Qədim
Azərbaycan Manna dövlətinin əhalisi
Qədim Azərbaycan Manna dövlətinin əhalisi
türkdilli mannalardan ibarət idi. Tarix elmində Manna əhalisinin
etnik tərkibi haqqında müxtəlif baxışlar
mövcuddur. S.Qaşqay mənbələrə əsaslanaraq
yazır ki, R.M.Böhmer Manna əhalisini hürri hesab edir və
Manna dövlətinə aiddiyyatı olan Aşşur və
Urartu mətnlərində qeyd edilən şəxs
adlarının və coğrafi adların tam
siyahısını göstərir. Bu adları təhlil edərək,
o, belə nəticəyə gəlir ki, onların əksəriyyəti hürrilərə bəziləri
kassilərə, ancaq bir neçəsi isə irandillilərə
aiddir.
Qədim Azərbaycan Manna dövlətinin əhalisi
türkdilli mannalardan ibarət idi. Tarix elmində Manna əhalisinin
etnik tərkibi haqqında müxtəlif baxışlar
mövcuddur. S.Qaşqay mənbələrə əsaslanaraq
yazır ki, R.M.Böhmer Manna əhalisini hürri hesab edir və
Manna dövlətinə aiddiyyatı olan Aşşur və
Urartu mətnlərində qeyd edilən şəxs
adlarının və coğrafi adların tam
siyahısını göstərir. Bu adları təhlil
edərək, o, belə nəticəyə gəlir ki,
onların əksəriyyəti
hürrilərə bəziləri kassilərə, ancaq
bir neçəsi isə irandillilərə aiddir.
Q.A.Melikişvili
hesab edir ki, Şərqə doğru xeyli uzaqlara irəliləmiş
hürri ünsürləri Dağlıq Zaqroşda
adacıqlar şəklində
Zaqroş-Elam dil qrupuna mənsub əhali arasında
mövcud idilər. Lakin Manna dövləti hürri təsirini
hürri etimologiyasının seçildiyi bəzi şəxs
adlarına və toponimik adların tədqiqinə əsaslanan
fərziyyələr irəli sürmüşdür. O, belə
hesab edir ki, həmin şəkilçili toponimik adlar mənşəcə
İber-Qafqaz dillərinin Şimali-Şərqi Dağıstan
qrupuna yaxındır. Dağıstanda indi də şəkilçili toponimlərə
addımbaşı təsadüf edilir. (Qunib, Purib, Kaxib,
Arçıb, Qalib və s.) Bundan başqa Q.A.Melikişvili
Alban-Dağıstan və Urmiyayanı əyalətlərin qədim etno-toponimik adlarındakı
oxşarlığa (ümumiliyə) də nəzəri cəlb
edir. O, nümunələr göstərir: Zikertunun paytaxtı
Parda və Albaniyada Bərdə şəhəri, qədim
Andiya və Dağıstan müasir toponimikasında Andi və
s.
R.Dayson
belə hesab edir ki, hürrilər ta Elamadan Zaqroş dağlarına
səpələmişdilər və Manna dövlətinin də
əhalisi hürrilər olmuşdur. Onun ehtimalına görə,
hürrilər Həsənlu rayonunda hələ e.ə. XII əsrdə
mövcud idilər. Bu rayonda təqribən e.ə. XIII əsrin
sonunda e.ə. XII əsrin əvvəlində mədəniyyətlərin
əvəzlənməsi baş verdi. Əvvəllər
mövcud olmuş ölüləri yaşayış məskəninin
daxilində basdırma adətindən fərqli olaraq, qəbiristanlıq
üçün xüsusi sahələr ayrılması adətinin
meydana çıxması da həmin dövrə aiddir. Həmin dövrədək orada yayılmış və
e.ə. 1600-1250-ci illərə aid edilən (Həsənlu VI
dövrü) paralel zolaqlar,
büsbütün üçbucaqlar, dam-damalar, şüa xətləri
və s. həndəsi ornamentlərlə bəzədilmiş
boyalı keramika, demək olar ki, tamamilə aradan
çıxır. Onu məmulatları çox kobud
hazırlanmış tutqun qara rəngli monoxrom keramika (Həsənlu V dövrü) əvəz edir.
Tutqun qara rəngli keramika ənənələri sonralar (Həsənlu IV
dövrü) da davam edir, köhnə formalar qalmaqla
yanaşı, yeniləri meydana çıxır. Əşyalar
nisbətən səylə hazırlanır və daha zərif
görkəm alır.
R.Daysonun
fikrincə, e.ə. XII əsrdən e.ə. VII əsrədək
qəbiristanlıq üçün eyni bir sahədən
istifadə adətinin davam etdirilməsi və oxşar dəfn
adətlərinin mövcudluğu da əhalinin etnik tərkibinə
sabitliyini təsdiq edir. Qəbrə ölü ilə
yanaşı, içində yemək və içki olan müxtəlif
küplər, bəzək əşyaları qoyulurdu. IV
dövrdə yalnız içki küplərinin forması
özündən əvvəlki dövrün formalarından fərqlənir.
Lüləyi uzun çaydan
növlü formalar üstünlük təşkil etməyə
başlayır.
1957-ci-1958-ci
illərdə Həsənluda aşkar edilmiş sümük materiallarının, eləcə
də, O.Steynin 1936-cı ildə burada qazdığı
materialların tədqiqi yerli sakinlərin əsasən
uzunbaşlı, Aralıq dənizi tipli olduğunu göstərir.
T.A.Ratbun belə nəticəyə gəlir ki,
uzun bir dövr ərzində burada əhalinin fiziki tipi yekcins və
sabit olmuş, həm də müxtəlif mədəniyyətlər
dövrünün nümayəndələri arasında elə
bir fərqlənmə əlaməti müşahidə edilməmişdir.
R.Dayson da bu tipin e.ə. I minilliyin əvəllərində Həsənluda,
Göytəpədə və s. yaşanılanlarla uyğun gəldiyini
göstərir. O, qeyd edir ki,
yalnız e.ə. IX-VIII əsrlərdə Təpə Sialkda, həmçinin,
Xəzər dənizi sahilində I Şahtəpədə
qısabaşlı, həm də lap qısabaşlı fərdlər
görünməyə başlayır.
Həs¸nlu qazıntıları zamanı
tapılmış müxtəlif bədii sənət əşyaları
üzərində insan təsvirləri aşkar edilmişdir. İnsan
fiqurlarına naxış vasitəsi kimi qablarda, möhürlərdə
və bir tunc dəstəkdə təsadüf olunur. Onların
enli burnunun üstü alınla düz birləşmiş
gözləri aralı olmuş; qısa saqqal və çiyinlərədək
tökülmüş uzun saç saxlamışlar. Skelet
qalıqlarına əsasən,
V.Krouford belə nəticəyə gəlir ki, onlar orta
boylu (təqribən 165 sm) olmuşlar. T.A.Ratbun daha dəqiq
ölçü göstərir: kişilərin orta boyu –
168,32 sm, qadınlarınkı-159, 55 sm.
R.Daysonun fikrincə, bütün bu mədəniyyət
elementləri və antropoloji dəlillər mannalıların
hürrimənşəli olmaları lehinədir. Həsənlular tapılmış qızıl
camın üzərindəki təsvirlərin Q.Porada tərəfindən
Kumaria haqqında hürri mifinə illüstrasiya kimi çox
inandırıcı şəkildə şamil edilməsi də
mannalıların hürrimənşəli olmaları xeyirinə
tutarlı dəlildir.
S.Qaşqay yazır: «Beləliklə, tədqiq edilən ərazinin
əhalisinin etnik mənsubiyyətinin müəyyənləşdirilməsində
linqvistik təhlillə
yanaşı, maddi mədəniyyət dəlillərini də
nəzərə almaq lazımdır. Urmiyayanı əyalətlərin
bizə məlum olan qədim əhalisi olan kuti-lullubu etnik
qrupları hürrilərin buraya gəlməsi ilə tamamilə
aradan çıxa bilmədi. Görünür, kuti-lullubu və
hürri tayfaları uzun müddət yanaşı
yaşamış, sonralar mannalıların güclənməsi
ilə əlaqədar olan vahid dövlətdə birləşmişlər.
Kuti və hürri dillərinin qohum olması da
mümkündür. Qədim Şərq dilləri
və Qafqaz dilləri arasında linqvistik əlaqələr
problemini tədqiq edən İ.M.Dyakonov belə hesab edir ki,
hürri-Urartı dili çox güman ki, küti
tayfalarının da mənsub olduqları nax-Dağıstan
dilləri qrupu ilə bir sıra oxşar struktur cizgilərinə
malikdir. O, öz nöqteyi-nəzərini və kuti
tayfalarının yaşadıqları ərazilərdə
yayılmış Kür-Araz eneolit mədəniyyətinin
mövcudluğu faktı ilə əsaslandırılır.
Mannalılar
hətta hürri olsaydılar da, bu, heç də
mannalıların birləşdirdikləri bütün ərazilərdə
hürri tayfalarının yaşadıqları demək
deyildir. Hər şeydən əvvəl, bunun etiomologiyası
açılmamış və hürri dili ilə izah edilə
bilməyəcək toponimik adlar qalmış şimal əyalətləri
barədə dəqiq söyləmək olar.
Bununla əlaqədar hesab etmək lazımdır ki, istər
bu, istərsə də digər tayfalar e.ə. I minilliyin əvvəllərində bu ərazidə
inkişaf edən mədəniyyətə öz töhfələrini
vermişlər.»
Q.Qeybullayev mannalıların türk mənşəli
olmasını müdafiə edir. O, mənbələrə əsaslanaraq,
göstərir ki, Urmiya gölünün ətraf ərazisi və
oradakı əhali er. əvvəl IX əsrə (dəqiq ilk dəfə
er. əv. 843-cü ildə) aid Assur
mənbəyində Manna
er. əv. VIII əsrə aid
Urartı mənbəyində Manna adlanır. Manna ərazisi
er. əvvəl III minillikdən başlayaraq, kuti və lulubelərin
məskun olduqları ərazi olduğuna görə, mannalar
(yaxud mannalılar) onların birbaşa varisləri
sayılır. İ.M.Dyakonov yazır ki, Manna dövləti
lulube-kuti dövlət qurumu idi.
Tarixşünaslıq Manna müəyyən bir etnosun
adı kimi nəzərə alınır. Q.A.Melikişvili
yazır ki, Manna yerli etnik addır. Deməli, ölkə orada
yaşayan «Manna» etnosunun adı ilə adlanmışdır.
Manna əvvəlcə konkret bir tayfanın, sonra tayfa birləşməsinin,
daha sonra er. əv. IX əsrin 30-cu illərindən Azərbaycan
ərazisində ilk dövlət qurumunun adıdır. Bu
dövlət er. əv. 615-613-cü illər arasında Midiyaya
birləşdirilmişdir. Ümumiyyətlə, qədim
türk xalqlarının tarixində Manna ilk türk dövlətidir.
Azərbaycanlıların dövlətçilik ənənəsinin
tarixi Mannadan başlanır. Yuxarıda deyildiyi kimi, «Manna»
müəyyən bir etnosun etnik adı, özünü
adlandırmasıdır. Bununla əlaqədar olaraq, iki problemi
həll etmək lazım gəlir: «Manna» etnoniminin yerli tələffüz
formasının bərpa edilməsi və mannaların etnik mənubiyyətlərinin
müəyyənləşdirilməsi.
Mannaların türk mənşəli olduğunu göstərən
mühüm faktlardan biri də Urmiya gölünün
adlarının türkcə olmasıdır. Bir antik mənbədə Urmiya gölü
«Mantiana» adlandırılır (Strabon XI, XIV, 8). Tədqiqatçılar bu toponimi mənbələrdə
Midiyada yaşaması göstərilən və hürri mənşəli
sayılan Matian, Matiyen tayfasının adı ilə eyniləşdirmiş
və bununla da mannaların hürri mənşəli
olması nəticəsinə gəlmişlər (50,12). Əslində, «Mantiana» toponimindəki
«ana», yaxud «ena» sonluğu qədim yunan dilində, adətən,
yer adlarına əlavə olunan (məsələn, Atropatena,
Kaspiana, Sirakene və s.) şəkilçidir. Deməli,
«Mantiana» toponiminin kökü «Manti»-dir. Əslində, bu ad
Mantu kimi bərpa olunmalıdır; «Mantu» hidronimi isə «mai»
komponentindən və «su» sözünün fonetik şəkli
(qədim türk dillərində s-t əvəzlənməsi
vardır, müasir Caqatu və Taqatu çaylarının
adlarında olduğu kimi) olan «tu» sözündən ibarətdir.
Türk dillərində t-s əvəzlənməsi
məsələn, turanq və şuranq (şoranlıq)
sözlərində əksini tapmışdır. Qərbi
Sibirdə Altaymənşəli kamasinlər, koyballar və
karakaslar indi də «göl» sözünü thu
sözü ilə ifadə edirlər. Altayda Sayan dağlarında bu göl Thu
adlanır. Altay dil ailəsinə mənsub selkup
dilində tu «göl» deməkdir. (E.Q.Bekker.
Yujno-samodiyskie qidronimı Tomskoy oblasti, «Toponimka Vostoka», M. 1969,
s. 183). «Mantu» hidronimindəki «mann» komponenti
isə qədim türkcə menqi (qırğızca menqi,
manqi, özbəkcə manqu, buryatca menxu, xalxa-monqolca munx və
s.) «daimi», «həmişəlik» (yəni
axan sulardan fərqli olaraq «axmayan su», «daim dayanan su»)
sözünün fonetik formasıdır. Ehtimal
ki, sözün sonundakı «iq» qovuşuq səsi «i» kimi tələffüz
edilmiş, ondan sonrakı «i» səsini Strabon, yaxud onun məlumatçısı
ixtisar etmişdir. Beləliklə, «Manti»
(ana) hidronimi azərbaycancaya çevrilsə, «daimi (axmayan) su
«göl» mənasını verir. Müqayisə
üçün deyək ki, Tuvada Menqi-Xol (Mengi-Göl)
adlı göl vardır (145, 368).
Qeyd edilməlidir
ki, asur mənbələrində Urmiya gölü Zamua
adlanmışdır. İndiyədək
bu adın mənası açılmamışdır.
«Zamua» hidronimindəki «mua» komponenti, məsələn,
başqırdca bıua, tatarca bua «türk dillərində m.b əvəzlənməi
səciyyəvidir), bu (su, göl) sözü (62,30).
Ola bilər. Çox maraqlıdır ki, Şumer dilində pu «bulaq» mənasındadır.
Tatarıstanın hidronimiyasında «bua»
sözü geniş yer tutur. (82) Tunqus-Mancur dillərində
mu, mue «su» deməkdir (bax: Sravnitelnıy slovar
tunquomançurjurskix yazıkov, c.1,L, 1975,
s. 548). Qərbi Sibirdə kamasinlər, koyballar və
karakasların dillərində «bu» sözü «çay» deməkdir
(Bax: E.Q.Bekker, göst, məqaləsi.s. 183). Adın
birinci komponenti güman ki, türkcə çay, say, yəni
«vulkan mənşəli daşlı yer» (145, 491-492) deməkdir.
«Zamua» hidroniminin «mua» komponenti Urmiya
gölünün adında indiki tələffüzdə «miya»
hissəsi ilə eynidir. «Urmiya» hidronimi Altay dil ailəsinə
mənsub ur, ure, yəni «yüksəklik» (Bax: Sravnitelniy slovar
tunquso-mançjurskix yazıkov c. İ. L.1977 və mua, yəni
«su (göl)» sözlərindən ibarətdir.
Həqiqətən də, Urmiya gölü dəniz
səviyyəsindən 1300 m yüksəklikdə yerləşir.
Q.Qeybullayev daha sonra
yazır: «Bununla əlaqədar olaraq «Urartu» adının mənşəyi
diqqəti cəlb edir. Tədqiqatçılara görə, bu
ad sami mənşəli asur dilindədir və
«hündür ölkə», «yüksək dağlıq yer» mənasındadır.
Həqiqətən də, urartular «Urartu»
adını bilmirdilər, onlar ölkələrini Biaini
adlandırırdılar. Lakin «ur» və
«art» tərkib hissələri mənşəcə aur dilində
deyildir. Güman ki, «Ur-art» kimi
səslənmiş bu adın yalnız sonundakı «u»
adlıq hal şəkilçisi asurcadır və deməli,
«Ur-art» adını asurlar hansısa bir türkmənşəli
xalqdan mənimsəmişdir. «Ur-art» adı qədim türkcə
or, ur «hündür», «yüksəklik»
(Urmiya gölünün adında olduğu kimi) və art
«dağlıq ərazi» (Art-Sak adında olduğu kimi) mənalarındandır.
Dağlıq Altayda əvvəli «ur», sonu «art»
sözləri ilə düzəlmiş çoxlu oronim məlumdur.
Həqiqətdə də, Urartu ölkəsi Van
gölünün ətraf dağlıq ərazisini əhatə
edirdi.»
Müəllif
qeyd edir ki, «Avesta»da və pəhləvi mənbələrində
Urmiya gölü Çayeçasta adlanır. Bu adın indiyədək inandırıcı
etimologiyası verilməmişdir. Tədqiqatçıların
çoxlu səylərinə baxmayaraq, onu fars və ya
başqa İran dilləri vasitəsilə izah etmək mümkün olmamışdır.
Belə də olmalı idi, çünki fars
dilində «Çayeçasta» kimi verilmiş ad türk mənşəlidir.
Bu adın «çay» komponenti aur mənəbində Urmiya
gölünün adı əvvələn, aur dilində
«ç» səsi olmadığına görə kati bonu «z» səsi
ilə ifadə etmişdir; ikinci, mixi yazıda «y» səsini
ifadə edən işarə olmadığına görə,
kati bonu buraxmalı və deməli, «çay»
sözünü «za» («ça») kimi yazmalı idi. Türk dillərində
say, çay çoxmənalı sözlərdəndir. Azərbaycanca çay «axan su» mənasından
başqa türk dillərində bu öz həm də «vulkan mənşəli
daşlıq yer» «Urmiya gölündə, həqiqətən
də, çoxlu vulkan mənşəli adalar vardır) deməkdir.
Həmin adalarda qədimdən qalalar və
möhkəmləndirilmiş məntəqələr
mövcud idi. «Dayaz yer» (Bax, 100) mənasında Azərbaycan
dilində də say sözü asur və qədim fars dilində
yazılmış formalardır və türkcə say,
çay «vulkan mənşəli daşlıq yer»
sözünü əks etdirir.
«Çayeçasta»
adının ikinci komponenti-orta farsca (pəhləvicə)
yazılışda «ças» sözü türk dillərindəki
y-c-ç əvəzləməsinə görə yas
(yaşıl, göy) sözüdür. Nəhayət,
adın sonuncu «ta» komponenti eynilə «Mantu» (Strabonun məlumatında
Mantiana, Mantu sözündən) hidronimindəki tu-«su»,
«göl» sözünün farsca «ta» kimi
yazılmışdır.
VAHİD ÖMƏROV
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.- 24 iyul.-
S.14.