BAKIMIZ GÜLƏ-ÇİÇƏYƏ
BÜRÜNDÜ
“Eurovision-2012”
müsabiqəsinə saylı günlər qaldığı bir ərəfədə, dünən Azərbaycan
paytaxtı Bakı şəhər sakinlərinin və
qonaqların zövqünü Gül bayramı ilə oxşadı.
Bayramın rəngarəng keçməsini təmin etmək, uşaqlarla yanaşı böyüklərin də
marağına səbəb olmaq üçün parklarda, xiyabanlarda güllərdən hazırlanan
müxtəlif ekpozisiyalar qurulmuşdu. Bu məqsədlə
Bakıya dünyanın müxtəlif ölkələrindən
ekzotik, könülləri oxşayan
gül və çiçək növləri
gətirilmişdir.
Qeyd edək ki, bütün ekspoziyalar peşəkar rəssamlar tərəfindən
işlənən möhtəşəm layihələrə uyğun bəzədilmişdi. Layihəyə uyğun olaraq park boyu güllərdən
hazırlanan lövhələrdə Azərbaycanın tarixi keçmişini, mədəniyyətini
və müasir inkişafını
özündə əks etdirən müxtəlif fotolar, sərgilər nümayiş
etdirilmişdir. Bayramın ən çox maraq doğuran ekpozisiyası isə xüsusi
olaraq quraşdırılmış nəhəng
səhnə üzərində yerləşdirilmişdir. Həmin ekspozisiya Ulu Öndər Heydər Əliyevin güllərdən
hazırlanan portreti idi
ki, həmin portretin tərtibatı
həm şəhər sakinlərinin, həm də buraya gələn xarici
qonaqların maraqlarına səbəb olub,
onların zövqlərini oxşayıb. Bu il keçirilmiş
bayramın digərlərindən fərqi odur
ki, gül libasına bürünmüş uşaqlardan
ibarət yürüş keçirilib.
Bu yürüş “Sahil” bağından başlayaraq
H.Əliyev adına Sarayın qarşısındakı parkda başa
çatıb. Dünən Azərbaycan
xalqının Ümummilli Lideri,
dünya şöhrətli siyasi xadim Heydər Əliyevin
anadan olmasının 89-cu ildönümü
münasibətilə Bakıda, Ulu Öndərin
adını daşıyan sarayın qarşısındakı
parkda möhtəşəm Gül bayramı təşkil edilmişdir.
Onu da qeyd
edək ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri də
Gül bayramında olmuşlar.
Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
dövlətimizin başçısına məlumat verdi ki, səhər tezdən
başlayaraq paytaxt
sakinləri, şəhərimizin qonaqları dünyanın bir sıra ölkəsindən gətirilmiş
gül-çiçəklə bəzədilmiş parka gəliblər. Müstəqil
dövlətimizin xilaskarı və qurucusu,
xalqımızın dahi oğlu
Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı
gül-çiçəyə qərq olmuş,
postament bir növ ağ güllərlə
hörülmüşdür. Prezident İlham Əliyev
və ailə üzvləri Ulu Öndərin
abidəsini ziyarət etmiş, başdan-başa bahar ətirli
güllərə qərq olmuş
parkın gözəlliyini seyr ediblər. Belə ki, müxtəlif güllərdən
yığılmış “xalça”lar və türk
dünyasının böyük oğlu Heydər Əliyevin tər
çiçəklərdən “toxunmuş”
portret xalçası
orijinallığı ilə göz
oxşayırdı. Cürbəcür çiçəklərdən
yığılmış “89” rəqəminin təsvir olunduğu kompozisiya da diqqəti cəlb edirdi.
Xüsusi görkəm almış parkda diqqəti çəkən kompozisiyalardan biri də tarixi abidələrimizin təsviri idi. Bu baxımdan “Qız
qalası”, “Qoşa Qala”
qapısının güllərdən hazırlanmış maketi də diqqətçəkici idi. Bu baxımdan park həm də
nağıllar aləmini xatırladırdı. Burada Azərbaycanın və dünya
xalqlarının nağıllarının əlvan güllərdən
hazırlanmış qəhrəmanlarının güllərdən
hazırlanmış eskizləri vardı. Gül
və müxtəlif nağıl qəhrəmanları kimi bəzənmiş, bayramı daha da gözəlləşdirən
balacalar Prezident İlham Əliyevi və ailə üzvlərini
özlərinə xas səmimiyyətlə
salamladılar. Dövlətimizin başçısı və
ailə üzvləri uşaqlarla söhbət
etdilər, Ulu Öndər Heydər Əliyevin
gül-çiçəyə qərq olmuş
abidəsi önündə fidan balalarla xatirə şəkli çəkdirdilər.
Qeyd edək
ki, BŞİH tərəfindən təşkil
olunmuş bayram tədbirləri 11:00-dan 19:00-a qədər Heydər
Əliyev Sarayının qarşısındakı parkda davam etmiş
gecə saat 21:00-dan isə Milli
Parkda incəsənət ustalarının
iştirakı ilə konsert və möhtəşəm
atəşfəşanlıqla başa
çatmışdır.
RÖVŞƏN RƏSULOV
Səs.- 2012.- 11 may.- S. 10.