Xarici turistlərinin Azərbaycana marağı artıb

 

Artıq Azərbaycanda turizm mövsümü açıq elan olunub. Son illər respublikamızda turizm sahəsində əldə olunan nailiyyətlər bilvasitə dövlət siyasətinin uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.  Ölkəmizdə hökm sürən sabitlik, iqtisadi inkişaf, infrastrukturun yenidən qurulması, eləcə də, ölkənin təbii potensialı beynəlxalq ictimaiyyətin diqqətindədir.

Artıq Azərbaycanda turizm mövsümü açıq elan olunub. Son illər respublikamızda turizm sahəsində əldə olunan nailiyyətlər bilvasitə dövlət siyasətinin uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.  Ölkəmizdə hökm sürən sabitlik, iqtisadi inkişaf, infrastrukturun yenidən qurulması, eləcə də, ölkənin təbii potensialı beynəlxalq ictimaiyyətin diqqətindədir.

"Azərbaycan Respublikasında turizmin inkişafına dair 2010-2014-cü illər üçün" Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilir, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunur ki, bu da respublikamıza gələn turistlərin sayının ilbəil artması ilə müşahidə edilir. Hazırda respublika üzrə 48 mehmanxana və mehmanxana tipli obyektin tikintisi aparılır.

Eyni zamanda, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" turizm siyasətinin həyata keçirilməsinə əsaslı dönüş yaradıb. Regionlarda bu sahənin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə mütəmadi səfərlər təşkil etmək, eyni zamanda, daxili turizm bazarının fəallığını artırmaq məqsədi ilə müxtəlif layihələr həyata keçirilməkdədir.

Turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, müasir turizm infrastrukturunun yaradılması, sahəsində məqsədyönlü işlərin görülməsi ölkə turizminin dünya turizm bazarında məxsusi yer tutması ilə səciyyələnir.

Bu gün Azərbaycana gələn turistlərin sayının ilbəil artması məsələsini diqqətə çəkərkən, vurğulamaq lazımdır ki, respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə həyata keçirilən tədbirlər sırasında ölkəmizin turizm imkanlarını əks etdirən reklam-çap məhsulları da əhəmiyyətə malikdir. "Turistlər üçün məlumat" kitabçası, "Azərbaycanın otelləri", "Azərbaycanın tarixiarxitektura abidələri", "Bakının teatr və muzeyləri" bukletləri, "Azərbaycan" və "Bakı" fotoalbomları, "İpək Yolu", "Xalçaçılıq" kitabçaları, Azərbaycanın, Şuşanın və Qarabağın turist xəritələri, "Azərbaycana xoş gəlmisiniz" CD diski və DVD formatda 10-20 dəqiqəlik filmlər Azərbaycanın turizm potensialının təqdimində əhəmiyyətlidir. Buya digər nümunələr Azərbaycan, ingilis, alman, ərəb, yapon, və rus dillərində hazırlanıb. Eyni zamanda, turizm sahəsində çalışanların peşəkarlığının artması da Azərbaycana turizm ölkəsi olaraq marağı gücləndirib. Rəsmi statistik məlumatlara istinadən deyə bilərik ki, Azərbaycanda turizm sahəsində çalışan işçilərin sayı 7 min 739 nəfər təşkil edib.

Bütün bu reallıqların və görülən işlərin nəticəsi olaraq, ötən il Azərbaycanda turizmdən əldə olunan gəlir 2010-cu il ilə müqayisədə 59,5 faiz çoxdur.

Bu gün Azərbaycan dünya ölkələrinin diqqətindədir. Son illər Azərbaycana maraq getdikcə artır. Belə ki, Azərbaycanda turizmin inkişafına təkan verən amillərdən biri olaraq, qeyd edilməlidir ki, ölkədə keçirilən beynəlxalq tədbirlər, konfranslar, simpoziumlar, müxtəlif görüşlər ölkəmizin tanıdılması istiqamətində uğurlar sırasındadır. Dünya ölkələrinin mətbu orqanlarında dərc olunan məqalələr, eləcə , telekanallarda yayımlanan verilişlər ölkəmizin təsviri baxımından önəmlidir. Həmin veriliş məqalərdə Azərbaycanın turizm potensialı, qədim tariximiz, zəngin mədəniyyətimiz rəngarəng mətbəximiz haqqında ətraflı məlumatlar verilir. Hazırda Yaponiyanın "Tourism power" konsaltinq şirkətinin veb-saytında Azərbaycan ilə bağlı geniş səhifənin yaradılması istiqamətində aparılır bu addım Yaponiyanın turist şirkətlərini ölkəmizə yönəltmək baxımından xüsusi əhəmiyyətə malikdir. Onu da bildirək ki, tanınmış yapon nəşriyyatı ilə birlikdə, ilk dəfə olaraq, xüsusi bələdçi kitabı hazırlanır. Bu kitabın yüksək tirajla nəşri Yaponiyanın bütün bölgələrindəki kitab mağazalarına göndərilməsi nəzərdə tutulur.

Bu gün turistlərin Azərbaycana cəlb olunması ilə bağlı bir neçə turist şirkəti rəhbərlərinin Azərbaycana turları təşkil olunur. Artıq Avropanın 3-4 ölkəsindən turoperatorlarını Azərbaycana göndərmək məqsədilə sifarişlər daxil olub. Bu işdə əsas məqsəd böyük turist qruplarının ölkəmizdə istirahətini təmin etməkdir.

Yeni turizm mövsümündə xarici turistlərin sayının əvvəlki illəri xeyli üstələyəcəyi şübhə oyatmır. Görülən işlər, xidmətin keyfiyyətinin artması, eləcə , ötən il ilə müqayisədə Azərbaycanda fəaliyyət göstərən turizm obyektlərinin qiymətlərində təxminən 20 faizə qədər endirim edilməsi əsas amildir. Azərbaycanda olan 4 5 ulduzlu otellərdəki qiymət dəyişkənliyi yeni otellərin istifadəyə verilməsi otellər arasında rəqabətə davamlılıqla əlaqədardır.

 

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.- 2012.- 21 iyun.- S.11.