Tokay Məmmədov – 85
Sənətkarın
"Şərəf" ordeni ilə təltif edilməsi
yaradıcılığına böyük töhfədir
Son illərdə Azərbaycanda
milli mədəniyyətin inkişafı sahəsində
mühüm nailiyyətlərin əldə edilməsi ölkəmizin
imicinin dünya miqyasında daha da artırılmasına səbəb
olan amillərdəndir. Bu uğurlar mədəniyyətimizə
ayrılan diqqətlə yanaşı, zəngin mədəni
irsimizə dəlalət edir. Belə zənginliyi
yaradan sənətkarlara dövlət tərəfindən
hər zaman böyük
diqqət, qayğı göstərir.
Son illərdə Azərbaycanda
milli mədəniyyətin inkişafı sahəsində
mühüm nailiyyətlərin əldə edilməsi ölkəmizin
imicinin dünya miqyasında daha da artırılmasına səbəb
olan amillərdəndir. Bu uğurlar mədəniyyətimizə
ayrılan diqqətlə yanaşı, zəngin mədəni
irsimizə dəlalət edir. Belə zənginliyi yaradan sənətkarlara
dövlət tərəfindən hər zaman böyük diqqət,
qayğı göstərir. Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin
inkişafındakı xidmətlərinə görə,
görkəmli rəssam, heykəltəraş Tokay Həbib
oğlu Məmmədovun "Şərəf" ordeni ilə
təltif edilməsi bu böyük diqqətin nümunəsidir.
85 illik yubileyinə ən böyük töhfə olan
"Şərəf" ordeni onun səntkarlığına
olan qiymətdir.
Ziyalı ailəsində
dünyaya gələn rəssamın - Tokay Məmmədovun
anası Zivər xanım Azərbaycanın ilk qadın heykəltəraşı
olub. Elə sənət olan meyili də yaşadığı
ailədən qaynaqlanıb. İlk təhsilini anasından
alıb. Belə
ki, kiçik
yaşlarında, o, Zivər xanımla bərabər
emalatxanaya gələrək, rəngli
plastilindən müxtəlif fiqurlar
düzəldərdi. Zivər xanımın sənət həmkarı
Pyotr Sabsay, da öz növbəsində,
həmişə Tokaya düzgün
istiqamət göstərib. Sonralar P.Sabsay qeyd edirdi ki, "Tokay uşaqlıqdan heykəltəraşlıq
sənəti ilə maraqlanırdı, bu
uşağın gələcəkdə gözəl sənətkar
olacağına şübhəm belə qalmamışdı.
Artıq onun yaradıcılığı
bizə məlumdur".
Orta təhsilə yiyələnən
Tokay Bakı Rəssamlıq Məktəbinə
daxil olur. O zaman Bakı Rəssamlıq Məktəbinin nəzdində
heykəltəraşlıq şöbəsi yenicə təşkil
edilmişdi. P.Sabsay,
F.Əbdürrəhmanov, C.Qaryağdı həmin heykəltəraşlıq
şöbəsində fəaliyyət göstərirdilər.
Tokay, bilavasitə, ilk
milli heykəltəraşımız F.Əbdürrəhmanovdan
dərs almağa başlayır. Leninqrad Rəssamlıq Akademiyasını bitirmiş F.Əbdürrəhmanov şagirdlərini
dünya klassik incəsənətinin
ən mütərəqqi ənənələri ilə
tanış edirdi.
Tokay Məmmədov Bakı Rəssamlıq
Məktəbinin üçüncü kursunu bitirərək, Leninqrad
şəhərinə gedir və İ.E.Repin adına Rəssamlıq
Akademiyasının heykəltəraşlıq fakültəsinə
qəbul olur. Burada oxuduğu illər ərzində, o, görkəmli rus sənətkarları
V.Senayski, A.Matveyev və
M.Kerezindən dərs alır, heykəltəraşlıq sahəsində
kamil ustalıq vərdişlərinə
yiyələnir.
Ali təhsil
aldığı dövrdə, Azərbaycanın
xalçaçı rəssamı Lətif Kərimovun portret büstünü
hazırlayır. Bu portretin
yaradılması təsadüfi deyildi. Lətif
Kərimovu uşaq vaxtlarından
tanıyan heykəltəraş müstəqil şəkildə
ilk dəfə görkəmli alimin portretini
canlandırır. Sonrakı dövrlərdə
yaratdığı portretlərdən geri
qalmasına baxmayaraq, bu
əsəri gənc heykəltəraşın ilk
uğuru kimi qiymətləndirmək
olar. Tokay Məmmədov
1948-ci ildə Moskvada təşkil edilmiş sərgidə rus
şərqşünaslığının banisi,
görkəmli Azərbaycan alimi Mirzə
Kazım bəyin portretini nümayiş
etdirir.
Tokay Məmmədov ali
təhsilini bitirdikdən sonra Leninqradda heykəltəraş kimi
işə başlayır və Leninqrad Rəssamlar
İttifaqına üzv qəbul edilir. Heykəltəraş
Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə
adına Rəssamlıq Məktəbində pedaqoji
fəaliyyətə başlayaraq, burada yetişən gənc rəssamlara həm
rəsm, həm də heykəltəraşlıqdan dərs deyərək,
onlara sənətin sirlərini öyrədir.
T.Məmmədov bir çox
şairlərin, alimlərin, sadə əmək
adamlarının, dövlət xadimlərinin və öz sənət dostlarının büst- portretlərini ustalıqla yaradıb.
O, 1953-cü ildə ilk dəfə ağacdan Azərbaycanın klassik
şairi Nizami Gəncəvinin
təsvirini yonub. Heykəltəraşın
yaratdığı "Nizami Gəncəvi"
portreti 1955-ci ildə Varşavada
Gənclərin Beynəlxaq Ümumdünya
sərgisində uğurla nümayiş
etdirilib. Əsər şairin
adını daşıyan Ədəbiyyat Muzeyində qorunub saxlanıraq nümayiş
olunur.
Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə olaraq, Tokay Məmmədov istifadə edib.
Ağacın növlərini və onların keyfiyyətlərini
dəqiqliklə öyrənən gənc sənətkar bu material əsasında bir çox insan simalarını canlandırır.
Tokayın yaratdığı ağac
portretlərində yüksək psixoloji
keyfiyyətləri göstərə bilməsi diqqət
çəkir. Sənətkar müxtəlif illərdə ağac materialdan bir çox şairlərin,
dövlət xadimlərinin və sadə əmək
adamlarının portretlərini yaradır. Bu
sırada onun "Səməd Vurğun", "Xalq rəssamı
Qəzənfər Xalıqov", dövlət xadimi, həkim və yazıçı "Nəriman
Nərimanov", uzunömürlü azərbaycanlı
"Şirəli Müslümov" və
başqa portretlərini qeyd
etmək olar.
Heykəltəraş Tokay
Məmmədovun yaratdığı portretlər
qalereyasında, həmçinin, mərmər, tunc,
gips materiallardan
yüzlərlə portret mövcudur
ki, bu cür
materiallarda sənətkar xarici
görünüşlə yanaşı, daxili
psixoloji keyfiyyətləri də göstərməyə
müvəffəq olub. Onun Azərbaycanda
opera janrının əsasını qoymuş, musiqiçi alim "Üzeyir Hacıbəyov",
xalq rəssamı "Rüstəm Mustafayev", qadın rəssamımız
"Vəcihə Səmədova", yazıçı "Süleyman Rəhimov", polyak
bəstəkarı "F.Şopen" və
Avstriya bəstəkarı "V.A.Motsart" kimi dahilərin
büst portretləri bu
qəbildəndir.
Heykəltəraşın
yaradıcılığı monumental heykəllərlə
zəngindir. Şəhərsalmanın inkişafı nəticəsində,
sovet dövründən başlayaraq,
Azərbaycanın bir çox
şəhərindəki park və meydanlarda şair və
dövlət xadimlərinin monumental heykəlləri
ucaldılırdı. Tokay Məmmədovun
monumental sahədə
canlandırdığı obrazlarda Azərbaycanın
şairləri, alimləri, dövlət xadimləri və qəhrəmanlarının
surətləri durur.
Tokay Məmmədov
yaradıcılığının ilk günlərindən
başlayaraq, heykəltəraşlığın qabartma sahəsində
bir çox insanın surətlərini canlandırıb. Bu qabartmalardan ən dəyərlisi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portretidir.
Mərmərdən yaradılan bu qabartmada qəhrəman bir
əlində qumbara tutmuş
vəziyyətdə təsvir edilib. Bu əsər heykəltəraşın gənclik
illərində yaratdığı və ona
uğur qazandırdığı əsərlər
sırasında durur. Əsər bir çox beynəlxaq sərgidə
uğurla nümayiş
etdirilərək, yüksək qiymətə layiq
görülüb.
Tokay Məmmədov bir
neçə qəbirüstü abidənin də müəllifidir.
O,
1956-ci ildə Şuşa şəhərində
musiqiçi alim, xəttat
və rəssam Mir Möhsün
Nəvvabın qəbirüstü abidəsini düzəldib.
Heykəltəraş Azərbaycanın ilk
professional vokal sənətinin
banisi Bülbülün
də qəbirüstü abidəsini yaradıb.
Tokay Məmmədov yaratdığı işlərə
görə, 1978-ci ildə SSRİ Dövlət
Mükafatı, 1982-ci ildə isə Azərbaycan Dövlət
Mükafatına layiq görülüb.
O, həmçinin, "Şərəf nişanı",
"Xalqlar dostluğu",
"Şöhrət" ordenləri ilə təltif olunub.
Dövlət
tərəfinidən qayğı ilə əhatə olunan sənətkara "Şərəf"
ordeninin təqdimi sənətkarın
yaradıcılığına ən böyük
qiymətdir.
ZÜMRÜD
Səs.- 2012.- 20 iyul.- S. 12.