Xalqın əbədiyaşar lideri
Qax
Dünən Qax rayon icra hakimiyyəti və YAP Qax rayon
təşkilatının təşkilatçılığl
ilə Ulu Öndər Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümü münasibətilə
elmi-praktik konfrans keçirilib. Tədbir
iştirakçıları ilk öncə Ulu Öndər Heydər
Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi
önünə tər gül-çiçək dəstələri
düzdülər. Sonra konfrans rayon icra hakimiyyətinin iclas
zalında davam etdirilib. Elmi-praktik konfransı giriş
sözü ilə açan Qax rayon icra hakimiyyətinin
başçısı Musa Şəkiliyev qeyd edib ki,
Ümummilli Liderimizin doğum günü ərəfəsində
bir araya gələrək, bu böyük şəxsiyyət
barədə fikirlərimizi bölüşərkən, bir
daha hiss edirik ki, Dahi Öndər Heydər Əliyev haqqında
nə qədər ibrətamiz fikirlər deyilsə də, yenə
də nəyi isə deməyiblər. Bax, bu hiss, bu fikir
neçə illərdir ki, yaranır və bunun özü
Heydər Əliyev şəxsiyyətinin əlçatmaz bir
zirvə olduğunu göstərir: “Bu gün Ümummilli
Liderimiz Heydər Əliyevin doğum günü təkcə
ölkə vətəndaşlarının deyil, bütün
dünya azərbaycanlılarının əziz bayramı kimi
təntənə ilə qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin
siyasi obrazı Azərbaycan xalqının dövlətçilik
şüurunun, tarixin sınağından şərəflə
çıxmış bütöv bir idarəçilik məktəbinin,
müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin
canlı mənzərəsidir.
Elmi-praktik konfransda YAP Qax rayon təşkilatının
sədri Nizami Əhmədov “Heydər Əliyev-Yeni Azərbaycan
Partiyasının yaradıcısıdır” mövzusunda
çıxış edərək YAP-ın dövrün,
zamanın, xalqın tələbindən doğmuş partiya
olduğunu söylədi. Bildirdi ki, YAP-ın da yaranması məhz
Heydər Əliyevin xilaskarlıq missiyasının tərkib
hissəsindən biridir.
N.Əhmədov onu da qeyd etdi ki, Ulu Öndərə
sonsuz hörmət və dərin məhəbbət rəmzi
kimi çox yerlərdə Ona heykəllər qoyulub. Amma o abidələrin
ən əzəmətlisi hər bir azərbaycanlının qəlbində
ucaldılıb. Azərbaycanlı olması ilə fəxr edən,
bu fəxarət duyğusunun ən böyük nemət
olduğunu hər birimizə öyrədən də
Ümummilli Lider Heydər Əliyev oldu: “Hər bir insan
üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir.
Mən həmişə fəxr etmişəm, bu gün də
fəxr edirəm ki, mən Azərbaycanlıyam.”
Tədbirdə rayon gənclər və idman idarəsinin
rəisi, YAP Qax rayon təşkilatının idarə heyətinin
üzvü Əlövsət Bayramov “Heydər Əliyev və
Azərbaycan gəncliyi” mövzusunda,
rayon təhsil şöbəsinin metodisti Vəli Əmirov
“Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda,
rayon mərkəzi kitabxanasının müdiri, YAP Qax rayon təşkilatının
şura üzvü Güllü Əhmədova “Heydər Əliyev
və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə
etdilər. Məruzələrdə Ümummilli Lider Heydər Əliyevin
keçdiyi şərəfli ömür yolundan geniş
danışdılar və qeyd etdilər ki, bu gün əsası
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan
mütərəqqi siyasət ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən
bəhs edən videoçarx nümayiş olundu.
Səbail
Respublikamızın hər yerində olduğu kimi, Səbail
rayonunda da Ümummmilli Lider Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümü ilə bağlı
silsilə tədbirlər davam etməkdədir. Əlamətdar
günlə əlaqədar təsdiq olunmuş tədbirlər
planına uyğun olaraq, Səbail rayonunda RİH tərəfindən
rayonun qəsəbələrində
həyata keçirilən “Abad həyət” layihəsi əsasında
Badamdar qəsəbəsi, Sahib İbrahimxəlilov küçəsi 1 ünvanda
növbəti “Abad həyət” sakinlərin istifadəsinə verildi. Rayonda
aparılan abadlıq və yenidənqurma işləri ilə
bağlı məlumat verən Səbail rayon icra hakimiyyəti
başçısı aparatının ictimai təşkilatlar
və siyasi partiyalarla iş şöbəsinin müdiri
İsrafil Kərimov bildirdi ki, rayonun idarə, və təşkilatlarında,
təhsil, səhiyyə, elm və mədəniyyət müəssisələrində
keçirilən çoxsaylı tədbirlərlə
yanaşı, əlamətdar gün ərəfəsində
sosial yönümlü obyektlərin əsaslı təmiri və
yenilərinin istifadəyə verilməsi işləri də
aparılır: “Bu RİH tərəfindən həyata keçirilən “Abad həyət”
layihəsi təkcə Badamdar qəsəbəsində
13-cü təmirli həyət olmuşdur. Rayonun Badamdar qəsəbəsində
Ulu Öndər Heydər Əliyevin adını daşıyan
parkda əsaslı təmir və yenidənqurma işləri
çox böyük sürətlə davam etdirilir. Artıq
burada Ulu Öndərin əzəmətli büstü
quraşdırılmışdır. Qəsəbədə həm
də yeni orta məktəb və uşaq
bağçasının tikintisi işləri aparılır.
Qəsəbənin mərkəz hissəsindəki həyətdə,
ilk növbədə, binanın fasadında təmir işləri
aparılmış, fasad rənglənmiş, binanın
giriş qapıları yeniləri ilə əvəz
olunmuş, binanın birinci mərtəbəsində yerləşən
34 saylı poliklinikanın qarşısında da təmir
işləri görülmüşdür. Binaların
giriş hissəsi və pilləkənlər də təmir olunmuş, eyvanlar
dekorativ ağaclarla bəzədilmişdir. Həyətin səkiləri
aqlay üzlüklə üzlənmiş, həyət boyu səkilərə
yeni bordyur daşları
düzülmüşdür. 1500 kv. metr sahəsi olan həyət
tam abadlaşdırılmış, təmizlik işləri
aparılmış, həyətdə işıqlandırma məsələləri
də həll olunmuş, yeni asfalt örtüyü çəkilmişdir.
Sakinlərin istirahəti üçün 2 ədəd
söhbətgah quraşdırılmış, burada yeni
oturacaqlar, həyətə skamyalar qoyulmuşdur. Həyətin
uşaqları da yaddan çıxarılmamış,
onların oynaması
üçün bir neçə əyləncə
qurğuları quraşdırılmışır. Eyni
zamanda, həyətlərdə yeni ağaclar əkilmiş,
yaşıllıqlar salınmış, məişət
tullantılarından təmizlənmiş əraziyə torpaq
qatı salınmışdır”.
Tədbirdə çıxış edən həyət
sakinləri Ümummilli Lider Heydər Əliyevin doğum
günü ərəfəsində
görülən işlərin keyfiyyətindən çox
razı qaldıqlarını, onların istirahəti
üçün yaradılan şəraitə görə
ölkə rəhbərliyinə minnətdarlıqlarını
bildirdilər.
Gəncə
Dünən Gəncə şəhərində
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümünə həsr edilən silsilə tədbirlər
çərçivəsində “Heydər Əliyev və Azərbaycanın
müasirləşdirilməsi strategiyası” adlı
elmi-praktik konfrans keçirilib.
Yeni Azərbaycan Partiyasının Gəncə şəhər
təşkilatının Gəncə şəhər icra
hakimiyyəti ilə birgə təşkil etdiyi elmi-praktik
konfransda Ulu Öndərin Azərbaycanın müstəqilliyi
və güclü dövlət quruculuğunda müstəsna
xidmətlərindən danışılıb, Ümummilli
Liderin keçdiyi ömür yolu və siyasi fəaliyyətinə
geniş nəzər salınıb.
Xatırladılıb ki, həmişə azərbaycanlı
olmağı ilə fəxr edən Heydər Əliyev
ömrünü bu xalqa xidmət etməyə həsr edib.
Çıxış edənlər bildiriblər ki, zaman tələb
edəndə xalqın qəhrəman oğulları milləti
bəladan qurtarmaq üçün meydana atılır,
xalqın xoşbəxtliyi gözəl gələcəyi
müstəqilliyi naminə canından keçməyə
hazır olurlar və tarixi şəxsiyyət olaraq
ictimai-siyasi prosesləri dəyişə bilir.
Gəncə şəhər icra hakimiyyətinin
başçısı Elmar Vəliyev məruzəsində
qeyd etmişdir ki,
xalqımızın qarşısında göstərdiyi
xidmətlərə görə Ümummilli Liderimizə daim
borcluyuq və ona görə də hamımız böyük
ehtiramla hörmətlə Dahi Liderin xatirəsini yad edirik:
“Çünki O, dahi bir şəxsiyyətdir. Onun
müdrikliyi artıq göz qabağındadır ki, Azərbaycan
nə qədər böyük bir inkişaf yolu keçib.
Dönüb arxaya baxsaq, görərik ki, haradan gəlib, haraya
gedirik. Uzağa yox, Gəncəyə baxsaq, kifayət edir”.
Elmar Vəliyev onu da bildirib ki, Ulu Öndər Heydər
Əliyevin Gəncəyə xüsusi sevgisi olub və gəncəlilər
bu sevginin daim şahidi olublar. Bu səbəbdən də Gəncə
sakinlərinin Dahi Liderlə bağlı xatirələrindən
ibarət kitab hazırlanır: “Təklifə əsasən
Heydər Əliyevin Gəncəyə səfəri ilə
bağlı 5 cilddən ibarət kitablar toplusu
çıxarılacaq. Artıq 2 cild çap edilib. Digər 3
cildin üzərində işlər gedir. Ulu Öndərimizin
həyat və fəaliyyəti dövründə Gəncə
ilə bağlı bütün məqamlar bu cildlərdə
öz əksini tapacaq. Heydər Əliyevlə təmasda
olanların xatirələri şəhər
ziyalılarının bu səfərlər haqda fikirləri bu
kitabda öz əksini tapacaq”.
Çıxış edən digər tədbir
iştirakçıları Ümummilli Lider haqda öz fikirlərini
səsləndiriblər və bildirilib ki, görkəmli siyasi
xadim və fenomenal yaddaşa malik olan Heydər Əliyev gələcəyi
görərək, hələ sovet dönəmində milli
dövlət quruculuğu üçün vacib addımlar
atıb. Azərbaycan gənclərini xaricə təhsilə
göndərib. Ölkədə geniş sənayeləşmənin
əsasını qoyub, ən əsası isə Azərbaycan
dilinin dövlət dili kimi qəbul olunmasına nail olub.
Tədbirdə, həmçinin, Azərbaycanın beynəlxalq
aləmdə əldə etdiyi uğurlardan
danışılıb. Müstəqilliyimizin ötən 20
ili ərzində Azərbaycan BMT təhlükəsizlik
şurasının üzvünə çevrilib. Ciddi iqtisadi
sıçrayışa nail olunub.
RÖVŞƏN RƏSULOV,
RƏFİQƏ
Səs.- 2012.- 11 may.- S. 13.