Azərbaycan “Eurovision-2012”nin təmsilçilərinin
təhlükəsizliyi və sərbəst fəaliyyətinin
təminatçısıdır
Belə bir yarışmanı yaşamaq qisməti Azərbaycana
nəsib olduğundan, əlbəttə ki, hər birimiz
yarışmanın paytaxtımızda təşkilindən məmnunluq
hissi keçiririk. Mahnı Müsabiqəsinin yüksək səviyyədə
keçirilməsi üçün əhəmiyyətli
işlər görülüb və bu proses davam etməkdədir.
“Eurovision” Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand
paytaxtımızda yüksək səviyyədə
hazırlıq işlərinin getdiyini bildirib. “May ayında
insanlar əvvəllər görmədikləri yeni bir şou
izləyəcəklər” deyən “Eurovision” Mahnı
Müsabiqəsinin rəhbəri tamaşaçıların
builki şousu ilə fəxr edəcəklərini
vurğulayıb.
“Bakı Kristal Zalı”nda iştirakçı dövlətlər
üçün hər cür şəraitin
olacağını da qeyd etməliyik. Müsabiqənin
keçirilməsi ilə əlaqədar olaraq “Eurovision” Mərkəzi
fəaliyyət göstərəcək. Mərkəzə
müsabiqə üçün nəzərdə tutulan 49
yerlik avtobuslar gətirilib ki, bu Azərbaycana gələn
nümayəndə heyətlərinə xidmət göstərəcək.
Müsabiqədə iştirak edəcək hər nümayəndə
heyətinə bir avtobus ayrılmaqla yanaşı, ölkəyə
yeni “shutlle avtobuslar”ın gətirilməsi də nəzərdə
tutulub. Bunların sırasında fiziki imkanları məhdud
insanlara xidmət edəcək avtobuslar da olacaq. Onu da
vurğulayaq ki, “Eurovision” Mərkəzində yaradılan Azərbaycanın
musiqi tarixi və milli musiqi alətlərinin sərgisi milli mədəniyyətimizin
təbliğində önəm kəsb edir. Burada
quraşdırılan elektron tablolarda “Eurovision” Mahnı
Müsabiqəsi ilə əlaqədar istənilən məlumatların
əldə edilməsi də mümkün olacaq. Eyni zamanda,
“Eurovision” Mahnı Müsabiqəsində 1956-2011-ci illərdəki
bütün qaliblərin səhnədəki
çıxışları, Azərbaycanın “Eurovision”
tarixinə dair videolar təqdim edilir. Müsabiqə zamanı
müxtəlif mətbuat konfransları və görüşlər
üçün nəzərdə tutulan konfrans zalı da fəaliyyət
göstərəcək.
Yaradılan bu və ya digər şərait, Azərbaycanın
tam təhlükəsiz bir ölkə olması
iştirakçı dövlətlərin
marağındadır. İştakçı dövlətlər
beynəlmiləl məkanda çıxışı səbirsizlilə
gözəyirlər. Dünyanın 42 ölkəsini təmsil
edəcək yarışmaya ölkəmizdə olduğu kimi
dünya məkanında da hazırlıq işləri
görülməkdədir. Hər kəs böyük həyəcan
keçirir. “Eurovision” Mahnı Müsabiqəsinin gücü
ondadır ki, bu layihəyə bütün insanlar inanır. Eləcə
də, onun yüksək keyfiyyətli layihə olması ilə
razılaşır. “Eurovision 2012”-yə inamla gedirəm”. Bunu
Slovakiyanın “Eurovision 2012” təmsilçisi Max Jason Mai deyib. Onlarla təmsilçinin
ölkəmiz, yarışma ilə bağlı söylədikləri
fikirlər bugünkü reallıqlara əsaslanır. Onu da
qeyd edək ki, elə dost ölkələr var ki, müəyyən
səbəblərdən bu yarışmada iştirakdan imtina
ediblər. Belə ki, Polşa builki müsabiqədə
iştirak etməyəcəyini 2012-ci il futbol üzrə
Avropa Çempionatına hazırlıqla bağlı
olduğunu açıqlayıb. Təbii ki, müsabiqədə
hər bir dövlət iştirakına özü qərar
verir. Amma Ermənistan ictimai yayımçısının
Bakıdakı “”Eurovision”-2012” şousunda iştirakdan imtina etməsi
heç bir əsasa söykənmir. Əksinə, Ermənistanın
siyasi mövqeyini ortaya qoymuş olur. Ermənistan müsabiqədə
iştirakını təsdiqləsə də, sonradan
Bakıya gəlməkdən imtina etməsi birmənalı
qarşılanmadı. İctimai Televiziya və Radio
Yayımları Şirkətinin Baş direktoru İsmayıl
Ömərovun qənaətinə görə, Ermənistan
yaradılmış şəraiti obyektiv qiymətləndirib,
bu böyük mədəniyyət layihələrində
iştirak etsə, daha yaxşı olardı. Təəssüf
hissi ilə qeyd etmək lazımdır ki, bu ölkənin
müvafiq qurumları “Eurovision” şousuna hazırlıq
işi ilə deyil, öz iştirakının olub-olmaması
ilə bir şou yaratmağa çalışır. Onlar bunu
bəhanə kimi fevralın 23-də cəbhə xəttində
Ermənistan ordusunun əsgərinin öldürülməsini
əsas gətirsələr də, yenə də heç bir dəlilə
söykənən faktı diqqətə çəkə bilmədilər.
Məlum olduğu kimi, Ermənistanın Müdafiə Nazirliyi
cəbhə xəttində əsgər Albert Adibekyanın Azərbaycan
ordusunun snayperi tərəfindən deyil, öz əsgər
yoldaşı İqnat Eqibaryan tərəfindən
öldürüldüyünə dair açıqlaması məhz
gətirdikləri “dəlili” alt-üst etdi. Əsassız
informasiyalarla çıxış edən və dünya
ictimaiyyətində müxtəlif münasibələr
formalaşdırmağa çalışan ermənilər, əksinə,
bu addımları ilə Azərbaycana
qarşı qərəzli mövqedə olduqların bir daha
dünyaya göstərirlər. Beynəlxalq şoudan məqsədləri
üçün yararlanmağa çalışan Ermənistan
Bakıda keçiriləcək müsabiqəyə
qarşı təbliğat kampaniyasını genişləndirməyə
çalışsa da bu addımların məğzində
duran həqiqətlərin nədən ibarət
olmasını göstərir. “Eurovision”da iştirakdan imtina edən
Ermənistan bununla kifayətlənmək niyyətində
deyil. Belə ki, ermənilər “Eurovision”a qarşı Ramil Səfərovdan
istifadə edərək, təxribatı davam etdirirlər. Ermənilər
belə bir mötəbər şounun Azərbaycanda
keçirilməsi ilə heç cür barışa bilmirlər.
Mədəniyyəti, kökü, sənəti olmayan bir
“xalq”ın belə addımını da təbii
qarşılamaq lazımdır. Avropa ölkələrində
müxtəlif fikirlər yaratmağa çalışsalar da,
dünya mətbuatında ardıcıl olaraq, Azərbaycanda
müsabiəqəyə hazırlıq işlərinin
yüksək səviyyədə aparılması, ölkədəki
abadlıq və quruculuq işlərinin görülməsi ilə
bağlı dərc olunan məqalələr onların irəli
sürdüyü fikirləri tamamilə alt-üst edir.
Bir məqama da diqqət edək ki, müsabiqənin
qaydalarına uyğun olaraq, Azərbaycan rəsmi şəkildə
AYB iştirakçıların təhlükəsizliyi və
sərbəst fəaliyyəti ilə bağlı zəmanət
məktubu təqdim edib. Bu, çox məsuliyyətli və
ciddi sənəddir. Təbii ki, bu barədə bütün
iştirakçı dövlətlər, o cümlədən,
Ermənistan da məlumatlandırılıb. Eyni zamanda,
medianın bu mövzuda təşkilatçılara
ünvanladığı bütün suallar həmişə
çox müsbət cavablandırılıb və
bütün ölkələr üçün bərabər
şəraitin yaradıldığı dəfələrlə
vurğulanıb. Buna görə də, onların iştirakdan
imtina etməyə heç bir əsası yoxdur. Ermənistanın
müsabiqədən imtinası ilə bağlı
açıqlama verən “”Eurovision”” Mahnı Müsabiqəsinin
rəhbəri Yan Ola Sand belə deyib: “Avropa Yayımları
Birliyi və ev sahibi yayımçının Ermənistanın
mahnı müsabiqəsində rahat iştirakı
üçün səylərinə baxmayaraq, bizdən
asılı olmayan səbəblərdən bu təəssüf
doğuran qərar verilib”. Qərarın dəyişməsi
bunun siyasi qərar oluğunu təsdiqləyir.
Vurğulamaq lazımdır ki, ermənilər əvvəlcədən
bilərəkdən bu cür seçim ediblər. Yanvar
ayında Ermənistanın “”Eurovision”” Mahnı Müsabiqəsindəki
nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan “Ermənistan
təmsilçisinin kim tərəfindən və hansı
prosedurla seçiləcəyi hələ müəyyənləşəcək”
fikri artıq Ermənistanın “Eurovision - 2012”-də
iştirak etməməyə qərarlı olduğunu göstərir.
Bütün bunlar Ermənistanın böyük mədəniyyət
layihəsindən əsassız şəkildə imtina etməsi
və məsələni siyasiləşdirmə cəhdindən
irəli gəldiyini təsdiqləyir. Etiraf edək ki, Ermənistan
bu qərarı ilə Avropa Yayım Birliyinə də
münasibətini ifadə etmiş oldu.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.-2012.- 15 mart.- S. 8.