəliklər Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraraq, mövcud olan vəziyyətlə qeyri-xalqları tanış edir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması və s. ilə bağlı aparılan təbliğat işləri artıq öz nəticəsini verir. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr əks-səda doğurub. Xaricdə aktual mövzulara dair konfrans və seminarların təşkili bu və ya digər reallıqların həllində rola malikdir.

Fondun 2007-ci ildən fəaliyyətdə olan Rusiya Federasiyasındakı nümayəndəliyi beynəlxalq mahiyyət kəsb edən layihələrin gerçəkləşməsinə imza atıb. Belə ki, nümayəndəlik Heydər Əliyev  Fondunun Azərbaycanda gerçəkləşdirdiyi təhsil, səhiyyə, mədəniyyət, idman, sosial sahədəki analoji layihələri Rusiya Federasiyasında həyata keçirir. “Təhsilin dəstəklənməsi” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA kampaniyasının təsisçisi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla Əliyeva mütəmadi olaraq məktəblərə, uşaq evlərinə səfərlər edir. Xəstə, yetim uşaqlara daim qayğı göstərir və müxtəlif xeyriyyəçilik aksiyaları həyata keçirir. Leyla xanım Əliyeva Azərbaycan mədəniyyətinin nailiyyətlərinin nümayiş etdirilməsinə, Azərbaycanın bugünkü reallıqlarının Rusiya ictimaiyyətinə çatdırılmasına, Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmləndirilməsinə də öz töhfələrini verir.

Rusiyadakı Azərbaycan diasporu ilə əlaqələrin genişləndirilməsinə, Rusiyadakı azərbaycanlı gənclərin sıx birləşməsinə və onların Rusiya cəmiyyətinə inteqrasiya etməsinə, azərbaycanlı gənclərin Rusiyanın ictimai-siyasi həyatında rolunun və nüfuzunun artmasına xüsusi diqqət yetirir. Bu gün Leyla xanım Əliyevanın rəhbərlik etdiyi RAGT artıq yetkin və çox fəal təşkilatdır. Təşkilatın coğrafiyası Rusiyanın 70-dən çox regionunu əhatə edir. Moskvanın 25-dən çox ali məktəbində azərbaycanlı tələbə klubları yaradılıb. Təşkilatın qarşısına qoyduğu əsas vəzifə Rusiyanın azərbaycanlı gənclərini və onların dostlarını sıx birləşdirməkdir. RAGT bu missiyanın öhdəsindən uğurla gəlir və bu gün Rusiyanın azərbaycanlı gənclərinin hərəkətverici qüvvəsinə çevrilib. Son illərdə təbabətlə bağlı aksiyalar keçirib. Belə ki, “Qanın milləti yoxdur!”, “Sağlam olduğunu yəqin et, xəstəliyə “yox” de!” pulsuz müayinə aksiyasını gerçəkləşdirib. Pulsuz qanvermə aksiyasında hər il gənclərin yüzlərlə nümayəndəsi iştirak edir, toplanmış vəsait isə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə sərf edilir.

Leyla xanımın layihələri sırasında gənclərin yeni qlobal ekoloji kampaniyası olan İDEA-nı xüsusilə qeyd etmək lazımdır. İDEA ətraf mühit kampaniyası regionda ətraf mühit məsələləri ilə məşğul olan ən böyük təşkilatdır. Gənclərlə əməkdaşlığa xüsusi önəm verən kampaniyanın ətraf mühitin qorunması ilə bağlı yaradıcı yanaşması vardır. Bu kampaniya çərçivəsində artıq ilk addımlar atılıb. Belə ki, BMT İnkişaf Proqramı ilə saziş imzalanıb, Qəbələdə gənc ekoloqlar üçün beynəlxalq düşərgə keçirilib. İDEA müasir dövrün çağırışlarına cavab təşəbbüsüdür. Müasir dövrümüzdə ekologiya və ətraf mühitin qorunması vacib məsələrdən olduğundan, ekoloji problemlərin nəticələri diqqətdədir. Leyla xanım Əliyevanın müsahibələrinin birində dediyi kimi, biz planetimizə görə məsuliyyət hiss etməli və bioloji müxtəlifliyin, həyatımızı nəinki sağlam, həm də maraqlı və rəngarəng edən nə varsa, hamısının qorunub saxlanmasına birgə töhfə verməliyik. Məhz bu münasibətin məntiqi olaraq, İDEA qlobal gənclik ekoloji kampaniyasına start verilib. Qeyd edək ki, İDEA kampaniyası artıq bir sıra ekoloji təşkilatlar tərəfindən dəstəklənib. İDEA xətti ilə həyata keçirilən tədbirlərdə gənclərin və tələbələrin, demək olar ki, bütün iri təşkilatları iştirak edir. Bu, “Bir planet - bir gələcək” devizini bir daha təsdiq edir. İDEA Azərbaycanda “böyük Qafqaz beşliyi” deyilən, yox olmaq təhlükəsi ilə üzləşən beş heyvan növünü müəyyən edib. Bunlar ayı, qartal, canavar, ceyran və Qafqaz bəbiridir. Kampaniyanın rəhbəri  problem barəsində Azərbaycan və dünya ictimaiyyətini maksimum məlumatlandırmaq və yox olmaq təhlükəsi qarşısında olan növlərin qorunub saxlanması üçün konkret layihələr həyata keçirməyi qarşıya  məqsəd qoyub.

Bu günlərdə Bakıda Krans Montana Forumu çərçivəsində “Gələcəyin yeni liderləri” mövzusunda keçirilən iclasda Leyla xanım Əliyeva Azərbaycanda ətraf mühitin qorunması sahəsində çox gözəl proqramlar və kampaniyalar başlandığını bildirib. Bu kampaniyalara gənclər və bütün insanlar dəvət olunur. Bu iş, əlbəttə ki, dialoq, liderlik və təhsil prinsipləri əsasında bütün millətə xidmət etmək üçün həyata keçirilir. Bu, eyni zamanda, ətraf mühitin qorunması və davamlı inkişafın təmin olunması üçün çox önəmli məsələdir. Bütün dünyada bu istiqamətdə əməkdaşlığı təmin etmək, tədbirlər görmək üçün regional və beynəlxalq əlaqələr önəmlidir. Ekologiya ilə bağlı məsələlərin vacib olduğunu bildirən Leyla xanım Əliyeva bu məsələləri hələ sinif otaqlarından tədris etməyin vacibliyini diqqətə çatdırıb.

Bütün bu layihələrlə yanaşı, nümayəndəlik Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği istiqamətində də çox mühüm işlər görür. Təşkil olunan silsilə konsertlər, sərgilər, qədim Azərbaycanın tarixinə və mədəniyyətinə, Azərbaycan xalqının müasir incəsənətinə və bənzərsizliyinə həsr edilmiş təqdimat mərasimləri fikirlərimizi təsdiqləyir. Londonda Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasındadır. Bu sərginin ideyası Leyla Əliyevaya məxsusdur. Sərginin açılışı zamanı Leyla xanım bildirmişdir ki, burada sərgilənən dinamizm və yaradıcılıq bu gün Vətənim Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir:”Mənim ölkəm misli görünməmiş inkişaf dövrü yaşayır və bu, özünü müasir incəsənət sahəsində daha da qabarıq göstərir. Lakin müasir Bakı xalq mədəniyyətini təkcə musiqi vasitəsilə bayram etmir. Bakını gəzərkən siz küçələr boyu ətrafınızda sürətli inkişaf görə bilərsiniz - Zaha Hadidin şah əsərindən tutmuş yeni mağazalar, restoranlar və mehmanxanalar düzülmüş prospektlərədək, Xəzər dənizinin sahilində bulvaradək! Bu, gözünüzün önündə dəyişən şəhərdir.”

Avanqard çalarlarla zəngin olan bu sərginin ovqatı, həm də onu nümayiş etdirdi ki, Azərbaycanda mədəniyyətə, sənətə və sənətkarlara böyük diqqət göstərilir, ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm surətdə tədbirlər həyata keçirilir. “Phillips de Pury & Company”nin rəhbəri Simon de Püri sərginin Londonda təşkilindən məmnun qalıb. Bu sərgidə Bakıda, ümumiyyətlə, Azərbaycanda görülən işlərin fərqli aspektləri aydın görünüb. Onun sözlərinə görə, sərgidə çox maraqlı rəsmlər, heykəllər, videosənət nümunələri təqdim olunub ki, onlar bu gün Azərbaycanda mövcud olan canlı koloriti əks etdirib. Şübhəsiz, bu sərginin təşkil olunmasında Heydər Əliyev Fondunun rolu böyükdür. Leyla xanım  Əliyeva isə lap əvvəldən bu layihənin aparıcı qüvvəsi olub.

Gördüyümüz kimi, layihələrin sayı günü-gündən artır. Buna görə fondun nümayəndəliyinin fəaliyyətinin coğrafiyası daha da genişlənir. Məqsəd isə milli mədəniyyəti və ənənələri, Azərbaycanı bütün dünyada təbliğ etməkdir.

 

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.-2012.- 4 iyul.- S.5.