Xalqın xilaskarı - Heydər Əlirza oğlu Əliyev

 

 Anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma canım, varlığım qədər sevdiyim Azərbaycan mənim qibləgahımdır”. Heydər Əliyev doğma Azərbaycana olan sevgisini, istəyini belə ifadə etmişdir. Bu qeyri-adi dərəcədə olan sevginin nəticəsini, ziddiyyətlərin baş alıb getdiyi vaxtda rəhbər olmağa gəldiyində göründü.

O, özünə qibləgah etdiyi Azərbaycanı çətin vəziyyətdə qoymaq istəmədi. Şükürlər olsun ki, vətənimiz bu günlər rahat nəfəs alır. Məhz elə həmin vaxtlarda böyük şəxsiyyət respublikamızın bugünkü taleyinidüşünmüşbu məsələdə varislik, təkamül yoluna üstünlük vermişdir. O dövrdə partiyada güclü gənclər təşkilatı fəaliyyət göstərirdi. Həmin gənclərə Yeni Azərbaycan Partiyasının Sədr müavini İlham Əliyev rəhbərlik edirdi. Gəncliyin nümayəndəsi kimi xalqın etimadını qazanan İlham Əliyev son dövrlərdəki fəaliyyəti onu cəmiyyətə alternativsiz lider kimi təqdim etdi. Xalqa arxalanmayan hakimiyyət məhv olmağa məhkumdur. İlham Əliyev də bütün fəaliyyətində bunu dərk edir və ardıcıllıqla təkrarlayır. Heydər Əliyev xalqa arxalandı, xalq da bütün varlığı ilə və böyük inamla öz xilaskarını dəstəklədi.

“Müstəqil Azərbaycan 1991-2011” Heydər Əliyev Sarayında təşkil olunmuş sərgidə müxtəlif mövzularda çəkilmiş rəsm əsərləri, xalq yaradıcılığı nümunələri, xalçalar, əl işləri və s. respublikamızın müstəqillik dövründə qazandığı sosial-iqtisadi inkişaf göstəricilərini əks etdirən stendlər nümayiş etdirilmişdir.

Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirilən tədbirləri “taleyüklü tədbirlər” adlandıraraq demişdir: “Bəli, mən istəyirəm ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunuüçün etdiyimi demədim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”. Bu gün tam əminliklə demək olar ki, 1969-1982-ci illərdə görülən işlər, tədbirlər ona görə taleyüklü xarakter daşıyırdı ki, onlar zamanı xeyli qabaqlayaraq, ölkənin gələcəyini, müstəqil dövlətçilik dövrünü nəzərdə tuturdu.

Hazırkı şəraitdə müstəqil Azərbaycanın dövlət suverenliyiiqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına inteqrasiyası o illərdə əsası qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır. 21 il bundan əvvəl 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqillik haqqında Konstitusiya Aktını qəbul edərək, dövlət müstəqilliyini və suverenliyini, bununla bərabər, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bütün dünyaya bəyan etmişdir. Həmin gün siyasi tariximizə müstəqillik günün kimi daxil olmuşdur. Qısa müddətdə dünya ölkələri və BMT tərəfindən Azərbaycan beynəlxalq hüququn subyektinə çevrilmişdir.

1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək olan dövrdə müstəqilliyi nəinki möhkəmləndirildi, əksinə, Azərbaycan qısa müddətdə bu müstəqilliyi əldən vermək təhlükəsi ilə üz-üzə qaldı.

Tarix dəfələrlə sübut edib ki, əvəzsiz milli sərvət olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Dövlət müstəqilliyi o yerdə davamlı olur ki, birincisi xalq bu müstəqilliyin qorunması üçün siyasi iradə göstərsin; ikincisi, xalqın milli iradəsi vahid lider ətrafında birləşsin. Dövlətlərin yaranması və süquta uğraması tarixini oxuduqca, siyasi şəraitlərdə təhlil edən böyük alman mütəfəkkiri Kant yazırdı ki, “güclü dövlətin iki mühüm təminatı var: xalq tərəfindən dəstəklənən qabaqcıl ideologiyabu ideologiyanın daşıyıcısı olan xarizmatik lider”. Azərbaycan xalqının bəxti onda gətirmişdir ki, dövlət müstəqilliyimizin birinci mərhələsində olduğu kimi, onun ikinci mərhələsinin əvvəllərində də müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, Ulu Öndər Heydər Əliyev yenidən Azərbaycan siyasi mühitində böyük xilaskarlıq missiyasını həyata keçirmişdir. Ölkədə möhkəm ictimai-siyasi sabitlik yaratmışdır.

Bütün bunlar ona gətirib çıxardı ki, Azərbaycan dağılmaqda olan ölkədən inkişaf edən, tərəqqiyə qovuşan ölkəyə, vətəndaş müharibəsi astanasında olan ölkədən vətəndaş həmrəyliyi təmin olunmuş ölkəyə, xaosun, hakimiyyət boşluğunun hökm sürdüyü ölkədən güclü dövlətçiliyin bərqərar edildiyi ölkəyə çevrildi. Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil dövlətçilik prinsipləri zaman keçdikcə daha da möhkəmlənir. Çünki bu , bu siyasi xətt müasir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.

Bugünkü xalqın xoş güzəranı, istisnasız olaraq deyə bilərik ki, hörmətli Prezidentin rəhbərliyi altındadır. 2003-cü ildən ötən müddət ərzində həyata keçirilən tədbirlər dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə  və davamlı xarakter almasına xidmət etmişdir. Azərbaycan Heydər Əlirza oğlu  Əliyevin siyasətində özünün varlığını qoruyub saxlamışdır. Prezidentimiz İlham Əliyev Azərbaycanın reallığını dünyanın qüdrətli dövlətlərinin marağını respublikaya yönəltmişdir.

Bu gün dünya miqyasında Azərbaycan ön sıralarda gedir.

 

 

Ofelya Mürsəlova,

ADPU-nun pedaqogika

kafedrasının baş müəllimi

 

Səs.- 2012.- 11 may.- S. 11.