Çərşənbələrin
sultanı Torpaq çərşənbəsi
Bu gün ilin son
çərşənbə bayramıdır. Çərşənbələrin
sultanı hesab edilən Torpaq
çərşənbəsinin qədimdən bir
çox özünəməxsus adət-ənənələri
olub və indi də
yaşamaqdadır. Qeyd etdiyimiz
kimi Su, Od və Yel çərşənbələrindən
sonra gələn Torpaq
çərşənbəsi torpağın oyanmasına
işarədir.
Bu gün bayram
münasibətilə Bakı Şəhər İcra
Hakimiyyətinin təşkilatçılığı ilə
Qoşa Qala
qapısının qarşısındakı “Gənclər
meydanı”nda İlaxır Çərşənbə
münasibətilə bayram tədbiri təşkil
olunacaqdır. Bayram tədbirinə Qoşa Qala Qapı
meydanından milli geyimli
12 atlı süvarinin müşayiəti
ilə 5 fayton və 6 dəvədən
ibarət olan karvanın hərəkətə
başlaması ilə start veriləcəkdir.
Yol boyu musiqi sədaları
altında karvanla hərəkət edən
Novruz personajları Kosa
və Keçəl, Bahar Qızı və
el ağsaqqalı Dədə Qorqud, cəngavərlər, milli
geyimli oğlan və
qızlar Suraxanıdakı “Atəşgah” məbədinə
gedəcək, orada
yandırılmış məşəli Qoşa
Qala qapısının
qarşısındakı “Gənclər meydanı”na gətirəcək,
bu odla bayram
tonqalını alovlandıracaqlar.
Evinizin xeyir-bərəkəti,
ruzisi bol olsun, ocağınız gur
yansın! Bayramınız mübarək!
Milli-mənəvi
dəyərləri ilə yer üzündə
tanınan Azərbaycan zaman-zaman
yaşatdığı və təbliğ etdiyi
bəşəri ideyaları, gözəl adət-ənənələri,
milli xüsusiyyətləri ilə dünya xalqları arasında özünəməxsus
yer tutan dövlətdir. Xalqın tarixi ilə aparılan tədqiqatlar zamanı
aydın olub ki, qədim
köklərə malik Azərbaycan əsrlər
boyu maddi və mənəvi
xəzinəsini qoruyub saxlaya
bilib. Bu zəngin irsdə
xalqın soykökünə bağlı olan
adət-ənənələri yaşayaraq
bizim əsrə, yəni yüzilliyə qədər
gəlib çatıb.
Xalqın xəzinəsinə
daxil olan adət və
ənənələr sırasında hər il
Azərbaycan xalqının və müsəlman
dünyasının böyük həvəslə
qarşıladığı Novruz
bayramı xalqın tarixi kökünü,
adət-ənənələrini özündə yaşadan gündür. Bu bayramın qeyd
olunmasına qədər, dünyanın və insanın
yaranması ilə bağlı müqəddəsləşdirilmiş
Su, Od, Yel
və Torpaq çərşənbələri
qeyd olunurdu. Xalqın
erkən düşüncəsində yaratdığı
çərşənbələrlə bağlı ayin və etiqadları, adət-ənənələri
yaşatmaq hər kəsin mənəvi
dünyasının tələbatından irəli gəlir.
Belə bir mahiyyətə malik
olan Novruz
bayramının beynəlxalq miqyasda Beynəlxalq
Gün kimi qəbul
edilməsi artıq dünyada buna olan münasibətdə
dəyişiklik, eləcə də, astroloji
faktlar buna
marağın yaranması ilə əlaqədardır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsləri
və dəstəyi Azərbaycanın qeyri-maddi
mədəni irsinin ümumdünya
səviyyəsində tanıdılması və təbliği
istiqamətində mühüm rol oynayıb. Xalqın milli adət-ənənələrini
özündə yaşadan Novruz bayramının beynəlmiləl qeyri-maddi mədəni irs
nümunəsi kimi YUNESKO-nun
dünyanın şah əsərləri
sırasına daxil edilməsi fondun məqsədli fəaliyyətinin nəticəsidir.
Həqiqətən də, Novruz bayramı dünyada
qəbul ediləcək bir hadisədir. Novruza qədərki dörd
çərşənbənin qeyd
olunmasının arxasında böyük
həqiqətlər dayanır. Folklorşünas
alimlərin fikrincə, bu çərşənbələr
insanın həyata gəlişi və həyatın
canlanması ilə əlaqədardır.
Minilliklərin
sınağından çıxaraq, bu
günə gəlib çatmış Novruz
bayramını hələ Azərbaycan Sasanilər dövlətinin
tərkibində olduğu zaman qeyd etmişdir. Uzun illər
aparılan arxeoloji qazıntılar bunu təsdiqləyir. Daş
dövrünə aid olan
əşyalar qazıntılar zamanı əldə olunan mənəvi mədəniyyət abidələrimiz
Novruz bayramının qədim tarixi olduğunu təsdiqləyən
əsas dəlillərdir. Novruz süfrəsinin
əsas bəzəyi olan şamdanın, dörd ayaqlı səməni qabının və
başqa əşyaların
tapılması, məhz tarixi baxımdan bu el bayramının tarixi qədimliyini sübuta
yetirir.
Novruz sözünün etimologiyasına diqqət etsək,
görərik ki, bu sözün həqiqi mənası yeni günün
başlanması deməkdir. Novruz
bayramına qədər insanlar dörd çərşənbəni qeyd edirlər. Bu da təsadüfi hal deyil. Belə ki,
bayramın gəlişi zamanı bayram əhvali-ruhiyyəsi
yaşanır və müjdə verilir. İnsan dörd
ünsürdən yaranmışdır. Novruzaqədərki
çərşənbələri ulularımız Su, Od, Yel,
Torpaq deyə
adlandırmışdılar. Rəmzi məna daşıyan
çərşənbələri ulu
babalarımız bayram hesab
etmişdilər. Torpağa nəfəs gəlir,
təbiət, eləcə də, bütün
canlılar oyanır. Su müqəddəslik
rəmzidir, həyatın başlanğıcıdır. Elə
Novruzun rəmzi olan səməni
də su ilə göyərir. Rəmzi məna
daşıyan çərşənbələri ulu babalarımız bayramdan
da irəli hesab
etmişlər. Baharın gəlişi yeni
bir həyatın
başlanğıcıdır.
Ardıcıllıqla qeyd edilən çərşənbələr
sırasında bu gün
qeyd etdiyimiz sonuncu çərşənbə Torpaq çərşənbəsidir. Xalq arasında torpaq
çərşənbəsi “İlaxır çərşənbə”,
“Yer çərşənbəsi”,
“Çərşənbə-suri” kimi də
adlanır. Torpaq çərşənbəsində
torpağa istilik gəlir
və bütün təbiət oyanmağa başlayır. Bununla
bağlı xalq arasında bir çox inanclar yaranmışdır. Dörd
ünsürdən sonuncunun oyanması ilə
Sel, Atəş, Yel və
Torpaq daha böyük güc
alır. İnsanlar yoxsulluq
və qıtlıqdan, çətinlik və məhrumiyyətdən
xilas olurlar. Bu inamla bağlı xalq arasında yazılmış mifoloji təsəvvürə görə
insanların qıtlıqdan, yoxsulluqdan əziyyət
çəkdiyi bir zamanda
Sel, Atəş, Yel, Torpaq Xatunun yeraltı məbədinə
qonaq gəlirlər. Burada
yatmış torpaq Xatunu
oyadıb, insanların aclıq və qıtlıq çəkdiyini
ona ərz edirlər. O zaman
Torpaq Xatunu yerindən
qalxaraq “Adamları fəlakətə salan, özü fəlakətə
düşər” deyir və beləliklə,
Sel, Atəş, Yel və
Torpaq Xatun əl-ələ
verib işıqlı dünyaya
çıxırlar. Deyilənə görə, həmin gün ilaxır çərşənbə idi. Selə, Atəşə, Yelə və Torpağa tapınmanı, bütövlükdə,
özündə əks etdirən ilaxır çərşənbələrin
islamdan və zərdüşlükdən
əvvəlki görüşləri ilə bağlı olduğunu göstərir. Axır çərşənbə
bəzən yanlış olaraq Yellə
bağlı da izah edilir. Lakin mənbələrə
və müşahidələrə əsaslanaraq, demək mümkündür ki, Novruz torpağın oyanması, yəni əkin
mövsümünün başlanması
ilə səciyyələnir. Torpaqdan əvvəl
oyanan Su, Od və Yelin
başlıca məqsədi torpağı oyatmaqdır.
Axır çərşənbə mərasim, ayin,
etiqad, oyun və şənliklərlə
daha çox zəngindir.
Bu çərşənbədə əvvəlki
çərşənbələrdə icra
olunan bütün
ayinlər kütləvi xalq şənlikləri kimi
qeyd olunur. Şənliklər
sübh tezdən suya
tapınma ayini ilə başlanır. Adamlar su üstünə
çıxıb, su üstündən atlanaraq, dərdini, arzusunu
suya danışıb, ondan
imdad diləyirlər. Gün
ərzində müxtəlif ayinlər keçirilir.
Axır çərşənbənin axşamı şənliklər
daha da güclənir.
Tonqallar alovlanır, bacalardan
torbalar atılır, qulaq
falları qurulur və xoş
ovqatlı ayinlər həyata keçirilir.
Çərşənbə
axşamı ilə bağlı müxtəlif inanclar, ayinlər və s.
mövcuddur. Axır çərşənbə
günü ilin
müqəddəs yeməkləri 7 cür
xörək və ya şirniyyat
bişirilir, səməni halvası
hazırlanır. Son çərşənbədə həyət-bacada tonqallar qalanır, insanlar
tonqalın üstündən atılıb
ağrı-acılarının oda
tökülməsini arzu edirlər:
“ağırlığım-uğurluğum, qadam-balam
tonqalda yansın”, yaxud
“ağırlığım-uğurluğum odlara,
tonqaldan mənimlə atılmayan yadlara”. Burada məqsəd
qışdan qalan dərdin,
ağrı-acının adamın canından tökülməsi,
insanın sağlam ruhla,
saf qəlblə bayrama
qovuşmaq istəyidir. Novruz sevinci,
əhvali-ruhiyyəsi ilə yaşayan xalq ta qədimdən bu bayramı təkcə evdə keçirməklə
kifayətlənməmiş, rəsmi bir
şəkildə (sovet rejimində olan məlum səbəblərə görə
qadağan olunmuş
illəri nəzərə almasaq) qeyd etmişlər.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.-
2012.- 13 mart.- S. 7.