“Eurovision-2012” nə vəd edir?

 

Bakıda keçiriləcək “Eurovsion-2012” müsabiqəsi yaxınlaşdıqca bu beynəlxalq musiqi yarışması ilə bağlı müzakirələr daha da genişlənir. Bəlli olduğu kimi, indiyədək ölkəmiz “Eurovision” Mahnı Müsabiqəsində dörd dəfə iştirak edib. Azərbaycan müsabiqəyə, müqayisədə yeni qoşulan ölkələr sırasında olsa da, təmsilçilərimiz hər dəfə yüksək ifa, elit səhnə mədəniyyəti nümayiş etdirərək finala adlamağı bacarıblar, uğurla, müvəffəqiyyətlə çıxış edərək, fərqlənənlər sırasında olublar. Almaniyada keçirilən “Eurovision-2011” müsabiqəsi isə Azərbaycan təmsilçilərinin, Nigar Camal - Eldar Qasımov duetinin qələbəsi ilə əlamətdar olub. Bu, bütövlükdə, Azərbaycanın mədəniyyət sahəsində böyük uğuru, musiqimizin Avropada təntənəsi kimi dəyərləndirilir.

 Ölkəmizin dünyada daha yaxından tanınması, milli, mədəni, mənəvi dəyərlərimizin təbliği baxımından, bu uğurun əhəmiyyəti olduqca böyükdür. Azərbaycanda bu uğur mütləq əksəriyyətin böyük sevincinə səbəb olub. Burada hamı Bakıda keçiriləcək “Eurovsion-2012” müsabiqəsinin başlamasını sevinc və həyəcan içində gözləyir. Azərbaycanın bu müsabiqəyə ev sahibliyi etməsi milli düşüncəli hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Təəssüf ki, bu müsabiqəni bəsit bir şəkildə siyasiləşdirməyə çalışan, ona qarşı məqsədli şəkildə əks-təbliğat aparan qüvvələr də yox deyil.

 

“Eurovision-2012”-nin mədəni-kütləvi əhəmiyyəti çox böyükdür

 

Heç kəsə sirr deyil ki, “Eurovision-2012” müsabiqəsinin Azərbaycan üçün mədəni-kütləvi və ictimai-siyasi əhəmiyyəti çox böyükdür. Bu tədbirin keçirildiyi dövrdə bütün Avropanın, dünyanın diqqəti Azərbaycanda olacaq. Bu mahnı müsabiqəsinin həm ölkəmizdə, həm Avropada, həm də dünyada yüz milyonlarla pərəstişkarı var. Hər il müsabiqənin keçirildiyi məkana dünyanın müxtəlif ölkələrindən on minlərlə insan axışır. Müsabiqənin gedişi iştirakçı olan bütün ölkələrdə canlı şəkildə yayımlanır. Bu baxımdan, müsabiqənin Azərbaycanda, Bakıda keçirilməsi ikiqat əlamətdardır. Azərbaycanın bu uğuru sübut edir ki, ölkəmiz zəngin musiqi mədəniyyətinə malikdir, Avropanın pozitiv dəyərlərini öz müsbət ənənələri ilə zənginləşdirir. Bu mənada, Avropadan müsbət olanı əxz etdiyi kimi, tarixi irsi, ənənələri, müasir mədəniyyəti ilə Avropa dəyərlərinin zənginləşməsinə, kamilləşməsinə öz töhfəsini verir. Bu səbəbdən bədxahlarımızın bu müsabiqəyə qarşı çıxması, əks-təbliğat aparması heç də təsadüfi deyil.

 

Məqsədli şəkildə aparılan əks-təbliğat...

 

Baş verənləri izlədikdə, aydın görünür ki, “Eurovision-2012” qarşı əks-təbliğat müəyyən dairələr tərəfindən məqsədli şəkildə aparılır. Bu mənada, müsabiqənin vaxtı yaxınlaşdıqca “qara piar”ı qüvvətləndirmək cəhdləri, müvafiq əks-təbliğata radakal müxalifət yönümlü medianın verdiyi “dəstək” heç də təsadüfi deyil.  Anti-azərbaycançı qüvvələr “Eurovision-2012”  qarşı aparılan “qara piar”ı əlverişli fürsət sayırlar. Radikal müxalifətin bu müsabiqəyə qarşı aparılan piara qoşulması bu düşərgənin Azərbaycanın uğurlarına qərəzlə, mərəzlə, qeyri-sağlam düşüncə tərzi ilə yanaşdığını bir daha təsdiqləyir. Onlar çox yaxşı anlayırlar ki, təmsilçilərimizin “Eurovision-2011” müsabiqəsində qələbəsi və “Eurovision-2012” Mahnı Müsabiqəsinin Bakıda təşkil edilməsi Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması baxımından çox mühüm amildir. Bu müsabiqə Azərbaycan barədə reallıqları, həqiqətləri bir daha dünyaya çatdıracaq. Belə olduqda radikalların Azərbaycanda “insan hüquqlarının pozulması” iddiası ilə formalaşdırmağa çalışdıqları mif boşa çıxacaq.

 

Yenə də ikili standartlar...

 

Və ya radikalların ermənilərlə kəsişən mövqeyi

 

Diqqəti çəkən odur ki, radikalların bu mövqeyi bir çox cəhətdən “Eurovision-2012”-də iştirakdan imtina edən işğalçı Ermənistanın mövqeyi ilə kəsişir. Əslində, onlar yaxşı anlayırlar ki, dünyaAvropa ictimaiyyəti “Eurovision-2012”-ni canlı izləyən milyonlarla insanın timsalında ölkəmizlə bağlı gerçəyi biləcək, Azərbaycan barədə müsbət təəssüratın daşıyıcısı olacaqlar. Reallıq ondan ibarətdir ki, “Eurovision” Mahnı Müsabiqəsini siyasiləşdirmək istəyən qüvvələr ciddi şəkildə yanılırlar, böyük səhvə yol verirlər. Mahiyyət etibarı ilə, “Eurovisionçox böyük mədəni hadisədir, bilavasitə, mədəniyyəti sferasına aid edilən bir məsələni siyasiləşdirmək qətiyyən doğru deyil. Bu məsələyə bir sıra ölkələrin ikili standartlarla yanaşması isə, Azərbaycanın mədəniyyət sahəsində əldə etdiyi böyük uğura qətiyyən kölgə sala bilməz.

 

“Eurovision-2012”-dən imtina, yoxsa işğalçı ölkənin “özünəbəraət” cəhdi?

 

Ermənistanın və ermənilərin “Eurovision-2012”-yə qarşı əks-təbliğat aparmasında, müxtəlif cəfəng iddialarla çıxış etməsində qeyri-adi heçyoxdur. Bu qondarma ölkə Azərbaycan torpaqlarının 20 faizini işğal edibbu səbəbdən özünə “bəraət” qazandırmaq üçün Azərbaycanın hər bir uğurunu müxtəlif vasitələrlə beynəlxalq aləmdə nüfuzdan salmağa çalışır. Digər tərəfdən, onlar bununla mümkün qədər mədəniyyət sahəsində əldə etdiyimiz uğurun əhəmiyyətinə kölgə salmağa, “Eurovision-2012”-ni canlı seyr etməyə hazırlaşan avropalıların heç olmasa, bir qismini öz fikrindən daşındırmağa səy göstərir. Lakin informasiya texnologiyalarının yüksək inkişafı şəraitində avropalılar Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi barədə məlumatlıdırlar.  Bu baxımdan, Ermənistanın “Eurovision-2012”-dən imtinası və apardığı əks-təbliğat, əslində, bumeranq effekti ilə işğalçı qonşumuzun öz əleyhinə işləyir.

 

Bəzi İran mollaları da etiraz edir...

 

Bir qədər təzadlı görünsə , İrandan da bu beynəlxalq, mədəni-kütləvi tədbirə qarşı müəyyən etirazlar eşidilir, təpkilər səsləndirilir. Başqa sözlə, bəzi İran mollaları da Azərbaycanın bu uğuruna kölgə salmaq istəyənlər sırasındadır. Burada xatırlatmaq yerinə düşür ki, Azərbaycanla İran tarixi keçmişin, mədəni-mənəvi irsin ortaqlığı ilə yanaşı, bu gün tam fərqli idarəçilik sisteminə malik dövlətlərdir bu mənada, İranda kimlərinsə “Eurovision-2012”- görə, Azərbaycanın ünvanına hansısa fikirlər səsləndirməyə, insanların dini hisslərinə toxunaraq, müxtəlif çağırışlar etməyə qətiyyən mənəvi haqları çatmır. İndiki mürəkkəb beynəlxalq vəziyyətdə bu, İrana heç başucalığı gətirmir.

 

Milyardların izlədiyi müsabiqə - bu, Azərbaycana yeni uğurlar gətirəcək

 

Burada xüsusi olaraq, qeyd etmək lazımdır ki, “Eurovision” 70 ölkəni əhatə etdiyindən, milyardlarla tamaşaçısı olan böyük miqyaslı müsabiqədir. Qaydalara görə, müsabiqədə 50 faiz münsiflərin rəyi nəticəsində 50 faiz tamaşaçı səsverməsinin, yəni sms-lərin nəticəsində qalibiyyət əldə etmək mümkündür. Sözsüz ki, müsabiqədə iştirak edən hər bir ölkə mümkün qədər qələbəyə can atır, iştirakçısının qalib olmasını arzu edir. Azərbaycan hər zaman “Eurovision” Mahnı Müsabiqəsinə çox ciddi yanaşıb. Əldə edilən böyük uğur, qalibiyyət, “Eurovision-2012”-nin Bakıda keçirilməsi məhz bunun məntiqi nəticəsidir. Otellərin tikilib istifadəyə verilməsi, müsabiqəyə qədər tikilib hazır olacaq “Kristal Zalhəm milli memarlığın, turizmin inkişaf etdirilməsinə böyük töhfədir. Xidmət sektorunun inkişafı Avropa standartlarına uyğunlaşması baxımından da bu müsabiqənin ölkəmiz üçün əhəmiyyəti böyükdür. Bu mənada, “Eurovision-2012” Azərbaycana yeni uğurlar nailiyyətlər gətirəcək.

 

 

Naib NİFTƏLİYEV

 

Səs.- 2012.- 31 mart.- S.5.