Qədim
Azərbaycan Manna dövlətində yazı və dil mədəniyyəti
Məlum olduğu kimi, milli dövlətçilik və
milli-mənəvi dəyərlər, adət-ənənələr
arasında sıx daxili əlaqə vardır. Ulu Öndər
Heydər Əliyev milli-mənəvi dəyərlərin
aşağıdakı tərkib hissələrini göstərirdi:
dil, din, adət-ənənə və milli mentalitet. Dahi şəxsiyyət dövlət quruculuğu və
idarəçiliklə yanaşı, milli ideologiyamızın
"tarixi keçmişimizlə, millətimizin adət-ənənələrilə,
xalqımızın, dövlətimizin bu günü və gələcəyi
ilə bağlı olmalıdır" fikrini xüsusi
vurğulayırdı.
Məlum olduğu kimi, milli
dövlətçilik və milli-mənəvi dəyərlər,
adət-ənənələr arasında sıx daxili əlaqə
vardır. Ulu Öndər Heydər Əliyev milli-mənəvi
dəyərlərin aşağıdakı tərkib hissələrini
göstərirdi: dil, din, adət-ənənə və milli
mentalitet. Dahi şəxsiyyət dövlət
quruculuğu və idarəçiliklə yanaşı, milli
ideologiyamızın "tarixi keçmişimizlə, millətimizin
adət-ənənələrilə, xalqımızın,
dövlətimizin bu günü və gələcəyi ilə
bağlı olmalıdır" fikrini xüsusi
vurğulayırdı.
AMEA-nın müxbir üzvü
Səlahəddin Xəlilovun qeyd etdiyi kimi, "milli müəyyənliyi
olmayan və özünü bir millət kimi dərk etməyən
xalqın milli dövlətə də ehtiyacı ola bilməz.
Belə ki, milli dövlət, bir tərəfdən
ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət
edirsə, digər tərəfdən və daha çox dərəcədə
milli-mənəvi dəyərlərin qorunması və
müstəqil inkişafının təmin olunması məqsədi
daşıyır".
Bu mənada, qədim Azərbaycan
Manna dövlətində dil, din, adət-ənənə, bir
sözlə, mənəvi mədəniyyət haqqında məlumatlar
da öz əksini tapmışdır.
Qədim Mannada yazı və dil
haqqında akademik Ziya Bünyadov və Y.Yusifov yazırlar ki, hələ
e. ə. III minillikdə Cənubi Azərbaycanda mixi yazı
növü ilə tanış idilər. Mixi
yazını oxuyan və bu yazı ilə hökmdara məxsus
abidələrə mətn yazan mirzələr vardı. Ola bilsin
ki, Urmiya gölü hövzəsi ölkələrində məktəblər
mövcud olmuş və burada mixi yazı növü də
öyrədilirmiş. Mannada da mixi yazını oxuyan mirzələr
varmış. Qaynaqların birində mannalı mirzə
yad edilmişdir.
Yəqin ki,
Mannada yerli yazı növləri də olubmuş. Ziviyədən
tapılmış gümüş sini üzərində bir
çox heroqlif yazı növünə mənsub işarələr
həkk olunmuşdur. İşarələrin çoxluğu və
müxtəlifliyi göstərir ki, bu işarələr
oxunurmuş. Bəzi işarələr, çox
güman ki, rəqəm bildirirmiş. Buna oxşar mətnlər
tapılmamışdır. Müqayisə üçün digər
mətnlərin olmaması bu heroqliflərin oxunmasını
çətinləşdirir. Beləliklə, fərz etmək
olar ki, Mannada erkən yazı növü olan heroqliflərdən
istifadə edirdilər. Mannada mövcud olan, yaxud işlənən
digər yazı növü barədə heç bir iz
qalmamışdır. Məlumdur ki, Manna hökmdarı Ullusunu
II Sarqonun şərəfinə abidə qoydurmuşdu.
Çox güman ki, abidənin mətni Manna yazısı ilə
mannalıların dilində tərtib olunmuşdu. Bu abidə,
hələlik, aşkar edilməmişdir. Mannalıların
dili barədə heç bir məlumat qalmamışdır.
Burada hurri, İran, türk və başqa dillərin işləndiyi
barədə mülahizələr mövcuddur. Bu
mülahizələr yer və şəxs adlarının təhlilinə
əsaslanırdı. Burada hurri etnoslarının təmsil
olunması yer və şəxs adlarının tam təhlilinə
əsaslanmır, sadəcə, bəzi komponentlərin
oxşarlığı dəlil kimi
götürülmüşdür. Mannada İrandilli
etnosların olmasını bir neçə yer adları
bildirir. Lakin son zamanlar Mannada hökmdar və yer
adlarının türk mənşəli olması barədə
əsaslı mülahizə və dəlillər irəli
sürülmüşdür.
Hələ
Aratta dövründə ölkənin adı ilə
bağlı burada türk mənşəli əhalinin
yaşaması barədə mülahizə irəli
sürülmüşdü. Aratta ölkə adı ən qədim
türk dillərində "dağ, dağlıq ölkə"
mənasında işlədilirdi. E.ə. VIII əsrdə həmin
ərazi Alateye "dağ, dağlıq ölkə"
adlanırdı. Aratta və Alateye yer adlarında r~l fonetik əvəzlənməsi
müşahidə olunur. Müasir türk dillərində
Alataa, Alatuu, Alatey oronimləri işlədilir. Aratta və
Alateye yer adları ancaq ən qədim türk (prototürk)
dilləri əsasında meydana gələ bilərdi. Ən qədim
türk etnoslarının burada yaşamasını
turukki//turuki etnik adının bu əraziyə tətbiq
olunması da göstərir. Turukki adı "türk"
etnoniminin ilkin forması idi.
Mixi yazılarda Manna ərazisi
ilə əlaqədar təsadüf olunan bir sıra yer
adları türk dillərində izah olunur. Uişdiş
dağlıq vilayəti vişdiş//bişdiş
sözünü təmsil edir və "beş diş" mənasını
daşıyırmış. Urartu yazısı bunu Uqiştini
kimi qeyd etmişdir. Onun Uyiştini//Byiştini forması bərpa
edilir və türk dilləri (qədim türkcədə tinq
"uca, dik, zirvə") əsasında "Beş dik",
"Beş zirvə" kimi mənalandırılır. Mixi
yazılarda Uişdiş adının Uişda ("beş
dağ") variantı da işlədilmişdir. Da//ta türk
dillərində "dağ" mənasını bildirir.
Orta əsrlərdə, güman ki, həmin dağ "beş
barmaq" adlanırdı. Uşkaya qalası dağ
keçidi üzərində tikilmişdi və buna dağın
coğrafi şəraitinə uyğun olaraq
"Üçqaya" adı verilmişdi. Mixi yazılarda
yad edilən "Göydən bulud kimi sallanan üç
dağ zirvəsi" anlayışına uyğun gəlir. Bu toponim, eyni zamanda, Aşkaya şəklində
işlədilirdi və "Aşuqaya",
"aşırım qaya" (türk dilində aşu "keçid,
aşırım") mənasını
daşıyırmış. Meişta//Mesa dağlıq ərazisi
"İti zirvəli dağ" adına uyğun
adlandırılmışdı. Türk toponimiyasında
"mes" dağın iti zirvəsi deməkdir. Arsita
"Arsi dağı" mənasını bildirirmiş. Son
adlardakı "ta" sözü türk dillərində
"dağ" mənasında işlədilir. Arsiyaniş
"Arsi (dağı) yanı", yaxud "Arsi (dağı)
yenişi" mənasını verirmiş. İştatti
şt/ss fonetik əvəzlənməsinə uyğun
İssatti kimi bərpa olunur və türk dilləri əsasında
"İsti/issi yer", "Odlu yer" kimi mənalandırılır.
Bu toponimin müqabili Atranu adlanır və İran dillərində
"Od yeri" kimi izah olunur. İştaraura//İssaraura
"İsti//issi çay" kimi mənalandırılır.
"Raura" sözü qədim İran dillərində
"çay" deməkdir. Orta əsrlərdə bu
çay farsca "Gərm yud", yəni "isti
çay" adlandırılırdı. Bara yer adı
"qoyun-quzu saxlanılan yer" mənasını
daşıyırmış. Bərə sözü indi də
Azərbaycan dilində həmin mənada işlənir.
Sanqibuti altay-türk dillərində "Üçayaqlı
dağ qolu" mənasında işlədilir.
Sanqibuti Bara vilayətinin digər
adı idi və qaynaqların məlumatına görə,
burada hökmdar sürüləri saxlanılırdı.
"Üçayaqlı dağ qolu" isə qoyun-quzu
saxlamaq üçün əlverişli təbii istehkam idi.
Mannada vilayət adı Surikaş altay-türk mənşəli
süüri "itiuc" (altayca), kaş "qaş, dağətəyi,
silsilə" (türkcə) sözləri əsasında izah
edilir və "itiuclu dağ ətəyi, silsiləsi"
kimi mənalandırılır. Sirdakka qala adı türk dillərində
işlədilən sırt "yastı yüksəklik,
dağ silsiləsi, yastı dağ yalı" coğrafi məfhumu
ilə uyğunlaşdırıla bilər. Məlumdur ki,
qalalar yastı dağ yüksəkliklərində tikilirdi. Mannanın
paytaxt qala şəhəri İzirtu, yaxud Zirtu adı da eyni
(s~z əvəzlənməsi) mənanı daşıyır.
Qizilbunda//Qizilbuda türk dillərindən qizil
"qızıl qırmızı" və bunda//buda
"bud, dağ qolu, təpə" kimi izah oluna bilər.
Toponim "qırmızı dağ qolu, qırmızı təpə"
mənasını daşıyırmış. Andirpatianu yer
adı türk coğrafi məfhumu adir "dağ silsiləsi,
təpəli dağ sırası, erroziyalı dağ silsiləsi"
sözünü özündə əks etmişdir.
Coğrafi baxımdan Andirpatianu Qizilbundaya yaxın idi və bəlkə
də eyni əraziyə verilən müxtəlif adlar
olmuşdur. Uaşdirikku toponimi uaş//vaş
(türk. "baş, uca") və dirik (türk "tarak,
daraq") söz birləşməsindən əmələ gəlmiş
və "baş daraq", yəni "uca, çoxdişli
(daraq şəkilli) dağ" mənasını
daşıyırmış. "Tarak" türk
toponimiyasında çoxdişli dağ yüksəkliyini, dərə-təpəli
dağ sırasını bildirirdi. Tarui və
Tarmakisu qala adları müvafiq surətdə türkcə
tarau "dağ qolu", yaxud "çay ayrımı,
çay qolları", tarim isə "çay qolu, çay
sahili, qollara ayrılmış gölə, yaxud səhraya axan
çay" mənasını bildirirmiş. Yəqin ki, bu
qalalar çaylara yaxın yüksəkliklərdə
salınmış və çayların mənzərəsini
bildirən məfhum ilə adlandırılmışdır. Qədimdə (və sonralar) yer adları təbii
coğrafi mənzərəni əks etdirirdi və əhali tərəfindən
müvafiq surətdə yaradılırdı. "Lallu"
çay, "lallarip" tayfa adları türk mənşəli
"lal" sözü, "-lu" və "-lar" şəkilçiləri
vasitəsilə əmələ gəlmişdir. Edir
çay adı bəzi türk dillərində "Edil (r~l əvəzlənməsi)
şəklində Volqa çayına, Buya çayı
adı isə sonralar "Biya" şəklində Yenisey
çayının qollarına şamil edilmişdir.
Beləliklə, Mannada əhalinin
başlıca dili ən qədim türk dili olmuşdur. Yer
adlarında təmsil olunmuş sözlər ümumtürk
leksikasına mənsub idi. E.ə. III-I minilliklərdə Cənubi
Azərbaycan ərazisində türk dillərində
danışan etnoslar (yerli əhali) yaşayırdılar və
onlar hakim türk sülalərinin əsasını
qoymuşdular. Manna hökmdarlarının adları da türk
dillərində izah olunur. Manna vilayəti
hökmdarının adı ata, yəqin ki, "ata,
başçı" mənasını
daşıyırmış. Ullusunu adı türk dillərində
işlənən ullu//ulu "böyük, ulu, əzəmətli"
sözünün və "sun" sifət şəkilçisinin
birləşməsindən əmələ kəl-miş və
"Ən böyük", "ən ulu, yaxud "ulu
adam" mənasını daşımışdır. Manna
hökmdarının oğlunun adı isə Erisinni idi.
Türk dillərində ir//er//ər sözü "ər,
kişi, qoçaq, igid" mənasını
daşıyır. Səs harmoniyasına uyğun olaraq şəkilçi
"-sin" kimi işlədilmişdi. Erisinni
"igid adam", "ən igid" mənasını)
bildirirmiş. Ola bilsin ki, Ullusunu və Erisinni adları ləqəb
olmuşdur. Manna canişini Telusini adlanırdı. Ola bilsin ki, bu ad "Tele (tayfasına mənsub)
adam" mənasını daşıyırdı. Tele
altay-türk tayfa adı idi. Ahşeri adı eri "ər,
kişi, qoçaq cəsur" və axs//axş "axsaq ləng",
yaxud aşex "alçaq, mənfur" türk sözlərinin
birləşməsindən əmələ gəlmişdir. Belə halda Ahşeri adını "Ləng ər",
yaxud "Mənfur ər, adam" kimi mənalandırmaq
mümkündür. Yada salaq ki, Ahşeri
mannalıların qəzəbinə düçar olaraq
öldürülmüşdü. Ahşeri
yəqin ki, hökmdara verilmiş ləqəb idi. Onun hakimiyyətə gələn oğlu Ualli
adını daşıyırdı. Ad Ballı kimi bərpa
olunur və türk dillərindəki bal sözü
və -lı şəkilçisi ilə eyniləşdirilir.
Ballı "ballı, şirin" kimi mənalandırılır.
Bu adın hind-Avropa mənşəli
müqabilini Manna canişini Metatti daşıyırdı.
Hind-Avropa dillərində met/myod "bal" mənasını
verirdi, -tti isə -li şəkilçisinin fonetik variantı imiş.
Eyni şəkilçi digər canişin
Baqdattinin adında da əks olunmuşdur. Adın
əsasını türk-monqol dillərində işlədilən
bağda-boqda "müqəddəs" antroponimi təşkil
edirmiş. İranzu adı iran "cəsur, ər,
kişi, qoçaq" sözündən, yaxud İr tayfa
adından an mənsubiyyət şəkilçisindən və
zu(n) "adam, kişi" söz birləşmələrindən
əmələ gəlmiş, "Ən cəsur adam",
yaxud "İr (tayfasına) mənsub adam" mənasını
daşımışdı.
Kimmerlərin etnik və dil mənsubiyyəti
barədə dəqiq məlumat qalmamışdır. Son zamanlar kimmerlərin
skit-sak tayfalarına mənsubluğu və irandilli olması
mülahizəsi ortaya atılmışdır. Lakin bu, onların İran mənşəli
olmasına əsas vermir. Eyni zamanda, kimmer
adını İran dilləri əsasında "hərəkət
edən dəstə" kimi də mənalandırırlar.
Bu süni oxşatma inandırıcı deyil.
Kimmerləri Qafqaz mənşəli də hesab
edirdilər. Kimmer adı Qara dəniz sahili
toponimlərində "Kimmeriya", "Kimmerik",
"Kimmer Bosforu" (indiki Kerç boğazı) kimi əks
olunmuşdur. Deməli, "Kimmer" bu tayfalara kənardan
verilmiş ad ola bilərdi. Bəzən
Qafqaz dillərində kım//kam
"baş, zirvə" mənasını
saxlamışdır. Onda "kimmer", ola
bilsin ki, "baş ərlər" mənasını
daşıyırmış. Qədim türk
dillərində kam "şaman" mənasında işlədilmişdir.
Çox güman ki, kim-mer "şaman ər"
mənasını bildirirmiş. Kimmerlərin
türk mənşəli tayfalara mənsub olması barədə
erkən orta əsr Bizans qaynaqları məlumat verir. Prokopiyə görə, hunlar qədimdə
"kimmer" və "massaket" adlanırdılar. Hun tayfaları isə, əsasən, türkmənşəli
olmuşlar.
"Skit" adı mixi qaynaqlarda işquz//aşquz şəklində
əks olunmuşdur. Dəqiq mənası məlum
deyil. Bu etnonimi iç quz// iç oquz ("içəri
quz", "içəri oquz") kimi də mənalandırmışlar.
Bu oxşatma oğuzların tarixini daha qədimə
aparır. Skitlər etnik tərkibinə
görə müxtəlif olmuşdur. Onların
içərisində türk, İran mənşəli
etnoslar var idi. Sak, massaket, sarmat, türk
tayfaları qaynaqlarda bəzən skit anlayışı
altında birləşdirilirdi. Feofen
Simokatta türkləri skit xalqı kimi qələmə
vermişdi. Strabon məlumat verir ki, skitləri
həm də sak adlandırırdılar. Eyni
zamanda, o, Homerin adını çəkdiyi "hippomolqi",
yəni "madyan sağanlar" tayfasını skitlərə
mənsub edirdi. Həqiqətdə bunlar
sak tayfaları imiş. Sak etnonimini osetin dilindəki sak
"maral", fars dilindəki sək
"it" sözləri ilə eyniləşdirirdilər. Sak adı, yəqin ki, qədim türk saq
"sağmaq" felinin isim formasından əmələ gəlmişdir
və ilkin mənası (madyan) "sağan" olmuşdur.
Saklar, əsasən, türkmənşəli
etnoslar idi. Menandrın dediyinə görə,
türklər qədimdə sak adlanırdı. Beləliklə, e.ə. VIII əsrin sonu - VII əsrin
əvvəlində Azərbaycana şimaldan gəlmiş bu
tayfalar arasında, əsasən, türk mənşəli
etnoslar təmsil olunmuşdular.
Adətən, qədim tayfalar yer dəyişən
zaman qohum etnosların yanında məskən salırdılar. Kimmer, skit və saklar məhz
yerli əhali ilə dil qohumluğuna görə Mannada və
Arazın şimal hissəsində məskunlaşmışdılar.
Burada türkdilli etnosların yaşaması kənar
ölkələrdə yaşayan türk tayfalarının Azərbaycana
axınana şərait yaradırdı. Yazılı
tarixdən məlum olan türkdilli tayfaların Azərbaycana,
dil cəhətdən qohum olan etnosların yanına ilk
axını kimmer, skit və sak tayfalarının yerdəyişməsi
ilə bağlıdır.
Beləliklə, qədim Mannada yazı və
dil mədəniyyəti xalqımızın qədim dilə
malik olduğunu sübut edir. S.Xəlilovun dediyi kimi, böyük dil o dil
sayılır ki, onun qoynunda bütün peşəkar fəaliyyət
sahələri sərbəst inkişaf elə bilsin: "Bizim
dilimiz əsrlərin sınağından çıxaraq, bir
sıra istiqamətlərdə peşəkar dil
üslublarını özündə ehtiva edə
bilmişdir. Ədəbi dilimizin böyük
daxili potensialı və zəngin söz ehtiyatı, habelə,
tarixin ayrı-ayrı dövlətlərindəki dövlətçilik
ənənəmiz bu gün bizim heç bir başqa dilə
müraciət etmədən bütün fəaliyyət sahələrini
əhatə edən mükəmməl milli dil səviyyəsinə
qalxmağımıza imkan verir".
Böyük dövlətçilik təfəkkürünə
malik Ulu Öndər Heydər Əliyev demişdir:
"İnkişaf etmiş zəngin dil mədəniyyətinə
sahib olan xalq əyilməzdir, böyük gələcəyə
malikdir. Ona görə də, xalqımıza ulu
babalardan miras qalan bu ən qiymətli sərvəti hər bir
Azərbaycan övladı göz bəbəyi kimi qorumalı,
daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq
borcudur".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.- 2012.- 25
iyul.- S.14.