Ulu
Öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı dövründə
Azərbaycançılıq ideyaları
Ulu Öndər Heydər Əliyevin ikinci hakimiyyəti
illərində ideologiya, milli-mənəvi dəyərlər,
iqtisadiyyat, siyasət vəhdətdə inkişaf etdirilirdi. Bu
barədə "Dünyanı heyran qoyan insan"
kitabında belə yazılmışdır: "Əlbəttə,
milli dirçəliş ideyalarının, azərbaycançılıq
ideologiyasının əməli surətdə həyata
keçirilməsini yalnız təsərrüfat və sənaye
sahələrində qazanılmış uğurlar fonunda,
onların əsasında inkişaf etdirmək olardı. Heydər
Əliyevin strateji proqramında diqqəti çəkən cəhət
məhz odur ki, burada mənəvi, bədii və estetik təkamül
iqtisadiyyatda parlaq nailiyyətlərlə və insanların
rifahının keyfiyyətcə yaxşılaşması ilə
birləşərək, vahid məcrada
reallaşdırılmışdır.
Ulu Öndər Heydər Əliyevin ikinci hakimiyyəti
illərində ideologiya, milli-mənəvi dəyərlər,
iqtisadiyyat, siyasət vəhdətdə inkişaf etdirilirdi. Bu
barədə "Dünyanı heyran qoyan insan"
kitabında belə yazılmışdır: "Əlbəttə,
milli dirçəliş ideyalarının, azərbaycançılıq
ideologiyasının əməli surətdə həyata
keçirilməsini yalnız təsərrüfat və sənaye
sahələrində qazanılmış uğurlar fonunda,
onların əsasında inkişaf etdirmək olardı. Heydər
Əliyevin strateji proqramında diqqəti çəkən cəhət
məhz odur ki, burada mənəvi, bədii və estetik təkamül
iqtisadiyyatda parlaq nailiyyətlərlə və insanların
rifahının keyfiyyətcə yaxşılaşması ilə
birləşərək, vahid məcrada
reallaşdırılmışdır.
Prezident Heydər Əliyev hətta iqtisadiyyatla
bağlı məsələlərdə də mənəviyyat
problemlərini heç vaxt diqqətdən kənarda qoymur,
çünki O, öz ölkəsinin iqtisadi
inkişafını hər zaman mənəvi mədəniyyət
problemləri ilə sıx bağlılıqda, vahid axarda
görür".
Azərbaycanın bir müstəqil dövlət kimi
varlığı məhz Ulu Öndərin hakimiyyətə
ikinci qayıdışı - 1993-cü ilin iyunu dövründə
qorunub saxlandı. Bu barədə Ulu Öndər
çıxışlarının birində demişdir:
"Hesab edirəm ki, Azərbaycanın müstəqilliyinin
qorunub saxlanmasında 1993-cü il tarixi əhəmiyyət kəsb
edir. Mən tam məsuliyyətlə deyirəm ki, 1993-cü
ilin iyun ayında Azərbaycan parçalanmaq və məhv
olmaq təhlükəsi altında idi. Bunu hamınız
gözünüzlə görmüsünüz. Bizim xalq
yazıçımız Anar dünən dedi ki, əgər
1993-cü ilin iyun ayında bu məsələlərin
qarşısı alınmasaydı, biz müstəqilliyimizi bəlkə,
doğrudan da, yenidən itirə bilərdik. Bu, həqiqətdir.
Çünki Azərbaycanın müstəqil dövlət
kimi yaşamasını, inkişaf etməsini xaricdəki
düşmənlərimiz heç vəchlə istəmirlər.
Bir tərəfdən Ermənistan Azərbaycana qarşı ərazi
iddiası edir, başqa ölkələrin də bəzi dairələri
Azərbaycanı öz tabeliyində saxlamaq istəyirlər.
Onların bəziləri üçün müstəqil,
bütöv, sərbəst və uğurla inkişaf edən
Azərbaycan sərfəli deyildir".
Sona xanım Vəliyeva 1993-cü ildən hakimiyyətdə
ikinci dəfə olan Ulu Öndərin azərbaycançılıq
ideyasının inkişafındakı müstəsna xidmətlərindən
bəhs edərək yazır: "1969-cu ildə Azərbaycanın
böyük siyasi xadimi və azərbaycançılıq
ideallarının himayədarı Heydər Əliyev ölkəmizə
rəhbərlik etməyə başladığı vaxtdan azərbaycançılığın
inkişafı üçün yaranmış əlverişli
zəmindən tarixçilər, ədəbiyyatçılar,
dilçilər, filosoflar geniş istifadə etdilər. Bu illərdə
yazılmış çoxsaylı əsərlərdə Azərbaycanın
ədəbi-estetik və ictimai-siyasi fikir tarixi milli ideyanın
geniş yayılmasına, milli irsin yeni nəslə
çatdırılmasına töhfələr vermişdir.
Azərbaycançılıq ideyasının
formalaşmasında XX əsrin 80-90-cı illərində,
dövlət müstəqilliyimizin bərpası ərəfəsində
başlanmış əvvəlcə xalq, 1990-cı ilin yanvar
ayından isə milli-azadlıq hərəkatının
xüsusi rolu olmuşdur. Bu illərdə həm qabaqcıl
düşüncə sahiblərinin əsərləri, məqalə
və çıxışları bütövlükdə
milli ruhun inkişafına yönəlmiş, həm də
yüksələn xətlə inkişaf edən xalq hərəkatı
bu ideyanı bütöv insanların kütləvi
düşüncə tərzinə çevirmişdir.
Düzdür, bu illərdə meydan əhval-ruhiyyəsilə
bəzən azərbaycançılıq ideyası ilə
ümumtürkçülük ideyası
qarışdırılmış və eyniləşdirilmişdir
ki, bu da Azərbaycandaxili vətəndaş münasibətlərini
bir qədər kəskinləşdirmiş və müəyyən
müddətdə bu ideyanı iflasa doğru yönəltmişdir.
Lakin bütün Azərbaycan əhalisinin istiqlal arzusu, azərbaycançılığın
təbii şəkildə bir müstəqil dövlətin
bütün vətəndaşlarının ali
ideologiyasına çevrilməsi, bütün ölkə vətəndaşlarının
birləşdirilməsi zərurəti tezliklə
düşüncə adamlarını bu həssas və
taleyüklü məsələyə yenidən baxmağa
sövq etmişdir.
Azərbaycançılığın bütöv bir
xalqın - bütün dünyada yaşayan azərbaycanlıların,
Ana Vətənlə əlaqəsi olan bütün
soydaşlarımızın və həmvətənlərimizin
milli birlik simvoluna, milli ideologiyasına çevrilməsi və
Azərbaycan Respublikasında rəsmi dövlət
quruculuğu praktikasında həyata keçirilməsi
1993-cü ildən başlanır. Məhz bu dövrdən
başlayaraq azərbaycançılıq etnolinqvistik,
etnoqrafik, ədəbi, mədəni-estetik, fəlsəfi və
mənəvi dəyərlərlə yanaşı, sosial-siyasi
məzmun kəsb edərək, ümumi ideyalar sistemi kimi milli
dövlət quruculuğunun ayrılmaz komponentinə
çevrilir.
Azərbaycançılıq
ideyalarının yayılması və bütün
dünyada yaşayan
azərbaycanlıların birləşdirici bir
amalına çevrilməsi yolunda Heydər
Əliyevin təşəbbüsü ilə 9-10 noyabr 2001-ci ildə Bakı şəhərində
keçirilmiş Dünya
Azərbaycanlılarının Birinci
Qurultayının xüsusi rolu olmuşdur. Bu qurultayda Azərbaycan Respublikası vətəndaşlarını
və dünyanın 36 ölkəsində yaşayan
azərbaycanlıları təmsil edən, azərbaycanlıların
milli elitasını təşkil edən
702 nümayəndə və 844 qonaq iki gün azərbaycançılığın
bütün aspektlərini müzakirə etmiş, dünya azərbaycanlılarının birliyinin nəzəri və praktiki
məsələlərini təhlil etmişlər.
Dünya
Azərbaycanlılarının I Qurultayı bütün
dünya azərbaycanlılarının ana vətəni Azərbaycana, ana
dilinə, milli mənsubiyyət hissinə
bağlılığını əyani şəkildə sübut etməklə yanaşı, eyni zamanda, onların milli şüurunun,
özünüdərkinin güclənməsində mühüm rol oynadı. Xaricdə yaşayan
soydaşlarımızın və həmvətənlərimizin
müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin
daha da möhkəmləndirilməsi,
dünya azərbaycanlıları
arasında birliyin və həmrəyliyin
təmin olunması və azərbaycançılıq
ideyalarının onların düşüncələrinə
hakim kəsilməsi işində bu qurultayın rolu, sözün həqiqi mənasında, tarixi idi.
Beləliklə, biz
1993-cü ilin sonlarından etibarən milli ideologiyanın, azərbaycançılıq
ideologiyasının müasir elmi-nəzəri
standartlar səviyyəsində
formalaşmasının şahidləriyik. Azərbaycançılıq
təlimi bu gün milli ənənələrin və cərəyanların,
dini və praqmatik nəzəriyyələrin
keçid dövrünə məxsus
müxtəlif iqtisadi prosesləri, cəmiyyətin
industrial və postindustrial
inkişafının bütün
çalarlarını özündə cəmləşdirir.
Mirkazım Kazımov azərbaycançılığı
Heydər Əliyevin dövlət quruculuğunun
prinsipi hesab edərək
yazır: "Azərbaycan xalqının çoxəsrlik tarixinin son yüzilliyində
yetirdiyi dahi və ən
böyük şəxsiyyətlərindən
biri olan Ümummilli Liderimiz Heydər
Əliyevin öz xalqı və dövləti
qarşısında xidmətləri misilsizdir.
XX əsrin siyasi tarixində
ən yüksək zirvəyə yüksəlmiş Böyük Öndər özünün
80 illik şanlı həyatının
yarım əsrdən çoxunu Azərbaycana,
onun sosial-iqtisadi tərəqqisinə,
dövlət müstəqilliyinin bərpasına və
möhkəmləndirilməsinə, dünya
birliyinə qovuşmasına, xalqın rifah
halının yaxşılaşdırılmasına həsr etmişdir. Bu dahi şəxsiyyətin ürəyi öz xalqı ilə, öz
vətəni ilə birgə döyünürdü.
İyirminci yüzilliyin
böyük mütəfəkkir-şəxsiyyəti
kimi tarixə qovuşmuş
Heydər Əliyevin özü bunu belə ifadə edirdi:
"Mən bütün həyatımı
Azərbaycana, xalqıma həsr etmişəm. Mən ömrümün qalan hissəsini
xalqıma bağışlayıram".
Heydər Əliyevin
ən böyük xidmətlərindən
biri ölkədə azərbaycançılıq
ideologiyasının yaranmasını və möhkəmlənməsini,
onu bütün dünyada yaşayan 50 milyondan artıq azərbaycanlının milli ideyasına, ümummilli
ideologiyasına çevirməsi oldu.
Dünya azərbaycanlılarının
birinci qurultayındakı geniş
nitqində Azərbaycan dövlətinin əsas ideyasından
danışan Ümummilli Liderimiz
Heydər Əliyev qeyd edirdi
ki, "Hər bir insan üçün milli mənsubiyyəti onun
qürur mənbəyidir. Həmişə
fəxr etmişəm, bu gün
də fəxr edirəm ki, mən azərbaycanlıyam.
Müstəqil Azərbaycan dövlətinin əsas ideyası
azərbaycançılıqdır. Hər bir
azərbaycanlı öz milli
mənsubiyyətinə görə qürur
hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın
dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq".
Bu gün Azərbaycan dövlətçiliyinin ideoloji əsasını müəllifi və
yaradıcısı Böyük Öndər,
Ümummilli Liderimiz
Heydər Əliyev olan azərbaycançılıq
ideologiyası təşkil edir. Müasir Azərbaycan
açıq vətəndaş cəmiyyəti quran bir dövlət kimi bütün dinlərin,
təriqətlərin, etiqadların, Şərq və Qərb
mədəniyyətlərinin, digər mənəvi və bəşəri
dəyərlərin sintezindən ibarət bir
dünyadır. Azərbaycan dövləti, Azərbaycan
xalqı bütün dünya
üçün açıqdır,
dünyanın elə bir ölkəsi, elə
bir guşəsi yoxdur
ki, həmin yerlərlə bizim
mədəni, mənəvi bağlılığımız
olmasın. Dövlətimiz çox düzgün olaraq özünün xarici
siyasətində bu amilə xüsusi diqqət yetirir.
Azərbaycan
rəhbərliyi ölkəmizin regionda, bütün dünyada mövqeyini müəyyən edərkən
yalnız türk dünyasına, islam birliyinə söykənir, Rusiya, İran, yaxud Qərbə bağlanan
siyasəti məqbul saymır. Ölkə rəhbərliyi
balanslaşdırılmış siyasətin tərəfdarıdır, belə
siyasəti də aparır. Tarixən bu
yerlərin sakini və sahibi
olan, buranı özləri üçün vətən seçən etnik qrupların maddi, mədəni
və mənəvi irsi Azərbaycan
adlı keçmiş, bu
gün və gələcək deməkdir.
Heydər Əliyev çox düzgün olaraq qeyd edirdi ki,
"indi hər bir azərbaycanlı
qürur hissi
keçirə bilər ki, mən azərbaycanlıyam,
mənim millətimin dövləti var, mənim
millətim, ölkəm vardır".
Akademik
Ramiz Mehdiyev Ulu Öndər Heydər Əliyevin 1993-cü
ildə Bakıya ikinci dəfə hakimiyyətə
qayıdışı və hakimiyyəti illərində azərbaycançılığın
inkişafı sahəsindəki xidmətlərindən bəhs
edərək yazır: "1993-cü ilin
ortalarında Heydər Əliyevin Bakıya qayıtması və
milli dövlətçilik
yaradılmasına yönəldilmiş
islahatçılıq tədbirlərinə başlanması
gənc nəsil üçün milli tarixdir. Gələcək
nəsillər bu barədə tarixə dair oçerklərdən və kitablardan məlumat alacaq, oxuyacaq və öyrənəcəklər. Lakin bu tarixin bir
çox şahidləri ölkənin Ermənistanla
qanlı müharibə şəraitində olduğu,
məmləkəti vətəndaş müharibəsinə cəlb
etmiş müxtəlif
qruplaşmaların daxili
qarşıdurmasının yaxınlaşdığı,
iqtisadiyyatın sovet dövründəki durğunluq səviyyəsindən başdan-başa viranəlik vəziyyətinə
düşdüyü günləri
yaxşı xatırlayırlar. Ölkədə, xüsusən
də, paytaxtda qətiyyən idarə olunmayan qeyri-formal
silahlı qruplaşmalar
azğınlıq edirdilər. "Parçala
və hökm sür"
prinsipi Azərbaycanın hakim
dairələrinin əsas tezisinə çevrilmişdi.
Adlarını "demokrat" qoyanlar xalq və gələcək
nəsillər qarşısında heç
bir məsuliyyət hiss
etmədən ölkəni parçalanmağa,
dağılmağa, viranəliyə doğru
sürükləyirdilər!
O vaxtdan ötən 10 ildən sonra
milli siyasətdən danışarkən biz hər yerdə, bütün
bölgələrdə sabit inkişafı
nəzərdə tuturuq. İndi
biz əsası Heydər Əliyev tərəfindən
qoyulan azərbaycançılıq
ideyasından danışırıq. Lakin
çoxlarının yadındadır ki,
hələ 10 illər öncə "demokratlar"ın
yeritdikləri milli siyasətin səhvləri
və uğursuzluqları, qəbul etdikləri qərar və qanunlar, etnomillətçiliyə can atmaları Azərbaycanın
bölgələri arasında qarşılıqlı
münasibətlərin mürəkkəbləşməsinə
zəmin yaratmış və nəticə etibarilə buna gətirib çıxarmışdır. Bütün bunlar Azərbaycan
xalqının qarşılaşdığı və
1993-cü il iyunun 15-dən
sonra Heydər Əliyevin həll etməli
olduğu istər daxili,
istərsə də xarici siyasət
problemlərinin ancaq kiçik
bir siyahısıdır.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2012.- 9 iyun.- S. 14.