Dahi Heydər Əliyev - Azərbaycan xalqının dünəni, bu günü və günəşli sabahıdır

 

Heydər Əliyev bu gün təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, O, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir. Bu zirvədən təkcə bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bu günü və sabahı görünür.

Heydər Əliyev bu gün təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, O, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir. Bu zirvədən təkcə bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bu günü və sabahı görünür.

Heydər Əliyev bu gün təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, O, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir. Bu zirvədən təkcə bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bu günü və sabahı görünür.

1993-cü ildən 2003-cü ilədək olan dövr böyük dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında keçmişdir. Bu dövr birinci növbədə onu göstərdi ki, lider şəxsiyyət olmadan xalq öz siyasi iradəsini gerçəkləşdirə, müstəqilliyə qovuşa bilməz. Mən Ulu Öndərimizin bir sözünü yada salmaq istəyirəm. O deyirdi ki: “Mən həyatımdan keçərəm, ancaq Azərbaycanın müstəqilliyindən keçmərəm”. Bu, xalqımızın böyük oğlunun dövlətçilik prinsipi, həyat fəlsəfəsi idi. Ümummilli Liderimiz daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına Azərbaycanı müstəqil dövlətə çevirdi, dövlət müstəqilliyimizi daimi və əbədi etdi. Hər bir dövlətin müstəqilliyinin olması onun iqtisadi potensialından da asılıdır. İqtisadi cəhətdən müstəqil olmayan dövlət siyasi müstəqilliyini təmin edə, onu qoruyub saxlaya bilməz. Azərbaycanın tam müstəqil dövlət olması üçün onun iqtisadi inkişafının da əsaslarını hazırlayan Ulu Öndərimiz qısa müddətdə islahatların aparılmasına nail olmuş, davamlı inkişaf üçün böyük maliyyə imkanları yaradan neft strategiyasını işləyib hazırlamışdı. Azərbaycan regionda həyata keçirilən qlobal layihələrin təşəbbüsü və fəal iştirakçısı rolunu oynamağa başlamışdır. O zaman nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi, müstəqil Azərbaycanın gələcəyi, xalqımızın xoşbəxtliyi uğrunda atılmış addım kimi tarixə düşmüşdür. Ulu Öndərimizin möhkəm qətiyyəti, misilsiz siyasi və dövlətçilik təcrübəsi sayəsində dövlət müstəqilliyimiz məhz bu dövrdə sarsılmaz xarakter aldı. Dövlət quruluşunun iqtisadi, siyasi, hüquqi və mənəvi əsasları inkişaf etdirildi. Müstəqilliyimizin qarantı olan mili ordumuz formalaşdırıldı. Torpaq islahat aparıldı və özəlləşmə həyata keçirildi. Qanunun aliliyi təmin olundu. Demokratik, azad və şəffaf seçkilərin əsası qoyuldu. Prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Ölkədə möhkəm ictimai-siyasi sabitlik yarandı.

Bütün bunlar ona gətirib çıxardı ki, Azərbaycan dağılmaqda olan ölkədən inkişaf edən, tərəqqiyə qoşulan ölkəyə, vətəndaş müharibəsi astanasında olan ölkədən vətəndaş həmrəyliyi olan ölkəyə çevrildi. Bu nailiyyətlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil dövlətçilik prinsipləri zaman keçdikcə daha da möhkəmlənir. Çünki bu iş, bu siyasi xətt müasir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və davam etdirilir.

Bu gün istinasız olaraq, deyə bilərik ki, hörmətli Prezidentimizin rəhbərliyi altında 2003-cü ildən ötən müddət ərzində həyata keçirilən tədbirlər, daxili və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətlər dövlət müstəqilliyimizin daha da möhkəmlənməsinə və davamlı xarakter almasına xidmət etmişdir.

Müstəqilliyimizin sarsılmaz olmasının əsas səbəblərindən biri də zamanın sınağından çıxmış Heydər Əliyev dövlətçilik xəttinin davam etdirilməsi, siyasi varisliyin təmin olunmasıdır. 9 il bundan əvvəl, 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev demişdir: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram, əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirməkdir”.  Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasətini davam etdirməkdir.

Azərbaycan 21 ildir ki, müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bu inkişaf ölkəmizin bütün guşələrində özünü göstərməkdədir. Müstəqillik dövründə Azərbaycan Respublikasının keçdiyi yolu xarakterizə etmək, inkişaf dinamikasını görmək üçün real həyata baxmaq kifayətdir. Bu uğurların, bu nailiyyətlərin qədrini bilməliyik. Çünki bunlar müstəqillik şəraitində, dövlətin öz idarəçiliyinin, xalqın isə öz milli iqtisadiyyatının sahib olduğu dövrdə qazanmışdır.

Bu gün dünya siyasətçiləri etiraf edirlər ki, məhz müstəqilliyimiz dövründə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlar xarici siyasət, xüsusən də, neft strategiyası Ermənistanın bölgədə təklənməsi ilə nəticələnmişdi. Dövlətimizin başçısı təkcə düzgün siyasət və diplomatiya yolu ilə deyil, həm də iqtisadi amili Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə yönəltməklə Azərbaycanın taleyüklü probleminin sülh yolu ilə hazırlanmasında mühüm təzyiq vasitəsi əldə etdi. Azərbaycanın neft siyasəti və diplomatiyası bu prosesin hərəkətverici qüvvəsinə çevrildi. Bütün bunlar ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, dünyada onun dostlarının və həmfikirlərinin artmasına və xarici siyasətimizin nüfuz dairəsinin genişlənməsinə gətirib çıxarmışdır. XX və XXI əsrlərdə Heydər Əliyev qurucusu olduğu Azərbaycanın tarixində əbədi iz qoymuş dahi şəxsiyyət kimi yaşayacaqdır.

Nəsillər Heydər Əliyevi daim anacaq, Onun nur çırağı parlaq yanacaq.

 

 

Ofelya Mürsəlova,

ADPU-nun padaqogika

kafedrasının baş müəllimi

 

Səs.- 2012.- 15 iyun.- S.6.