Azərbaycan mühacirətinin siyasi publisistikasında azərbaycançılıq ideyası

 

          Azərbaycan mühacirətinin ən çox göstərdikləri fəaliyyət sahələrindən biri də siyasi publisistika idi. Mühacirət  xadimləri müxtəlif kütləvi informasiya vasitələrində dərc etdirdikləri dərin məzmunlu məqalələrində milli ideyaların alovlu carçısı kimi çıxış edir, siyasi publisistikada aşağıdakı ideyalar-Azərbaycan milli azadlıq hərəkatını, millətçilik, dövlətçilik, azadlıq, türkçülük və azərbaycançılıq-vətənçilik təbliğ olunurdu.

 

      Azərbaycan mühacirətinin ən çox göstərdikləri fəaliyyət sahələrindən biri də siyasi publisistika idi. Mühacirət  xadimləri müxtəlif kütləvi informasiya vasitələrində dərc etdirdikləri dərin məzmunlu məqalələrində milli ideyaların alovlu carçısı kimi çıxış edir, siyasi publisistikada aşağıdakı ideyalar-Azərbaycan milli azadlıq hərəkatını, millətçilik, dövlətçilik, azadlıq, türkçülük və azərbaycançılıq-vətənçilik təbliğ olunurdu. Burada türkçülük və azərbaycançılıq ideal surətdə vəhdət təşkil edirdi, azərbaycançılıq böyük türk mədəniyyətinə bağlı "milli-məna və bəşəri dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənsevərliyi kimi təqdim edilmişdi".

      Azərbaycançılığın tarixi missiyası olduğunu göstərərək, M.B.Məmmədzadə yazırdı: "Azərbaycan qədim zamanlardan bəri tarixən müxtəlif dövrlərdə özünəməxsus siyasi varlıq göstərərək müstəqil dövlət halında yaşamışdır. Bu ideala tərcüman olan Milli Azərbaycan Müsavat Xalq Firqəsi 1918-ci ildə milli Azərbaycan cümhuriyyəti istiqlalının elanındakı təşəbbüsü, bu təşəbbüsün fikrindən işə keçirilməsi yolundakı fəaliyyəti ilə ... bütün azərbaycanlıların siyasi təşəkkülüdür".

        Azərbaycan mühacirlərinin milli ideya ətrafında birləşdirən mətbuat orqanları - "Yeni Qafqaziya", "Vazəri Türk", "Odlu Yurd", "Azərbaycan Yurt Bilkisi", "Qurtuluş", "Azərbaycan" (Ankara), "Azərbaycan" (Paris) "Azərbaycan" (Berlin), "Milli Birlik", "İstiqlal", "Bildiriş", "Yaşıl yarpaq", "Birlik dirlikdir", "Türk izi", "Koroğlu", ""Türk yolu, "Xəzər", "Dərgi", "Araz", "Hücum", "Turan", "Mücahid" və başqaları əsil ideya mübarizəsi aparırdı. 

       Bunlardan əlavə, Azərbaycan mühacirləri SSRİ-dən olan başqa mühacirlərin dərc etdikləri aşağıdakı mətbuat orqanlarının işində iştirak və müntəzəm olaraq müxtəlif səpkili məqalələrlə çıxış edirdilər: "Promeyet", "Birləşək Qafqasya", "Qafqasya", "Qafqaz almanaxı", "Yaşa Türküstan", "Yaşa Milli Yol" və s.

    Politoloq X.İbrahimli yazır: "Dərginin "Yeni Qafqasya" adlandırılmasından da görünürdü ki, Azərbaycan mühacirləri bütün Qafqaz mühacirləri ilə iş birliyi yaradılmasının ilk  təşəbbüsçülərindən olmuşdur. Son dərəcə zəruri olan bu birliyin gerçəkləşməsi üçün həm mühacirləri, həm də Türkiyə ictimaiyyətinin siyasi zümrəsini ideoloji-siyasi cəhətdən hazırlamaq istiqamətində "Yeni Qafqasya" çox işlər gördü. "Yeni Qafqasiya"nın məsul redaktoru dağıstanlı Səid Əfəndi, redaksiya heyətinin üzvləri isə Ş.Rüstəmbəyli, Əhməd Cəfəroğlu, X.Xasməmmədov, Əmin Abid (Gültəkin) və Buxara Respublikasının sabiq prezidenti Osman Xoca idi.

1925-26-ci illər arası qısa fasilədən sonra ayda iki dəfə çıxan dərgi, Əhməd həqqinin redaktorluğu ilə yenidən fəaliyyətə başladı.

 "Yeni Qafqasiya" sovet hökumətini çox narahat etdiyindən, Kommunist Partiyasının qurultaylarında, konfranslarda olan, ümimiyyətlə, bütöv mühacirlərdən tez-tez gileylər eşidilirdi. Çiçerin, Bağırov, M.Hüseynovb. yüksək tribunalardan Türkiyə hökumətinə təzyiqlər göstərməyə çağırırdı.

      "Sadəcə olaraq, 1927-ci ilin axırlarında "fasilə verən" "Yeni Qafqasya" öz yerini 1928-ci ildə eyni proqramlaeyni hərarətlə çıxan "Azəri Türk"ün məsul redatoru Məmməd Sadıx Axundzadə idi (Azərbaycan Gənclər Birliyinin sədri). 

         1929-cu ilin "Azəri Türk"ün nəşri dayandırıldıqdan sonra 1929-1931-ci illərdə "Odlu Yurt" məcmuəsi dərc olunmağa başladı. İmtiyaz sahibi A.Kazımzadə, məsul müdiri İ.Kamal olan "Odlu Yurt" Azərbaycan mühacirlərinin II Dünya müharibəsi başlayana qədər Türkiyədə çıxardıqları axırıncı siyasi yönlü məcmuə idi.

     1930-cu il 7 avqustdan etibarən Azərbaycan mühacirləri ilk siyasi həftəlik qəzet olan "Bildiriş"in nəşrinə başladı. Bu qəzetin imtiyaz sahibi də A.Kazımzadə, məsul müdiri Kamal idi (1931-ci ildə məsul müdir M.B.Məmmədzadə oldu). 

     1931-ci ildə Türkiyədəki Azərbaycan siyasi mühacirləri SSRİ-nin təzyiqi ilə ölkədən çıxarıldıqdan sonra, siyasi mətbuatın da fəaliyyəti uzunmüddətli fasilə verməli oldu.

     Ə.Cəfəroğlunun 1931-1934-cü illərdə çıxardığı "Azərbaycan Yurt Bilgisi" məcmuəsi siyasətdən uzaq olsa da, Türkiyə hökuməti onun da nəşrinə icazə vermədi (Məcmuə 1954-cü ildən yenidən nəşrinə başladı).

     1931-ci ildən mühacirət mətbuatının Avropa dövrü başlayır.     M.B.Məmmədzadə yazır: "Bolşeviklərin bayram etdikləri günlərdə, 1932-ci il dekabrın 10-da Berlində "Yeni Qafqasiya", "Azəri Türk", "Odlu Yurt" və "Bildiriş" redaksiyalarının iştirakıyla və eyni proqramla "İstiqlal" qəzeti nəşrə başlamışdı".

     1934-cü ildə isə Berlində Hilal Münşinin redaktorluğu ilə əsası qoyulan "Qurtuluş" dərgisi, 1939-cu ilin sentyabrına qədər (II Dünya müharibəsi başlanan ərəfədə Hitler bütün mühacirət mətbuatının bağlanması barədə göstəriş vermişdi. Bu addım həm də Ribbentrop-Molotov danışıqlarından sonra gözdən pərdə asmaq üçün atılırdı) fasiləsiz olaraq dərc edildi.

     1936-cı ildə Müsavat Partiyasının xüsusi bülleteni də ("Müsavat") öz nəşrinə başladı. Hələ 1926-cı ildə müsavatçılar Parisdə fransız dilində partiyanın "Azərbaycan" adlı bir məcmuəsini buraxmaq qərarına gəlmişdilər. Avropada Azərbaycanla bağlı təbliğat aparmağı qarşısına məqsəd qoyan bu məcmuənin təəssüf ki, ancaq iki sayı işıq üzü görə bildi. Onun sonra nəşr edilməməsinin səbəbləri barədə məlumata təsadüf etmədik.

     Azərbaycan mühacirlərinin 1932-ci ildə Helsinkidə çıxardığı "Turan" qəzeti haqqında da məlumat çox azdır. Hər sayında fin dilində Azərbaycanın həyatından bir məqalə verən bu aylıq qəzetin də ömrü çox olmamışdı.

     Müharibə dövründə mühacirlər mətbuat fəaliyyətini dayandırsalar da, Azərbaycan legionları "Azərbaycan", "Hücum", qəzetləri və "Milli Birlik" dərgisi ilə bu boşluğu qismən də olsa doldururlar.

     Müharibədən sonra eyni ildə (1952) iki "Azərbaycan" jurnalı dərc olunmağa başladı: bunlardan biri Ankara Azərbaycan Kültür Dərnəyinin orqanı, digəri isə Münhendə Azərbaycan Milli Birlik Məclisinin orqanı idi. Redaktoru C.Hacıbəyli olan Münhendəki "Azərbaycan" 1954-cü ildən nəşrinin dayandırsa da, Azərbaycan Kültür Dərnəyi orqanı hələ də nəşr edilməkdədir.

     Ümumiyyətlə, mühacirlərimiz 1960-cı ilə qədər, ayrı-ayrı illərdə və jurnal dərc etmişlər: "Yeni Qafqasiya", "Azəri Türk", "Odlu Yurt", "Azərbaycan Yurt Bilgisi" və s

    Politoloq X.İbrahimli mühacirləri siyasi publisistikasında əsas mövzulara toxunaraq yazır: "Azərbaycan mühacirlərinin yaradıcılığında Qafqaz bölgəsinin və təbii ki, konkert olaraq, Azərbaycanın ümumi ictimai-siyasigeosiyasi durumunun təhlili də xüsusi yer tutur. Problemlə bağlı yazılan əsərlərdə:

     - Qafqazda rus müstəmləkəçilik siyasətinin mahiyyəti;

     - Şimali Qafqaz Cümhuriyyətinin elan olunması və süqutu: obyektivsubyektiv amillər;

     - Qafqaz Birliyi ideyası, onun reallaşması sahəsində buraxılan səhvlər (1918-1920);

     - Azərbaycanın ümumi Qafqaz evində yerirolu.

     Azərbaycanın mövcud durumu, əsas problemi:

      - nəhayət, mühacirətdə Qafqazın siyasi birliyi məsələsi əsas tədqiqat obyektinə çevrilmişdi."

 Bundan başqa, yuxarıda sadalanan məsələlərə fərqli baxışı ifadə edən bir sıra araşdırmalar da yox deyil. Mehdizadənin - "Qafqaz məsələləri" (Paris, 1933, fransızca), C.Hacıbəylinin "Şimali Qafqaz Azərbaycan", "Mənəvi pakt" ("Qafqaz" almanaxı - İstanbul, 1936) əsərlərində, konkret olaraq, Azərbaycan problemi isə Hilal Münşinin - "Azərbaycan Cümhuriyyəti" (Berlin, 1930, almanca) əsərlərində b. müəlliflərin dövri mətbuatda dərc olunan məqalələrində hərtərəfli təhlil edilmişdir.

     Tanışlıq təbliğat məqsədi ilə adıçəkilən əsərlərin əksəriyyətində vətənimizin coğrafiyası, tarixi, mədəniyyəti haqqında ilkin, həm zəruri bilgilər verilsə , əsas məqsəd Azərbaycanın istiqlaliyyatı probleminə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək idi.

     Qafqaz probleminə mühacirlərin münasibəti mürəkkəb ziddiyyətli olub. Azərbaycan, Gürcüstan, Şimali Qafqaz mühacirləri öz aralarında iki qrupa bölünsələr , eyni məqsəd - Qafqaz birliyi uğrunda mübarizə aparır, erməni ruslar isə əsasən vahid düşərgədə birləşərək, Qafqaz birliyinin tərəfdarlarını "separatçılar" adlandırıb, onlara qarşı müxalifət mövqeyində dayanırdılar. Öz qonşularından ayrı düşüb ruslarla birləşən ermənilər H.Münşinin "Azərbaycan cümhuriyyəti" adlı türk əsli isə yəhudi olan Əsəd bəy adlı bir müəllifin yazdığı əsərlə Avropada Azərbaycan haqqında formalaşdırdığı mənfi rəyə kəskin zərbə vurdu. Əsəd bəyin "Min bir gecə"ni xatırladan əsərinin Azərbaycan mədəniyyəti ilə bağlı aldadıcı təəssüratının müqabilində H.Münşi, mədəniyyətimiz, tariximiz, həm Azərbaycanda siyasi fikir tarixi barədə Avropa mühitinə mükəmməl bir tədqiqat məhsulu təqdim edə bilmişdi. Əhməd Cəfəroğlu əsərin əhəmiyyəti barədə yazırdı: "Bu əsər populyar bir mahiyyətdə olmaqla bərabər, həm elm həm alman mühitini Azərbaycan həyatilə tanış edə biləcək bir mahiyyətlə olduğundan, şübhəsiz, faydalı xidməti ifa eyləmişdi".

     Mühacirlərimizin ideoloji - siyasi sahədəki zəngin yaradıcılığında Avropada mövcud olan klassik çağdaş siyasi cərəyanların, dövlət quruculuğunun mütərəqqi modeli probleminin, "millət", "milliyyətçilik" kimi anlayışların da təhlilləri verilmişdir.

     Beləliklə, ancaq ümumi istiqamətlərinə toxunduğumuz ideoloji-siyasi sahədəki yaradıcılıq barədə mülahizələri yekunlaşdıraraq, öncədən qeyd edək ki, ədəbi-tarixi sahənin təhlilinə problem baxımından yanaşmaq qənaətindəyik.

     Mühacirlərimizin tarix üzrə apardığı araşdırmaları xarakterinə görə iki yerə bölmək olar. Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın çağdaş (yəni XX əsrin birinci yarısı) siyasi problemlərinə həsr olunan əsərlərdə (məsələn, "Azərbaycan problemi", "Azərbaycan cümhuriyyəti" s). tariximizlə utilitar tanışlıq xarakterli qısa xülasə. İkincisi, ayrı-ayrı dövrlərə problemlərə həsr olunmuş konkret tədqiqat əsərləri. Bunlar aşağıdakılardır: "Çağdaş Azərbaycan tarixi" - Ankara 1951. "İran Türkləri" - İstanbul, 1993, "Qafqaziya Türkləri - İstanbul 1993 (M.Ə.Rəsulzadə), "Müxtəsər Azərbaycan tarixi" - İstanbul, 1924 (Cahangir Zeynaloğlu), "Azərbaycan tarixində türk Albaniya" - Ankara, 1951, "Ermənilər İran" - İstanbul, 1926 (M.B.Məmmədzadə), "İran türkləri", "Türkün altun kitabı - İstanbul. 1942 (Məhəmməd Sadıq Aran). "Azərbaycanın yaxın tarixinə qısa bir baxış" - Ankara, 1982, (Əhməd qaraca), "Türk islam aləmində Azərbaycanın yeri" - Ankara 1987 (Cəmil Ünal), "Azərbaycan Yurt Bilgisi"ndə dərc olunan məqalələr - "Azərbaycan tarixinə ümumi bir baxış" (1932, N1, c. 5-16), "Avropa səyyahlarına görə XVII əsr Azərbaycanı (Əhməd Cəfəroğlu 1933, N18, səh. 254-263. "Övliyya  Çələbiyə görə Azərbaycan şəhərləri) (Məhəmməd Xalid, 1933 N17, səh. 206-211), "Dövlətlərarası münasibətlərə dair vasitələrdə Azərbaycan" (M.Məhəmmədzadə, 1934, N29, səh. 191-196 b.).

     

 

     Vahid Ömərov

     fəlsəfə üzrə, fəlsəfə doktoru 

 

      Səs.- 2012.- 14 iyun.- S.14.