Azərbaycanın
sovet dövründə azərbaycançılıq
ideyaları
Azərbaycançılıq
ideyaları sovet dövründə müəyyən
təzyiqlərə məruz qalsa da, Azərbaycan xalqının qəlbində öz saflığını qoruya
bilmişdir. Ulu
Öndər Heydər Əliyevin birinci
hakimiyyəti illərində, bütün
sahələrdə olduğu kimi, azərbaycançılıq
ideyasının qorunub saxlanmasına da xüsusi diqqət verildi.
Azərbaycançılıq
ideyaları sovet dövründə müəyyən
təzyiqlərə məruz qalsa da, Azərbaycan xalqının qəlbində öz saflığını qoruya
bilmişdir. Ulu
Öndər Heydər Əliyevin birinci
hakimiyyəti illərində, bütün
sahələrdə olduğu kimi, azərbaycançılıq
ideyasının qorunub saxlanmasına da xüsusi diqqət verildi.
Dövlətçilik tariximizə
xüsusi baxışı olan
Ulu Öndər Heydər Əliyev demişdir: "Azərbaycan xalqının
çoxəsrlik dövlətçilik tarixi
vardır. Lakin XIX əsrin əvvəlində xalqımız
dövlətçiliyindən məhrum olmuşdu.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur
və xalqımızın dövlətçilik salnaməsinin
parlaq səhifələrindəndir.
Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasından keçən 80 il dörd mərhələyə
bölünə bilər: birinci -
1918-1920-ci illər, Azərbaycan Xalq
Cümhuriyyətinin fəaliyyət göstərdiyi illər; ikinci -
1920-1922-ci illər, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin hakim
olduğu illər: üçüncü
- 1922-1991-ci illər, Azərbaycanın totalitar
rejim, kommunist
ideologiyası şəraitində yaşadığı dövr, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin Sovetlər
İttifaqında başqa müttəfiq respublikalarla birgə fəaliyyət göstərdiyi
dövr. Dördüncü
dövr 1991-ci ilin sonundan, dekabrından başlayır, Sovetlər
İttifaqının dağılması ilə əlaqədar
Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günündən indiyədək
keçən illərdir".
Akademik Ramiz Mehdiyev müstəqilliyi
xalqın ən ali sərvəti hesab edərək yazır: "İnkişaf etmiş sivil xalqlar bütün
zamanlarda dövlətə zəruri, hətta
müqəddəs təsisat kimi
baxmışlar. Müstəqil dövlət isə hər bir xalqda qürur
və şərəf hissi doğuran güclü amildir. Hər bir xalq və millət üçün
müstəqillik əvəzedilməz nemətdir. Xalqların öz taleyini müstəqil şəkildə müəyyən
etməsi, suveren dövlət halında təşkilatlanması
onun milli
potensialının maddi və mənəvi
resurslarını tam gücü
ilə üzə çıxarılmasına imkan
yaradır, iqtisadi, siyasi,
intellektual, mədəni qüvvələrin
maneəsiz inkişafına təkan verir,
xalqın və millətin nəyə qadir
olduğunu nümayiş
etdirir. Xalqın müstəqil dövlət
halında yaşamaq qabiliyyəti, milli təsisatların inkişafı, dünya birliyində müstəqil dövlətin
yeri, bu halda, bütün əyaniliyi
ilə üzə çıxır. Müstəqillik
vətənpərvərlik ideyalarının və
duyğularının güclənməsinə imkan yaratmaqla
yanaşı, həm də bunları ciddi
sınağa çəkir, milli və
ümumbəşəri dəyərlərin daha
düzgün və dolğun
uyğunlaşdırılmasını təmin edir.
Müstəqil dövlət
halında yaşamaq vətəndaşlara
geniş hüquqlar və
azadlıqlar verməklə bərabər, həm də
onların üzərinə böyük məsuliyyət
qoyur".
Sona
xanım Vəliyeva bilavasitə ikinci respublika dövründə azərbaycançılıq
ideyasının vəziyyətinə toxunaraq
yazır: "1920-ci il aprelin
28-də Azərbaycanda sovet hakimiyyətinin
elan edilməsi ilə ölkədə azərbaycançılıq
ideologiyası dövlət səviyyəsində yüksəliş
dövrünü başa
vurdu, milli-mənəvi
dəyərlərin qorunması isə, əsil mənada, ciddi sınaqlar qarşısında qaldı. Rusiya hökumətindən asılı olan Azərbaycan SSR hökuməti 1920-1922-ci
illərdə formal da
olsa, müstəqilliyini qoruyub
saxlaya bildiyindən və həmin
dövrdə hökumətə Azərbaycan xalqının vətənpərvər
şəxsiyyətlərindən Nəriman Nərimanov
başçılıq etdiyindən milli-mənəvi dəyərlərimizdən,
onların qorunub-saxlanmasının vacibliyindən, dövlət
səviyyəsində az da
olsa, danışmaq mümkün
idi. Lakin 1922-ci ilin sonunda
Azərbaycan ZSFSR tərkibində SSRİ-yə daxil edildikdən sonra azərbaycançılıq,
soykökə sədaqət, milli-mənəvi dəyərlər
kimi mövzularda hər
hansı bir söhbətin
aparılması dərhal şovinist millətçilik
kimi damğalanır və təqib olunurdu. Təsadüfi deyildir
ki, 20-30-cu illər repressiya
qurbanlarının əksəriyyəti məhz elə milli ruhunu, dəyərlərini
qoruyub saxlamış adamlar
olmuşlar. Repressiya
illərində Azərbaycan xalqının milli
azadlıq ruhuna son qoymaq üçün 50 min nəfərdən artıq adam
güllələnmiş, 100 mindən çox
insan Sibirə və Qazaxıstana sürgün edilmişdi.
Onların içində Hüseyn Cavid, Mikayıl Müşfiq,
Tağı Şahbazi, Salman
Mümtaz kimi görkəmli
şəxsiyyətlər və milli ideya carçıları da
vardı".
Həsən Əzizoğlu
XX əsrin 20-ci illərində
Nəriman Nərimanovun azərbaycançılıq
ideyası və milli dövlətçilik
uğrunda apardığı mübarizədən
bəhs edərək göstərir ki, N.Nərimanov
Azərbaycan xalqının milli-mədəni inkişafına,
din problemlərinə, Azərbaycan dilinə dövlət statusu, milli ziyalılara və təhsilə önəm
verilməsinə milli dövlətçiliyin
tərkib hissəsi kimi baxmış, ona xüsusi diqqət yetirmiş, Azərbaycan adət-ənənələrinin
qoruyucusu, elm, təhsil
və mədəniyyətin inkişafına qayğı
göstərən başlıca şəxs olmuşdur. O, bu sahələrdə
müvafiq sənədlər
imzalamış və fəaliyyət göstərmişdir.
N.Nərimanovun bu sahədəki fəaliyyəti
Azərbaycan xalqının düşmənlərinin və bir sıra məhdud düşüncəli Azərbaycan
bolşeviklərinin qəzəbinə tuş
gəlmiş və onun əleyhinə geniş kampaniyaya
başlamışlar.
Azərbaycanlı tələbələr
Rusiyanın bir çox
universitetlərinə oxumağa göndərilmiş,
Avropada oxuyanlara xüsusi qayğı göstərilmişdir.
Azərbaycan ali məktəblərində
azərbaycanlı müəllimlər
çalışmadığından, o
zamanın ən görkəmli alimləri, o
sıradan da, Bəkir Çobanzadə dəvət
olunmuşdur. Azərbaycan kitabxanaları
dünyanın ən dəyərli əsərləri ilə zənginləşdirilmişdir.
Azərbaycan dilinin məktəblərdə
tədrisi, Azərbaycan dilində dərsliklərin
yazılması, ümumi məcburi ibtidai təhsil və texniki
peşə təhsili və s. haqqında
dekretlər qəbul olunmuşdur.
Bakıda Şərq xalqlarının, Azərbaycan müəllimlərinin,
qadınlarının, maarif və mədəniyyət
işçilərinin qurultayları keçirilmişdir.
N.Nərimanovun milli
dövlətçilik baxışlarında Azərbaycan dilinə
qayğı başlıca yer tutmuşdur. Azərbaycan dili N.Nərimanovun fərmanı ilə
dövlət dili statusu
almış, bütün idarələrdə
kargüzarlığın rus dili ilə yanaşı, Azərbaycan dilində
də aparılması barədə sərəncam verilmiş, İnqilab Komitəsinin
xüsusi qərarı ilə məktəblərdə
"Ana dili"nin tədris olunması qərara alınmışdır.
Azərbaycan dilində savadlı məmurlar
hazırlamaq üçün xüsusi dərnəklər təşkil edilmişdir. 1922-ci ilin yanvar ayında dövlət idarələrində
məmurların ixtisarı haqqında qərar qəbul olunmuş, ixtisar
aparılarkən, N.Nərimanov Azərbaycan dilini
bilənlərə qayğı göstərilməsi barədə
qərar qəbul etmişdir. Amma bu işi
həyata keçirmək yolunda xeyli maneələr olmuşdur.
N.Nərimanovun dövlətçilik siyasətində
milli ziyalı amili xüsusi yer tutmuşdur. Azərbaycanda sovet hakimiyyətinin ilk illərində
Azərbaycançılıq ideyalarına təsir edən mənfi
amillər haqqında professor Musa Qasımov yazır: "20-30-cu illərdə
Azərbaycanda yeridilən sovetləşdirmə siyasəti
mahiyyətinə görə ruslaşdırma, milli
qüvvələrin məhv edilməsi, vətəndən
didərgin salınması məqsədini güdürdü.
Xüsusən, Bakı şəhəri başqa
xalqların nümayəndərinin köçürülməsi
nəticəsində milli simasını itirirdi. Hələ I Pyotrun
Xəzərsahili ərazilərə işğalçı
yürüşləri dövründən başlayaraq,
təlqin edilən "Bakı və Azərbaycan" fikrini sovet hökuməti
də müxtəlif metodlarla həyata keçirirdi. Gənc sovet dövlətinin müstəqil Azərbaycan
Cümhuriyyətinin təbii paytaxtı olan
Bakını 1918-20-ci illərdə ayırıb Rusiyaya birləşdirmək niyyəti 1920-ci ilin aprelində baş verən
işğaldan sonra da qalırdı. Hətta 20-ci illərin əvvəllərində
Bakının Azərbaycandan alınıb Rusiyaya birləşdirilməsinə dair Kommunist Partiyası Mərkəzi
Komitəsinin məxfi qərarı da qəbul
edilmişdi. Bakı şəhərinin
büdcəsi bütün Azərbaycanın
büdcəsindən çox idi. RK(b)P-nin 1921-ci ildə keçirilən X
qurultayında etdiyi məruzəsində Stalin sosial-iqtisadi və mədəni
inkişaf baxımından Bakının
Azərbaycandan fərqli olduğunu bildirmişdi. Şəhəri Azərbaycandan
ayırıb Rusiyaya birləşdirməklə
respublikanı "başsız bədənə"
çevirmək niyyətləri 20-30, hətta Xruşşov dövründə də davam etdirilmişdi. Bakının
milli simasını bərpa etmək
problemə çevrilmişdi.
Bununla
belə, qeyd etmək lazımdır ki, istiqlal uğrunda
mübarizə aparan qüvvələr, milli ziyalılar həmin illərdə repressiya olunaraq, məhv
edilsələr də, sovet hakimiyyətinin
heç də bütün
tədbirləri anti-Azərbaycan mahiyyəti
daşımırdı və ziyanlı deyildi. Mədəni inqilab illərində
Azərbaycan xalqının bir çox milli-mənəvi və mədəni
sərvətləri qəddarlıqla məhv edilsə də,
savadsızlığın ləğvi istiqamətində həyata
keçirilən tədbirlər, məktəblərin, mədəni-maarif
müəssisələrinin, ali və orta ixtisas təhsili
ocaqlarının geniş şəbəkəsinin
yaradılması, nəhəng tikinti-quruculuq
işlərinin aparılması böyük
tarixi hadisələr idi.
Həmin illərdə milli
ziyalıların ölkədə aparılan kütləvi repressiyalar nəticəsində məhv edilməsinə
təsir edən çoxlu amillərdən
biri, heç
şübhəsiz, Azərbaycan rəhbərliyi daxilində təbii
yekdilliyin, səmimi birliyin
olmaması, ayrı-ayrı şəxslərin arasında hökm sürən intriqalar,
vəzifə hərisliyi idi. Bununla belə, 30-cu illərin qanlı
repressiyaları istiqlal fikrini
tamamilə məhv edə bilmədi. O, xalqın
amansızcasına məhv edilməyə yönəldilmiş
milli adət-ənənələrində
və ruhunda yaşayırdı.
Ulu
Öndər Heydər Əliyev dəhşətli sovet repressiyasının azərbaycançılıq
ideyasının məhvinə yönəldiyini qeyd edirdi: "1937-1938-ci
illərdə Azərbaycan xalqına, xüsusən, onun görkəmli insanlarına,
ziyalılarına, siyasi xadimlərinə,
elm-mədəniyyət xadimlərinə qarşı böyük repressiyalar edilmişdir. Onlar həbs edilmiş, həyatdan məhrum olmuşlar.
Onların ailələrinə əziyyətlər verilmişdir. Qəribə hal
bundan ibarətdir ki,
1920-ci ildə hakimiyyəti ilk Xalq Cümhuriyyətindən əlinə alan insanların - kommunist,
bolşevik ideologiyasına xidmət edənlərin
çoxu da 1937-1938-ci
illərdə repressiya qurbanları olmuşlar. Görün,
Azərbaycan xalqı nə qədər faciələr içərisində
yaşamışdır!
Azərbaycan xalqına
qarşı soyqırımı edilmişdir.
Azərbaycan xalqına qarşı edilən
soyqırımın tarixi mənim
imzaladığım Fərmanda açıq-aydın göstərilmişdir.
1918-ci ilin mart
ayında ermənilər tərəfindən Azərbaycan
xalqına qarşı edilən soyqırımı
xalqımıza böyük zərbələr
vurmuşdur.
1937-1938-ci illərdə azərbaycanlıların
böyük bir hissəsi
guya İran təbəəsi
olduqlarına görə məcburən İrana
sürgün edilmişdir.
Onlar da çox böyük itkilərlə
rastlaşmışlar. 1944-1949-cu illərdə də Azərbaycandan
xeyli insan sürgün edilmişdir.
Nəhayət, 1948-1953-cü illərdə Azərbaycan
xalqına - indiki Ermənistan
Respublikası adlanan yerdə öz ata-baba
torpaqlarında yaşayan azərbaycanlılara
qarşı soyqırımı edilmiş,
onlar məcburi köçürülmüş,
deportasiya olunmuş, yerlərini-yurdlarını,
ellərini-obalarını itirmiş böyük itkilər vermişlər, çətinliklə
rastlaşmışlar".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.- 6 iyun.- S. 14