Qədim
Azərbaycan Manna dövlətində mədəniyyət
Manna dövlətində inkişaf
etmiş maddi mədəniyyət, sənətkarlıq,
memarlıq və incəsənət mövcud idi. "Azərbaycan
tarixi"ndə göstərilir ki, Mannanın ərazisi hələ
qədim zamanlardan, Arata dövründən etibarən
İkiçayarası hökmdarlarının diqətini cəlb
edirdi. Burada zəngin faydalı yeraltı və
yürüstü mədənlər vardı. Manna ərazisində
qiymətli metallar, müxtəlif metal filizləri, qiymətli
daşlar, daş və ağac tikinti materialları əldə
edilirdi.
Manna dövlətində inkişaf
etmiş maddi mədəniyyət, sənətkarlıq,
memarlıq və incəsənət mövcud idi. "Azərbaycan
tarixi"ndə göstərilir ki, Mannanın ərazisi hələ
qədim zamanlardan, Arata dövründən etibarən
İkiçayarası hökmdarlarının diqətini cəlb
edirdi. Burada zəngin faydalı yeraltı və
yürüstü mədənlər vardı. Manna ərazisində
qiymətli metallar, müxtəlif metal filizləri, qiymətli
daşlar, daş və ağac tikinti materialları əldə
edilirdi.
Mannada qızıl,
gümüş, tunc və mis qab-qacaq hazırlanması sahəsində
peşəkar sənətkarlar yetişmişdi. Assur
hökmdarları II Aşşurnasirpal və III Salmanasar Gizlan
vilayətindən qızıl, gümüş,
qurğuşun və mislə bərabər, xərac kimi mis
qablar da almışdı. V Şamşi-Adad Qizilbunda vilayətində
qızıl, mis ilə yanaşı, gümüş qablar ələ
keçirmişdi. Onların içərisində
adi qablardan başqa, mis kasalar, bardaqlar və nimçələr
də vardı. Mannada xüsusilə mis qablar hazırlama sənəti
daha geniş yayılmışdı. Misgərlik ənənəsi
Azərbaycanda uzun müddət öz varlığını
saxlamışdı. Mannanın müxtəlif şəhərlərində
sənətkarlıq emalatxanaları
vardı. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar
və yazılı məlumatlar göstərir ki, Mannada bir
sıra peşələrlə yanaşı, zərgər, dəmirçi,
misgər, heykəltəraş, istehkam tikən, daş yonun və
s. sənət növlərilə məşğul olan sənətkarlar
vardı. Həsənli arxeoloji məskənində
aşkar olunmuş daş formalarda arxeoloji məskənində
aşkar olunmuş daş formalarda müxtəlif metal əşyalar,
oraq, toxa, balta və bəzək əşyaları
tökürmüşlər. Mannanılar metaləritmə və
tökmə sənətini də mənimsəməmişdir.
Belə sənətkarlar silah hazırlanmasında bilavasitə
iştirak edirdilər. Qazıntılar zamanı Həsənli
məskənindən xəncər, ox, ucları, dəbilqə
və s. aşkar olunmuşdur. Silahlar adətən dəmir və
tuncdan hazırlanır, müxtəlif bəzək vurulurdu. Bəzi xəncər dəstəkləri
qızıl və gümüşlə naxışlanmışdı.
Müxtəlif mövzulara həsr olunmuş zərgərlik əşyaları
(e.ə.VIII-VII əsrlər) Ziviyədə (qədim
Zibiya) aşkar edilmişdir.
Ziviyə
(Zibiya) Manna qalalarından idi. Ziviyə dəfinəsində qızıl
döşlük, mücrü, qabarıq qızıl
üzük, hansı ki, adətən, qalxana və
qılınc dəstəyinə bəzək kimi çəkilirdi,
qılınc qınının və dəstəyinin hissələri,
at qoşu ləvazimatının gümüş və tunc
hissələri, dəmir qılınclar, qızılla bəzənmiş
şah başlığı, gümüş sini, tuncdan
düzəldilmiş "vanna" qalığı
qızıl və gümüşdən hazırlanmış
ritonlar qızıl kəmər və qiymətli əşyalar
saxlanılırdı. Təxmini hesablamalara
görə, Ziviyə dəfinəsində qızıl,
gümüş və fil sümüyündən
hazırlanmış 341 əşya varmış. Bu əşyalar Mannada zərgərlik sənətinin
yerli və qonşu ölkələrin ənənəsi ilə
əlaqədar inkişafını əks etdirir. Heç bir şübhə yoxdur ki, bu əşyaların
yaradıcısı Manna sənətkarları olmuşlar.
Həsənli (Urmiya gölünün cənubu)
və Marlikdən (Gilanın Rudbar kəndinin 14 km-də)
tapılmış əşyaların ümumi
oxşarlığı bu sənət abidələrini
mannalı sənətkarların məhsulu kimi qəbul etməyə
imkan verir.
Bu əşyaların
kimlər üçün hazırlanması da mübahisəyə
səbəb olmuşdur. Əşyalar
arasında "skit üslubu" qabların olması belə
bir ehtimal yaratmışdı ki, guya bu dəfinə yerində
skit hökmdarı Madi dəfn edilmişdir. Digər fərziyyələrə görə, bu əşyalar
guya Midiya hakimləri üçün düzəldilmişdi,
halbuki e.ə. VIII-VII əsərlərdə Midiyanın Manna
üzərində heç bir siyasi təsiri və
ağalığı olmamışdı. Ziviyə
dəfinəsi ya Manna hökmdarına, ya da kimmer-skit-sak
padşahlığının hökmdarı Tuqdammeyə mənsub
olmuşdur.
Tədqiqatçı
Solmaz Qaşqay arxeoloji qazıntılara və mənbələrə
əsaslanaraq, göstərir ki, Manna ərazisinin zəngin
faydalı qazıntı mənbələri həmişə
Aşşur işğalçılarının diqqətini cəlb
etmişdir. Kitabələrdə ələ
keçirilmiş qızıl, gümüş, mis,
qurğuşun və s. adı çəkilir.
Yazılı
abidələr dövründə metallar, onlar istehsalı və
emaletmə sənəti Yaxın Şərqdə artıq
çox yaxşı məlum idi. Aşşur
mixi yazılı mənbələrindən istifadə edilən
metalların adı bizə məlumdur. Yalnız
- annaku (m) termini anlaşılmazdır. Onu
gah qurğuşun, gah da qalay kimi tərcümə edirlər.
"Annaku (m)" sözü haqqında mütəxəssislərin
mülahizələri B.Landebergerin tədqiqat işində nisbətən
dolğun işqlandırılmışdır.
Belə
güman edilir ki, qalay qədim dövrlərdə zəngin və
müxtəlif çeşidli faydalı qazıntı
yataqları olan Qafqazda və Təbriz rayonunda
çıxardılırdı. Strabonun
adını çəkdiyi qədim Drangiananın da qalay tədarükçüsü
olması güman edilir. Tarixçilərin
mülahizələri başlıca olaraq arxeoloji materiallara,
daha doğrusu, əldə edilmiş tunc məmulatı tərkibində
qalayın mövcudluğuna əsaslanır. Ona görə də, anlaşıldığı
kimi qalay mənbələrinin hardasa metaləritmə mərkəzinin
yaxınlığında olması güman edilir.
Yeri gəlmişkən,
qeyd etmək lazımdır ki, təbiətdə təbii halda
saf qalaya təsadüf olunmur. Onun əsas
birləşməsi qranitdə və qrant suxurlarda, habelə,
qalaylı tapılmış metaləritmə
emalatxanalarının qalıqları da sübut edir.
Aşşurların
qurğuşuna olan marağı ondan istehsalın müxtəlif
sahələrində istifadə edilməsi ilə izah
olunmalıdır. Qurğuşun da mis kimi
ödənc vasitəsinə çevrilə bilər və
gümüşü əvəz edib pul rolu oynaya bilərdi.
Tunc məmulatı tərkibində ərinti
qatışığı kimi qurğuşuna tez-tez,
özü də kifayət dərəcədə (2 faizədək)
təsadüf olunur. Bundan əlavə, ondan boyaq (ağ boyaq, sülükən, kron və s.) mis
hazırlanmasında lazım olan qurğuşun oksidi almaq
üçün istifadə edilirdi. Misir materialları
qurğuşundan insan və heyvan fiqurları, balıq ovu toru
üçün qursalar, üzüklər, muncuqlar və s. bəzək
əşyaları, məcməyi, boşqab, tıxac, habelə,
mərasim qabları və heykəllərinin baş geyimlərini
qəliblərinin hazırlanmasında istifadə edildiyini
göstərir. Quruğuşundan həm də
tunc çəki daşlarının və tunc heykəlciklərin
boşluğunu doldurmaq üçün də istifadə
olunmuşdur.
Herodotun
yazdığından məlumdur ki, Babildə Fərat
çayı üzərində daşları bir-birinə
"dəmir və quruğuşunla bəndlənmiş"
körpü tikilmişdi. Göründüyü
kimi, qalaydan fərqli olaraq quruğuşun digər metallarla
yanaşı, daha gərəkli material olmuş və ondan daha
geniş istifadə edilmişdir.
Q.A.Melikişvili
Puluadi əyalətinin adını Ön Asiyanın bir
çox dillərində mövcud olan pulad ("polad")
sözü ilə əlaqələndirir. Bu sözün
indi mövcud olan dillərin materialları əsasında
etimologiyası açılmadığına görə,
Q.A.Melikişvili zənn edir ki, həmin söz həmişə
olduğu kimi, metal və metal məmulatı istehsalı ilə
məşğul olmuş tayfaların və ya yerlərin
adından, burada isə məhz Urartu mənbələrində
adı çəkilən Puluadi ölkəsinin adından
yaranmışdır. Həqiqətən də, bu ölkənin
lokalizə edildiyi rayonda indi də mis, qurğuşun, dəmir
və s. metallar çıxarılır.
Qədim
sənətkarlar əsasən, təbii ehtiyatların onlara
verdiyi imkanlardan faydalanmışlar. Puluadi əyaləti
ilə yaxın qonşuluqda yerləşən Mərlik
tapıntıları onların metal məmulatı
istehsalında necə bir sənətkarlığa və məharətə
nail olduqlarını göstərir.
Aşşur
hökmdarları göstərilən ərazilərdən
metallarla yanaşı, onlardan hazırlanmış əşayaları
da ələ keçirir və ya xərac kimi alırdılar.
II Aşşurnasirapal Zamualı Amekanın "çoxlu əşyalar,
mis səhənglər, mis kasalar, mis məcməyilər, onun
sarayının xəzinəsinin, toplanmış
varidatını ələ keçirdiyi barədə məlumat
verir. III Salmanasar Gilzandan bac kimi
gümüş, qızıl, qurğuşun, həmçinin,
mis qablar alır. V Şamşi-Adad Gizilbundada
gümüş qablar əla qızıl və mis ələ
keçirir".
Həsənluda
tapılmış qızıl və gümüş məmulat
də sənətkarların yüksək məharətinə
gözəl misaldır. Yuxarıda
adını dəfələrlə çəkdiyimiz
qızıl cam, bir də gümüş qədəh
xüsusilə maraqlıdır. Qızıl
camın üzərində Allahlara qurbanvermə mərasimi,
miflərdən və ya görünür, əhali arasında
geniş yayılmış dastandan ayrı-ayrı sahələr
təsvir edilmişdir.
R.Dayson
onun e.ə. IX əsrdən xeyli əvvəl - e.ə I
minilliyin əvvəllərində
qayrıldığını qəbul edir. E.Porada bu
camı daha əvvəllərə - e.ə. XII-X əsrlərə
aid edir. R.Daysonun fikrincə, üzərində
Hürrilər dövrü Mesopatomiyalıları və
suriyalıları xatırladan təsvirlər olan bu cam
göstərilən əyalətlər üçün nadir əşyadır,
və o, buraya xaricdən gətirilən və yaxud
mannalıların hərbi əməliyyatları zamanı ələ
keçirilə bilərdi. Lakin digər əyalətlərdə
aşkar edilmiş əşyalarla oxşarlığa malik olsa
da Həsənulu qızıl camı təsviri üslub cizgilərinə
və hazırlanmasının texniki xüsusiyyətlərinə
görə hamısından fərqlənir. Həsənlunun özündə aşkar edilmiş
tapıntılar və Mərlikdə yüksək sənətkarlıqla
hazırlanmış çoxlu miqdarda zərgərlik əşyaları
tapıntıların yerli mənşəli olmasını və
inkişaf etmiş özünəməxsus zərgərlik sənəti
məktəbinin mövcudluğu barədə fikir
yürütməyə imkan verir. Gümüş qədəhin
üzərində qızılla gümüş
qatışığından - elektrondan düzəldilmiş
reylefli təsvirlər vardır və bunlar ehtimal ki, qələbə
səhnəsini əks etdirir: məğlublar cəng
arabasının dalına düşüb gedirlər. Hər iki məlumatdakı təsivirdə eyni
kompozisiya üsulundan istifadə edilmişdir.
Üzərində
qrifonların və qanadlı öküzlərin qorelyef təsvirləri
olan Mərlik qızıl qabları maraqlıdır. Onun
üzərində dirilik ağacının yanlarında dal
ayaqları üstə qalxmış, qanadları olan dörd
öküzün başlarının qabarıq təsviri
vardır; bu heyvanların 2 santimetr qabağa çıxan
reylefli başları ayrılıqda hazırlanmamış,
qabın gövdəsi ilə birlikdə döymə üsulu
ilə bütöv bir əşya kimi düzəldilmişdir.
E.ə.
I minilliyin əvvəlində Urmiya hövzəsi
vilayətlərinin Assuriya ilə qarşılıqlı
münasibətlərini intensiv vaxtında şirli keramikadan
hazırlanan əşyalar da meydana gəlir. Məlum olduğu kimi, assurlar bu növ keramika
hazırlamaqda hələ Orta Assuriya dövründən kamilləşmişdir.
Həsənludan yerli
ustaların əlinin məhsulu olan şirlənmiş boz,
sarımtıl-boz və göyümtül-ağ rəngli
nadir qablar və divar kaşıları, habelə, bunların
daha səliqəli hazırlanmış, ola
bilsin, kənardan gətirilmiş bir neçə nümunəsi
tapılmışdır.
Daşişləmə
sənəti üçayaqlı dövrə, mərmərdən
yonulmuş əsa başı, alebastradan hazırlanmış
gözəl qabla təmsil olunmuşdur. Daşdan
yonulmuş silindrşəkilli möhürlər incəliyi ilə
fərqlənir: bunların bir qisimində ov səhnələri,
diz çökmüş oxatanların və müxtəlif
heyvanların fiqurları təsvir olunmuşdur. Həmin
möhürləri Assuriyanın son dövrü möhürləri
ilə əlaqələndirirlər. Dirilik
ağacı və yanlarında keçilər təsvir edilən
başqa tip möhürləri e.ə. II minilliyin
ortalarından I minilliyin əvvəlinədək Yaxın
Şərqin əksər hissəsində yayılmış
Mitanin üslubu deyilən üslubda əlaqələndirirlər.
Ağac və
sümük də gil kimi təsərrüfatda
istifadə edilən əsas materillardan idi. Ağac
qalıqlarının tədqiqi göstərir ki, burada qovaq, sərv,
qaraqac, yemişan, alma və armud
ağaclarının oduncağından istifadə edilirmiş.
Bərk
oduncaq növlərindən yaşayış evləri
tikintisində tir kimi istifadə olunur, nizə, topuz və ox
sapları qayırılırdı. Müxtəlif
əşyaların gövdəsi ağacdan yonulur, sonra
üstünə metaldan üz çəkilirdi.
Ağacdan yonulmuş
relyefli atlı heykəli Həsənluda
ağac oymaçılığı sənətinin nümunəsidir.
Ağacdan düzəldilmiş adam
başı da qalmışdır: uzun ensiz sifəti, çox
qabağa çıxan burnu vardır, qaş-gözü
inkrustasiya üsulu ilə qoyulmuşdur.
"Azərbaycan
tarixi"ndə göstərilir ki, Mannada toxuculuq sənəti
geniş yayılmışdı, Həsənli
qazıntıları zamanı müxtəlif parça tikələri
aşkar olunmuşdur. Toxuculuqda adətən
qoyun yunundan və keçi qəzilindən istifadə edirdilər.
Geyim əşyaları hazırlanmasına qoyun
yunu sərf olunurdu. Yun müxtəlif rənglərə
çalırdı. Mannalılar yun və
yun məmulatından da vergi verirdilər. II
Aşşurnasirpal Zamua vilayətindən vergi kimi yun və
müxtəlif rəngə çalan yun paltarlar (yəqin
Mannada boyaçılıq sənəti də mövcud
imiş) almışdı. Uzun, qısa qol
üst geyim paltarları olmuşdur. Manna
döyüşçüləri, adətən, həm uzun, həm
də dizə çatan gödək libasda təsvir
edilmişdir. Heç şübhəsiz,
qadınlara məxsus geyimlər də mövcud olub, lakin
qadın libası o dövrün təsvirlərində öz əksini
tapmayıb. Mannada memarlıq sənəti
inkişaf tapmışdı. Hələ
Arata dövründə bu ərazidə məbəd və
saray tikən, onlara naxış vuran ustalar vardı. Mannalılar əcdadlarının qədim
memarlıq ənənəsini davam etdirirdilər. Qonşuların Mannaya qarşı
işğalçılıq siyasəti ölkədə
müdafiə istehkamlarını və qala tipli yəhərlərin
tikilməsini sürətləndirdi. Artıq
IX- VIII əsrlərdə Mannada xeyli qala tipli şəhərlər
salınmış və istehkamlar tikilmişdi. Mannanın paytaxtı İzirtu, Sirdakka, Uşkaya,
İştatti (Atranu), Uraş, Panziş, Tarun, Tarmakisu, Zibia və
başqaları qala divarları ilə əhatə
olunmuşdu. Asur və Urartu
hökmdarları Manna ərazisində bir çox istehkam və
qalaların olduğunu qeyd etmişdilər. Urartu hökmdarları Manna ərazisinə basqın
edərkən yerli qalaları dağıdır və öz
hakimiyyətlərini burada saxlamaq üçün istehkamlar
saldırırdılar. Hazırda Cənubi
Azərbaycanda bir sıra qədim qala və istehkamların
qalığı (xarabalığı) məlumdur. Bəzi tədqiqatçılar bunları heç
bir əsas olmadan yazılı qaynaqların məlumatına
uyğun gəlmir. Mixi yazılı
qaynaqlardan məlum olur ki, Manna ərazisində çoxlu
istehkam və qala tipli şəhərlər
salınmışdı. Bu qala və
istehkamlar Mannanın memarı tərəfindən
ucaldılmışdır. Mannada
istehkamtikmə sənəti ilə muşğul olan mahir
peşəkar ustalar vardı. Onların
tikdiyi qala qalıqlarından biri Həsənlidə aşkar
edilişdir. Həsənli qalası enli və
uca divarla əhatə olunmuşdu. Qala
divarı üzərində müşahidə
üçün qüllələr tikilmişdir. Sanqibutu vilayətində düşmən
basqını haqda xəbər vermək üçün
xüsusi qülləli istehkamlar tikilmişdi. II Sarqon bu
haqda belə məlumat verir: "Müşahidə aparmaq
üçün dağ zirvələrində burclər
ucaltmışdılar... onlar gündüz və gecə
düşmənin yaxınlaşmasını bildirən
tonqalın yanmasını izləyirdilər". Həsənli qala şəhərində
iki-üç mərtəbəli binalar tikilmiş, həmçinin,
məbəd salınmışdı. Asur
hökmdarları Mannada ibadət yerlərinin olması barədə
məlumat vermişlər. Yəqin ki, ibadət
xüsusi binalarda yerləşirmiş.
Manna
hökmdar saraylarının, məbədlərin, ibadət və
yaşayış binalarının necə bəzədilməsi
barədə məlumat qalmamışdır. Lakin əşyalar üzərindəki şəkil və
naxışlar Manna təsviri incəsənəti haqqında
müəyyən təsəvvür yaradır. Həsənlidə aşkar edilmiş qızıl
cam üzərində əfsanəvi səhnə, Marlikdə
tapılmış böyük qızıl qədəh üzərində
isə təsvirli nağıl əks olunmuşdur.
Müxtəlif
təsvirlər bəzi Ziviyə əşyaları üzərində
öz əksini tapmışdır. Qızıl
və gümüşdən buynuz şəklində
hazırlanmış, riton adlandırılan içki
qabları üzərində heyvan fiqurları
canlanmışdı. Adətən, bu dağ
keçisi, yaxud ahu başının təsviri olurdu.
Mannada
qiymətli metallardan müxtəlif əşyaların
hazırlanması ənənəsinin kökü Aratta
dövrünə gedib çıxır.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs .-2012.-
21 iyul.- S. 14.