Fətəli
xan Xoylunun azərbaycançılıq
ideyasının gerçəkləşməsində rolu
Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən
olan Fətəli xan Xoylu azərbaycançılığın
dövlətçiliklə vəhdətdə gerçəkləşməsində
müstəsna xidməti olan Azərbaycan dövlət xadimlərindən
biridir. Ulu Öndər Heydər Əliyev bu liderləri
yüksək dəyərləndirirdi:
"Xalqımızın böyük insanları 1928-ci il may
ayının 28-də Tiflisdə Azərbaycanın
"İstiqlal Bəyanaməsi"ni elan edərək,
respublikamızın müstəqilliyinin əsasını qoydular, Azərbaycan
Xalq Cümhuriyyətini yaratdılar. Məlumdur ki, o vaxt əvvəlcə
Milli Şura yaranmışdı və Milli Şuranın qərarı
ilə də "İstiqlal Bəyannaməsi" elan
edilmişdi. Beləliklə, XX əsrin əvvəlində Azərbaycanda
xalqımız milli azadlığını bəyan etdi,
öz milli dövlətini yaratmağa başladı.
Azərbaycan Xalq
Cümhuriyyətinin liderlərindən olan
Fətəli xan Xoylu
azərbaycançılığın dövlətçiliklə
vəhdətdə gerçəkləşməsində
müstəsna xidməti olan Azərbaycan
dövlət xadimlərindən biridir. Ulu Öndər Heydər Əliyev bu liderləri yüksək dəyərləndirirdi:
"Xalqımızın böyük
insanları 1928-ci il may
ayının 28-də Tiflisdə Azərbaycanın "İstiqlal Bəyanaməsi"ni elan edərək, respublikamızın müstəqilliyinin əsasını qoydular,
Azərbaycan Xalq Cümhuriyyətini
yaratdılar. Məlumdur ki, o vaxt əvvəlcə Milli Şura
yaranmışdı və Milli
Şuranın qərarı ilə də "İstiqlal
Bəyannaməsi" elan edilmişdi.
Beləliklə, XX əsrin əvvəlində Azərbaycanda
xalqımız milli
azadlığını bəyan etdi, öz milli dövlətini
yaratmağa başladı.
Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması bizim vaxtilə
itirilmiş dövlətçiliyimizi bərpa
etdi. Eyni zamanda, Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması xalqımızın tarixində
ilk dəfə demokratik
prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin,
hökumətinin yaranmasının əsasını qoydu.
Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması, İstiqlal
Bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət,
iradə, qəhrəmanlıq tələb edirdi.
Bizim dəyərli siyasi
xidmətlərimiz o gün,
o il, o
ay bu tarixi
addımı atdılar".
Azərbaycan Milli Şurası ADR-in ilk hökumətini təşkil etməyi
şuranın üzvü, bitərəf Fətəli
xan Xoyskiyə tapşırdı. Elə həmin
gün Fətəli xanın təklif etdiyi Nazirlər Şurasının tərkibi
təsdiq edildi (məsələyə əlavə
olunmuş siyahıya baxın).
Müvəqqəti
hökumət lazımi hazırlıq işləri
gördükdən, ilk növbədə,
Azərbaycanın öz istiqlaliyyətini elan etməsi və Azərbaycan
Respublikasının müvəqqəti paytaxtının Kəncə
şəhərində yerləşməsi haqqında
dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanat göndərdikdən
sonra Gəncəyə köçdü.
Lakin burada müxtəlif
irticaçı qüvvələr Azərbaycan Milli Şurası və müvəqqəti
hökumətin işini pozmağa
cəhd etdilər. İyunun 17-də Milli Şuranın müvəqqəti
buraxılması və bütün qanunverici
hakimiyyətin müvəqqəti hökumətin əlində
cəmləşməsi haqqında qərar qəbul edildi. Qərarda deyilirdi: "Azərbaycanın keçirməkdə olduğu müşkülati-daxiliyyə və
xariciyyəni nəzəri-etinaya alaraq, Azərbaycan
Şurayi-Millisi bütün
hüquq və səlahiyyətini Fətəli
xan Xoyski təhti-sədarətində
təşəkkül edən kabinyə həvalə və məzkur
kabinəyi arayi-ümumiyyə üzərinə müstəsad
bilətəxir Məclisi-Müəssisan dəvət
olununcaya qədər Azərbaycan həqqi-hakimiyyətini
kəndi əlində bulunduraraq, kimsəyə
tərk etməməyə müvəzzəf edir."
Elə buradaca müvəqqəti hökumətin
hüquq və vəzifələrinin ümumi istiqamətləri göstərilirdi.
Müvəqqəti hökumət hər vasitə ilə Azərbaycanın
müstəqilliyini qorumalı, siyasi azadlıqlar, torpaq və
başqa vacib
qanunları ləğv etməmək şərtilə qalan məsələlərin həllində tam ixtiyar sahibi
idi. Müvəqqəti hökumət 6 aydan gec olmayaraq, Müəssisələr
Məclisinə seçkilər keçirib,
hakimiyyəti ona təhvil verməli idi.
Fətəli xan Xoylu Azərbaycan parlamentinin
ilk təsis iclasında demişdir:
"Bu güc
öylə böyük və mübarək
gündür ki, bunu biz azərbaycanlılar
yuxumuzda da görə
bilməzdik." O, müvəqqəti hökumətin fəaliyyəti
dövründə görülmüş
işlərdən bəhs edib, bütün hökumətin istefasını qəbul
etməyi xahiş etdi.
Fətəli xanın nitqi
aşağıdakı sözlərlə bitirdi:
"Hökumətin fəaliyyətində nə qədər qüsur və nöqsan olmuşsa da, yol göstərən işıqlı
yıldızı bu olmuşdur:
millətin hüququ, istiqlalı və xeyiri!"
Parlament
müvəqqəti hökumətin istefasını qəbul edib, yeni Nazirlər
Şurasının tərkibini müəyyən etməyi və
hökumətə başçılığı yenidən
Fətəli xan Xoyluya
tapşırdı. Fətəli xanın səhhətinin pisləşməsi
ilə əlaqədar milli hökumətə
başçılıq etmək iqtidarında olmadığını
bildirməsinə baxmayaraq, parlament hökumətin təşkilini yenidən
təkidlə Fətəli xana
tapşırdı. Dekabrın 26-da Nazirlər
Şurasının sədri hökumət proqramı və
hökumətin tərkibi haqqında parlamentdə
çıxış etdi. Hökumət
proqramında Azərbaycanın müstəqilliyini möhkəmlətmək
vəzifəsi ön plana
çəkilmişdi. Nazirlər Şurasının sədri
elə buradaca göstərirdi: "Fəqət,
Azərbaycan istiqlaliyyəti ondan ibarət
deyil ki, özümüz ilə özgə dövlətlər
arasında bir sədd çəkək.
Aşkardır ki, müstəqil Azərbaycan
hökuməti ümum dövlətlər
ilə rabitə hüsuluna
çalışacaqdır. Bu rabitə əvvəlcə qonşu
dövlətlər, ümumiyyətlə, sabiq
Rusiya ərazisində təşəkkül
tapmış dövlətlər, xüsusən, Rusiyanın
özünə hasil olmalıdır."
Müstəqilliyi möhkəmlətmək vəzifəsindən
doğan qonşu
dövlətlərlə normal münasibətlərin
bərqərar olması, Azərbaycanın
istiqlaliyyətinin tanınması və müstəqilliyin ilk şərtlərindən biri-milli
ordunun
yaradılması məsələsi hökumət
proqramında öz əksini tapdı. Daha sonra daxili
siyasət "Biz türk
islamlar heç bir zaman özümüz
vətənə övlad kibi
görməyib, həmişə ögey
olduğumuzu hiss etmişik. Şimdi biz öylə şərait hasil
etməliyik ki, vətənimizdə yaşayan millətlərin həpsi özünü bir dərəcə
vətən övladı kibi
görsünlər. Biz özümüzə
1918-ci il mayın 28-də xalq
səsverməsi yolu ilə seçilən
Azərbaycan Müsəlman Milli Şurası
bu gündən bütün
xalqa bəyan etdi:
"1. Azərbaycan tam hüquqlu və
müstəqil dövlətdir. O, Zaqafqaziyanın cənub və
şərq hissələrindən ibarətdir. Ali
hakimiyyət Azərbaycan xalqına məxsusdur.
2. Müstəqil Azərbaycanın
siyasi quruluş
forması demokratik cümhuriyyətdir.
3. Azərbaycan Demokratik
Cümhuriyyəti beynəlxalx birliyin bütün üzvlərilə, xüsusən,
həmsərhəd xalqlar və dövlətlərlə
dostluq əlaqələri yaradacaq.
4. ADC öz
sərhədləri daxilində millətindən, dinindən, ictimai vəziyyəti və cinsindən
asılı olmayaraq, bütün
vətəndaşlarına tam vətəndaşlıq
və siyasi hüquqlar
verir.
5. ADC onun ərazisində
yaşayan bütün
xalqların sərbəst inkişafına şərait yaradacaq.
6. Məclis müəssisənin
çağırılmasına qədər Azərbaycanda ali hakimiyyət xalqın səsvermə yolu ilə seçildiyi Milli Şura və Milli Şuranın qarşısında cavabdeh olan müvəqqəti
hökumət sayılır."
Mövsüm Əliyevin
fikrincə, Fətəli xan Xoylu hələ
1917-ci ildə Azərbaycan ideyasını müdafiə edənlərdən
biri idi: "F.Xoyski burjua
inqilabından sonra heç
bir partiyaya mənsub olmasa da, 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda
keçirilən "Türk ədəmi-mərkəziyyət
partiyası "Müsavat"ın birinci
qurultayında çıxış və iştirak
etmiş və həmin qurultayda
irəli sürülən "Azərbaycana muxtariyyət"
şüarını qızğın müdafiə etmişdir. O, 1917-ci ilin
dekabrında yaranan Zaqafqaziya
Seyminin üzvü və
müstəqil Zaqafqaziya Federativ
Respublikasının ədliyyə naziri olmuşdur".
1918-ci il mayın
28-də Azərbaycan Demokratik Respublikası
elan olundu. Təkcə türkdilli xalqlar arasında deyil, bütün müsəlman dünyasında,
ilk dəfə olaraq, respublika üsul-idarəsinə
qədəm qoyan Azərbaycan xalqının
ilk müstəqil hökumətini
təşkil etmək
bitərəf F.Xoyluya
tapşırıldı. O, hökumətdə həm
nazirlər şurasının
sədri, həm də daxili işlər naziri vəzifəsini tuturdu.
1918-ci il iyunun 17-də
Azərbaycan Milli Şurasının göstərişinə
əsasən, Fətəli
xan Xoylunun başçılığı ilə ikinci hökumət kabinəsi təşkil olundu.
1918-ci il sentyabrın
15-də Bakının oyuncaq
Sentrokaspi qüvvələrindən
təmizlənməsi münasibəti
ilə F.Xoylu çıxış edərək
demişdir: "Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa
hüququmuz vardır.
Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər,
mina və sairə texniki qurğu, heç bir ingilis, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının
50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi
qarşısında süqutu
başqasının fəlakəti
üzərində öz
xoşbəxtliyini qurmaq
istəyənlərə ibrət
dərsi olmalıdır."
Professor V.İ.Rezumovskinin 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin
əsasının qoyulması"
adlı məqaləsində
məlum olur ki, Azərbaycan Dövlət Universitetinin yaranması təşəbbüsü
F.Xoyluya məxsusdur.
F.Xoylu 1918-ci il dekabrın
26-da təşkil etdiyi
hökumət kabinəsində
də nazirlər şurasının sədri
və xarici işlər naziri vəzifəsini tuturdu. Məhz onun dövründə Azərbaycanda
dövlət orqanizminin
özülü qoyulmuşdu.
Müstəmləkə siyasətinin
rəmzi olan Yelizavetpol şəhəri
və quberniyasının
yenidən Gəncə
və Gəncə quberniyası adlandırılması,
Qaryakin qəzasının
Cəbrayıl qəzası
adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament
sisteminin yaradılması,
Azərbaycan Respublikasının
pul və poçt markalarının
buraxılması, ana dilində məktəb və seminariyaların açılması və
digər mütərəqqi
tədbirlər Xoylunun
rəhbərlik etdiyi hökumət kabinələri
dövründə həyata
keçirilməyə başlanmışdır.
Həmin illərdə
sinfi ziddiyyətlərin
qalmasına baxmayaraq, yuxarıda qeyd edilən bütün tədbirlər öz dövrü üçün
müsbət xarakter daşıyırdı.
1919-cu il martın
əvvəllərində F.Xoylunun
başçılıq etdiyi
hökumət kabinəsi
istefaya çıxdı.
F.Xoylu nazirlər şurasının
sədri Nəsibbəy
Yusifbəylinin 1919-cu il
dekabrın 23-də təşkil
etdiyi ikinci hökumət kabinəsində
xarici işlər naziri vəzifəsini icra etmişdir. Azərbaycan Demokratik Respublikasının beynəlxalq
aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında
Fətəli xan Xoylunun müəyyən xidmətləri vardır.
1920-ci il yanvarın
2-də RSFSR-in xarici işlər
üzrə xalq komissarı G.V.Çiçerin
ağqvardiyaçı general Denikinə qarşı vahid cəbhə yaratmaq üçün Xoyluya nota ilə müraciət etdi. Həmin ayın 19-da F.Xoylunun verdiyi cavabda göstərilirdi ki, "Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır
və bu məsələdə bitərəfdir."
G.V.Çiçerin 23 yanvar tarixli ikinci notasında yenə həmin məsələyə
qayıdaraq, Azərbaycan
RSFS-lə əməkdaşlığa
dəvət edir və yazırdı ki, biz həmişə bir səma altında
bir yerdə yaşamışıq və
yenə də bir yerdə yaşamalıyıq. Xoylu
fevralın 1-də Çiçerinə
öz hökumətinin
rəsmi fikrini bildirmiş, onun təklifini rədd etmişdir.
1920-ci il fevralın
20-də Çiçerinin üçüncü notası
və martın 7-də
Xoylunun cavabı eyni məsələyə
həsr olunmuşdur. Martın axırında Çiçerin sonuncu notanı göndərmiş,
aprelin 27-də Xoyski Azərbaycan parlamentində
cavab notasını oxuyarkən XI Qızıl
Ordunun Bakıya yaxınlaşdığı xəbəri
alınmışdır. Bu hadisələrdən sonra
Fətəli xan öz ailəsi ilə Tiflisə getmişdir. F.Xoylu muzdlu erməni bir qatil tərəfindən
1920-ci il iyunun 19-da Tiflisdə arxadan güllə atəşi ilə öldürülmüş
və Azərbaycan dramaturgiyasının banisi
M.F.Axundovun qəbri yanında dəfn olunmuşdur.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətini yaradanların, çətinliklərə baxmayaraq,
onu fədakarlıqla yaşatdıqlarını yüksək
dəyərləndirərək demişdir: "Azərbaycan
Xalq Cümhuriyyətinin
yaranması çox çətinliklərlə başa
gəlmişdi. Çünki
məlumdur ki, buna kənardan mane olmaq istəyən qüvvələr də çox idi və Azərbaycanın həyatında da vəziyyət çox qarmaqarışıq, ağır,
çətin idi. Ancaq Xalq Cümhuriyyəti
yaranandan sonra onun fəaliyyəti də böyük çətinliklərlə, problemlərlə,
böyük müqavimətlərlə,
maneələrlə rastlaşmışdır.
Biz bu gün iftixar ilə deyə bilərik ki, bütün bu çətinliklərə
baxmayaraq, Azərbaycan
Xalq Cümhuriyyəti
yaşamış, fəaliyyət
göstərmiş və
iki il müddətində
çox böyük işlər görmüş,
Azərbaycanın müstəqil
gələcəyinin əsasını
qoymuşdur."
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 30 may.- S.14.