IV Qəbələ Beynəlxalq Musiqi
Festivalına start verildi
Son illər Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və
İSESCO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın təşəbbüsü və
rəhbərliyi ilə həyata keçirilən
çoxsaylı mədəniyyət layihələri mədəni
irsimizin, milli incəsənətimizin inkişafına
böyük töhfələr verməkdədir. Bu layihələr
milli mədəniyyətimizin, o cümlədən, musiqi sənətimizin
dünyada təbliğində müstəsna rol oynayır, mədəniyyətlərin
qarşılıqlı təmasına, Şərqlə Qərbin
qovşağında yerləşən Azərbaycanın mədəniyyətlərarası
dialoq məkanı kimi tanınmasına mühüm zəmin
yaradır.
Son illər Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və
İSESCO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın təşəbbüsü və
rəhbərliyi ilə həyata keçirilən
çoxsaylı mədəniyyət layihələri mədəni
irsimizin, milli incəsənətimizin inkişafına
böyük töhfələr verməkdədir. Bu layihələr
milli mədəniyyətimizin, o cümlədən, musiqi sənətimizin
dünyada təbliğində müstəsna rol oynayır, mədəniyyətlərin
qarşılıqlı təmasına, Şərqlə Qərbin
qovşağında yerləşən Azərbaycanın mədəniyyətlərarası
dialoq məkanı kimi tanınmasına mühüm zəmin
yaradır. YUNESKO tərəfindən bəşər mədəniyyətinin
incisi elan edilən Azərbaycan muğamına həsr olunan
"Muğam aləmi" beynəlxalq festivalları
böyük maraqla qarşılanaraq, sənət aləmində
geniş əks-səda doğurub.
Heydər Əliyev Fondunun musiqi sənəti sahəsində
daha bir möhtəşəm beynəlxalq layihəsi 2009-cu ildən
ənənəvi olaraq təşkil edilən Qəbələ
Beynəlxalq Musiqi Festivalıdır. Dünyanın bir
çox nüfuzlu sənətkarlarının,
tanınmış musiqi kollektivlərinin iştirak etdiyi
festival Azərbaycan və dünya musiqisi incilərinin səsləndiyi,
musiqi görüşlərinin, müxtəlif tədbirlərin
keçirildiyi əsil sənət bayramıdır.
İyulun 24-də Heydər Əliyev Fondunun təşəbbüsü
və rəhbərliyi ilə IV Qəbələ Beynəlxalq
Musiqi Festivalına start verildi. Qəbələ şəhərində
5 avqust tarixində keçiriləcək musiqi bayramında Azərbaycandan
və xarici ölkələrdən görkəmli
musiqiçilər, bədii kollektivlər, solistlər,
dirijorlar iştirak edirlər. Festivala Böyük Britaniya,
Rusiya, ABŞ, İtaliya, Sloveniya, İsveçrə, Fransa və
Polşadan dünya şöhrətli dirijorlar, musiqiçilər
və kollektivlər - London Filarmonik Orkestri, Yuri Başmet və
"Moskva solistləri" kamera orkestri, "Tartini"
kvarteti, Şarl Dütua, Boris Berezovski, Sergey Krılov, Dmitri
Yablonski, Klaudio Vandelli, Qriqori Kovalevski, Françeska Patane, Marco
Kinqari, Andrey Yaroşinski, Aleksandr Çaykovski, Michal
Nesteroviç, Lisa de la Salle, Moyka Zlobko və
başqalarının iştirakı nəzərdə tutulub.
Festival çərçivəsində Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri, Dövlət
Xor Kapellası, Bakı Musiqi Akademiyasının Kamera Orkestri,
xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev,
Murad Adıgözəlzadə, Murad Hüseynov, Yeganə
Axundova, Əvəz Abdullayev, Mənsum İbrahimov,
Şükür Səmədov, əməkdar incəsənət
xadimləri Fəxrəddin Kərimov, Azad Əliyev,
Yalçın Adıgözəlov, əməkdar müəllim
Tofiq Aslanov, əməkdar artistlər Gülnaz
İsmayılova, Elçin Həşimov, Elnur Əhmədov,
Sahib Paşazadə, Gülşən Ənnağıyeva, beynəlxalq
müsabiqə laureatları Əyyub Quliyev, Fuad İbrahimov,
Yusif Eyvazov, Adil Axundov, Azər Rzazadə, Fəridə Məmmədova,
Səbinə Əsədova, istedadlı gənc solistlər,
muğam ifaçıları və başqaları da
maraqlı proqramlar əsasında çıxış edəcəklər.
ZÜMRÜD
Səs.-
2012.-25 iyul.- S.12.