İnformasiyalı cəmiyyət quruculuğu - qarşıdakı onilliyin əsas meyarı

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb. Sənəddə dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilən internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsinə dair mühüm müddəlar öz əksini tapıb. Dövlət başçısı müvafiq hökumət qurumlarına internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsi ilə bağlı tapşırıqlar verib.

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb. Sənəddə dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilən internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsinə dair mühüm müddəlar öz əksini tapıb. Dövlət başçısı müvafiq hökumət qurumlarına internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsi ilə bağlı tapşırıqlar verib.

Göründüyü kimi, bu sənəd Azərbaycanda informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən silsilə tədbirlərin davamlı olduğunu şərtləndirir və elektron hökumətin yaradılması sahəsində irəliyə doğru daha bir addımdır. Respublikamızda elektron xidmətlər şəbəksinin geniş miqyas alması baxımından qeyd olunan sənədin xüsusi əhəmiyyəti var. Ümumiyyətlə, yeni innovativ layihələrin çevikliyini təmin etmək, investisiya mühitini yaxşılaşdırmaq, investorların maraqlarını təmin etmək, birgə layihələrdə iştirak üçün imkan yaratmaq məqsədilə İe-xidmətlərin tətbiqi mühüm yer tutur. E-xidmətlər sistemli və kreativ bir proses olmaqla sonda e-hökumətin tam təmin olunmasına dərin baza yaradır.

Azərbaycan MDB məkanında son illər ən modern informasiya texnologiyalarını tətbiq edən, elektron xidmətlərin spektrini genişləndirən ölkə sayılır. Beynəlxalq Maliyyə Korporasiyasının qiymətləndirməsinə görə, Azərbaycan e-xidmətlər və e-hökumət sahəsində ən pozitiv islahatlar həyata keçirən ölkədir. Ötən müddət ərzində respublikamızda dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşıb. Hökuməti dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədilə informasiya və kommunikasiya texnologiyalarından istifadənin tətbiqi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirib. Dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə elektron xidmətlər göstərilməsi fəaliyyətinin tənzimlənməsi məqsədilə "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Nümunəvi inzibati reqlament"in layihələri hazırlanıb.Yəni, ölkəmizdə elektron xidmətlərin tətbiqi üçün yaradılan güclü hüquqi baza və infrastruktur mövcuddur.

Ölkənin makroiqtisadi indiktorlarının daha da yaxşılaşması, iqtisadi və siyasi islahatların keyfiyyət baxımından dərin xarakter alması, innovasiyaların tətbiqi dairəsinin genişlənməsi ölkəmizin qarşısında yeni çağırışları meydana çıxarır. Yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycan bütün sahələrdə davamlı islahatları dərinləşdirdiyindən, dövlət idaretmə sisteminin də müasir tələblərə uyğunlaşdırılması yeni dövrün çağırışlarından sayılır. İdarəetmə sisteminin yeni inkişaf platformasına uyğunlaşdırılmasının başlıca meyarı elektron hökumətin qurulmasıdır. Bu konsepsiyanın əsas fundamental prinsipləri dövlət strukturlarında elektron xidmətələr şəbəkəsinin yaradılmasından ibarətdir.

Azərbaycan "ən yaxşı elektron hökumət" reytinq-cədvəlində 89-cu sırada yer alıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı hesabatda Azərbaycanın reytinqdə mühüm yer tutması qeyd olunur və dövlətin vətəndaşa göstərdiyi elektron xidmətin səviyyəsi yüksək qiymətləndirilir. Qeyd edək ki, Azərbaycan 2005-ci ildə BMT-nin reytinq-cədvəlində 101-ci yerdə qərar tutub: Bu sahədə dinamik inkişaf ölkəmizin son illər əhəmiyyətli dərəcədə mövqeyini yaxşılaşdırdığını göstərir. E-xidmətlərin çeşidinin artdığını, həmçinin, dövlət orqanlarında daha geniş xarakter almasını səciyyələndirir. Ümumiyyətlə, BMT-nin mövqeyinə görə, elektron xidmətlər kompleks və sistemli islahatlar həyata keçirən, yeni iqtisadi inkişaf meyarları ilə irəliləyən ölkələrin qarşısında duran əsas zəruri idarəetmə komponentlərindən biri sayılır. İnformasiya cəmiyyətinə xas olan dövlət idarəçiliyinin mühüm bir tərkib hissəsi kimi e-xidmətlər dövlətin fəaliyyətinin effektivliyinin artırılmasına yönəlmiş bir konsepsiya kimi səciyyələndirilir. Ölkədə modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idaretmə aparatının tam şəffaf mexanizmlərə uyğun qurulması elektron xidmətlərin göstərilməsini zəruri edir.

Elektron xidmətlər dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, baş verə biləcək bütün neqativ halların qarşısının alınmasına , dövlət idarəetmə sisteminin ən müasir standartlar səviyyəsinə yüksəltməyə imkan yaradır. Vətəndaşların tələbatlarına, iqtisadi effektivliyə, vətəndaş nəzarətinin açıq olmasına səbəb olur. Bu sistem dövlət strukturlarının müasir informasiya texnologiyalarından istifadə etməklə istehlakçılara bilavasitə informasiya xidmətlərinin təşkilinə şərait yaradır.

E-xidmətlərin iqtisadi idaretmə sektorunda şəffaflıqla yanaşı, açıqlığı, çeviklik, sürət, əlverişlilik, operativlik, fasiləsizlik, interaktivlik, qənaətlik, miqyaslılıq kimi üstünlükləri vardır. Vətəndaşlar üçün rahatlığı təmin edir. Vətəndaşın dövlət qurumundan hər hansı bir məlumat əldə etməsi üçün əlavə sənədlər tələb olunmayacaq və qoşulduğu şəbəkə vasitəsilə məlumatlarla tanış ola bilir. Həmçinin, vətəndaş hər hansı nazirlik, komitə, idarə və s. qurumların mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını öyrənir, bu təşkilatlarla elektron rabitə vasitəsilə əlaqə yaradır. E-xidmətin tətbiqi dövlət orqanlarında daxili şəbəkə bazasının yaradılması və elektron sənəd dövriyyəsinin effektiv idarə edilməsini təmin etməklə bərabər, həm dövlət idarə orqanları, həm də vətəndaş cəmiyyəti arasında koordinasiyasını gücləndirir.

Elektron hökumətin və onun tərkib hissəsi olan e-xidmətlərin geniş tətbiqi informasiya cəmiyyətinin inkişafına təkan verir və ən yeni texnologiyaların iqtisadiyyata gətirilməsini təmin edir. Bu isə, son nəticədə, innovasiyalar iqtisadiyyatının möhkəmlənməsini təmin etməklə yanaşı, iqtisadi fəallığın artmasına səbəb olur. Bu siyasət ölkədə iqtisadi artıma, yeni iş yerlərinin yaradılmasına xidmət edir, insanların həyat səviyyəsini yaxşılaşdırır.

Azərbaycan hazırda yeni bir inkişaf mərhələsinə qədəm qoyub və ölkə qarşısında müasir dövrün reallıqlarına uyğun vəziflərə müəyyən olunub. Azərbaycan yeni iqtisadi çağırışların astanasındadır və iqtisadi və siyasi islahatlara hazırlaşır. İqtisadi idarəetmədə güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi, qanunun aliliyinin təmin olunması əsas tələblərdəndir."Gələcəyə baxış-2020: İnkişaf Konsepsiyası"nda Azərbaycan xalqının bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin olunması kimi hədəflər xüsusi yer tutur, burada e-hökumət və güclü informasiya cəmiyyətinin təmnatı əsas meyarlardandır. Bu mənada, dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin gücləndirilməsi mühüm əhəmiyyət kəsb etmiş olur.

 

 

Səsanalitik qrupu

 

 Səs 2012.- 20 iyul.-  S. 11