Azərbaycançılıq, Novruz mərasim və tamaşaları milli dəyər kimi

 

 Məlum olduğu kimi, Novruz bayramının  yaranışından üzü bəri şənlikdə mahnılar oxunar, rəqs edilər, yallı gedərlərmiş. Tarixi bayram şənliklərində ibrətamizliklə dolu bayatı söyləmək, mahnı oxumaq və deyişmələrlə yanaşı, müxtəlif rəqslər, güləş, tutaş, dirədöymə, cıdır və onlarla başqa əyləncələr icra edilmişdir.

Professor Nizaməddin Şəmsizadə Novruz bayramını kökə qayıdış, azərbaycançılığın təntənəsi kimi səciyyələndirir: Şərq-türk təfəkküründə ünsiyyətə çatmağın ali formalarından biri Novruz mərasimi idi. Kökü insanın yaranış, yer-göy haqqındakı əski təsəvvürlərə dayaqlanan, nəğmə və deyimləri mifik təfəkkürümüzün zoomorfikkosmoqonik anlayışlarında təcəssüm tapan Novruz adi bayram deyil, tarixi-fəlsəfi bir özünüifadə tərzidir. Ünsiyyət aliliyi-idrakın aliliyidir. Bu baxımdan, Novruz cəmiyyətçiliyimizin, milli-mənəvi birliyimizin qədimliyini təsdiq edən ünsiyyət mərasimidir. Bu mərasim icra olunarkən, nəinki uzaq-uzaq əqidə və düşüncə sahibləri səmimi bir əlaqəyə girir, hətta küsülülər barışır, qan düşmənləri doğmalaşır.

Tarixin təcrübəsi göstərir ki, azad cəmiyyət azad ünsiyyətdən başlanar. Ən amansız köləlik fikrin köləliyidir. Şüurun məhbəsi olan yerdə ruhun qanadları qırılar, insanla ünsiyyət baş tuta bilməz.

Novruz bayramının keçirilməsi təkcə iqtisadi imkanları yox, həm də cəmiyyətin, insanların mənəvi-psixoloji halətini əks etdirir.

Novruz təsərrüfat,  iqtisadi dirçəliş, iqtisadi təməl, əkinçilik-insanın torpaqla təmas bayramıdır. Onun nəğmə və şərqilərində, ayinlərində əməyə çağırış, bərəkət və bolluq təşnəsi ifadə olunur. Beləliklə də, Novruz fəlsəfəsində həyat haqqında konsepsiya, sevinc və xoşbəxtlik barəsində ideal öz əksini tapıb.

Təbiətin, torpağın oyanışı-insanın oyanışı deməkdir. Belə ki, Novruz mərasimləri, xüsusilə günəşə, suya, işığa müraciət əsasında yaranmış, şərqi və şeirlər göstərir ki, Novruz idrak anlamıdır, rəmz bayramıdır. Səməni dirçəliş, təzələnmə rəmzidir!

Novruzda qalibiyyət təntənəsi var: yaz qışa qalib gəlir, isti soyuğu məğlub edir, insanın qanı istilənir, o, qan yaddaşının enerjisi ilə təbitələ, ünsiyyətə girir, ona qovuşur.

 Novruz insansevərlik, humanizm bayramıdır. Ona görə də, insanın milli ruhunu dustaq edən, onun əbədi və əzəli arzularını buxovlayan totalitar cəmiyyət və total ideologiya onu qadağan edə bilmədi.

 Novruz ayinlərində və məraisimlərində əslə, kökə qayıdış, milli mənliyi uca saxlamaq qayəsi əks olunur. Novruz süfrəsi - milli brəkət rəmzidir.

Novruz tamaşaları içərisində igidlik, cəngavərlik rəmzi olan cıdır tamaşaları fərqlənir. Professor Azad Nəbiyev göstərir ki, cıdır tamaşalarının icraçıları əsasən igid və cəngavər cavanlar olardı. Cavanlar arasında yaxşı at çapmaq igidlik hesab edilərdi. Yaxşı at çapanların baxışına elat çıxardı. Cıdırda qalib gələnə el içində böyük ehtiram bəslənərdi. Sonralar xalqın bir sıra məraisimləri-adqoyama, bəylik vermə, qızseçmə və s. cıdır tamaşaları ilə sıx əlaqələndirilmiş, cıdır xalq məişətini geniş lövhələrdə əks etdirən kütləvi meydan tamaşasına çevrilmişdir.

Cıdır keçirilən gün elat bayram edərdi. Xonçalar düzülər, şamlar yandırılardı. Novruz günlərinə düşən cıdırlar daha təmtəraqlı keçirilərdi. Cıdır vaxtında zurna, balaban, qaval çalınar, bəzən də tüfəng atılardı.

Novruz tamaşalarının ən kütləvisi zorxana tamaşalarıdır. Axır çərşənbədə açıq havada keçirilən bu tamaşalar göy otun üstündə olardı. Dairə şəklində olan meydança kəndirlə dövrəyə alınar, cızıqla işarə edilərdi. Güləşçilərin ayağı  cızıqdan çıxsaydı, oyun dayandırılıb, yenidən başlanmalı idi. Tamaşalar zamanı zorxana pəhləvanlarına tamaşaçılar pul bəxşiş eləyərdilər. Tamaşalarda yığılan puldan ehtiyacı olan pəhləvanlara hər ay yardım edilərdi.

Zorxanada müxtəlif tamaşalar göstərilərdi. Onlardan birimil tamaşası idi. Hüseynqulu Sarabski “Köhnə Bakı” əsərində yazmışdır: “Hərə əlinə bir mil alıb başının üstünə qaldırardı. Dumbul çalınmağa başlanardı. Dumbul əvvəlcə lap ahəstə, sonra get-gedə yuxarı qalxıb, yenə də enərdi. Mil oynadan adam da  həmin templə başının üstdə milləri hərləyərdi. Oyun qurtardıqdan sonra camaat onları alqışlayardı. Bəziləri camaatın xatiri üçün mili tək əlilə yuxarı atıb yenə dəstəsindən tutardı. Yaxşı mil oynadanlar mili qıçının altından atıb havada tutardı.”

Novruz bayramı günlərində zorxanalar daha təmtəraqlı görünərdi. Yeraltı zorxanalar səməni, bayram xonçaları, rəngli yumurtalarla bəzədilər, qırmızı parçalardan pəncərələrə və taxçalara örtüklər salınardı.

Yüngül geyimdə meydana çıxan cavanlar bir-birinin əlindən qılıncı düşənə qədər döyüşərdilər. Qılınc oynatma bəzən at üstündə, bəzən də xüsusi yerdə düzəldilmiş meydançada olardı. Qılınc oynatma döyüşlərinə də qabaqcadan hazırlıq görülərdi. Qılınc oynadanların qılıncından qırmızı asılar, qalibə Novruz xonçaları verilərdi. Onların atlarına da qulluq edilər, yallarına qırmızı asılar, qalibə Novruz xonçaları  verilərdi. Onların atlarına da qulluq edilər, yallarına qırmızı qotazlar vurulardı.

Cəldlik, çeviklik tələb edən kəmənd atma zamanı rəqibi at üstündə kəməndə salma xüsusi məharət hesab edilirdi. Bu məqsədlə xüsusi kəmənd toxuyanlar meydana gəlmişdi. Ovçuluqla daha çox bağlı olan kəmənd atma cıdır tamaşalarında böyük marağa səbəb olardı. Bəzən kəməndə düşən igidlər kəməndi qırıb yenidən at belinə qalxır, bəzən də kəmənddən çıxa bilməyərək, məğlub olurdular.

Sonralar çaparlar kəməndini meydana buraxılan buğaların, atların, əvvəlcədən tutulub gətirilmiş cüyürlərin dağ keçirilərinin üstünə atmağa və beləliklə, Novruz tamaşalarının ümumi bayram əhvali-ruhiyyəsini qoruyub saxlamağa başlardılar.

Novruz tamaşalarından zorxanada ən geniş yayılanı qurşaqtutma (güləşmə) idi. Bu tamaşalar yaz-yay vaxtları açıq havada, qışda isə üstüörtülü zorxana meydanlarında keçirilərdi. Novruz tamaşalarının bu günə qədər geniş şəkildə yayılıb və xalq arasında yaşamaqda olanı əl üstdə gəzmədir. Əl üstdə gəzmədə müəyyən əşyaları yerdən dişlə götürmək, onu başqa yerə aparıb qoymaq, dişlə sümük oynatmaq, əl üstündə yüyürmək və s. idi. Zorxanalarda daşlarla oynayan pəhləvanlarla-yekba oynayanlara da maraq çox idi. Novruz şənlikləri içərisində “daşqaldırma” adı ilə yayılan bu tamaşalar əsil igidlikfiziki sağlamlıq tələb edirdi. Bütün bu tamaşalar Novruz şənliklərinə xüsusi təravət verər, onların daha təntənəli və şən keçməsinə səbəb olardı.

Novruz şənlikləri xoş əhvali-ruhiyyə doğurar, adamlar saatlarla açıq havada müxtəlif oyun və şənliklərə baxar, deyər-gülər, əylənərdi. Novruz şənliklərində əyləncə tamaşaları göstərmək də dəbdə idi. Bunlardan biri də gözbağlıca idi. Azərbaycanda gözbağlıca tamaşalarından ən geniş yayılanı məlum olduğu kimi “Musanın əsası”dır.

Öz həyati meylinə görə, Novruz bayramı mərasimləri professor Mirəli Seyidovun dediyinə görə, Orta Asiyadan, Dağlıq Altaydan, Azərbaycan və Türkiyədən tutmuş Avropaya qədər yayılmışdır. Azərbaycan Sovet Ensiklopediyasında “Novruz bayramı” məqaləsində göstərilir: “Hər xalqın təbiətə münasibətindən asılı olaraq, bu törən-mərasimlər müxtəlif formada keçirilmişdir. Ulu babalarımız yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirərək, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Əksər xalqlarda buya digər formada qeyd edilən belə şənliklər Yerin şimal yarımkürəsində astronomik yazın  başlandığı gecə və gündüzün bərabərliyi günə təsadüf edir.

M.A.SüleymanovNovruzmetodik vəsaitində qeyd edir ki, Novruz Şərq xalqlarının islamdan çox əvvəlki  əkinçilik, məhsul bolluğu etiqadları ilə bağlı bayramlarındandır. Bu bayramın tarixi kökləri, ayrı-ayrı görüşetiqadlarla əlaqəsi, zerdüştilikislam mədəniyyəti ilə bağlılığı orta əsrlərdən bu günə qədər mübahisə obyekti olmuşdur. Bayramın hüdudları genişləndikcə, hər bir xalq onu öz milli məişəti ilə bağlamağa çalışmış və beləliklə, bu haqda müxtəlif mülahizələr, adət-ənənələr, mərasimlər, əsatirlər, rəvayətlər yaranmışdır. Türk xalqları da ümumxalq bayramı hesab etdikləri bu bayrama öz milli xüsusiyyətlərini əks etdirən cəhətlər vermişdir. Lakin bütün müxtəlifliklərə baxmayaraq, demək olar ki, hər yerdə bu bayramı yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirmişlər.

Novruz bayramına qədər dörd ünsürlə bağlı mərasimlər keçirilir. Bunlar - Su, Od, Yel, Torpaq çərşənbələridir.  Birinci çərşənbə olan Su çərşənbəsi haqqında çoxlu deyimlər var. Bu gün su ləpələnir, ona yeni ruh gəlir. Deyilənə görə, Xızırın dirilik çeşməsindən su içdiyi gün , KoroğlununQoşa bulağıtanıdığı gün elə bu gün olmuşdur. Su çərşənbəsində su tanrısı Aban haqqındaAban nəğmələriYada nəğmələrioxunurmuş.

İkinci çərşənbə el arasındaÜsgü çərşənbə”, “Od çərşənbəsideyilir. Bu gün türkdilli xalqlarda Ülgen tanrısının yaranması ilə əlaqədar verilir. Bu çərşənbədə atəşpərəstlərin etiqadına görəŞəhrivər’” adlı şənliklər keçirilirmiş. Od istinin mənbələrindən biri Günəşdir onun şərəfinə Azərkan şənlikləri düzəldilirmiş.

Üçüncü çərşənbə isəYel çərşənbəsi”, “Külək çərşənbəsi”dir. “Avesta”da “...Yelin gücü qüdrətli Hörmüzdün gücüdür”... deyilir. Şifahi ədəbiyyatımızda Yelin tanılığı ilə bağlı nəğmələr, rəvayətlər vardır.

Axırıncı çərşənbəYer çərşənbəsi”, “Torpaq çərşənbəsi”dir. Artıq bu gün 4 ünsüründirilməsi”, təzələnməsi başa çatır. Torpaq oyanır. İlin axır çərşənbəsi ən əziz günlərdən biridir. Xalq bu günü daha şən bayram edir. Bir çox mərasimlər, ayinlər vardır ki, məhz bu gün həyata keçirilir. Məsələn, qapı pusma, su falı, niyyət yozma çillə, çıxarmaq, qurşaq atma s.

Novruz bayramında bir-birindən maraqlı, əyləncəli oyun tamaşalar göstərilir. Bunlardan zorxana, kəndirbaz, sinə, daşqaldırma, masqara fərdi tamaşalar daha geniş yayılıb. Novruzun özünəməxsus nəğmələri vardır ki, onlar qədimdən indiyə qədər xalqın yaddaşında yaşamış bizlərə gəlib çatmışdır. Hətta bu bayramda biz qədim şirniyyat növlərimizdən istifadə edirik. Baharın simvolu olan səməni yetişdiririk. Novruzda daha çox oynanılan rəqsYallı”dır. Bu da xalqın birliyi deməkdir.

Novruz - yeniləşmə, gözəllik, barış bayramıdır. Bu vaxt təbiətdə olan bu dirçəliş mövcud olan bütün varlıqlara təsir göstərir. bu təsir yeni həyatın yaranmasına gətirib çıxarır. İnsanlar arasında əlaqə genişlənir, küsülülər barışır. Təbiət eləcə , insanlar dəyişir, gözəlləşir. İl boyu həyatda, təbiətdə gördüyümüz gözəllik, məhz Baharda - Novruzda öz maksimum dərəcəsinə çatır.

Novruz: ənənə müasirlikmövzusunda elmi konfransda göstərilir ki, Novruz həm özünəqayıdış bayramıdır. Biz yalnız Novruzda qədim, neçə minilliklər yaşayan adət-ənənələrimizi həyata keçiririk. Əsrlərin keçməsinə baxmayaraq, Novruz mərasimlərini, Novruz oyunlarını hətta etiqadlarını belə biz yenidən həyata gətiririk. qədər müasirləşsək , yeni həyata uyğunlaşsaq da, məhz Novruzda qədim adət-ənənələrimizi səyahət edirik. Novruz - gözəllik, məhəbbət, özünəqayıdış bayramı olduğu kimi, qoy xalqın qəlbindəki həsrəti, nisgili silən bir bayram olsun!

Novruz bayramını dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar böyük məhəbbətlə, əcdadlarına, el-obalarına,    müstəqil    Azərbaycan    Respublikasına    bağlılıq hissləri ilə qeyd edirlər. Qoy bu hisslər Novruz nəfəsi ilə vətənin  tərəqqisi, xalqın xoş güzəranı naminə çiçəklənib qüvvətlənsin!

Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçərək, şəhid olmuş övladlarımızı bu bayram günlərində xatırlayaraq, onlara Allahdan rəhmət diləyib, qəbirləri nurla dolsun deyirəm, şəhidlərin əzizlərinə bütün xalqımıza ulu Tanrıdan səbir arzulayıram.

Əziz bacılar qardaşlar! Bu bahar bayramında hər birinizə möhkəm cansağlığı, ailə səadəti işlərinizdə müvəffəqiyyət diləyirəm.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 17 mart.- S.10.