Bəhruz
Kəngərlinin 120 illiyinə həsr olunmuş
sərgi
Sərgi Prezident İlham Əliyevin
"Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında"
Sərəncamına əsasən keçirilir
Azərbaycan İncəsənət Muzeyində Bəhruz
Kəngərlinin 120 illiyinə həsr olunmuş sərgi
keçiriləcək. Sərgi "Bəhruz Kəngərlinin
120 illik yubileyi haqqında" Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına əsasən keçirilir. Sərginin
açılış mərasimi 22 iyun tarixində baş
tutacaq. Sərginin keçirilməsində əsas məqsəd
Bəhruz Kəngərlinin əsərlərinin geniş tamaşaçı
auditoriyasına təqdim olunması, onun milli təsviri incəsənətimizin
inkişafı və zənginləşdirilməsi
üçün göstərdiyi xidmətlərin
nümayişi və təbliğindən ibarətdir.
Azərbaycan İncəsənət Muzeyində Bəhruz
Kəngərlinin 120 illiyinə həsr olunmuş sərgi
keçiriləcək. Sərgi "Bəhruz Kəngərlinin
120 illik yubileyi haqqında" Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına əsasən keçirilir. Sərginin
açılış mərasimi 22 iyun tarixində baş
tutacaq.
Sərginin keçirilməsində əsas məqsəd
Bəhruz Kəngərlinin əsərlərinin geniş
tamaşaçı auditoriyasına təqdim olunması, onun
milli təsviri incəsənətimizin inkişafı və zənginləşdirilməsi
üçün göstərdiyi xidmətlərin
nümayişi və təbliğindən ibarətdir.
Məlumat üçün bildirək ki, B.Kəngərli
rəssam, boyakar və qrafik olaraq sənət taixinə iz
salıb. Azərbaycan professional rəssamlıq məktəbinin
görkəmli nümayəndəsi olan Bəhruz Kəngərli realist dəzgah
boyakarlığının təşəkkülü, portret
və mənzərə janrlarının formalaşmasında
rola malikdir. Uşaq ikən ciddi xəstəlik keçirən
B.Kəngərli ümumtəhsil məktəbinə gedə
bilməmiş, rəssamlığa meyil göstərmişdir.
Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin
nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq
Məktəbində oxumuşdur. Kəngərlinin rəssam
kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin
və "Molla Nəsrəddin" jurnalının
böyük rolu olmuşdur.
Yaradıcılığının ilk dövründə
müəllimi - mollanəsrəddinçi rəssam
O.Şmerlinqin və tələbə yoldaşı
L.D.Qudiaşvilinin portretlərini çəkmiş, karikatura və
satirik rəsmlər, mənzərə və məişət
səhnələrini əks etdirən rəsm, akvarel və
boyakarlıq əsərləri yaratmışdır.
1914-cü ilin iyununda rəssamın Naxçıvanda ilk
böyük sərgisi keçirilmişdir.
Cəmi 30 il ömür sürmüş və 7 il
yaradıcılıq fəaliyyəti ilə məşğul
olmağa macal tapmış B.Kəngərli 2000-ə qədər
rəsm əsəri yaratmışdır. O, realist ifadəliliyi,
yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb
edən çoxlu portret, mənzərə, natürmort çəkmişdir.
Dövrünün qabaqcıl ziyalılarının, sadə
adamların portretləri ("Yaşlı kişi",
"Gürcü" və s.), mövzu aktuallığına
və ideya məzmununa görə bu günün ictimai-siyasi
hadisələri ilə səsləşən
"Qaçqınlar" silsiləsinə daxil olan portretlər
canlılığı, reallığı və psixoloji ifadəliliyi
ilə fərqlənir.
Rəssamın yaradıcılığında mənzərə
janrı mühüm yer tutur. Onun mənzərələrində
təbiət gözəllikləri "Şəlalə",
"Dağlıq mənzərə", "İlanlı
dağ ay işığında", "Günəş
batarkən", "Ağrı dağı", "Köhnə
qala", "Əliabad kəndində darvaza", "Yamxana
kəndinə gedən yol", mədəniyyət abidələri
"Möminə xatın türbəsi", "Əshabi-kəhf
dağı", "Nuhun qəbri", ilin fəsilləri
"Payız", "Bahar" və s. əsərlərində
əks olunmuşdur.
B.Kəngərli 1918-1920-ci illərdə erməni
daşnaklarının Azərbaycanda törətdikləri faciələri
təsvir edən, öz dədə-baba torpaqlarından zorla
qovulan və Naxçıvana pənah gətirən azərbaycanlı
qaçqınların portretlərindən ibarət silsilə
əsərlər yaratmışdır. Bu silsilədən olan
"Qaçqınlar", "Qaçqın qız",
"Qaçqın oğlan", "Qaçqın
qadın", "Yurdsuz ailə", "Qaçqın
Gümşün", "Ayaqyalın qaçqın
oğlan" və s. onlarla qaçqının portretləri
təkcə sənətkarlıq səviyyəsinə görə
deyil, tarixi sənəd kimi də dəyərlidir.
O, portret ustası kimi yaratdığı
personajların mənəvi aləmini açıb göstərə
bilmişdir. Rəssam təsvir etdiyi qaçqın
uşaqların hər birinin simasında didərgin
düşdükləri ata-baba ocaqlarının həsrətini,
keçirdikləri hiss və həyəcanları, gözlərinə
qonmuş qüssə və kədəri özünəməxsus
ustalıqla əks etdirmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə də
(1918-1920) B.Kəngərli yaradıcılıqdan qalmır,
boyakarlıq və qrafika əsərləri yaradır. Rəssamlıq
sənətini gənclərə öyrətmək, bu sənəti
sevdirmək üçün xüsusi dərnək
açır, fərdi sərgilərini təşkil edirdi.
1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə
Kəngərlinin 500-dən çox əsəri nümayiş
etdirilmişdir. Əsərləri Azərbaycan Milli İncəsənət
Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində,
Moskva Dövlət Tarix Muzeyində və şəxsi
kolleksiyalarda saxlanılır.
B.Kəngərli həm də milli teatr rəssamlığının
banilərindəndir. 1910-cu illərdə Naxçıvan
teatrında "Ölülər" (C.Məmmədquluzadə),
"Hacı Qara" (M.F.Axundzadə), "Pəri-cadu" (Ə.Haqverdiyev)
tamaşalarına bədii tərtibat və geyim eskizləri
vermişdir. A.Babayevin "Yarımçıq şəkil"
pyesi B.Kəngərliyə həsr olunmuşdur.
Naxçıvan şəhərində rəssamın muzeyi
yaradılmış, qəbirüstü abidəsi
ucaldılmışdır.
ZÜMRÜD
Səs.- 2012.- 19 iyun.- S.12.