Azərbaycan
rəssamlıq məktəbinin görkəmli nümayəndəsi
29 iyun Kamil Nəcəfzadənin
xatirə günüdür
Azərbaycan Prezidenti İlham Əliyevin
Sərəncamı əsasında Bəhruz Kəngərlinin
120 illik yubileyi keçiriləcək
Azərbaycan mədəniyyət
və incəsənəti tarixin müxtəlif dövrlərində
inkişaf yolu keçərək, bu gün təkmilləşmiş,
dünya miqyasında sözünü deyə biləcək səviyyəyə
yüksəlmişdir. Bu dəyərlərin, amillərin
inkişafı onun yaradıcılarının, istedadlı
xadimlərin əməyi, zəngin bədii təxəyyülünün
nəticəsidir.
Azərbaycan mədəniyyət
və incəsənəti tarixin müxtəlif dövrlərində
inkişaf yolu keçərək, bu gün təkmilləşmiş,
dünya miqyasında sözünü deyə biləcək səviyyəyə
yüksəlmişdir. Bu dəyərlərin, amillərin
inkişafı onun yaradıcılarının, istedadlı
xadimlərin əməyi, zəngin bədii təxəyyülünün
nəticəsidir.
Belə irsi yaradan, zəngin mədəniyyəti
formalaşdıran simalar müasir dövrümüzdə
ölkə rəhbərliyi tərəfindən diqqətdə
saxlanılır. Bir-birinin ardınca imzalanan sərəncamlar
məhz mədəniyyət xadimlərinin əməyinə,
onların irsinin, məktəbinin geniş bir məkanda təbliğinə
yönəlib. Bu günlərdə Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən Azərbaycan rəssamlıq
məktəbinin görkəmli
nümayəndələrindən olan Bəhruz Şirəlibəy
oğlu Kəngərlinin 120 illiyinin keçirilməsi ilə
bağlı imzaladığı Sərəncam da məhz milli
mədəniyyətimizə, incəsənətimizə
göstərilən dövlət qayğısının, diqqətin
nəticəsidir.
Azərbaycan təsviri sənətində
realist dəzgah boyakarlığının təşəkkülü,
portret və mənzərə janrlarının
formalaşmasında böyük rolu olan Bəhruz Kəngərli
1892-ci il yanvarın 22-də Naxçıvanda anadan olub.
Uşaq ikən ciddi xəstəlik keçirən Kəngərli
ağır eşitdiyindən ümumtəhsil məktəbinə
gedə bilməmiş, rəssamlığa meyil göstərmişdir.
Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin
nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq
Məktəbində oxumuşdur. Onun rəssam kimi püxtələşməsində
Cəlil Məmmədquluzadənin və “Molla Nəsrəddin”
jurnalının böyük rolu olmuşdur.
B.Kəngərlinin
yaradıcılığının ilk dövründə
müəllimi - mollanəsrəddinçi rəssam
O.Şmerlinqin və tələbə yoldaşı L.D.
Qudiaşvilinin portretlərini çəkmiş, karikatura və
satirik rəsmlər, mənzərə və məişət
səhnələrini əks etdirən rəsm, akvarel və
boyakarlıq əsərləri yaratmışdır. (“Qoca
kişi”, “Toy”, “Elçilik” və s.). 1914-cü ilin iyununda rəssamın
Naxçıvandakı ilk böyük sərgisi və orada
göstərilən rəsmləri həmyerlilərini heyran
etmişdi. O vaxt “İqbal” qəzeti yazırdı: “Cavan rəssamımız
gələcəkdə iftixarımız olacaqdır”. Bu
gün bizə Kəngərlinin
zəngin bədii irsi qalmışdır.
Cəmi 7 il
yaradıcılıq fəaliyyəti ilə məşğul
olmağa macal tapmış Bəhruz Kəngərli 2000-ə qədər
rəsm əsəri yaratmışdır. O, realist ifadəliliyi,
yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb
edən çoxlu portret, mənzərə, natürmort çəkmişdir.
Dövrünün qabaqcıl ziyalılarının, sadə
adamların portretləri
mövzu aktuallığına və ideya məzmununa
görə bu günün ictimai-siyasi hadisələri ilə
səsləşən “Qaçqınlar” silsiləsinə
daxil olan portretlər canlılığı,
reallığı və psixoloji ifadəliliyi ilə fərqlənir.
Rəssamın yaradıcılığında mənzərə
janrı mühüm yer tutur. Onun mənzərələrində
təbiət gözəllikləri əks etdirən “Şəlalə”,
“Dağlıq mənzərə”, “İlanlı dağ ay
işığında”, “Günəş batarkən”,
“Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində
darvaza”, “Yamxana kəndinə gedən yol” və s. əsərləri,
mədəniyyət abidələri
olan “Möminə xatın türbəsi”, “Əshabi-kəhf
dağı”, “Nuhun qəbri”, ilin fəsilləri ilə bağlı olan “Payız”,
“Bahar” əks olunmuşdur.
Bəhruz Kəngərli
1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda
törətdikləri faciələri təsvir edən, öz
dədə-baba torpaqlarından zorla qovulmuş və
Naxçıvana pənah gətirmiş azərbaycanlı
qaçqınların portretlərindən ibarət silsilə
əsərlər yaratmışdır. Bu silsilədən olan
“Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın
oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”,
“Qaçqın Gümşün”, “Ayaqyalın qaçqın
oğlan” və s. onlarla qaçqının portretləri təkcə
sənətkarlıq səviyyəsinə görə deyil,
tarixi sənəd kimi də dəyərlidir. O, portret
ustası kimi yaratdığı personajların daxili-psixoloji
aləmini açıb göstərə bilmişdir. Rəssam
təsvir etdiyi qaçqın uşaqların hər birinin
simasında didərgin düşdükləri ata-baba
ocaqlarının həsrətini, keçirdikləri hiss və
həyəcanları, gözlərinə qonmuş qüssə
və kədəri özünəməxsus ustalıqla əks
etdirmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti
dövründə Bəhruz Kəngərli
yaradıcılığını davam etdirərək,
boyakarlıq və qrafika əsərləri yaradır, rəssamlıq
sənətini gənclərə öyrətmək, bu sənəti
sevdirmək üçün xüsusi dərnək
açır, fərdi sərgilərini təşkil edirdi.
1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə
Kəngərlinin 500-dən çox əsəri nümayiş
etdirilmişdir. Əsərləri R.Mustafayev adına Azərbaycan
Dövlət İncəsənət Muzeyində,
Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət
Tarix Muzeyində və şəxsi kolleksiyalarda
saxlanılır.
Kəngərli həm də
milli teatr rəssamlığının banilərindəndir.
1910-cu illərdə Naxçıvan teatrında Cəlil Məmmədquluzadənin
“Ölülər”, Mirzə Fətəli Axundzadənin
“Hacı Qara”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu”
tamaşalarına bədii tərtibat və geyim eskizləri
vermişdir. A.Babayevin “Yarımçıq şəkil” pyesi Kəngərliyə
həsr olunmuşdur. Naxçıvan MR Ali Məclisi sədrinin
“Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi
haqqında” sərəncamına
əsasən, rəssamın Naxçıvan şəhərində
muzeyi yaradılmış, qəbirüstü abidəsi
ucaldılmışdır.
Bəhruz
Kəngərli 1922-ci il
fevralın 7-də 30 yaşında ikən
Naxçıvanda vəfat etmişdir.
Səs.-
2012.-29 iyun.- S.12.