MİLLİ İQTİSADİ İNKİŞAFDAN POSTSƏNAYE ERASINA DOĞRU

 

Müasir dövlətlərin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ümummilli tərəqqinin konseptual əsaslarının hazırlanıb, həyata keçirilməsi təşkil edir. Bu istiqamətdə isə milli dəyərlərə və maraqlara müvafiq surətdə təsbit edilmiş konsepsiyanın müəyyən və icra olunması strateji zərurət qismində çıxış edir.

Əlbəttə ki, hər bir dövlətin milli inkişaf konsepsiyası özündə ümumi və xüsusi məqsədləri ehtiva edir. Daha da dəqiqləşdirsək, milli inkişaf konsepsiyasında milli maraqlardan irəli gələn təməl strateji vəzifələr və məsələlər öz əksini tapır. Təbii ki, başlıca strateji məsələlər qismində siyasi, iqtisadi, sosial, mədəni, hüquqi sahələrdə müəyyənləşdirilmiş prioritetlərə müvafiq surətdə təsbit edilən missiya və vəzifələr çıxış edir. Başqa sözlə, milli inkişaf konsepsiyası konkret zaman müddəti üçün nəzərdə tutulmuş milli məqsəd və vəzifələri özündə ehtiva edən əsas rolunu oynayır. Məhz buna görə də, cəmiyyətin müxtəlif yarımsistemlərində (sosial, siyasi, hüquqi, iqtisadi, mədəni və s.) ayrı-ayrı vəzifələr təsbit edilir və onların yerinə yetirilməsi istiqamətində institusional resurslardan istifadə olunur.

Dünya praktikasında milli inkişafın müxtəlif modelləri mövcuddur. Milli inkişaf strategiyasının təcrübi nümunələri qismində daha çox ABŞ, YaponiyaBöyük Britaniya inkişaf modelləri xüsusilə fərqləndirilir. Təbii ki, adıçəkilən ölkələrin təcrübəsindən fərqli olaraq, bəzi hallarda modernləşmə strategiyasının fonunda konservativ xəttə də istinad edilir. Ona görə də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli İnkişaf Konsepsiyasının müəyyənləşdirərkən, rasional düşünərək strateji cəhətdən ən əhəmiyyətli kursu seçmişdir. Ümumiyyətlə, ölkəmizdə konservativ xətt həmişə üstünlük təşkil edib. Amma bu bir həqiqətdir ki, mövcud konservatizmin fonunda liberal dəyərlər də təşəkkül tapmalıdır. Məhz buna görə də, bu gün ölkəmizdə həyata keçirilən modernləşmə kursunun fonunda konservatizmlə liberalizmin çulğalaşması müşahidə olunur. Bu isə özünəməxsus neokonservatizmi şərtləndirməklə olduqca təqdirəlayiqdir.

Prezident İlham Əliyevin Sərəncamı əsasında hazırlanan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan əsas istiqamətlərdən biri siyasi sahədə demokratiya institutlarının daha da inkişaf etdirilməsi, dövlətin funksiyalarının yerinə yetirilməsinin və vətəndaş cəmiyyəti təsisatlarının rolunun gücləndirilməsi, qanunun aliliyini tam təmin edən mexanizmlərin təkmilləşdirilməsidir. Qeyd olunan sahələr üzrə müstəqilliyin 20 ili ərzində təməl prinsiplər sosial-siyasi institutların yaradılması və fəaliyyəti ilə reallıqda öz əksini tapıb. Sözsüz ki, bu işdə ən çətin dövr müstəqilliyin ilk illəri olub. Kommunist rejimə söykənən köhnə sosial-siyasi sistemdən yeni sistemə keçid prosesində müəyyən kataklizmlərin müşahidə olunması təbii hal hesab edilsə də, 1993-cü ildə xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyev dərin zəka və siyasi iradə nümayiş etdirərək ölkənin yeni sistemə mümkün qədər rahat və sürətli keçidini təmin etdi. Belə ki, Ulu öndər təxirəsalınmaz addımlarla ölkədə ictimai-siyasi sabitliyin, qanunçuluğun bərpasına nail oldu, buna paralel olaraq demokratik institutların formalaşdırılması istiqamətində əməli addımlar atdı. Respublikada 1993-cü ilin oktyabrında keçirilən prezident seçkisionun nəticələri siyasi hakimiyyətin xalqın iradəsi əsasında formalaşması kimi səciyyələnir. Ölkədə qanunun aliliyinin təmin olunması məqsədilə 1994-cü ilin avqustunda imzalanan “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğunhüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərman vətəndaşların hüquq və azadlıqlarının qorunması baxımından çox böyük əhəmiyyətə malik idi. Məhz Ulu öndərin ölkədə qanunçuluğu bərpa etməsi, özbaşınalıqlara son qoyması, ictimai asayişi təmin etməsi nəticəsində 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişi cəhdlərinin qarşısı alındı.

Demokratik dövlət quruculuğu prosesində qabaqcıl dünya təcrübəsindən yararlanan Azərbaycan Ümummilli liderin müəyyənləşdirdiyi inkişaf xətti əsasında Avropa Şurası, BMT, ATƏT, AŞPA kimi beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq qurub. Ölkənin insan haqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində inamla irəliləməsinin və Avratlantik qurumlarla konstruktiv əməkdaşlığın göstəricisi olaraq 1998-ci ildə respublikamızda ölüm hökmü və KİV üzərindəki senzura ləğv olundu. Sonrakı illərdə bələdiyyələrin, milli ombudsman aparatının yaradılması, həyata keçirilən məhkəmə islahatları ölkədə sosial, siyasi institutlaşmanın, hüquq sisteminin təkmilləşməsinin davamı kimi səciyyələnir.

Dövlət başçısı İlham Əliyevin prezident seçildiyi 2003-cü ildən etibarən isə Azərbaycan demokratiya institutlarının, vətəndaş cəmiyyətinin formalaşmasının yeni mərhələsinə daxil olub. Bu dövrdən etibarən Azərbaycanın Qərb dövlətləri və Avratlantik qurumlarla əməkdaşlığı çərçivəsində demokratiya dəyərlərinin və prinsiplərinin ölkənin sosial-iqtisadi reallıqlarına müvafiq surətdə daha geniş tətbiqi vüsət alıb. Seçki Məcəlləsinə və Konstitusiyaya edilən mütərəqqi dəyişikliklər, həmçinin, bu kimi digər addımlar hüquqi dövlət quruculuğunun yüksək səviyyədə həyata keçirilməsini təsdiq edir. Dövlət başçısının respublikada hüququn aliliyini möhkəmləndirmək, demokratik islahatları dərinləşdirmək məqsədilə imzaladığı çoxsaylı sərəncamlar içərisində 16 iyul 2010-cu il tarixli “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Sərəncamı, həmçinin, 2011-ci ilin dekabrında imzalanan “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Sərəncamı qeyd etmək olar.

Azərbaycanın demokratik siyasi sistemin formalaşmasında əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan dəfələrlə müxtəlif reytinq göstəricilərində mütərəqqi islahatların ən çox həyata keçirildiyi ölkələrin sırasında yer alıb. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə formalaşan bugünkü hüquqi-demokratik sosial-siyasi sistem vətəndaşların hüquq və azadlıqlarını, vətəndaş cəmiyyətinin aktiv fəaliyyətini təmin edir. Bu səbəbdən, Azərbaycan sözügedən sahədə qarşıya daha böyük məqsədlər qoymaqnail olmaq iqtidarındadır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan məsələlər isə respublikanın hazırkı inkişaf səviyyəsi ilə uzlaşma şəraitində ölkəni daha böyük zirvələrə doğru aparmaq məqsədinə xidmət edir.

Prezident İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə” Sərəncamının əhəmiyyətini şərh edən akademik Ramiz Mehdiyev bildirib ki, bu sənəd ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır:Yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarını nəzərə alınması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır”.

Görünən odur ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan və 2020-ci ilədək dövrü əhatə edəcək “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəfi Azərbaycanı inkişaf etmiş ölkələr arasına daxil etməkdir. Daha dəqiq desək, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması əsas məqsəd kimi nəzərdə tutulan sənədin icra olunması nəticəsində respublikamızda iqtisadi inkişaf, sosial rihaf, siyasi institutlaşma prosesləri daha üstün səviyyəyə çatacaq.

Əlbəttə ki, Azərbaycanın da inkişaf etmiş ölkələr sırasına düşməsi üçün lazım olan bütün faktorlar və şərait hazırda ölkəmizdə mövcuddur. İlk növbədə isə iqtisadiyyatın daha sürətli inkişaf etdirilməsi üçün insan potensialı və kapital var. Azərbaycanın böyük əksəriyyətinin intellektual qabiliyyətli olan insan potensialı kəmiyyət və keyfiyyət baxımından, nəinki, Cənubi Qafqaz regionunda, hətta, dünyanın çoxlu sayda dövlətlərindən irəlidə olması, respublikamızın inkişaf etmiş ölkələr sırasına daxil olmaq şanslarını daha da artırır. Elmin və təhsilin inkişaf etdirilməsi ilə elmtutumlu sferalarının, bilik iqtisadiyyatının formalaşdırılması, müxtəlif peşə sahələrinin yaradılması, eyni zamanda, intensiv istehsalı həyata keçirən sənaye obyektlərinin işə salınması və s. Azərbaycanın postsənaye erasına daxil olmasını labüdləşdirəcək. Gələcək 10 il ərzində isə qeyri-neft sektorunun inkişafı hesabına daha çox yeni müəssisələrin və yerlərinin açılması, maaş və pensiyaların artırılması, yoxsulluğunişsizliyin minimal həddə çatdırılması, yekun olaraq, cəmiyyətin rombvari inkişafının təmin edilməsilə, orta təbəqənin sosial-iqtisadiictimai-siyasi proseslərdə iştirak payının daha da yüksəldilməsi həyata keçiriləcək.

Digər tərəfdən, siyasi-hüquqi islahatların sistemli şəkildə həyata keçirilməsi müasir standartlara cavab verən idarəçilik modelinin formalaşdırılmasını və siyasi institutlaşmanın modern cəmiyyətlərin tələblərinə uyğun aparılmasını şərtləndirəcək.

Bir sözlə, qısamüddətə hesablanan yeni İnkişaf Konsepsiyası Azərbaycanın sonrakı 30-50 illik tərəqqisi üçün möhkəm bir özül rolunu oynayacaq.

 

 

Hikmət BABAOĞLU,

“Yeni Azərbaycan”

qəzetinin Baş redaktoru

 

 Səs.- 2012.- 5 may.- S.4.