Turizm
insanların vərdiş etdikləri həyati tələbatdır
Azərbayanda turizmin tarixi qədim və
orta əsrlərə təsadüf edir
Məlum olduğu
kimi, fəal istirahətin geniş
yayılmış və ən kütləvi növlərindən
olan turizm insan tələbatının ayrılmaz hissəsinə
çevrilib. Hər il
neçə-neçə milyon insan öz istirahətinin
təşkilində turizm obyektlərinə
üz tutur. Bu səyahətə cəlb olunan
insanların sayı ilbəil artmaqdadır. Statistik
rəqəmlərə əsaslansaq, deyə bilərik ki, turizm son
20 ildə insanların vərdiş etdikləri həyati tələbata
çevrilib.
Məlum olduğu
kimi, fəal istirahətin geniş
yayılmış və ən kütləvi növlərindən
olan turizm insan tələbatının ayrılmaz hissəsinə
çevrilib. Hər il
neçə-neçə milyon insan öz istirahətinin
təşkilində turizm obyektlərinə
üz tutur. Bu səyahətə cəlb olunan
insanların sayı ilbəil artmaqdadır. Statistik
rəqəmlərə əsaslansaq, deyə bilərik ki, turizm son
20 ildə insanların vərdiş etdikləri həyati tələbata
çevrilib.
Məlumat üçün
bildirim ki, Azərbayanda
turizmin tarixi qədim
və orta əsrlərə təsadüf
edir. Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə
məqsədləri ilə əlaqəli olub.
Qədim Azərbaycan ərazisindən keçən ticarət
karvanlarının hərəkətini ilk
səyahətlər hesab etmək olar. Azərbaycan hələ qədim dövrlərdə
Böyük İpək Yolunun
üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olub. Antik müəlliflərin məlumatlarına
görə, İpək Yolunun ən fəal
hərəkətli traslarından biri Qafqaz Albaniyasının ərazisindən keçirdi. Zaman ötdükcə Azərbaycana turistlər
kütələvi olaraq səyahət etməyə
başladılar. Yay aylarında Xəzər
sahilinə - Mərdəkan, Şüvəlan, Buzovna,
Türkan, Zığ, Artyom
adası və Şıx zolağına istirahət məqsədli
eksursiyalar təşkil olunurdu.
Müstəqilliyin ilk illərində Azərbaycanda fəaliyyət
göstərən ümumittifaq və beynəlxalq
turist marşrutları ləğv olundu. Müharibə və sərhədlərdəki
qeyri-stabil vəziyyət turizm
sistemində başqa problemlərin
yaranmasına da səbəb oldu. Yalnız 90-cı illərin
sonunda turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik
aktlarında öz əksini tapdı.
Artıq XXI əsrin başlanğıcında Bakıda, Gəncədə,
Naxçıvanda və ölkənin digər şəhərlərində
xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və
hotellər fəaliyyət göstərirdi. Hazırda
respublikamızın bütün
regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici
turistlərin qəbulu və yerli əhaliyə
turist xidməti ilə məşğul olur. Həmin hotellərdə yerlərin ümumi miqdarı 5000-dən artıqdır. Turizm üçün əlverişli
regionlarda müasir səviyyəli
özəl müalicə və istirahət mərkəzləri
istifadəyə verilib.
Yer
kürəsində mövcud olan 13 iqlim tipindən 9-u
Azərbaycanda olduğundan xarici
turistlər Azərbaycana kütləvi olaraq
səyahət edirlər. Ölkəmizin hər bir guşəsində turistlərin
marağına səbəb olacaq kifayət
qədər abidələr mövcuddur. Bakıda, Dənizkənarı
Milli Parkda olan Beynəlxalq Muğam Mərkəzi
forması etibarı ilə Azərbaycanın qədim musiqi alətlərindən olan
tarın hissələrini xatırladır. Dünyada
ilk muğam mərkəzidir.
Memorial abidə-istirahət parkı
Dövlət Bayrağı Meydanı Ginnes
dünya rekordları təşkilatı tərəfindən
dünyada ən hündür
bayraq dirəyi olduğu
təsdiq edilib.
Alovun küləklə
oynadığı yer Atəşgaha
turistləri axını ilbəil artır. Tarixi
mənbələrdə yazıldığına görə,
“Atəşgah” XVII-XVIII əsrlərdə təbii qazın
çıxdığı əbədi, sönməz
alovların yerində inşa edilmiş dünyanın nadir
müqədəs ziyarətgahlarındandır. “Atəşgah”
Bakıya gələrək, burada məskunlaşan
və əslən şimali Hindistandan olan sinkhlər təriqətinə
mənsub hind icması tərəfindən
inşa edilmişdir.
Hazırda dünyada yalnız iki yerdə - Şimali Hindistanda və Azərbaycanda belə bir atəşgah mövcuddur.
Od Məbədi
vaxtilə kimyaçı-alim Mendeleyevi, məşhur
rus rəssamı Vereşşaqini,
fransız yazıçısı Aleksandr
Dümanı, Nobel qardaşlarını,
Cəvahirləl Nehrunu, İndira
Qandini, dünyaşöhrətli kinorejissor Rac Kapuru, şərqşünas-alim Dornu və bir çox məşhur adamları valeh etmişdir.
Azərbaycan tarixi
abidələri ilə yanaşı, florası və
faunası ilə də maraqlıdır. Azərbaycanın cənub
bölgəsində bitən dəmirağac Azərbaycan
torpağının yetirdiyi nadir incilərdəndir. Çox
maraqlıdır ki, bu
ağacın parçası nə odda
yanır, nə də suda batır. Ona mismar çalmaq
da qeyri-mümkündür.
Talış meşələrində bitən bu
ağac 200 ildən artıq ömür sürür. Bir möcüzə də budur
ki, ağacın budaqları bir-birinə
sürtündükcə bitişir. Dəmirağac
möhkəm oduncağa malik
olduğundan əsasən telefon
və elektrik dirəkləri üçün, körpülərin tikilməsində,
maşın və alətlərin bəzi hissələrinin
hazırlanmasında istifadə olunur.
Avropada yeganə təbii
çinar meşəsi Kiçik
Qafqazın Qərb hissəsində - Azərbaycanın Zəngilan
rayonundadır. Bəsitçay vadisində 117 hektar
sahəni əhatə edir. Onun
107 hektarı Bəsitçay
dövlət təbiət qoruğuna məxsusdur.
Qoruq 1974-cü ildə
yaradılmışdır. Qoruğun əsas qeyri-adiliyi
ondadır ki, onun ərazisində
1500 yaşı, 53 metr hündürlüyü,
4 metr diametr gövdəsi
olan ağaclar qədimdən
bu günədək qorunub
saxlanılmışdır. Təəssüf ki,
bu çinar meşəsi
Ermənistan ordusu tərəfindən məhv
olunmaq təhlükəsi ilə
üz-üzədir.
Müalicəvi olan
Naxçıvanın duz dağı da turistlərin diqqətindəir. Hər çoxlu sayda yerli və xarici turistlər
buraya istirahətə gəlirlər.
Naxçıvanın simvollarından biri olan Naxçıvan duz
dağı dünyada təkcə saf və təmiz duzuna
görə deyil, həm də şəfaverici
xüsusiyyətinə görə tanınır. Deyilənə
görə, hələ 6 min il əvvəl buradan duz çıxarılırmış. Dünyaya səs salan
“İpək yolu”ndan əvvəl
Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə
“Duz yolu” uzanıb. Həmin
ölkələrə buradan duz daşınmışdır. Burada bütün dünyada məşhur olan
Duz Dağı Fizioterapiya
Mərkəzi fəaliyyət göstərir. Dünyada
ilk neft platforması olan Neft Daşları da turistləri səyahət məkanına çevrilib. Bünövrəsi 1947-ci ildə
qoyulub. Ceyms Bondun məşhur sərgüzəştlətindən
olan “Dünya kifayət
deyil” filminin əsas
kadrları məhz burada - Neft
Daşlarında lentə alınıb. Bütün
bunlar Azərbaycana gələn turistlərin
diqqətindən yayınmır. Ölkəmizin zəngin təbiəti,
irsi, mədəniyyəti, tarixi
hər bir xarici vətəndaşda
maraq doğurur. Azərbaycan
turizmi də bu və ya digər irs üzərində
inkişaf edir.
NƏZAKƏT
Səs.- 2012.- 25 iyul.- S.3.